№71487/16 ƏBDÜLƏHƏD MAHMUDOV AZƏRBAYCANA QARŞI – 02 İYUL 2020-Cİ İL

 

BEŞİNCİ BÖLMƏ

 

ƏBDÜLƏHƏD MAHMUDOV AZƏRBAYCANA QARŞI
Ərizə №71487/16

 

 

QƏRARDAD

 

 

Strasburq
02 iyul 2020

 

Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə), 11 iyun 2020-ci il tarixdə aşağıdakı heyətdən ibarət Komitədə:

Ganna Yudkivska, President,
Mārtiņš Mits,
Anja Seibert-Fohr,
Lado Chanturia, hakimlər,

və Liv Tigerstedt, Qeydiyyat Bölməsi Rəhbərinin Köməkçisi,

19 noyabr 2016-cı il tarixli Ərizəni diqqətə alaraq,

Müzakirələrdən sonra aşağıdakı qərarı qəbul etdi:

FAKTLAR VƏ PROSEDUR

Ərizəçi, cənab Abduləhəd Əlisa oğlu Mahmudov, 1944-cü ildə anadan olub.

Ərizəçi Məhkəmə qarşısında Bakıda fəaliyyət göstərən vəkil cənab S. Tağiyev tərəfindən təmsil olunub.
Ərizəçinin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə və 1 saylı Protokolun 1-ci maddəsinə əsaslanaraq verdiyi şikayətlər barədə Azərbaycan Hökuməti (“Hökumət”) bilgiləndirilib.

24 mart 2020-ci il tarixdə ərizəçi Katibliyə bildirib ki, Hökumət tərəfindən kompensasiyanın ödənilməsi əsası ərizəsini Məhkəmədən geri götürmək istəyir.

QANUNVERİCİLİK

Məhkəmə, yuxarıda göstərilənlərin işığında, Ərizəçinin Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinin mənası daxilində ərizənin araşdırılmasının davam etdirilməsini istəmədiyi qənaətinə gəldi. Məhkəmə, bununla yanaşı, 37-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq, ərizənin araşdırılmasının davam etdirilməsi üçün xüsusi hal müəyyən etmədi.

Buna görə, ərizə baxılacaq işlərin siyahısından çıxarılmalıdır.

Qeyd edilənlərə əsasən, Məhkəmə yekdilliklə,

Ərizəni baxılacaq işlərin siyahısından çıxarmaq qərarı verdi.

Qərar ingilis dilində hazırlandı, 02 iyul 2020-ci il tarixdə yazılı elan edildi.

 

Liv Tigerstedt,
Qeydiyyat Bölməsi Rəhbərinin Köməkçisi vəzifəsini icra edən

Ganna Yudkivska,
Beşinci Bölmə, Prezident