№77919/11 BAĞVANOV VƏ BAŞQALARI AZƏRBAYCAN QARŞI – 10 NOYABR 2022-Cİ İL

© tərcümə – aihmaz.org

 

 

BİRİNCİ BÖLMƏ

BAĞVANOV VƏ BAŞQALARI AZƏRBAYCAN QARŞI
(Ərizələr nömrə. 77919/11 və 13 başqaları– əlavə edilmiş siyahıya baxın)

QƏRAR
(Mahiyyət)

STRASBURQ
10 noyabr 2022

Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti olacaq. O, redaksiya tərəfindən yenidən nəzərdən keçirilə bilər.

 

Bağvanov və başqaları Azərbaycana qarşı işində,

Avropa İnsan Hüquqları Məhkəməsi (Birinci Bölmə), aşağıdakı heyətdən ibarət tərkibdə toplaşaraq:

Martinş Mits, Sədr,
Lətif Hüseynov,
Katerina Šimáčková, hakimlər,
və Martina Keller, iclas katibinin müavini,

İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq, əlavə edilmiş siyahıda sadalanan ərizəçilər tərəfindən Azərbaycan Respublikasına qarşı müxtəlif tarixlərdə (həmin siyahıda göstərilib) verilmiş ərizələri;

Konvensiyanın 6, 8 və 13-cü maddələrinə və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə uyğun olaraq verilmiş şikayətlər barədə dövlətin təmsilçisi cənab Ç. Əsgərova məlumat verilməsi, ərizələrin digər hissəsinin qəbuledilməz elan edilməsi haqda qərarı;

tərəflərin təqdimatlarını;

nəzərə alaraq,

20 oktyabr 2022-ci ildə xüsusi müzakirə aparıb,

həmin tarixdə aşağıdakı qərarı qəbul edir:

İŞİN PREDMETİ

1. Ərizəçilərin şikayətləri əsasən Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə aid olub dövlət orqanları tərəfindən əmlaklarının qanunsuz özgəninkiləşdirilməsi iddiası ilə bağlıdır.

2. Ərizəçilər haqqına məlumat əlavədə göstərilib. Birinci ərizəçini xanım S.Bağvanova təmsil edib. Digər ərizəçiləri Azərbaycanda yaşayan vəkil cənab F.Ağayev təmsil edib.

3. Hazırkı ərizələrin faktları bir neçə cəhətdən Xalikova Azərbaycana qarşı (№ 42883/11, 22 oktyabr 2015-ci il) işindəki faktlarla oxşardır. Həmin işdə olduğu kimi, hazırkı ərizələrdə də ərizəçilərin mülkləri Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının 24 sentyabr 2008-ci il və 16 fevral 2011-ci il tarixli iki əmri əsasında sökülüb. Həmin əmrlərlə əsasən, yeni bağ-park kompleksinin (“Qış parkı”) salınması məqsədi ilə müəyyən küçələrdə yerləşən bina və evlərin sökülməsi və sakinlərin köçürülməsi nəzərdə tutulurdu. Ərizəçilərə kompensasiya olaraq əmlaklarının hər kvadrat metri üçün 1500 Azərbaycan manatı (AZN) təklif olunub. BŞİH-i ödənişləri söküntü üçün kompensasiya kimi deyil, sakinlər və BŞİH adından çıxış edən R.K və ya Z.İ adlı iki şəxs tərəfindən bağlanacaq alqı-satqı müqavilələri əsasında etməyi təklif edib. Ərizəçilərin əksəriyyəti mülkləri söküləndən sonra belə müqavilələr bağlayıb.

4. Müxtəlif tarixlərdə ərizəçilər, əsasən yuxarıda qeyd olunan qərarlardan, onları mülklərindən çıxarmaq istəyən BŞİH-nin işçilərinin hərəkətlərindən və mülklərin sökülməsinin qanunsuz olmasından ölkədaxili məhkəmələrə şikayətlər veriblər və/və ya onların mülkiyyət hüquqlarından istifadə etmələrinə əngəl olan maneələri aradan qaldırmağı məhkəmələrdən xahiş ediblər. Müxtəlif tarixlərdə ərizəçilərin əksəriyyəti ayrıca mülki məhkəmə icraatı başladaraq və ya ilkin iddialarını dəyişdirərək, məhkəmələrdən R.K və ya Z.İ ilə aralarında olan alqı-satqı müqavilələrini təzyiq altında bağlandıqlarına görə qanunsuz elan etməyi xahiş ediblər. Onlar həmçinin BŞİH-i tərəfindən təklif edilən və ya artıq ödənilmiş kompensasiyanın çox aşağı olmasından şikayət ediblər. Bəzi ərizəçilər, həmçinin, mülklərinin olduğu torpaq və söküntü zamanı zədələnmiş və ya itirilmiş əmlaklarına görə kompensasiya tələb ediblər.

5. Müxtəlif tarixlərdə (əlavəyə bax) birinci instansiya məhkəmələri BŞİH-nin hərəkətlərinin qanuni olduğunu və kompensasiya məbləğinin yetərli olduğunu hesab edərək ərizəçilərin şikayətlərini tam və ya qismən rədd ediblər. Alqı-satqı müqavilələri ilə bağlı iddialara gəlincə, məhkəmələr onların müvafiq qanunvericiliyə uyğun olaraq bağlandığı qənaətinə gəliblər. Ali Məhkəmə, müxtəlif tarixlərdə verdiyi yekun qərarlarla (əlavəyə bax), aşağı instansiya məhkəmələrinin əsaslandırmalarını təkrarlayaraq ərizəçilərin kassasiya şikayətlərini tam və ya qismən rədd edib. 77919/11, 9310/12 və 5192/13 saylı ərizələr üzrə məhkəmələr qismən ərizəçilərin xeyrinə qərar çıxararaq, hər kvadratmetr üçün 1500 manat məbləğində kompensasiya ödənilməsinə qərar veriblər. 13579/13 saylı ərizə ilə bağlı məhkəmələr qismən ərizəçilərin xeyrinə qərar çıxararaq, müqavilə ilə əhatə olunmayan əmlakın 9 kv.m sahəsinə görə hər kvadratmetr üçün 1500 manat kompensasiya ödənilməsinə qərar veriblər. Məhkəmələr öz təşəbbüsləri ilə 73555/12, 5192/13 və 51850/14 saylı ərizələrdəki ərizəçilərə Prezidentin 689 saylı Fərmanına (26 dekabr 2007-ci il) uyğun olaraq əlavə 20% kompensasiya təyin ediblər.

6. 2017-ci ildə tərəflərlə son kommunikasiya zamanı 81486/12 (Ali Məhkəmənin 20 iyun 2012-ci il tarixli qərarı), 5192/13 (Ali Məhkəmənin 3 iyul 2014-cü il tarixli qərarı) və 51850/14 nömrəli (Ali Məhkəmənin 15 yanvar 2014-cü il tarixli qərarı) ərizələrlə bağlı yekun qərarlar icra olunmamış qalmışdı. 73555/12 saylı ərizə üzrə yekun qərar (Ali Məhkəmənin 10 oktyabr 2013-cü il tarixli qərarı) qismən icra olunmamış qalıb.

MƏHKƏMƏNİN QİYMƏTLƏNDİRMƏSİ

I. ƏRİZƏLƏRİN BİRLƏŞDİRİLMƏSİ

7. Ərizələrin oxşar predmetini nəzərə alaraq, Məhkəmə onları bir qərar altında birləşdirməyi məqsədəuyğun hesab edir.

II. KONVENSİYANIN 1 SAYLI PROTOKOLUNUN 1-Cİ MADDƏSİNİN POZULDUĞU İDDİASI

8. Ərizəçilər 1 saylı Protokolun 1-ci maddəsinə uyğun olaraq şikayət verərək, mülklərinin sökülməsi yolu ilə de-fakto özgəninkiləşdirilməsinin onların mülkiyyət hüquqlarına qanunsuz və əsassız müdaxilə olduğunu bildiriblər. Onlar daha sonra mülklərinə görə ödənilən kompensasiya məbləğinin çox az olmasından şikayət ediblər. 77919/11, 9310/12, 37786/12, 57685/12, 61516/12, 73555/12, 81486/12, 5192/13 və 51850/14 saylı ərizələrdəki ərizəçilər tikinti altındakı torpaqlara və ya onların mülkiyyətinə əlavə edlmiş əmlaklara görə də kompensasiya ödənilmədiyindən şikayətçidirlər. 56371/12, 81494/12 və 5192/13 saylı ərizələrdəki ərizəçilər mülklərinin sökülməsi zamanı zədələnmiş və ya itirdiklərini iddia etdikləri əmlaklarına görə onlara kompensasiya ödənilməməsindən şikayət ediblər.

1. Əmlak və torpaq sahələri və/və ya onlara əlavə edilmiş olanlar

9. Hökumət iddia etdi ki, yuxarıda qeyd olunan ərizələrdə (yuxarıda 8-ci bəndə bax) ərizəçilərin mülklərinin yerləşdiyi ərazilərdə tikililərin altında olan və/yaxud onlara əlavə edilmiş torpaq sahələrinə hər hansı mülkiyyət hüququ yoxdur. Ona görə də həmin torpaq sahələri onların “mülkiyyətini” təşkil etmirdi. Ərizəçilər bu arqumentə etiraz etdilər.

10. Mülkiyyət sənədlərindən göründüyü kimi, həmin əmlakların ərizəçilərin xüsusi mülkiyyətində olması mübahisəsizdir (bax: əlavəyə).

11. İş materiallarından görünür ki, 77919/11 saylı ərizədəki ərizəçi ölkədaxili məhkəmələr qarşısında evinin ümumi sahəsinin 231 kv.m olduğunu iddia etmişdi, halbuki Məhkəmədə o, əmlakının ümumi sahəsinin 487 kv.m olduğunu bildirib. Ancaq, bununla bağlı nə ölkədaxili məhkəmələrə, nə də Məhkəməyə heç bir sənədli sübut təqdim edilməyib. Buna görə də, ərizəçinin mülkiyyət sənədlərində göstərilən əmlakdan ümumi sahəsinin daha çox olması ilə bağlı iddiası 1 saylı Protokolun 1-ci maddəsinə uyğun olaraq onun “mülkiyyətinə” bərabər olduğu müəyyən edilə bilmir. Buradan belə nəticə çıxır ki, ərizənin həmin iddia ilə bağlı hissəsi Konvensiyanın 35-ci maddənin 3(a) bəndinə və ratione materiae ilə bir araya sığmır və 35-ci maddənin 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir.

12. Məhkəmə qeyd edir ki, 77919/11 və 61516/12 saylı ərizələrdəki ərizəçilərə məxsus əmlak fərdi evlər olub. Axverdiyev Azərbaycana qarşı (№ 76254/11, 29 yanvar 2015-ci il) işdə Məhkəmə müəyyən edib ki, dövlət torpaqlarında yerləşən daşınmaz əmlakın “qanuni istifadəçisi” torpağın onun mülkiyyətinə pulsuz keçirilməsi hüququna malikdir və bu hüquq torpaq üzərində mülkiyyət hüququnun da əldə edilməsinə “legitim gözlənti” yaradır. Ölkədaxili qanunvericiliyin müddəalarına əsasən fərdi yaşayış evinin altında olan və ona bağlı torpaq sahələri ev sahibinin “mülkiyyətini” təşkil edirdi (qərarın 73-78-ci bəndlərinə bax). Məhkəmə 77919/11 saylı ərizə ilə bağlı da fərqli nəticəyə gəlmək üçün heç bir səbəb görmür. Buna görə də, evin altındakı torpaq sahəsi də ərizəçinin “mülkiyyətini” təşkil edirdi.

13. 61516/12 saylı ərizəyə gəlincə, Məhkəmə qeyd edir ki, ərizəçi nə ölkədaxili məhkəmələrə, nə də Məhkəməyə evin yerləşdiyi və/və ya ona əlavə edilmiş torpaq sahəsi haqqında məlumatı özündə əks etdirən heç bir sənəd təqdim etməyib. Buna görə də, müəyyən etmək olmur ki, ərizəçinin evinin yerləşdiyi əsas və/və ya evə əlavə edilmiş torpaq sahəsi ilə bağlı iddiası 1 saylı Protokolun 1-ci maddəsinə mənasında onun “mülkiyyətinə” bərabərdir. Bundan belə çıxır ki, ərizənin həmən hissəsi 35-ci maddənin 3-cü bəndinin (a) mənasında Konvensiyanın müddəaları və ratione materiae ilə bir araya sığmır və 35-ci maddənin 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir.

14. Qalan ərizələrə gəlincə, sözügedən əmlaklar çoxmənzilli binalarda yerləşən mənzillər olub. Mənzil Məcəlləsinin 35.1 və 36.4-cü maddələrinə əsasən belə tikililərin altında olan torpaq sahəsi həmin binadakı mənzillərin mülkiyyətçilərinin ümumi, paylı mülkiyyətində olub, onların natura şəklində bölmək və ya öz paylarını satmaq və ya müvafiq paylarını ayrı-ayrı özgəninkiləşdirilməsinə yönəlmiş digər hərəkətləri etmək hüququ yoxdur. Buna görə də, ölkədaxili qanunvericiliyə əsasən, bu cür paylar ərizəçilərin mülkiyyətini təşkil etsə də, onlar ayrı-ayrılıqda “mülkiyyət” kimi qəbul edilə bilməz, çünki onlar bir hissəsini təşkil etdikləri binaya aid olublar və bununla da bütöv mülkiyyəti təşkil ediblər.

15. Məhkəmə qeyd edir ki, yuxarıda 11 və 13-cü bəndlərdə qəbuledilməz elan edilmiş hissələr istisna olmaqla, ərizə Konvensiyanın 35-ci maddəsinin 3 (a) bəndinin mənasında açıq-aşkar əsassız deyil və ya hər hansı digər əsaslara görə də qəbuledilməz elan edilə bilməz. Buna görə də o, qəbuledilən elan edilməlidir.

16. 1 saylı Protokolun 1-ci maddəsi ilə bağlı ümumi prinsiplər yuxarıda adı çəkilən Axverdiyev (79-82-ci bəndlər), Xalikova (§§ 134-36) və Məhərrəmov Azərbaycana (№ 5046/07, 56-60, 30 mart 2017-ci il) qarşı işində ümumiləşdirilib.

17. Xalikova işində Məhkəmə müəyyən edib ki, ərizəçinin əmlakının özgəninkiləşdirilməsi “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməyib. O, xüsusilə belə nəticəyə gəlib ki, (i) BŞİH-nin xüsusi mülkiyyəti müsadirə etmək səlahiyyəti yoxdur; (ii) səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş qanuni özgəninkiləşdirilmə qərarı olmamışdı və (iii) ərizəçinin mülkiyyətinə müdaxilə faktiki olaraq onu mülkiyyətdən məhrum etmişdi. Məhkəmə həmçinin ərizəçi ilə R.K arasında alqı-satqı müqaviləsini yersiz hesab edərək, belə nəticəyə gəlib ki (i) bu müqavilə ərizəçinin əmlakı söküldükdən sonra bağlanıb və (ii) aydın idi ki, BŞİH-i bu işi R.K-ya həvalə edib və o icra hakimiyyəti adından çıxış edib. Məhkəmə ona təqdim olunmuş bütün materialları araşdıraraq, hazırkı işlərdə də onu fərqli nəticəyə gəlməyə inandıra biləcək hər hansı fakt və ya arqument tapmayb. Beləliklə, o hesab edir ki, ərizəçilərin əmlakının özgəninkiləşdirilməsi “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməyib.

18. Müvafiq olaraq, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi pozulub.

2. Zədələnmiş və itirilmiş əmlakla bağlı iddia

19. Məhkəmə qeyd edir ki, 56371/12, 81494/12 və 5192/13 saylı ərizələrdə ərizəçilər nə ölkədaxili məhkəmələr, nə də Məhkəmə qarşısında zədələnmiş və ya itirilmiş əmlaklarla bağlı iddialarını əsaslandıra bilməyiblər. Buna görə də şikayətin bu hissəsi açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) və 4-cü bəndlərinə uyğun olaraq rədd edilməlidir.

III. KONVENSİYANIN OTURŞMUŞ MƏHKƏMƏ PRAKTİKASI (PRESDENT) ƏSASINDA İDDİA EDİLƏN DİGƏR POZUNTULARI

20. Ərizəçilərin bəziləri Konvensiyanın 6-cı maddəsinə əsasən şikayət ediblər ki, ölkədaxili məhkəmələrin qərarları və ya onların bir hissəsi icra olunmayıb (yuxarıda 6-cı bəndə bax).

1. Ərizələr nömrələr. 73555/12, 81486/12, 5192/13 və 51850/14

21. Bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3(a) bəndinin mənasında açıq-aydın əsassız deyil və hər hansı digər əsasla da qəbuledilməz hesab edilə bilməz. Müvafiq olaraq, o, qəbuledilən elan edilməlidir. Məhkəmə qarşısındakı bütün materialları araşdıraraq belə nəticəyə gəlir ki, Axundov Azərbaycana qarşı (№ 39941/07, §§ 31-36, 3 fevral 2011-ci il); Cəfərli və başqaları Azərbaycana qarşı (№ 36079/06, §§ 52-54, 29 iyul 2010-cu il); və Faber Firması və Cəfərov Azərbaycana qarşı (№ 3365/08, §§ 20-23, 25 noyabr 2010-cu il) işlərində müyyən etdiyi tapıntılar fonunda Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən edir.

2. Ərizə nöm. 13579/13

22. Belə görünür ki, Ali Məhkəmənin 22 avqust 2012-ci il tarixli qərarı ilə mənzildəki paylarına görə ərizəçilərə təyin olunmuş məbləğ (bax: əlavə) 11 aprel 2013-cü ildə onlara ödənilib. Təqdimatlarında ərizəçilər bildirdilər ki, Ali Məhkəmənin 15 oktyabr 2014-cü il tarixli qərarı (bax: əlavə) ilə əmlakın 9 kv.m sahəsinə (yuxarıda 5-ci bəndə bax) görə təyin edilmiş kompensasiyanı artıq alıblar. Lakin onlar həmin ödənişin edildiyi tarixi qeyd etməyiblər. Onlar müvafiq qərarın icrasının gecikdirilməsindən də şikayət etməyiblər. Buna görə də, bu şikayət açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) və 4-cü bəndlərinə uyğun olaraq rədd edilməlidir.

IV. DİGƏR ŞİKAYƏTLƏR

23. Ərizəçilərdən bəziləri həmçinin Konvensiyanın 6-cı (əsaslandırılmış qərar almaq hüququ), 8 və 13-cü maddələri ilə qorunan Konvensiya hüquqlarının pozulmasından şikayət ediblər. İşin faktlarını, tərəflərin təqdimatlarını və yuxarıda göstərdiyi nəticələri nəzərə alaraq, Məhkəmə hesab edir ki, o, işin qaldırdığı əsas hüquqi məsələlərlə artıq araşdırıb və qalan şikayətlərin araşdırılmasına ehtiyac yoxdur (bax: Mərkəz Valentin Câmpeanu adından çıxış edən Hüquq Resursları Rumıniyaya qarşı [GC] üçün, №47848/08, § 156, AİHM 2014).

KONVENSİYANIN 41-CI MADDƏSİNİN TƏTBİQİ

24. Ərizəçilər maddi və mənəvi zərərə, eləcə də xərclər və məsrəflərə görə müxtəlif məbləğlər tələb ediblər (əlavəyə bax).

25. Məhkəmə hesab edir ki, 41-ci maddənin tətbiqi məsələsi qərar üçün hazır deyil. Buna görə də, cavabdeh dövlətlə ərizəçilər arasında razılaşmanın mümkünlüyünü nəzərə alaraq məsələni sonraya saxlamaq lazımdır (Məhkəmə Reqlamentinin 75-ci Qaydasının 1 və 4-cü bəndləri).

 

BU ƏSASLARA GÖRƏ, MƏHKƏMƏ, YEKDILLIKLƏ,

1. Ərizələlərin birləşdirilməsi qərarını verir;

2. Elan edir ki, (i) 77919/11 nömrəli ərizədə ərizəçinin əmlakının əlavə sahəsi ilə bağlı iddia ilə bağlı hissə, (ii) ərizəçinin mülkiyyətinin yerləşdiyi torpaq sahəsi ilə bağlı hissə (61516/12 nömrəli ərizə) və (iii) zədələnmiş və ya itirildiyi iddia edilən əşyalarla bağlı (56371/12, 81494/12 və 5192/13 nömrəli ərizələr) hissə istisna olmaqla, şikayət 1 saylı Protokolun 1-ci maddəsinə əsasən qəbulediləndir;

3. Elan edir ki, 73555/12, 81486/12, 5192/13 və 51850/14 saylı ərizələrdə yekun qərarların icra edilməməsi ilə bağlı Konvensiyanın 6-cı maddəsinə uyğun şikayət qəbulediləndir, 13579/13 saylı ərizə isə qəbuledilməzdir;

4. Qərara alır ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi pozulub;

5. Qərara alır ki, 73555/12, 81486/12, 5192/13 və 51850/14 saylı ərizələr üzrə yekun qərarların icra olunmaması ilə bağlı Konvensiyanın 6-cı maddəsi pozulub;

6. Qərara alır ki, Konvensiyanın 6-cı (əsaslandırılmış qərar almaq hüququ), 8-ci və 13-cü maddələrinə əsasən şikayətlərin qəbuledilənliyini və mahiyyətini yoxlamağa ehtiyac yoxdur;

7. Qərara alır ki, Konvensiyanın 41-ci maddəsinin tətbiqi məsələsində qərara hazır deyil;

(a) Bununla bağlı məsələni öz səlahiyyətində saxlayır;

(b) (b) Bu məsələ ilə bağlı hökuməti və ərizəçini qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq qanuni qüvvəyə mindiyi tarixdən üç ay ərzində yazılı qeydlərini təqdim etməyə və xüsusilə, əldə edə biləcəkləri hər hansı razılaşma olarsa, bu haqda Məhkəməni xəbərdar etməyə dəvət edir;

(c) əlavə prosedurun tətbiqin özündə saxlayır və zərurət yaranarsa, eyni etmək səlahiyyətini Komitənin sədrinə verir.

Qərar Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq, ingilis dilində tərtib olunub və 10 noyabr 2022-ci il tarixdə yazılı olaraq elan edilib

Martina Keller                                                  Mārtiņš Mits
Katib köməkçisi                                                Sədr

 

ƏLAVƏ

İşlərin siyahısı:

No Ərizə nömrəsi Yerləşddirilib Ərizəçinin adı, ddoğum tarixi və doğum yeri

 

Əmlakın növü və ölçüsü (mülkiyyət sənədlərinə uyğun olaraq) Sökülmə tarixi Alqı-satqı tarixi Ölkədaxi məhkəmələrin qərar və qərardadları

 

Ölkədaxilində verilmiş/ödənilmiş kompensasiya Ədalətli əvəzin ödənilməsi
1 77919/11 22/11/2011 İsmayıl BAĞVANOV

1956

Bakı

0.0232 ha torpaq sahəsində 95.6 kv.m ev + 29.1 kv.m binalar + 20 kv.m qaraj 04/12/2010 23/09/2011 Nəsimi Rayon Məhkəməsi 10.04.2010

Bakı Apellyasiya Məhkəməsi 11/02/2011

Ali Məhkəmə 07/09/2011

məhkəmələr tərəfindən təyin edilmiş maddi ziyana görə 187 050 manat;

217 050 manat müqavilə üzrə ödənilib

maddi ziyana görə 2.300.000 avro;

mənəvi ziyana görə 700.000 avro;

Xərclər və məsrəflər üçün 10.000 avro.

2 9310/12* 14/02/2012 Darya GULİYEVA

1979

Bakı

105 kv.m mənzil 25/03/2012 06/02/2014 1-ci proseslər toplusu:

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 14/06/2012

Bakı Apellyasiya Məhkəməsi 09.10.2012

Ali Məhkəmə 13/02/2013

2-ci proseslər toplusu:

Səbail rayon məhkəməsi 15.08.2014

Bakı Apellyasiya Məhkəməsi 12.03.2014

Ali Məhkəmə 24/04/2015

157 500 manat maddi ziyana görə + 2 000 manat mənəvi ziyana görə məhkəmələr tərəfindən maddi ziyana görə 770.000 avro;

mənəvi ziyana görə 300.000 avro;

7000 manat hüquqi xidmət, 200 manat poçt xərcləri.

3 22730/12* 12/04/2012 Eldar HÜSEYNOV

1942

Sumqayıt

A flat of 28 sq. m -/09/2010 14/12/2010 1-ci proseslər toplusu:

Nəsimi Rayon Məhkəməsi 27.09.2010

Bakı Apellyasiya Məhkəməsi 27/01/2011

Ali Məhkəmə 22/06/2011

Bakı Apellyasiya Məhkəməsi 14/10/2011

Ali Məhkəmə 21/02/2021

2-ci proseslər toplusu:

Nəsimi Rayon Məhkəməsi 01.03.2011

Bakı Apellyasiya Məhkəməsi 12/05/2011

Ali Məhkəmə 13/10/2011

Məhkəmələrin qərarı ilə vurulmuş maddi ziyana görə 42 min manat maddi ziyana görə 700.000 avro;

mənəvi ziyana görə 100.000 avro;

Hüquqi xidmətlər üçün 6000 avro və poçt xərcləri üçün 200 avro.

4 37786/12* 18/06/2012 Kəmalə ALIYEVA

1965

Bakı

2 otaq 39.1 kv.m 19/11/2010 09/12/2010 Nəsimi Rayon Məhkəməsi 04.11.2011

Bakı Apellyasiya Məhkəməsi 10/08/2011

Ali Məhkəmə 22/12/2011

Müqavilə üzrə 58 650 manat ödənilib maddi ziyana görə 550.000 avro;

mənəvi ziyana görə 200.000 avro;

Hüquqi xidmətlər üçün 5000 avro, poçt xərcləri üçün 200 manat.

5 44972/12* 18/07/2012 İntizar ALLAHVERDİYEVA

1953

Bakı

68 kv.m mənzilin ½ hissəsi

 

 

-/12/2010

 

 

 

 

 

 

 

 

 

 

 

05/01/2011 Nəsimi Rayon Məhkəməsi 28.04.2011

Bakı Apellyasiya Məhkəməsi 01.09.2011

Ali Məhkəmə 19/01/2012

Müqavilə üzrə 51.000 manat ödənilib maddi ziyana görə 200.000 avro; mənəvi ziyana görə 100.000 avro;

5000 manat hüquqi xidmət, 70 manat poçt xərcləri.

Zərifə ALLAHVERDİYEVA

1959

Bakı

eyni mənzilin ½ hissəsi -/12/2010 Müqavilə üzrə 51.000 manat ödənilib maddi ziyana görə 200.000 avro;

mənəvi ziyana görə 100.000 avro;

Hüquqi xidmətlərə görə 3500 manat.

6 56371/12* 31/08/2012 Pərviz ƏMİROV

1969

Bakı

1 otaq 12.5 kv m -/11/2010 01/02/2013 1-ci proseslər toplusu

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 12.05.2011

Bakı Apellyasiya Məhkəməsi 22.02.2012

Ali Məhkəmə 02/05/2012

2-ci məhkəmə prosesi

Nəsimi Rayon Məhkəməsi 07.09.2013

Bakı Apellyasiya Məhkəməsi 27.09.2013

Ali Məhkəmə 17/02/2014

Müqavilə üzrə 31 995 manat ödənilib maddi ziyana görə 82.000 avro;

mənəvi ziyana görə 70.000 avro;

7000 manat hüquqi xidmət, 110 manat poçt xərcləri.

7 57685/12* 06/09/2012 Minaxanım ƏZİMOVA

1946

Bakı

2 otaq 34 kv m

 

 

 

-/11/2010

 

 

 

 

 

 

 

 

 

 

07/12/2010 1-ci proseslər toplusu:

Nəsimi Rayon Məhkəməsi 29/11/2010

Bakı Apellyasiya Məhkəməsi 23/08/2012

Ali Məhkəmə 18/01/2013

2-ci prosedurlar toplusu:

Nəsimi Rayon Məhkəməsi 08.03.2011

Bakı Apellyasiya Məhkəməsi 17/10/2011

Ali Məhkəmə 07/03/2012 (served on 06/04/2012)

90000 manat müqavilə əsasında ödənilib maddi ziyana görə 220.000 avro;

mənəvi ziyana görə 100.000 avro;

5000 manat hüquqi xidmət, 100 manat poçt xərcləri.

Mehriban ƏLİYEVA

1969

Bakı

29 kv.m mənzil

 

 

-/11/2010

 

 

 

 

 

 

 

 

 

 

21/12/2010 43500 manat müqavilə üzrə ödənilib maddi ziyana görə 110.000 avro;

mənəvi ziyana görə 50.000 avro;

Hüquqi xidmətlərə görə 5000 manat.

Valeriya MAHMUDOVA

1966

Bakı

61 kv.m mənzil

 

 

 

 

-/11/2010

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

21/12/2010 91500 manat müqavilə üzrə ödənilib maddi ziyana görə 225.000 avro;

mənəvi ziyana görə 100.000 avro;

Hüquqi xidmətlərə görə 7000 manat.

Ruqiyə MƏMMƏD

1957

Bakı

4 otaqlı 101.5 kv.m

 

-/11/2010 03/12/2010 134 250 manat müqavilə üzrə ödənilib maddi ziyana görə 420.000 avro;

mənəvi ziyana görə 100.000 avro;

Hüquqi xidmətlərə görə 7000 manat.

Səadət ƏZİZOVA

1969

Bakı

Eyni mənzilin 1 otaqlı 12 kv

 

-/11/2010

 

03/12/2010 18000 manat müqavilə əsasında ödənilib maddi ziyana görə 70.000 avro;

mənəvi ziyana görə 50.000 avro;

Hüquqi xidmətlərə görə 7000 manat.

8 61516/12* 24/09/2012 Fuad ƏLİYEV

1968

Bakı

11/12 ev (evin ölçüsü haqqında məlumat yoxdur) -/11/2010 09/12/2010 Nəsimi Rayon Məhkəməsi 08.08.2011

Bakı Apellyasiya Məhkəməsi 11.04.2011

Ali Məhkəmə 29/03/2012

Müqavilə üzrə 68 887 manat ödənilib

 

maddi ziyana görə 700.000 avro;

mənəvi ziyana görə 200.000 avro;

Hüquqi xidmətlər üçün 5000 avro, poçt xərcləri üçün isə 70 manat.

9 73555/12* 16/11/2012 Yasəmən KƏRİMOVA

1951

Bakı

 

65 kv.m mənzil + 16.1 kv zirzəmi

 

Dəqiqləşməyib 27/02/2015 1-ci icraat toplusu:

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 14/12/2011

Bakı Apellyasiya Məhkəməsi 06.03.2012

Ali Məhkəmə 13/06/2012

2-ci prosedurlar toplusu:

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 14/03/2013

Bakı Apellyasiya Məhkəməsi 19/06/2013

Ali Məhkəmə 10/10/2013

Məhkəmələr tərəfindən dəymiş maddi ziyana görə 145 980 manat, mənəvi zərərə görə 1 000 manat,

ancaq müqavilə üzrə 121 650 manat ödəyib

maddi ziyana görə 370.000 avro;

mənəvi ziyana görə 100.000 avro;

10500 manat hüquqi xidmət, 200 manat poçt xərcləri.

10 81486/12* 19/12/2012 Flora QƏDİROVA

1966

Bakı

1 otaq 14.7 kv.m 08/06/2011 Müqavilə yoxdur 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 30/11/2011

Bakı Apellyasiya Məhkəməsi 06.03.2012

Ali Məhkəmə 20/06/2012

22500 manat məhkəmələr tərəfindən təyin edilmiş, lakin ödənilməmişdir maddi ziyana görə 100.000 avro;

mənəvi ziyana görə 50.000 avro;

Hüquqi xidmətlərə görə 3500 manat.

11 81494/12* 20/12/2012 Ruxsarə HÜSEYNOVA

1944

Bakı

172 kv.m mənzil 19/11/2010 06/11/2010 Nəsimi Rayon Məhkəməsi 27/12/2011

Bakı Apellyasiya Məhkəməsi 03/04.2012

Ali Məhkəmə 29/08/2012

müqavilə üzrə 259 500 manat ödənilib maddi ziyana görə 1.600.000 avro;

mənəvi ziyana görə 300.000 avro;

5000 manat hüquqi xidmət, 100 manat poçt xərcləri.

12 5192/13* 28/12/2012 Afaq İSMAYILOVA

1958

Bakı

A flat of 107.5 sq. m 02/04/2012 Müqavilə yoxdur 1-ci icraat toplusu

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 28/12/2011

Bakı Apellyasiya Məhkəməsi 04.03.2012

Ali Məhkəmə 04/07/2012

2-ci məhkəmə prosesi

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 18/12/2013

Bakı Apellyasiya Məhkəməsi 02.04.2014

Ali Məhkəmə 03/07/2014

193 500 manat maddi ziyana görə, 2 500 manat isə məhkəmələr tərəfindən təyin edilmiş, lakin ödənilməmiş mənəvi ziyana görə

 

maddi ziyana görə 1.500.000 avro;

mənəvi ziyana görə 500.000 avro;

10500 manat hüquqi xidmət, 200 manat poçt xərcləri.

13 13579/13* 22/02/2013 Shirinbaji RZAYEVA

1953

Baku

 

 

 

 

 

 

 

 

 

41.3 kv.m mənzilin 1/3

Eyni mənzilin 1/3 hissəsi

+

9 kv.m binalar

23/04/2012 11/04/2013 1-ci icraat toplusu

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 25/01/2012

Bakı Apellyasiya Məhkəməsi 30/05/2012

Ali Məhkəmə 22/08/2012

2-ci məhkəmə prosesi

Səbail rayon məhkəməsi 10.01.2014-cü il

Bakı Apellyasiya Məhkəməsi 05.07.2014

Ali Məhkəmə 15/10/2014

Hər bir ərizəçiyə məhkəmələr tərəfindən müəyyən edilmiş mənzildəki paylarına görə müqavilə əsasında ödənilən 20 650 manat, tikililər üçün isə birgə 13 500 manat maddi ziyana görə 70.000 avro;

mənəvi ziyana görə 50.000 avro;

Hüquqi xidmətlərə görə 7000 manat.

 

 

 

maddi ziyana görə 70.000 avro;

mənəvi ziyana görə 50.000 avro;

Hüquqi xidmətlərə görə 7000 manat.

Əli RZA

1976

Bakı

14 51850/14* 15/07/2014 Lilya ƏLİYEVA

1943

Bakı

190.8 kv.m mənzil -/03/2013 12/03/2013 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 31/05/2013

Bakı Apellyasiya Məhkəməsi 11.09.2013

Ali Məhkəmə 15/01/2014

Müqavilə üzrə ödənilmiş 286 200 manat;

Məhkəmələr tərəfindən təyin edilmiş, lakin ödənilməmiş 57 240 manat

maddi ziyana görə 1.500.000 avro;

mənəvi ziyana görə 300.000 avro;

5000 manat hüquqi xidmət, 70 manat poçt xərcləri.