7 noyabr 2022-ci il tarixdə dərc edilib
BEŞİNCİ BÖLMƏ
Ərizə nömrəsi 76065/16
Elvin Rəşadət oğlu ABDULLAZADƏ Azərbaycana qarşı
3 dekabr 2016-cı il tarixdə daxil olub
21 oktyabr 2022-ci il tarixdə hökumətlə kommunikasiya edilməyə başlanıb
MƏHKƏMƏ İŞİNİN MÖVZUSU
Ərizə müxalifət partiyasının üzvü olan ərizəçiyə qarşı açılmış cinayət işi ilə bağlıdır. Milli məhkəmələr Ali Məhkəmənin 22 iyun 2016-cı il tarixli yekun qərarı ilə ərizəçini Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istifadə üçün zəruri olan miqdardan artıq miqdarda saxlama) maddəsi ilə təqsirli bilib və ərizəçi, iki il altı ay müddətinə azadlıqdan məhrum edilib.
Konvensiyanın 6-cı maddəsinə əsaslanan ərizəçi, xüsusilə, mühakiməsinin uydurma sübutlara əsaslanmasından şikayət edib.
TƏRƏFLƏRƏ SUAL
Ərizəçi ona qarşı irəli sürülən cinayət ittihamlarının müəyyən edilməsi zamanı Konvensiyanın 6-cı maddəsinə uyğun olaraq ədalətli məhkəmə dinləmələri haqqında malik olubmu? Xüsusilə, sübutların əldə edilməsi və prosesdə istifadə olunması şəkli də daxil olmaqla, mühakimə bütövlükdə ədalətli idimi? Sübutların əldə edildiyi hallar, onun etibarlılığına və ya düzgünlüyünə şübhə yaradırmı? Ərizəçiyə sübutların həqiqiliyinə etiraz etmək və onların istifadəsinə qarşı çıxmaq imkanı verilibmi?