©tərcümə, aihmaz.org
YENİ
BEŞİNCİ BÖLMƏ
QƏRAR
Ərizə №72489/11
Səmənd Məmmədov və digər 6 ərizəçi Azərbaycana qarşı
(əlavə edilmiş cədvəldə gör)
Avropa İnsan Haqları Məhkəməsi (Beşinci Bölmə), 30 aprel 2020-ci il tarixdə aşağıdakılardan ibarət Komitədə toplaşaraq:
Gabriele Kucsko-Stadlmayer, Sədr,
Mārtiņš Mits,
Lәtif Hüseynov, hakimlər,
və Liv Tigerstedt, Bölmə katibi,
Ərizəçilərin aşağıdakı cədvəldə göstərilmiş müxtəlif vaxtlarda verilmiş ərizələrini diqqətə alaraq,
Cavabdeh Hökumətin Məhkəməyə təqdim edilən ərizələrin baxılacaq işlərin siyahısından çıxarılması istənilən bəyannamələri nəzərə alaraq,
Müşavirənin ardından aşağıdakı qərarı qəbul etdi:
FAKTLAR VƏ PROSEDUR
Ərtizəçilərin və onların təmsilçilərinin siyahısı əlavə edilmiş cədvəldə göstərilib.
Ərizəçilərin Avropa Konvensiyasının 5 § 3 –cü maddəsinə əsaslanaraq, məhkəməyə qədər həbs müddətinin uzun olmasından verdikləri şikayətlər barədə Azərbaycan Hökuməti (“Hökumət”) bilgiləndirilib.
QANUNVERİCİLİK
Məhkəmə, ərizələrin oxşar məzmununu nəzərə alaraq, onları bir qərar çərçivəsində araşdırmağı məqsədəuyğun saydı.
Tərəflər arasında dostca anlaşma müzakirələri uğursuz olduqdan sonra, Hökumət ərizələrdə qaldırılan pozuntuların aradan qaldırılması məqsədilə təktərəfli bəyannamə təqdim etdi. Hökumət həmçinin, Məhkəmədən Konvensiyanın 37-ci maddəsinə uyğun olaraq, ərizələrin baxılacaq işlərin siyahısından çıxarılmasını xahiş etdi.
Ərizəçilərin adlarından başqa, eyni məzmunlu mətnə sahib olan Hökumətin bəyannaməsinin əlaqəli hissələri aşağıdakı kimidir:
Hökumət ərizələrdə mübahisələndirilən məhkəməyə qədər həbs müddətinin uzun olması iddiasını qəbul etdi. Hökumət Ərizəçiyə əlavədə göstərilən məbləği ödəməyi təklif etdi və Məhkəməni Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinə əsasən ərizələri baxılacaq işlərin siyahısından çıxarmağa dəvət etdi. Bildirdi ki, əlavədəki cədvəldə göstərilən məbləğ məhkəmənin qərarının elan edildiyi 3 ay ərzində Ərizəçiyə ödəniləcək. Təzminat məbləğini yuxarıda göstərilən üç aylıq müddət ərzində ödəmədiyi halda Hökumət, bu müddətin bitməsi tarixindən hesablanmaqla, Avropa Mərkəzi Bankının kredit faizi ilə hesablanmış faiz və onun üzərinə daha üç faiz ödəməlidir.
The Court observes that Article 37 § 1 (c) enables it to strike cases out of its list if:
Hökumətin təqdim etdiyi təktərəfli bəyannamələrin şərtləri Ərizəçilərə təqdim edildi. Ərizəçilər, Hökümətin təktərəfli bəyannamələrində təklif olunan kompensasiyanın məbləğinə etiraz etdilər, məbləğin çox aşağı olduğunu bildirdilər. Ərizəçilər həmçinin, Konvensiyanın 37-ci maddəsinin məqsədləri baxımından, Məhkəmənin ərizələri mahiyyəti üzrə araşdırmağa davam etməli olduğunu qeyd etdilər.
Məhkəmə Konvensiyasının 37 § 1 (c) maddəsinə əsasən, aşağıdakı hallarda bir ərizənin siyahıdan çıxarıla biləcəyini qeyd edir:
“(c) Məhkəmənin müəyyənləşdirdiyi istənilən digər səbəbə görə, şikayətə baxışı davam etdirməyə lüzum yoxdursa.”
Ərizəçinin işin araşdırılmasının davam etdirilməsini istəməsinə rəğmən, Konvensiyanın 37.1-ci (c) maddəsinə uyğun olaraq, cavabdeh Hökumət tək tərəfli bəyannamə verməklə, Ərizənin siyahıdan çıxarılmasını istəyə bilər (bax, Acar Türkiyəyə qarşı [GC], № 26307/95, §§ 75‑77, AİHM 2003-VI).
Məhkəmə, məhkəməyə qədər həbs müddətinin həddindən artıq uzunluğunun qanunsuzluğu ilə bağlı şikayətlərə dair aydın və əhatəli presedent formalaşdırıb (bax, məsələn, Fərhad Əliyev Azərbaycana qarşı, no. 37138/06, 9 noyabr 2010; Isayeva Azərbaycana qarşı, no. 36229/11, 25 iyun 2015 və Zayidov Azərbaycana qarşı, no.11948/08, 20 fevral 2014).
Məhkəmə, Hökumətin bu işlərlə bağlı pozuntuları qəbul etməsini, təklif edilən təzmiantın məbləğini – oxşar işlərdə müəyyən edilmiş təzminat məbləği ilə uyğunluğu – da nəzərə alaraq, hesab edir ki, Ərizənin araşdırılmasının davam etdirilməsi artıq əsaslı deyil (Maddə37 § 1 (c)).
Yuxarıda vurğulanan xüsusatların işığında Məhkəmə hesab edir ki, Konvensiyanın 37-ci maddəsinin 1 (c) bəndinin mənasına görə artıq şikayətin araşdırılmasının davam etdirilməsi əsaslı deyil.
Məhkəmə yekunda qeyd edir ki, Hökumət təktərəfli bəyannamənin şərtlərinə əməl etməzsə, Konvensiyanın 37-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq, ərizə siyahıya yenidən bərpa edilə bilər (Josipović Serbiyaya qarşı, 18369/07, 4 mart 2008).
Yuxarıda göstərilənlərə əsasən, ərizə baxılacaq işlərin siyahısından çıxarılmalıdır.
Qeyd edilənlərə əsasən, Məhkəmə yekdilliklə,
Şikayətləri birləşdirməyi qərara alır;
Hökumətin təqdim etdiyi təktərəfli bəyannamənin şərtlərini və orda nəzərdə tutulan öhdəliklərə əməl olunmasını təmin edəcək düzənləmələri qeyd edir,
Ərizənin Konvensiyanın 37-ci maddəsinin 1-ci (c) bəndinə uyğun olaraq, baxılacaq işlərin siyahısından çıxarılmasına qərar verir.
Qərar ingilis dilində hazırlanıb və 4 iyun 2020-ci il tarixdə yazılı şəkildə elan edilib.
Liv TigerstedtGabriele, Katib
Kucsko-Stadlmayer, Sədr
ƏLAVƏ
Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə əsasən şikayət edən ərizəçilərin siyahısı
No. | Ərizələrin nömrəsi və qəbul edildikləri tarix | Ərizəçilərin adı, doğum tarixi | Təmsilçilərin adı və fəaliyyət göstərdikləri yer | Hökumətin bəyannaməsinin alındığı tarix | Ərizəçilərin təqdimatlarının alındığı tarix | Hər ərizəçiyə maddi, mənəvi, xərc və məsrəflərə görə müəyyən edilən ədalətli əvəzin məbləği (Avro ilə) |
1. | 72489/11
20/10/2011 |
Səmənd Rəsul oğlu Məmmədov 11/12/1959 | Sadıqov Elçin Əli oğlu
Bakı |
12/09/2018 | 22/10/2018 | 3,000 |
2. | 12541/13
07/10/2013 |
Taleh Kamil oglu Bağırov
23/06/1984 |
Cavadov Cavad Yusif oglu
Bakı |
12/09/2018 | 24/10/2018 | 3,000 |
3. | 71584/14
31/10/2014 |
Ismayil Isak oğlu Məmmədov
25/11/1968 |
Mustafazadə Ruslan Əsabəli oglu
Sumgayıt |
12/09/2018 | 05/10/2018 | 3,000 |
4. | 74567/14
27/11/2014 |
Eldəniz Balamat oglu Hacıyev
02/02/1974 |
Mustafazade Ruslan Əsabəli oğlu
Sumgayit |
12/09/2018 | 05/10/2018 | 3,000 |
5. | 2876/15
05/01/2015 |
Əflan Nizami oglu Səmədov
08/12/1983 |
Bagirov Xalid Zakir oglu
Bakı |
12/09/2018 | 23/10/2018 | 3,000 |
6. | 45019/16
20/07/2016 |
Rəşad Mehdi oglu Ibrahimov
22/03/1986 |
Humbətova Şəxhla Kinyaz gızı
Bakı |
12/09/2018 | 14/10/2018 | 3,000 |
7. | 71943/17
18/09/2017 |
Elxan Səyadulla oglu Isgəndərov
03/11/1983 |
Namazli Fariz Mübariz oglu
Bakı |
03/05/2019 | 29/06/2019 | 3,000 |