№68762/14, №71200/14 İNTİQAM ƏLİYEV AZƏRBAYCANA QARŞI – 20 SENTYABR 2018-Cİ İL

 

BEŞİNCİ BÖLMƏ

 

 

 

ƏLİYEV AZƏRBAYCANA QARŞI
(Ərizələr No: 68762/14 və 71200/14)

QƏRAR

 

 

Bu versiyaya 9 oktyabr 2018-ci ildə Məhkəmə Reqlamentinin 81-ci Qaydasına müvafiq olaraq düzəliş edilib.

 

 

STRASBURQ
20 sentyabr 2018-ci il

 

Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində təsbit edilmiş hallarda qəti qüvvəyə minəcəkdir. Qərarda redaktə xarakterli düzəlişlər edilə bilər.

 

Əliyev Azərbaycana qarşı işi üzrə,

Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə)
Xristos Rozakis, Sədr,
Erik Mose,
Yonko Qrozev,
Siofra O Leari,
Martinş Mits,
Lәtif Hüseynov,
Lado Çanturia, hakimlər,
və Milan Blaşko, bölmə üzrə məhkəmə katibinin müavinindən ibarət tərkibdə
10 iyul 2018-ci ildə qapalı müşavirə keçirərək,
həmin tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:

PROSEDUR MƏSƏLƏLƏRİ

1. İş Azərbaycan Respublikasının vətəndaşı cənab İntiqam Kamil oğlu Əliyevin (İntiqam Kamil oğlu Əliyev – “ərizəçi”) İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasına qarşı 16 oktyabr 2014-cü il tarixdə və 6 noyabr 2014-cü il tarixdə Məhkəməyə təqdim etdiyi ərizələr (68762/14 və 71200/14 saylı) əsasında başlanmışdır.
2. Ərizəçi Londonda fəaliyyət göstərən hüquqşünas xanım R. Remezaite və Bakıda fəaliyyət göstərən hüquqşünas cənab C. Cavadov tərəfindən təmsil olunmuşdur və həmçinin, Strasburqda fəaliyyət göstərən hüquqşünas cənab Qreqori Thuan dit Dieudonne tərəfindən 30 avqust 2015-ci il tarixdən etibarən təmsil olunmuşdur. Azərbaycan Hökumətini (“Hökumət”) səlahiyyətli nümayəndə cənab Ç.Əsgərov təmsil etmişdir.
3. Ərizəçi xüsusilə də həbsdə saxlanma şəraitinin pis olduğunu, həbsdə saxlandığı müddətdə ona qarşı qeyri-insani və ləyaqəti alçaldan rəftar edildiyini, həmin müddətdə lazımi səviyyədə tibbi yardım almadığını, onun həbsinin, məhkəməyə qədər ona qarşı tətbiq olunmuş həbs qətimkan tədbirinin əsassız olduğunu və pis niyyətlə həyata keçirildiyini, şəxsi həyatına, evinə və yazışma sirrinə və sərbəst toplaşmaq azadlığına hörmət hüquqlarına əsassız müdaxilələrin olduğunu və onun hüquqlarının Konvensiyada nəzərdə tutulanlardan başqa digər məqsədlər üçün məhdudlaşdırıldığını iddia etmişdir.
4. 2014-cü ilin 19 noyabr tarixində 68762/14 saylı ərizədəki şikayətlər 5-ci maddənin 1-ci, 3-cü, 4-cü bəndləri əsasında mövqeyini bildirməsi üçün Hökumətə də göndərilmiş və ərizə digər hissələrdə isə Məhkəmə Reqlamentinin 54-cü Qaydasının 3-cü bəndinə uyğun olaraq mümkünsüz hesab edilmişdir. 2 fevral 2015-ci il tarixdə 71200/14 saylı ərizə mövqeyini bildirməsi üçün Hökumətə də göndərilmişdir.

FAKTLAR

I. İŞİN HALLARI

5. Ərizəçi 1962-ci ildə anadan olmuş və hadisələrin baş verdiyi vaxt Abşeron rayonunun Saray qəsəbəsində yaşamışdır.
6. İşin faktları eyni hadisələrlə əlaqədar bənzər ittihamlarla həbs edilmiş Rəsul Cəfərovun Azərbaycana qarşı (69981/14 saylı, 17 mart 2016-ci il) ərizəsindəki faktlarla eynidir.

A. Ərizəçinin fəaliyyət tarixçəsi

7. Ərizəçi tanınmış insan hüquqları müdafiəçisi və vətəndaş cəmiyyəti fəalıdır. O, Məhkəmədə baxılan çoxsaylı işlərdə ərizəçiləri təmsil edir.
8. O, həm də hüquq maarifçiliyi sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatı olan Hüquq Maarifçiliyi Cəmiyyətinin (“İctimai Birliyinin”) sədridir. Bu ictimai birlik 2 iyun 1999-cu ildə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçmiş və hüquqi şəxs statusu almışdır. Onun əsas fəaliyyətləri hüquq sahəsində məlumatlılığın artırılmasından, hüquqşünaslar, insan hüquqları müdafiəçiləri və jurnalistlər üçün təlim proqramlarının təşkilindən və Azərbaycanda müxtəlif insan hüquqları məsələləri ilə bağlı hesabatların hazırlanmasından ibarət olmuşdur. İctimai Birlik həmçinin, Məhkəmə üçün ərizələrin hazırlanmasına və Məhkəmənin qərarlarının icrası ilə əlaqədar olaraq bildirişlərin Nazirlər Komitəsinə təqdim edilməsi fəaliyyətlərinə də cəlb edilmişdir.
9. Ərizəçi insan hüquqları ilə bağlı müxtəlif layihələr üzrə beynəlxalq təşkilatlarla o cümlədən, Hüquqşünaslar üçün Avropa Şurasının insan hüquqları üzrə tədrisi proqramı (HELP) ilə əməkdaşlıq etmişdir.
9. Ərizəçi, digər insan hüquqları müdafiəçiləri ilə birlikdə Azərbaycanda siyasi məhbusların vahid siyahısının hazırlanmasında iştirak etmişdir.

B. Ərizəçi ilə bağlı onun həbsindən əvvəl baş verən və onun həbsini əhatə edən hallar

10. 2014-cü il iyunun 24-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iyun sessiyasında ərizəçi, cənab Rəsul Cəfərov da daxil olmaqla, digər yerli insan hüquqları müdafiəçiləri ilə yanaşı, Avropa Şurasında təşkil olunmuş növbədənkənar tədbirdə iştirak etmişdir. Bu iclasda ərizəçi Azərbaycanda insan hüquqlarının pozulması hallarına dair hesabatı təqdim etmişdir.
11. Ərizəçinin dediyinə görə, yuxarıda göstərilən tədbirdə iştirakından sonra hökumət yönümlü kütləvi informasiya vasitələri tərəfindən ona və digər insan hüquqları müdafiəçilərinə qarşı qarayaxma kampaniyası başladılmışdır.
Məsələn, 4 iyul, 2014-cü ildə hakimiyyət orqanları ilə əlaqəli bir internet-xəbər portalı digər insan hüquqları müdafiəçiləri ilə birlikdə ərizəçini “anti-Azərbaycan şəklini çəkmək üçün milyonlarla dollar qrantlar alan Amerika agentləri” kimi təsvir etmişdir.
12. Ərizəçinin 8 avqust 2014-cü il tarixli həbsindən sonra 2014-cü il avqustun 14-də (bax: bəndlər 22-24 aşağıda) Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Ə. H., APA xəbərlər agentliyə müsahibə vermiş, burada ərizəçinin və digər insan hüquqları müdafiəçilərinin həbslərinə reaksiyalara münasibət bildirərək qeyd etmişdir:
“… onları ‘tanınmış’ edən elə bunların özüdür [beynəlxalq təşkilatlar]. Bu təşkilat [lar] qeyri-şəffaf yollarla onlara qrantlar ayırmış və müxtəlif fəaliyyətlərə, o cümlədən, Azərbaycan əleyhinə olan fəaliyyətlərə yönləndirmişdir. Bəzilərinin xain və bəzilərinin zəif iradəli (düşüncəli) olduğu bu insanlar sonda qanun qarşısında cavab verəcəklər”.
13. 15 avqust 2014-cü il tarixdə Prezident Administrasiyasının İctimai və Siyasi Məsələlər şöbəsinin müdiri Ə.H., Trend xəbərlər agentliyinə müsahibəsində aşağıdakıları demişdir:
“Ən acınacaqlısı odur ki, bu cür QHT-lər, fiziki şəxslər və bəzi jurnalistlər onları maliyyələşdirən xarici dairələrə güvənərək özlərini milli qanunvericilikdən üstün tutmuş, qrant layihələrinin qeydiyyata alınmasından, maliyyə hesabatlarının təqdim edilməsindən, vergilərin və digər qanuni tələblərin ödənilməsindən boyun qaçırmışdır (yayınmışdır)”.
14. 2 sentyabr 2014-cü il tarixdə dərc olunmuş müsahibəsində, hakim partiyanın nümayəndəsi, həmçinin Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Y.M., bu yaxınlarda həbs edilmiş QHT fəalları və insan hüquqları müdafiəçiləri ilə əlaqədar aşağıdakıları demişdir:
“Vətənlərinə xəyanət edən insanlar bağışlanıla bilməzlər. … Bu cür insanlar üçün ölüm cəzası tətbiq edilməlidir. Onlar üçün ən ağır cəza ölüm cəzası olmalıdır. Nəyə görə xainlər bağışlanmalıdır?… Buna görə bir sıra qeyri-hökumət təşkilatlarının fəaliyyətləri ciddi şəkildə araşdırılmalı və qanunsuzluq aşkar edilərsə, bu cür təşkilatların fəaliyyəti dərhal qadağan edilməli və onların rəhbərləri cəzalandırılmalıdır”.
15. 3 sentyabr 2014-cü il tarixdə Prezident Administrasiyasının rəhbəri R.M., Vestnik Kavkaza internet-xəbər portalında dərc olunmuş müsahibəsində digər məsələlərlə yanaşı aşağıdakıları demişdir:
“Sülh və Demokratiya İnstitutu, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Hüquq Maarifçiliyi Cəmiyyəti, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi və digər bu kimi müxtəlif QHT-lər insan hüquqlarının müdafiəsi bəhanəsi ilə xarici qurumların iri həcmli qrantlarını müxtəlif dairələrə hesabatların göndərilməsi və Azərbaycanın təmsil etdiyi beynəlxalq strukturlarda anti-Azərbaycan kampaniyaları təşkil etmək üçün istifadə edirlər”.
16. 3 dekabr, 2014-cü il tarixdə dövlət xəbər agentlikləri Prezident Administrasiyasının rəhbəri R.M., -nin müəllifi olduğu altmış səhifəlik “İkili standartların dünya nizami və müasir Azərbaycan” adlı manifestini dərc etmişdir. Məqalədə ölkədə insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lər “imperializmin beşinci kolonu” olmaqda ittiham edilmişdir. Burada Amerika Birləşmiş Ştatlarının Demokratiyanı Milli Himayə Fondu (NED) və eləcə də digər xarici təşkilatlar kimi əsasən ABŞ-ın sponsorluq etdiyi müxtəlif donor təşkilatları ölkələrdə milli hökumətlərə qarşı siyasi müxalifət hərəkatlarını dəstəklədikləri ehtimalı irəli sürülmüşdür. İnsan hüquqları sahəsində fəaliyyət göstərən yerli QHT-lər üçün bu cür maliyyələşdirmə planlarının məqsədi bir ölkənin içində “beşinci kolonun” formalaşdırılmasından ibarət olmuşdur. ABŞ-ın vergi ödəyicilərinin pulları rejim dəyişikliyinə təzyiq göstərmək və ya mövcud hökumətlərin ABŞ-ın siyasi tələblərinə riayət etməsinə məcbur etmək üçün xərclənməkdədir.

C. Ərizəçiyə qarşı cinayət mühakiməsi icraatı və onun barəsində həbs qətimkan tədbirinin seçilməsi

17. 13 may 2014-cü il tarixində Baş Prokurorluq bir sıra qeyri-hökumət təşkilatlarını, o cümlədən, İctimai Birliyi maliyyə fəaliyyətində qanun pozuntularına yol vermə iddiası ilə onlara qarşı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifəli şəxsin vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlatmışdır.
18. 7 iyul 2014-cü il tarixində Səbail Rayon Məhkəməsi ərizəçinin və İctimai Birliyin bank hesablarının dondurulmasına sərəncam vermişdir.
19. 8 avqust 2014-cü il tarixində ərizəçi yuxarıda sözügedən cinayət işi ilə bağlı şahid qismində dindirilməsi üçün Baş Prokurorluğa dəvət olunmuşdur. Dindirilmə təxminən otuz dəqiqə davam etmiş və ərizəçi həyat tarixçəsi, ailəsi və İctimai Birlik fəaliyyəti ilə əlaqədar sorğu-sual edilmişdir.
20. Dindirilmədən sonra məhkəmə müstəntiqi ərizəçini Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (xeyli miqdarda vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadənin ağır nəticələrə səbəb olması) maddələri ilə təqsirli bilərək qərar çıxarmışdır. İttihamların təsviri bir səhifə uzunluğunda və eynilə Rəsul Cəfərovun (yuxarıda qeyd olunmuş § 16) işində istifadə edilmiş bir cümlədən ibarət olmuşdur.Ərizəçinin ittiham edildiyi əməllərin siyahısı aşağıdakı kimi göstərilir:
– İctimai Birliyin sədri vəzifəsini icra edən ərizəçi, Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanunun 9.3-cü maddəsinə uyğun olaraq özünün hüquqi şəxsin rəhbəri və nümayəndəsi təyin edilməsi barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməmişdir;

– o, 2012-ci ilin avqust ayından etibarən İctimai Birliyin müxtəlif layihələrini maliyyələşdirmək məqsədilə ayrılmış cəmi 74,911.29 AZN yeni Azərbaycan manatı (manat – həmin vaxt təxminən 71,343 AVRO) məbləğində, Norveç İnsan Hüquqları Evləri Fondu (NED) və digər donor təşkilatlarla bağlanmış qrant müqavilələrini müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirməmişdir;
– o, qanuni səlahiyyətləri olmadığı halda İctimai Birliyin adından sözügedən müqavilələri imzalamış və yuxarıda sözügedən ayrılmış məbləğləri İctimai Birliyin bank hesablarında yerləşdirmiş, daha sonra həmin vəsaitləri nağdlaşdıraraq özünə və layihələrə cəlb edilmiş digər şəxslərə əmək haqqı və xidmət haqqı adı altında ödənişlər etmişdir;
– yuxarıda sözügedən qrant müqavilələrini müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirməməklə ərizəçi qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və bununla da 66,204.58 AZN (həmin vaxt təxminən 63,051 AVRO) gəlir əldə etmiş və bu yolla Vergi Məcəlləsinin 124, 150.1.6, 218, 219 və 220 maddələrinə uyğun olaraq ödəməli olduğu 8,706.71 AZN (təxminən 8,291 AVRO) məbləğində vergiləri ödəməkdən yayınmışdır.
21. Həmin gün Nəsimi Rayon Məhkəməsi ərizəçiyə qarşı qaldırılan rəsmi ittihamlara və dövlət ittihamçısının həbs qətimkan tədbirinin tətbiq edilməsi barədə ərizəsini əsas gətirərək ərizəçiyə üç ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barəsində qərar çıxarmışdır. Məhkəmə həbs qətimkan tədbirinin seçilməsini tətbiq edilməsini ittihamların ağırlığı ilə və azad edildiyi təqdirdə onun qaçıb gizlənmə və cinayət prosesinin digər iştirakçılarına təsir göstərə biləcəyi ehtimalının olması ilə əsaslandırmışdır.
22. 11 avqust 2014-cü ildə ərizəçi bu qərardan apellyasiya şikayəti verərək onun həbsinin qanunsuz olduğunu iddia etmişdir. O, xüsusi olaraq, cinayət törətməsi barədə əsaslı şübhənin olmadığını və həbs qətimkan tədbirinin seçilməsinə heç bir haqq qazandırılmadığını bildirmişdir. Bununla əlaqədar o, bildirmişdir ki, məhkəmə onun barəsində seçdiyi həbs qətimkan tədbirini əsaslandırmamış, onun şəxsi və ailə vəziyyəti, sağlamlıq vəziyyəti və yaşı kimi şəxsi vəziyyətlərini nəzərə almamışdır. Ərizəçi daha sonra Konvensiyanın 18-ci maddəsinə istinad edərək ona qarşı irəli sürülmüş ittihamların siyasi motivli olduğunu və insan hüquqları müdafiəçisi kimi fəaliyyət göstərməsi səbəbindən azadlıqdan məhrum edildiyini iddia etmişdir. O, bununla əlaqədar olaraq ifadəsində həbsinin əsl səbəbinin seçki pozuntularına dair işlərdə çoxsaylı ərizəçinin Strasburq Məhkəməsində təmsil etməsi və 2014-cü ilin iyun ayında AŞPA-nın tədbirində insan hüquqlarının pozulmasına görə Hökumətə qarşı ictimaiyyət qarşısında ittihamlar səsləndirməsi ilə əlaqədar olduğunu bildirmişdir. O, həbsinin ölkədə müstəqil QHT-lərin və insan hüquqları müdafiəçilərinin susdurulmasına və tamamilə sıradan çıxarılmasına yönəldilmiş ümumi siyasətin tərkib hissəsi olduğunu iddia etmişdir.
23. 13 avqust 2014-cü ildə Bakı Apellyasiya Məhkəməsi ərizəçinin şikayətini rədd etmiş (təmin etməmiş) və birinci instansiya məhkəməsinin qərarını qanuni hesab etmişdir (dəyişdirmədən saxlamışdır). Məhkəmə bu qərarı ittihamların ağırlığı ilə və azad edildiyi təqdirdə onun istintaqdan qaçıb gizlənmə və prosesə maneə yaratma və ədalət mühakiməsinə əngəl törətmə ehtimallarının olması ilə əlaqələndirmişdir. Ərizəçinin insan hüquqları sahəsində fəaliyyəti səbəbindən ona qarşı irəli sürülmüş ittihamların siyasi motivli olduğuna dair şikayətlərinə gəldikdə isə məhkəmə ərizəçinin istənilən siyasi motivlərlə əlaqələndirməsinin mümkün olmadığı maliyyə cinayətləri törətməkdə ittiham olunduğu səbəbindən bu iddiaların əsassız olduğu qənaətinə gəlmişdir.
24. 3 sentyabr 2014-cü ildə ərizəçi Nəsimi Rayon Məhkəməsinə müraciət edərək həbs qətimkan tədbirinin ev dustaqlığı ilə, yaxud girov müqabilində azadlığa buraxılması ilə əvəz edilməsinə dair vəsatət vermişdir. Ərizəçi, ərizəsində digər məsələlərlə yanaşı, şikayətlərini təkrar şəkildə bildirərək ona şamil edilmiş hərəkətlərin cinayət tərkibi yaratmadığını və buna görə də belə bir cinayəti törətdiyinə dair hər hansı bir əsaslı şübhənin olmadığını qeyd etmişdir.
25. 2014-cü il sentyabrın 12-də Nəsimi Rayon Məhkəməsi ərizəçinin şikayətini rədd etmiş və ərizəçinin qaçıb gizlənmə və əks halda, aidiyyəti prosesə maneə törətmək və ya təkrar qanun pozuntusuna yol vermək risklərinin davam etdiyini müəyyən etmişdir.

26. 15 sentyabr 2014-cü ildə ərizəçi öz arqumentlərini təkrarlamaqla yenidən şikayət vermişdir.
27. 22 sentyabr 2014-cü ildə Bakı Apellyasiya Məhkəməsi Nəsimi Rayon Məhkəməsinin 12 sentyabr 2014-cü il tarixli qərarını qüvvədə saxlamışdır.
28. 23 oktyabr 2014-cü ildə ərizəçi təkrar Nəsimi Rayon Məhkəməsinə müraciət edərək həbs qətimkan tədbirinin ev dustaqlığı ilə, yaxud girov müqabilində azadlığa buraxılması ilə əvəz edilməsinə dair vəsatət vermişdir.
29. 24 oktyabr 2014-cü ildə Nəsimi Rayon Məhkəməsi onun vəsatətini analoji məhkəmə qərarları əsasında rədd etmişdir.
30. Həmin tarixdə Nəsimi Rayon Məhkəməsi ərizəçinin həbs qətimkan tədbirinin müddətini üç ay uzatmış, onun həbsdə saxlanmasının davam etdirilməsini əsaslandıran səbəblərin “hələ də aidiyyati üzrə davam etdiyini” müəyyən etmişdir.
31. 27 oktyabr 2014-cü ildə ərizəçi həbs qətimkan tədbirinin digər alternativ tədbirlərlə əvəz olunması və həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə əlaqədar hər iki qərardan apellyasiya şikayəti vermişdir.
32. 29 oktyabr 2014-cü ildə Bakı Apellyasiya Məhkəməsi hər iki apellyasiya şikayətlərini rədd etmiş və birinci instansiya məhkəməsinin yuxarıda sözügedən qərarlarını qüvvədə saxlamışdır.
33. 2014-cü il dekabrın 12-də Baş Prokurorluq ərizəçiyə qarşı əlavə (de novo) ittihamları irəli sürmüşdür. Əvvəlki ittihamlarla yanaşı ərizəçi əlavə olaraq Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə – külli miqdarda törədildikdə) və 313 (vəzifəli şəxsin vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunmuşdur. Cinayət Məcəlləsinin 213.1-ci maddəsi (xeyli miqdarda vergi ödəməkdən yayınma) ilə ərizəçiyə şamil edilən əməllər Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi (külli miqdarda vergi ödəməkdən yayınma) ilə ona qarşı yeni ittihamların irəli sürülməsi ilə nəticələnmişdir. Xüsusilə ərizəçinin cinayətləri törətdiyi iddia edilən müddət 2012-ci ildən 2009-cu ilə qədər uzadılmışdır. İsrafçılıq ittihamlarına gəldikdə, ərizəçi pulları sonradan nağdlaşdırmaq məqsədilə İctimai Birliyin bank hesablarından İctimai Birliyin əməkdaşlarından birinin bank hesabına köçürməkdə təqsirli bilinmişdir. Saxtalaşdırma ilə bağlı ittihamlarla əlaqədar olaraq ərizəçi məvacib və xidmət haqqı adı altında İctimai Birliyin müxtəlif işçilərinə edilmiş ödənişlər barədə kassa kitabına saxta məlumatları daxil etməkdə təqsirli bilinmişdir. Vergi ödəməkdən yayınma cinayəti ilə əlaqədar təkrar ittihamın irəli sürülməsinə gəldikdə, ərizəçinin qeyri-qanuni yolla əldə etdiyi iddia olunan mənfəətin cəmi məbləği 496,729.25 AZN-ə dək (həmin vaxt təxminən 473,075 AVRO) və iddia edilən ödənilməmiş vergilərin məbləği isə 65,636.85 AZN-ə dək (həmin vaxt təxminən 62,510 AVRO) artmışdır.
34. 29 dekabr 2014-cü ildə Baş Prokurorluq ittihamnaməni hazırlamış və iş məhkəməyə göndərilmişdir.

D. Ərizəçinin evində və İctimai Birliyin ofisində axtarış və müsadirə (götürülmə) əməliyyatları

35. 7 avqust 2014-cü ildə səlahiyyətli dövlət ittihamçısı Nəsimi Rayon Məhkəməsinə İctimai Birliyin ofisində (bax: yuxarıda 8-ci bənd) və “digər saxlanc yerlərində” axtarış aparmaq icazəsinin verilməsinə dair müraciət etmişdir. Dövlət ittihamçısı bu axtarışı “Azərbaycanda xarici qeyri-hökumət təşkilatlarının, bir sıra qeyri-hökumət təşkilatlarının və filiallarının və nümayəndəliklərinin fəaliyyətində aşkar edilmiş qanunvericiliyin pozulmasına gətirib çıxaran” 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifəli şəxsin vəzifə saxtakarlığı) maddələrinə əsasən başladılan cinayət işinin istintaqına yönəldilməsi ilə əsaslandırmışdır.
36. Həmin gün Nəsimi Rayon Məhkəməsi İctimai Birliyinin ofisində və “digər saxlanc yerlərində” axtarışın aparılmasına icazə vermişdir. Qərarın müvafiq hissələrində aşağıdakı məsələlər qeyd olunmuşdur:

“[İş üzrə dövlət ittihamçısı] 142006023 saylı cinayət işi çərçivəsində axtarış aparmaq və müsadirə etmək tələbi ilə məhkəməyə müraciət etmişdir.

[Səlahiyyətli dövlət ittihamçısı] tələbini [aşağıdakı:] kimi əsaslandırmışdır … bu cinayət işi Azərbaycanda xarici qeyri-hökumət təşkilatlarının, bir sıra qeyri-hökumət təşkilatlarının və filiallarının və nümayəndəliklərinin fəaliyyətində aşkar edilmiş qanunvericiliyin pozulmasına gətirib çıxaran” 308.1 [vəzifə səlahiyyətlərindən sui-istifadə] və 313 saylı [vəzifəli şəxsin vəzifə saxtakarlığı] maddələri ilə əlaqədardır. Toplanan sübutların [axtarış aparmaq üçün] əsas verdiyini nəzərə alaraq […ünvanında yerləşən] [İctimai Birliyin] ofisində … və digər saxlanc yerlərində …axtarış aparmaq üçün kompleks, hərtərəfli və obyektiv təhqiqat aparmaq lazımdır.

Kompleks, hərtərəfli və obyektiv təhqiqat aparmaq məqsədilə yuxarıda göstərilənləri nəzərə alaraq, […ünvanında yerləşən] [İctimai Birliyin] ofisində … və digər saxlanc yerlərində … axtarış aparmaq və müsadirə etmək tələb olunur.

Məhkəmə hesab edir ki, kompleks, hərtərəfli və obyektiv təhqiqat aparmaq məqsədilə […ünvanında yerləşən] [İctimai Birliyin] ofisində … və digər saxlanc yerlərində …axtarış aparmaq və müsadirə etmək zəruridir”.

37. 8 avqust 2014-cü ildə müstəntiq Nəsimi Rayon Məhkəməsinin 7 avqust 2014-cü il tarixli qərarına əsasən ərizəçinin evində axtarış aparmışdır. 8 avqust 2014-cü il tarixli axtarış protokoluna əsasən axtarış ərizəçinin vəkilinin, ailə üzvlərinin və iki hal şahidinin iştirakı ilə aparılmışdır.Müstəntiq bütün sənədləri, kompüterləri, USB yaddaş kartlarını və digər elektron məlumat daşıyıcı cihazlarını müsadirə etmişdir.Həmin gün də müstəntiq ərizəçinin yaşayış yeri üzrə rəsmi qeydiyyat ünvanı olan qardaşının evində də axtarış aparmışdır.
38. 9 avqust 2014-cü ildə müstəntiq İctimai Birliyin ofisində də axtarış aparmışdır. 9 avqust 2014-cü il tarixli axtarış protokolundan məlum olur ki, müstəntiq ofisdə tapdığı bütün sənədləri, o cümlədən İctimai Birliyin fəaliyyəti ilə bağlı sənədləri və Məhkəmədə baxılmaqda olan (yekunlaşmamış) yüzdən artıq işə dair ərizəni və ölkə məhkəmələrində baxılan işlərlə əlaqədar sənədləri müsadirə etmişdir.
39. Qeyri-müəyyən tarixdə ərizəçi Nəsimi Rayon Məhkəməsinə bu axtarışların qanunsuz olduğunu iddia edərək şikayət ərizəsi vermişdir. Konvensiyanın 8-ci maddəsinə əsasən o, axtarışların aparılması üçün heç bir hüquqi əsasın olmadığından şikayət etmişdir. O, həmçinin, müstəntiq tərəfindən müsadirə edilmiş hər bir sənədin müvafiq qanunla tələb olunduğu qaydada qeydiyyata alınmadığından və inventarının aparılmadığından şikayət etmişdir. O, daha sonra Məhkəmə və ölkə məhkəmələrində baxılmaqda olan məhkəmə icraatı ilə bağlı çoxsaylı sənəd və qovluqların götürülməsindən şikayət etmişdir.
40. 12 sentyabr 2014-cü ildə Nəsimi Rayon Məhkəməsi ərizəçinin iddiasını rədd etmişdir. Birinci instansiya məhkəməsi axtarışların müvafiq qanuna uyğun aparıldığı qənaətinə gəlmişdir. Məhkəmədə və ölkə məhkəməsində baxılmaqda olan işlərə aid sənədlərin müsadirə olunmasına (götürülməsinə) gəldikdə isə, məhkəmə həmin sənədlərin məhkəmə icraatının bu mərhələsində ərizəçiyə geri qaytarılmasının mümkünsüz olduğu qənaətinə gəldiyini bildirmişdir.
41. 15 sentyabr 2014-cü ildə ərizəçi əvvəlki şikayətlərini təkrarlayaraq bu qərardan apellyasiya şikayəti vermişdir. O, xüsusilə, apellyasiya məhkəməsindən axtarışların qanunsuz elan edilməsini, Məhkəmə və ölkə məhkəmələrində baxılmaqda olan işlərə aid sənədlərin qaytarılmasına dair göstəriş verilməsini və müdafiəsinə hazırlaşmaq üçün bütün müsadirə edilmiş sənədlərin nüsxəsinin ona verilməsini xahiş etmişdir.
42. 23 sentyabr 2014-cü ildə Bakı Apellyasiya Məhkəməsi ərizəçinin şikayətini rədd etmiş və birinci instansiya məhkəməsinin 12 sentyabr 2014-cü il tarixli qərarını qüvvədə saxlamışdır.

E. Ərizəçinin həbsdə saxlanma şəraiti və həbsdə olduğu müddətdə tibbi müalicəsi

1. Ərizəçinin təcridxanada saxlanma şəraiti

(a) Ərizəçinin hesabatı

43. Həbs edildikdən sonra ərizəçi Bakının Kürdəxanı istintaq təcridxanasında yerləşdirilmişdir.
44. 2014-cü ilin 9-12 avqust tarixləri arasında ərizəçi yeni gələnlərin qəbulu üçün nəzərdə tutulmuş “karantin” kamerasında saxlanmışdır. O, təxminən 10 kv. m. olduğunu düşündüyü bu kamerada digər səkkiz məhbus ilə birlikdə saxlanmışdır. Ərizəçinin öz çarpayısı olmamış və başqalarının çarpayılarından istifadə etmək məcburiyyətində qalmışdır. Kamerada kifayət qədər havalandırma olmamış və ərizəçidən başqa bütün məhbusların siqaret çəkən olduğuna baxmayaraq, siqaret çəkmək üçün xüsusi bir yer mövcud olmamışdır. Kameranın içərisində temperatur çox yüksək olmuşdur.Ərizəçinin açıq havada idman etməyə çıxışı olmamış və bütün günü qapalı şəkildə bu kamerada saxlanmışdır. Heç bir hamam olmamış və sanitar şəraiti çox pis olmuşdur. Gün ərzində yalnız iki saat su təchizatı mövcud idi.İşıq həmişə yanılı olmuşdur.
45. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndə heyətinin səfərindən sonra 12 avqust 2014-cü il tarixindən etibarən ərizəçi başqa bir kameraya köçürülmüşdür.O, daha sonra digər üç məhbusla birlikdə 12-14 kv. m.-lik bir kamerada saxlanmışdır. Ərizəçinin öz çarpayısı və yorğan-döşəyi olmuşdur. Kamerada kiçik bir pəncərə olmuşdur.Halbuki, kamera kifayət qədər havalandırılmamış və avqust və sentyabr aylarında kameranın içərisində temperatur çox yüksək olmuş və mərkəzi istilik sistemi yalnız 15 noyabrdan sonra işə salındığına görə temperatur qış aylarında çox aşağı olmuşdur. Kamerada təzə hava olmamış və kameraya bitişik 10 kvadrat metr bir həyət olmuş və hər gün saat 16:00-dan sonra bağlanmışdır. Kameradaki işıq heç vaxt söndürülməmiş və yuxusuzluğa yol açmışdır. Soyuq su bir neçə saatdan bir verilmiş, lakin, isti su isə yalnız həftədə iki dəfə təchiz edilmişdir.
46. Təcridxanada verilmiş ərzağın keyfiyyəti çox pis olmuş və ərizəçi ailəsi tərəfindən göndərilən qida ilə təmin olunmuşdur. Halbuki, ərizəçi həftədə yalnız bir dəfə ərzaq banderolu almaq hüququna malik olmuş və soyuducunun olmaması səbəbindən ərzağı təzə saxlamağa imkan olmamışdır.
47. Ərizəçi günün əksər hissəsini kamerada qapalı vəziyyətdə keçirmişdir. Təcridxanada bir məşq otağı olmuş, lakin, məhbuslara ondan istifadə etməyə icazə verilməmişdir.

(b) Hökumətin hesabatı

48. Ərizəçinin həbsinin müvafiq dövrlərini göstərmədən Hökumət ərizəçinin dörd nəfərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş 17.82 kv. m.-lik kamerada digər üç məhbusla birgə saxlandığını bildirmişdir. Kamera kifayət qədər işıqlandırılmış və havalandırılmışdır.Kamerada 120 sm x 140 sm ölüdə bir pəncərə olmuşdur. Sanitariya qurğuları plastik bir qapı ilə ayrılmış və tualetdən, çanaqdan və duşdan ibarət olmuşdur. Ərizəçinin ayrıca çarpayı və yorğan-döşək, su, yemək və digər ehtiyacları qarşılanmışdır. Hesabatını dəstəkləmək məqsədilə Hökumət Penitensiar Xidmət tərəfindən Bakı istintaq təcridxanası haqqında ümumi məlumatları əks etdirən şəhadətnamənin surətini təqdim etmişdir.

2. Ərizəçinin həbsdə olduğu müddətdə sağlamlıq vəziyyəti və müalicəsi

49. Ərizəçi həbsdən əvvəl bir sıra şəraitlərin təsirinə məruz qalmışdır. Xüsusilə, o, onurğa sütununun osteoxondrozundan, anormal qan təzyiqindən, tromboflebitdən, prostat hiperplaziyasından, yuxusuzluqdan və baş ağrısından əziyyət çəkmiş və onun nevroloji və uroloji problemləri olmuşdur.
50. Ərizəçinin dediyinə görə, onun həbsindən əvvəl aparılmış müalicəsinin kəsilməsinə və təxirə salınmasına görə həbs edildikdən sonra onun sağlamlıq vəziyyəti xeyli dərəcədə pisləşmişdir.
51. 24 oktyabr 2014-cü ildə Nəsimi Rayon Məhkəməsində keçirilən məhkəmə baxışında ərizəçinin səhhəti məhkəmə zalında pisləşmiş və o, huşunu itirmişdir. Ərizəçinin vəkili dərhal hakimə müraciət edərək, onun sağlamlıq vəziyyətinin həbs edilməsi üçün uyğun olub-olmadığını müəyyən etmək məqsədilə ərizəçinin tibbi ekspert tərəfindən müayinə edilməsini xahiş etmişdir. Hakim əlavə tədbir görmədən tələbi baş prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə göndərməyi qərara almışdır.
52. 24 oktyabr 2014-cü ildə ərizəçinin vəkili də təcridxananın rəhbərinə ərizə ilə müraciət edərək ərizəçinin lazımi səviyyədə tibbi müalicə almasını xahiş etmişdir.
53. 25 və 27 oktyabr 2014-cü il tarixlərində ərizəçi Bakıda Milli Onkologiya Mərkəzində beyninin və onurğa sütununun MRİ skan tədqiqi daxil olmaqla tibbi müayinələrdən keçirmişdir.
Skan tədqiqinin nəticələrinə görə beyində və ya onurğa sütununda heç bir patologiya mövcud olmamışdır. Skan tədqiqinin nəticələrində onurğa sütununun osteokondrozunun, onurğa sütunda yırtığın və onurğa sütunun aşağıdakı hissələrindəki bölmələrində disk çıxıqlarının olduğu ortaya çıxmışdır: C 4-5, C 5-6, C 6-7, L 2-3, L 4-5. Lakin, həkimlər bu yırtıqlardan və ya disk çıxıqlarının heç birinin cərrahiyyə və ya stasionar müalicəni və ambulator müalicəni tələb etmədiyi qənaətinə gəlmişdir. Qarın boşluğu nahiyələrinin ultrasəs müayinəsi zamanı sol böyrəyin artan parenximal exogeni, bir az hidronefroz və böyrək kasacığı-ləyənciyi sistemində bir az böyrək daşlarının olduğu aşkar edilmişdir. Prostatda kiçik kütlələr aşkar edilmişdir. Prostatda patoloji prosesinin olub-olmadığını müəyyən etmək məqsədilə ərizəçinin üzərində prostat qan sınağı, PSA-ya (Prostat üçün Xüsusi Antigen) aparılmış və sınağın nəticəsi qənaətbəxş olmuşdur.
54. 28 oktyabr 2014-cü ildə ərizəçi təcridxananın rəhbərindən tibbi müayinələrin nəticələrinə dair məlumat verməsini xahiş etmişdir.
55. 31 oktyabr 2014-cü ildə ərizəçi tibbi müayinələrin nəticələrinə dair rəsmi şəkildə məlumatlandırılmışdır. Halbuki, ərizəçinin dediyinə görə ona həmin nəticələrin nüsxələri verilməmişdir.
56. 11 noyabr 2014-cü ildə ərizəçinin vəkili ərizəçinin təcridxananın rəhbərindən tibbi müayinələrin nəticələrinə dair məlumat verməsini xahiş etmişdir. Ərizəçiyə həmin sənədlərin verilib-verilmədiyi iş materiallarından aydın olmamışdır.
57. 14 noyabr 2014-cü il tarixli qərar ilə iş üzrə müstəntiq məhkəmə tibb-eksperti tərəfindən tibbi müayinənin aparılmasına dair ərizəçinin tələbini rədd etmiş və ərizəçinin müvafiq tibbi müayinələrdən keçdiyini və onun üzərində məhkəmə tibb-eksperti tərəfindən tibbi müayinənin aparılmasına heç bir ehtiyac olmadığı qənaətinə gəlmişdir.
58. 20 noyabr 2014-cü ildə ərizəçi prokurorluq orqanlarına və təcridxananın rəhbərliyinə müraciət edərək onun iki müstəqil həkim İ.H. və A. G tərəfindən tibbi müayinəsinə icazə verməsini xahiş etmişdir.
59. 28 noyabr 2014-cü il tarixli qərar ilə tarixli qərar ilə iş üzrə müstəntiq məhkəmə tibb-eksperti tərəfindən tibbi müayinənin aparılmasına dair ərizəçinin tələbini rədd etmiş və sonuncunun müraciətini əsaslandıra bilmədidiyi qənaətinə gəlmişdir.
60. 2 dekabr 2014-cü il tarixli məktub ilə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi ərizəçiyə sonuncunun müvafiq tibbi müayinələrdən keçmiş olduğu və ona konservativ müalicə təyin edildiyini məlumat vermişdir.
61. 2014-cü ilin dekabrında ərizəçi nevroloq tərəfindən müayinə edilmiş və ona əsəb pozğunluğu əleyhinə dərmanlar təyin edilmişdir. Ərizəçi həm də oftalmoloq və psixiatr tərəfindən müayinə olunmuş və ultrasəs müayinəsindən keçmişdir.
62. 2014-cü il dekabrın 26-da ərizəçi əsəb pozğunluğu əleyhinə dərmanların qəbulunu dayandırmışdır. Ərizəçinin dediyinə görə onda intihar davranışının meydana gəlməsi kimi ağır yan təsirlər səbəbindən o, həmin dərmanların qəbulunu dayandırmağa qərar vermişdir.
63. Hökumətin məlumatına əsasən, 19 fevral 2015-ci ildə ərizəçi Neyrocərrahiyyə Xəstəxanasında ölkənin aparıcı həkimləri tərəfindən müayinə olunmuşdur. Laboratoriya və ultrasəs müayinəsi zamanı xərçənglə əlaqəli heç bir anomal hal aşkar etməmişdir.

3. Ərizəçinin məhkəmə binasına daşınması şərtləri və məhkəmə binasında saxlanma şəraiti

64. Ərizəçinin dediyinə görə, o, bir neçə dəfə Bakı istintaq təcridxanasına aparılıb-gətirilmişdir. Təcridxana ilə məhkəmə binası arasındakı məsafə təxminən 15-20 km təşkil edirdi.
65. Ərizəçi və digər məhbuslar xüsusi mikroavtobuslarda daşınmış və səfər adətən bir saat davam etmişdir. Ərizəçinin dediyinə görə, nəqliyyat vasitələri pis vəziyyətdə olmuş və onların içərisində əyləşmək, yaxud dayanmaq üçün heç bir uyğun yer olmamışdır. İddialara görə, orada heç bir havalandırma və ya hava kondisioneri olmamışdır.
66. 24 oktyabr 2014-cü ildə ərizəçi digər doqquz məhbusla birgə səkkiz nəfər üçün nəzərdə tutulduğu iddia edilən bir mikroavtobusda Nəsimi Rayon Məhkəməsinə gətirilmişdir.
67. O, məhkəmə binasının zirzəmisində yerləşən bir otaqda saxlanmışdır.Ərizəçinin dediyinə görə, bu otaq havalandırılmamış və otağa günəş işığı düşməmişdir.Orada metal barmaqlıqları olan və açıq olmayan yalnız bir az pəncərə olmuşdur. Otaq kiçik olmuş və ölçüsü 4-5 kv. m. olmuşdur. Ərizəçi bütün günü məhkəmə iclasını gözləyərək bu otaqda dörd məhbusla birgə qalmışdır.

4. Ərizəçinin tibbi müalicənin olmaması və keyfiyyətsiz saxlama şəraiti iddiası ilə təzminat almaq cəhdləri

68. 28 yanvar 2015-ci ildə ərizəçi Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq Bakı istintaq təcridxanasından Sabunçu Rayon Məhkəməsinə saxlama şəraitinin və müvafiq tibbi müalicənin olmaması ilə bağlı şikayət vermişdir.
69. 8 fevral 2015-ci ildə istintaq başa çatdığına və cinayət işi məhkəməyə göndərildiyinə görə məhkəmə ərizəçinin şikayətini araşdırmamışdır.
70. 25 fevral 2015-ci ildə Bakı Apellyasiya Məhkəməsi yuxarıdakı qərarı qüvvədə saxlamışdır.

F. Ərizəçinin cinayət işi üzrə məhkum edilməsi və sonra təcridxanadan azad edilməsi

71. 22 aprel 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi ərizəçini Cinayət Məcəlləsinin 179.3.2, 192.2.2, 213.2.2, 308.2 və 313-cü maddələri (bax: bəndlər 21 və 34, yuxarıda) ilə təqsirli bilərək onu yeddi il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırmışdır.
72. 21 iyul 2015-ci ildə Bakı Apellyasiya Məhkəməsi ərizəçi barəsindəki azadlıqdan məhrumetmə hökmünü qüvvədə saxlamışdır.
73. 24 fevral 2016-cı ildə Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin 21 iyul 2015-ci il tarixli qərarını qüvvədə saxlamışdır.
74. Müəyyən edilməmiş tarixdə Baş Prokuror tətbiq edilən hökmün ağırlığı üzrə nəzarət baxışının keçirilməsinə dair Ali Məhkəmənin Plenumuna ərizə ilə müraciət etmişdir.
75. 28 mart 2016-cı ildə Ali Məhkəmənin Plenumu verilmiş protesti təmin edərək azadlıqdan məhrum etmə cəzasının müddətinin beş il sınaq müddətinədək azaldılaraq şərti olaraq tətbiq edilməsini qərara almışdır. Ərizəçi həbsdən azad edilmişdir.
76. Ərizəçinin cinayət prosesi Məhkəmədə baxılmaqda olan ayrıca ərizənin predmetidir (51324/16 saylı ərizə).

II. MÜVAFİQ YERLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ VƏ BEYNƏLXALQ HESABATLAR

77. Müvafiq daxili qanunvericiliyin, o cümlədən, Cinayət Məcəlləsinin müvafiq müddəalarının əksəriyyətinin və təcrübənin və beynəlxalq hesabatların xülasəsi üçün baxın: Yunusova və Yunusov Azərbaycana qarşı (59620/14 saylı, §§ 92-103, 2 iyun 2016) və Rəsul Cəfərov (yuxarıda qeyd olunmuş §§ 50-84). Bununla yanaşı, Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsinə əsasən, həmin vaxt qüvvədə olduğu kimi, külli miqdarda vergi ödəməkdən yayınma (100,000 AZN-dən çox, lakin 500,000 AZN-dən çox olmayan) ‐ üç ilədək müddətə müəyyənvəzifə tutma və ya müəyyənfəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
78. 16 noyabr 2016-cı ildə BMT-nin İnsan Hüquqları Komitəsi tərəfindən qəbul edilmiş BMT İnsan Hüquqları Komitəsinin Azərbaycanın dördüncü dövri hesabatı üzərində yekunlaşdırıcı müşahidələrin (16 noyabr 2016) (CCPR/C/AZE/4) müvafiq hissələrində aşağıdakı məsələlər qeyd olunmuşdur:

“İfadə azadlığı
36. Komitə ifadə azadlığının praktikada tətbiqində genişmiqyaslı məhdudiyyətlərdən, o cümlədən:
(a) Hüquq müdafiəçilərinə, gənc fəallara, siyasi opponentlərə, müstəqil jurnalistlərə və bloggerlərə xuliqanlıq, narkotik maddə saxlama, iqtisadi cinayətlər, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, zorakılıq və ya nifrətə təhrik etmək və s., iddialarla hədə-qorxu gəlmə və qısnama (təqib), o cümlədən, onların özbaşına həbsi və saxlanılması, onlar ilə pis rəftar və onların məhkum edilməsi haqqında ardıcıl hesabatlardan narahatdır;
37. İştirakçı Dövlət praktikada hər kəsin ifadə azadlığı hüququndan tam istifadə etməsini təmin etmək məqsədilə bütün lazımi tədbirləri görməlidir. …
O, yuxarıda sözügedən insan kateqoriyalarına qarşı hər cür təzyiqə son qoymaq, təqib və ya cəza tədbirlərinə qarşı səmərəli müdafiəni təmin etmək və onların ifadə azadlığının həyata keçirilməsinə dair hər hansı bir məhdudiyyətin Sazişin 19 (3) maddəsinin tələblərinə ciddi şəkildə əməl etməklə tətbiq edilməsini təmin etmək məqsədilə dərhal tədbirlər görməlidir.

Birləşmə azadlığı
40. Komitə birləşmə azadlığının həyata keçirilməsinə mənfi təsir göstərən məhdudlaşdırıcı qanunvericilikdən, o cümlədən, ictimai birliklər və QHT-lər üçün ciddi qeydiyyat tələblərinin olmasından, QHT-lərin qeydiyyatından imtina və QHT-lərin müvəqqəti dayandırılması və ya daimi bağlanması üçün geniş əsaslardan, ictimai birliklər və QHT-lər tərəfindən alınan qrant və ianələrlə əlaqədar məhdudlaşdırıcı qaydalardan, o cümlədən, xarici maliyyələşmə qadağasından və müvafiq qanunvericiliyin pozulmasına görə ağır cəzalardan narahatdır.
Komitə daha sonra QHT rəhbərlərinə qarşı təhdidlərdən, QHT-lərə qarşı cinayət təqiblərinin artmasından, onların özlərinin və onların üzvlərinin əsas vəsaitlərinin dondurulmasından və bağlanan QHT-lərin sayının artmasından narahatdır.

41. İştirakçı dövlət Sazişin 19-cu və 22-ci maddələrinin müddəalarına tam əməl edilməsi üçün müvafiq qanunlara, normativlərə və təcrübələrə dəyişiklik edilməlidir , o cümlədən:
a) QHT-lərin qeydiyyat qaydalarını sadələşdirmək və QHT-lərin qeydiyyatından imtina və QHT-lərin müvəqqəti dayandırılması və ya daimi bağlanması üçün geniş əsasları aydınlaşdırmaq;
(b) QHT-lərə ayrılan qrantları tənzimləyən qanuni müddəaların təmin edilməsi yolu ilə xarici maliyyə mənbələrinə çıxışın əldə edilməsi və çox məhdud və ya çox tənzimlənən fandreyzinq variantları nəticəsində ictimai birliklərin səmərəli fəaliyyətinə təhlükə yaratmamaq;
c) İctimai birliklərə qarşı tətbiq olunan sərt tədbirlərin (sıxışdırmanın) dayandırılması və onların azad və cəza qorxusu olmadan qanuni fəaliyyət göstərmələrini təmin etmək; … “

79. Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatının insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi 14-22 sentyabr 2016-cı il tarixlərində Azərbaycana rəsmi səfər etmişdir. Səfər zamanı Xüsusi Məruzəçi dövlət orqanlarının yüksək səviyyəli nümayəndələri və vətəndaş cəmiyyətinin üzvləri, o cümlədən, həbsdə olan insan hüquqları müdafiəçiləri ilə görüşmüşdür. İnsan Hüquqları Şurasının otuz dördüncü sessiyasında (27 fevral- 24 Mart 2017) təqdim olunmuş bu səfər hesabatının (“İnsan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə Azərbaycana səfər edən xüsusi məruzəçinin hesabatı”) ən müvafiq hissələrində aşağıdakı məsələlər qeyd olunmuşdur:

“B. İnsan hüquqları müdafiəçilərinin vəziyyəti

1. Damğalanma

28. Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti 2009-cu ildən etibarən Hökumətə və ya onun siyasətinə qarşı çıxdıqca ifadə, toplaşmaq və birləşmək azadlığı hüquqları məhdudlaşdığı səbəbindən ciddi tənəzzüllə qarşı-qarşıya gəlmişdir. Bundan başqa, yüksək rütbəli hökumət rəsmiləri insan hüquqları müdafiəçilərini damğalamaq və onları Dövləti sarsıtmaq üçün Qərb təsirinin alətləri adlandırmaq üçün sərt ritorikadan istifadə etmişdir.
29. 2014-cü ilin dekabrında Prezident Administrasiyasının rəhbəri bir məqalə dərc etdirmiş və burada Qərbdən maliyyələşdirilən QHT-lərin Azərbaycanda “beşinci kolon” rolunu oynadığını bildirmiş və ictimaiyyət üçün bu ittihamı təkrarlayan bir neçə açıqlama vermişdir. Digər əsas rəsmilər (vəzifəli şəxslər) də buna bənzər bəyanatlar vermişdir. Əksər müdafiəçilər siyasi opponentlər olmaqda və mədəniyyətə zidd olan dəyərləri təşviq etməkdə ittiham edilmişdir. Onlar siyasi və ya maliyyə cəhətdən motivasiya edilən oyunçular kimi qınanmışdır. Səfər zamanı aydın olmuşdur ki, yüksək rütbəli hökumət rəsmiləri tərəfindən bu cür təhrikedici ifadə dili vətəndaş cəmiyyətinə damğa vurucu təsir göstərmişdir.
30. Müdafiəçilərinin davamlı damğalanması onları yüksək risklərə məruz qoyur və ictimaiyyətin təfəkküründə motivasiya azaldıcı təsir göstərən bir narahatlıq olaraq qalmaqdadır. Nüfuzlu təşkilatları muzdlu siyasi fəallar kimi təsvir edilməsi heç bir qanuni məqsədə xidmət etmir. Xüsusi Məruzəçi Hökuməti insan hüquqları müdafiəçilərinin damğalamaqdan çəkinməyə və Azərbaycanda insan hüquqlarının və onu qanunun aliliyinin təşviq edilməsində vətəndaş cəmiyyətinin qanuni roluna hörmət etməyə çağırır.
31. Hökuməti fikir ayrılıqlarına və tənqidlərə baxmayaraq Azərbaycan cəmiyyətinin inkişafında əvəzsiz rolunu nəzərə almaqla müstəqil vətəndaş cəmiyyəti təşkilatlarının işinə dəstək verməyə çağırır.Xüsusi Məruzəçi Hökuməti ictimaiyyət arasında insan hüquqları barəsində məlumatlılıq səviyyəsini artırmaq və cəmiyyətdə dialoq və əməkdaşlıq ruhunu yüksəltmək üçün tədbirlər görməyə çağırır.

2. Kriminallaşdırma

32. Səfər zamanı Xüsusi Məruzəçi Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı sərt tədbirlərin (sıxışdırmanın) gücləndirilməsinə və kriminallaşdırmasına dair çoxsaylı hesabat və ifadələr vermişdir.
Bu baxımdan, hakimiyyət orqanları siyasi motivli cinayət təqibindən, həbsdən, məhkumluqdan və səfər qadağanlarından istifadə edərək hüquq müdafiəçilərini, jurnalistləri, hüquqşünasları və qeyri-mütəşəkkil fəalları hədəf seçmişdir. Onlar həmçinin adətən polisə müqavimət göstərməkdə və ya kiçik xuliqanlıq adı altında qondarma inzibati xətalar (yüngül cinayətlər) üzrə ittihamlar kimi tanınan ittihamlardan istifadə edərək siyasi və sosial media fəallarına hədə-qorxu gəlmək üçün həbsdən istifadə etmişdir.
33. 2015-ci ildə İşgəncələrə Qarşı Komitə insan hüquqları müdafiəçilərinin peşə fəaliyyətlərinə cavab olaraq özbaşına azadlıqdan məhrum edilməsinə, pis rəftara məruz qalmasına və bəzi hallarda uyğun tibbi müalicənin imtina edilməsinə görə dərin narahatlığını ifadə etmişdir (bax: CAT/C/AZE/CO/4, bənd 10). 2016-cı ilin may ayındakı səfərin yekununda özbaşına həbslər üzrə İşçi Qrupu bildirmişdir ki, hüquq müdafiəçilərinin əsas insan hüquqlarının və əsas azadlıqlarının həyata keçirilməsinə əngəl yaratmaq və onları susdurmaq yolu ilə onların cinayət və ya inzibati xətalarla təqsirləndirilərək saxlanılması davam etdirilir. Bu praktikalar hakimiyyət mövqeyindən sui-istifadə tərkibi yaratmış və Azərbaycanın əməl etməyə razılıq verdiyi qanunun aliliyini pozmuşdur. İşçi Qrupu həmçinin zorakılığa, işgəncəyə və pis rəftara məruz qalan çoxlu sayda saxlanılan şəxslərin vəziyyətinə də toxunmuşdur. Saxlanılan müdafiəçilərə bu səfər çərçivəsində baş çəkdiyi zaman Xüsusi Məruzəçi saxlanılan şəxslərə qarşı ölkədə saxlanılma kontekstində zorakılığın baş verməsi barədə məlumatların davamlı şəkildə gəlməsi səbəbindən onların fiziki bütövlüyünün zəif təşkilinin mövcudluğunu təsdiq etmişdir.
34. Xüsusi Məruzəçi digər mandat sahibləri ilə birgə bir sıra ictimai bəyanatlar yayaraq hakimiyyət orqanlarını ölkədəki insan hüquqları müdafiəçilərinin təqib edilməsinin bütün növlərinə dərhal son qoymağa çağırmışdır.İnsan Hüquqları Şurasının 2015-ci ilin iyun ayında keçirdiyi iclasında 25 dövlətdən ibarət bir qrup Azərbaycanda insan hüquqlarının vəziyyəti barəsində şifahi bəyanat qəbul etmiş, bu bəyanatda vətəndaş cəmiyyəti üçün məkanın daraldılması və müstəqil səslərin, xüsusi olaraq hüquq müdafiəçilərinin həbsi ilə bağlı narahatlıqların artdığı qeyd olunmuş və onların dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına dair çağırışlar yer almışdır.
35. Hüquq müdafiəçilərini kriminallaşdırmaq üçün cəzalandırıcı yanaşmanın bir sıra aşağıdakı elementləri özündə birləşdirildiyi qeyd olunur:siyasi motivli ittihamları tətbiq etmək (nifrəti, kütləvi iğtişaşı və xəyanəti qızışdırmaq);uydurma ittihamlara (narkotik və silah saxlamaq, xuliqanlıq və israfçılıq) əl atılır;və əsasən Azərbaycanda tanınmış QHT rəhbərlərini hədəf almaq və QHT-lərin fəaliyyət göstərməsini məhdudlaşdırmaq üçün xüsusi ittihamlardan (qanunsuz sahibkarlıq fəaliyyəti, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə) istifadə edilir.
36. Həyəcan doğurucu bir haldır ki, adətən, hüquq müdafiəçilərinin törətdiyi inzibati xətalara (məsələn, xuliqanlıq, polisə müqavimət və yol hərəkəti pozuntuları) görə maksimum həbsdə saxlama müddəti İnzibati Xətalar Məcəlləsinə əsasən 15 gündən 90 günədək artırılmışdır. Bu, hazırda cinayət məcəlləsi əsasında nəzərdə tutulmuş minimum həbs müddətinə bərabərdir. İnsan Hüquqları Komitəsi cəzanın belə bir ağırlığının faktiki olaraq(de facto) cinayət sanksiyasına gətirib çıxara biləcəyi (bax: CCPR/C/AZE/CO/4, bənd 20) qənaətinə gəlmişdir. Bundan əlavə, praktikada belə cəzalarla nəticələnən inzibati məhkəmələrin başdansovdu keçirildiyi bildirilir ki, burada cavabdehlərin (təqsirləndirilən şəxslərin) müstəqil vəkil (məsləhət) xidmətindən istifadəyə çıxış imkanı məhdudlaşır.Hakimlər həbs müddətləri haqqında qərarı demək olar ki, yalnız polis ifadələrinə əsaslanaraq qəbul edirlər.Bu cür kriminallaşdırmanın yayılmaması xarakterini 2016-cı ildə hakimiyyət orqanları tərəfindən insan hüquqları müdafiəçilərinin həbs edilməsi üçün inzibati xətalar məcəlləsindən istifadə etməklə vətəndaş cəmiyyəti ilə əlaqədar ən azı 30 işin sənədləşdirilməsində müşahidə etmək mümkündür.
37. Azərbaycanda hüquq müdafiəçilərin özbaşına həbsinin ağırlığı sözügedən müddətdə həbsdə olan siyasi məhbusların sayının vətəndaş cəmiyyəti tərəfindən monitorinqi üçün davamlı səylər vasitəsilə əks etdirilir. Ölkədəki siyasi məhbusların dəqiq sayına dair müzakirələr haqqında məlumat vermək üçün müxtəlif siyasi məhbus siyahıları müntəzəm olaraq yenilənir.Əslində, həm xüsusi məruzəçinin, həm də özbaşına həbslər üzrə İşçi Qrupunun səfərləri müddətində onlar geniş miqyasda siyasi motivli ittihamlar ilə (narkotik və silahla törədilən cinayətlər, xuliqanlıq, polisə müqavimət, vergidən yayınma və s.) saxlanılmış çoxlu sayda hüquq müdafiəçilərinin, jurnalistlərin və siyasi və dini liderlərin adı olan müxtəlif siyahıları əldə etmişdir.
38. 2015-ci ilin sonunda və 2016-cı ilin əvvəlində Hökumət şərti olaraq bir sıra insan hüquqları müdafiəçisini azad etmiş və ya əhv etmişdir.Halbuki, sərbəst buraxılanların heç birinin üzərindən ittihamlar götürülməmiş və bir çoxları hələ də səyahət məhdudiyyətləri ilə üzləşməkdədir.Xüsusi Məruzəçi özbaşına həbslər üzrə İşçi Qrupunun fikirlərini paylaşaraq bildirmişdir ki, əhv edilmə ölkədə azadlıqdan məhrum edilmiş digər şəxslərlə bağlı heç bir əhəmiyyətli dəyişikliyə gətirib çıxarmamışdır. Bundan başqa, hətta bəzi fəallar və jurnalistlər azad edilsə də belə, təəssüflər olsun ki, qanuni fəaliyyətlərinin həyata keçirməsinə mane olmaq üçün hakimiyyət orqanları tərəfindən digər çoxları qondarma cinayət və inzibati xətalarla ittiham olunaraq həbs edilmişdir.
39. Xüsusi məruzəçi öz fəaliyyətlərini xaricdən həyata keçirən hüquq müdafiəçilərinin ailələrinə və qohum-əqrəbalarına qarşı tətbiq edilən hədə-qorxudan dərin narahatdır, belə ki, bəzi hallarda həmin qohum-əqrəbalara qarşı cinayət ittihamları irəli sürülmüşdür. Xüsusi Məruzəçi Hökuməti insan hüquqları müdafiəçilərinin mühüm işlərinin kriminallaşdırılmasından çəkinməyə və azadlıqdan məhrum edilmiş hüquq müdafiəçilərini və onların qohum-əqrabalarını qeyd-şərtsiz azad etmək məqsədilə onların işlərinə dərhal yenidən baxılmasına çağırır”.

III. AVROPA ŞURASININ NAZİRLƏR KOMİTƏSİNİN İLQAR MƏMMƏDOVUN QRUP İŞLƏRİNİN İCRASINA DAİR SƏNƏDLƏRİ

80. İlqar Məmmədov Azərbaycana qarşı (15172/13 saylı, 22 may 2014-cü il, 13 oktyabr 2014-cü il tarixli yekun) və Rəsul Cəfərovun (yuxarıda qeyd olunmuş, 4 iyul 2016-cı il tarixli yekun) işlərinə dair Məhkəmənin qərarlarının icrasına nəzarət Nazirlər Komitəsi tərəfindən gücləndirilmiş qaydada həyata keçirilir. Nazirlər Komitəsinin 1273 DH iclasında (dekabr 2016) qəbul edilmiş CM/Del/Dec(2016)1273 saylı qərarına müvafiq olaraq Rəsul Cəfərovun işi ümumi tədbirlərlə əlaqədar olaraq “İlqar Məmmədovun qrup işləri” ilə analoji xarakter daşımışdır.
81. 1214-cü iclasında (dekabr, 2014-cü il) İlqar Məmmədovun işi üzrə ilkin araşdırma zamanı, Komitə ümumi tədbirlərlə əlaqədar olaraq “Konvensiyanın 5-ci maddəsi ilə birlikdə götürülməklə 18-ci maddəsinin pozulduğunun aşkar edilməsi ilə əlaqədar xüsusi narahatlığını diqqətə çatdırmış” və “bu səbəbdən də Azərbaycanın hakimiyyət orqanlarını gecikmədən cinayət prosesinin legitim əsas olmadan başladılmasının qarşısını almaq məqsədilə və prokurorluq tərəfindən bu cür səylərin səmərəli məhkəmə baxışını təmin etmək məqsədilə görülən və/və ya nəzərdə tutulan tədbirlər barəsində konkret və hərtərəfli məlumatların verilməsinə çağırmışdır.”
82. Komitə bu işi hər bir İnsan Hüquqları iclasında araşdırmış və sözügedən işin hər bir araşdırması zamanı yuxarıdakı tələbi təkrarlamışdır. Xüsusilə, 1236-cı iclasda (sentyabr, 2015-ci il) Nazirlər Komitəsi Aralıq Qətnaməsi (CM/ResDH(2015)156) qəbul etmiş, burada o, “qanunvericilikdə nəzərdə tutuan hallar istisna olmaqla, qanunun aliliyinə hörmət edilməsinə təhlükə yaradan hər hansı bir qanun boşluqlarından yararlanmağa yol verməmək üçün nəzərdə tutulmuş ümumi tədbirlər haqqında adekvat məlumatın mövcud olmaması ilə əlaqədar ən dərin narahatlığını ifadə etmişdir”.
83. Komitə 1273-cü iclasında (dekabr, 2016-cı il) Komitə bir daha “Avropa Məhkəməsinin İlqar Məmmədov haqqındakı qərarda müəyyən olunmuş vəzifə səlahiyyətlərindən sui-istifadə vasitəsilə qanunun aliliyinin pozulması hallarının qarşısını almaq üçün görülmüş və ya nəzərdə tutulmuş ümumi tədbirlərə dair hakimiyyət orqanlarından hər hansı məlumatın əldə edilməməsi ilə əlaqədar ən dərin narahatlığını ifadə etmişdir”.
84. 14 fevral 2017-ci ildə Azərbaycan Hökuməti görülmüş və planlaşdırılmış tədbirlər (fəaliyyət) planını təqdim etmişdir (DH-DD(2017)172). Tədbirlər planında xüsusilə, Azərbaycan Prezidentinin 10 fevral 2017-ci il tarixində imzaladığı sərəncam xüsusi vurğulanmışdır. Bununla əlaqədar olaraq fəaliyyət planı aşağıdakıları özündə əks etdirmişdir:
“… [bu] Sərəncamda Məhkəmə tərəfindən qaldırılmış bir sıra məsələlər, o cümlədən, həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin olması və müvafiq hakimiyyət orqanları tərəfindən alternativ qətimkan tədbirlərinin nəzərə alınması məsələləri yer alır. Sənədin məqsədləri arasında Azərbaycanda cəza siyasətinin daha da humanistləşdirilməsi qeyd olunmuşdur. Burada qeyd olunur ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan vasitələrlə nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin.
Azərbaycan Respublikasının Prezidenti Ali Məhkəməyə, Baş Prokurorluğa tövsiyə edib və Ədliyyə Nazirliyinə göstəriş verib ki, onlar aşağıdakılarla bağlı qanun layihələrinin hazırlayaraq iki ay müddətində təhvil versin: bəzi cinayətlərin dekriminallaşdırılması; və həbsə alternativ olan qətimkan tədbirlərinin tətbiqi;şəxsi cəmiyyətdən təcrid etmədən qətimkan tədbirləri və həbsə alternativ olan qətimkan tədbirlərinin tətbiqi əsaslarının təkmilləşdirilməsi;azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi;həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməsi;həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməsi;və böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması.Prezident həmçinin, Baş Prokurorluğa həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə alternativ qətimkan tədbirlərinin seçilməsinin mümkünlüyünü araşdırmağı tövsiyə edib.Məhkəmələrə də tövsiyə edilib ki, həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu və alternativ tədbirlərin xeyrinə olan arqumentləri araşdırsınlar. Sərəncama müvafiq olaraq, Ali Məhkəmə həbs və azadlıqdan məhrumetmə cəzasının tətbiqi ilə bağlı məhkəmələrin iddia hüququnun davamlı təhlilini aparcaqdır…”
85. Komitə 1294-cü iclasında (sentyabr 2017) ümumi tədbirlərlə əlaqədar olaraq 10 fevral 2017-ci il tarixli Prezident Sərəncamının icrasının gedişi barədə məlumata dair marağını qeyd edərək hakimiyyət orqanlarını bu mövzuda nəzərdə tutulan qanunvericilik dəyişiklikləri haqqında müfəssəl məlumat verməyə dəvət etmişdir. Komitə həmçinin, hakimiyyət orqanlarına Avropa Məhkəməsinin İlqar Məmmədov haqqındakı qərarda müəyyən olunmuş vəzifə səlahiyyətlərindən sui-istifadə vasitəsilə qanunun aliliyinin pozulması hallarının qarşısını almaq üçün Prezidentin müvafiq Sərəncamında nəzərdə tutulmuş digər tədbirlər haqqında məlumat verilməsinə dair çağırış etmişdir.

86. Azərbaycan Hökuməti daha sonra Nazirlər Komitəsinə məlumat verərək 10 fevral 2017-ci il tarixli Sərəncama əsasən qəbul edilmiş bir sıra tədbirlərlə (bax: bənd 85 yuxarıda) yanaşı 20 oktyabr 2017-ci il tarixində Milli Məclis bəzi əməllərin dekriminallaşdırılması və ağır cinayətlərdən məhkum olanları cəzalarının üçdə iki hissəsini çəkdikdən sonra şərti azadlığa buraxılması üçün müraciət etmək imkanının yaradılması ilə bağlı Cinayət Məcəlləsində dəyişikliklər etmək barədə qanun qəbul etmişdir.

IV. İNSAN HÜQUQLARI MÜDAFİƏÇİLƏRİNİN MÜDAFİƏSİ ÜZRƏ BEYNƏLXALQ MATERİAL

A. Birləşmiş Millətlər Təşkilatı

87. 17 dekabr 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası yetmişinci sessiyasında Beynəlxalq aləmdə tanınmış insan hüquqlarının və əsas azadlıqlarının təşviq edilməsi və müdafiəsi naminə ayrı-ayrı şəxslərin, qrupların və ictimaiyyət orqanlarının hüquq və vəzifələri haqqında bəyannamə ilə əlaqədar İnsan hüquqları müdafiəçiləri haqqında qətnamə qəbul etdi. Qətnamənin ən müvafiq hissələrində aşağıdakı məsələlər qeyd olunmuşdur:

“Baş Assambleya …
1. Hər kəsin cəza tədbirləri və ya onun qorxusu olmadan insan hüquqlarının və əsas azadlıqlarının qorunması və həyata keçirilməsini təşviq etmək və səy göstərmək hüququnun davamlı, açıq və demokratik cəmiyyətlərin yaradılmasının və qorunub saxlanmasının vacib tərkib hissəsi olduğunu vurğulayır;
2. Bütün Dövlətləri insan hüquqlarının təbliği və müdafiəsi üçün vacib olan düşüncə, ifadə, dinc toplaşmaq və birləşmə azadlıqları hüquqlarına malik olan insan hüquqları müdafiəçilərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək məqsədilə zəruri olan bütün tədbirləri görməyə çağırır;

4. Dövlətləri ictimai bəyanatlar, siyasətlər və ya qanunlar vasitəsilə ayrı-ayrı şəxslərin, qrupların və ictimaiyyət orqanlarının, o cümlədən, insan hüquqları müdafiəçilərinin vacib və legitim vəzifəsini insan hüquqlarının, demokratiyanın və qanunun aliliyinin təbliğində tanınmasını və qorunmasını təmin etmək üçün mühüm tərkib hissələri kimi, o cümlədən, insan hüquqları müdafiəçilərinə qarşı, eləcədə qadın hüquqları müdafiəçilərinə qarşı zorakılığın və ayrı-seçkiliyin bütün növlərini ictimaiyyət qarşısında pisləməklə bu cür təcrübələrə haqq qazandırılmasının heç bir zaman mümkün olmadığını xüsusi vurğulayaraq tanımağa çağırır;
5. İnsan hüquqlarının pozulması və sui-istifadə halları barədə məlumat vermək və məlumat almaq məqsədilə insan hüquqlarının müdafiəçiləri də daxil olmaqla hər hansı bir şəxsə hədə-qorxu gəlməyi, kriminallaşdırımağı, təhqir etməyi, işgəncə verməyi, yox etməyi və qətlə yetirməyi qətiyyətlə pisləyir və insan hüquqları müdafiəçilərinə, o cümlədən, onların qanuni nümayəndələrinə, şəriklərinə və ailə üzvlərinə qarşı törədilən zorakılıq və sui-istifadə hallarına cavabdeh olan şəxslərin qərəzsiz istintaq araşdırmaları vasitəsilə dərhal ədalət qarşısına çıxarmaq yolu ilə cəzasızlıqla mübarizə aparmaq zəruriliyini vurğulayır.
6. Dövlət və qeyri-dövlət subyektləri tərəfindən subregional, regional və beynəlxalq qurumlarla, o cümlədən, Birləşmiş Millətlər Təşkilatı, onun nümayəndələri və mexanizmləri ilə insan hüquqları sahəsində əməkdaşlıq etməyə səy göstərən, əməkdaşlıq edən və əməkdaşlıq etmiş ayrı-ayrı şəxslərə, qruplara və ictimaiyyət orqanlarına, o cümlədən, insan hüquqları müdafiəçilərinə və onların qanuni nümayəndələrinə, şəriklərinə və ailə üzvlərinə qarşı bütün hədə-qorxu və təzyiq əməllərini pisləyir;

8. Dövlətləri insan hüquqları müdafiəçilərinin özbaşına həbsinin və saxlanılmasının qarşısını almaq və son qoymaq üçün konkret addımlar atmağa çağırır və bu istiqamətdə beynəlxalq insan hüquqlarına dair qanunlar çərçivəsində vəzifə və öhdəliklərini pozmuş Dövlətlər tərəfindən ifadə azadlığı, dinc toplaşmaq və birləşmə hüququ kimi insan hüquqlarını və əsas azadlıqlarını həyata keçirdiyinə görə, o cümlədən, Birləşmiş Millətlər Təşkilatı və ya insan hüquqları sahəsində digər beynəlxalq mexanizmlərlə əməkdaşlıq etdiyinə görə saxlanılmış və ya həbs edilmiş şəxslərin azadlığa buraxılmasını təkidlə tələb edir.

12. Dövlətlərdən hərtərəfli şəkildə işlərinin bütün mərhələlərində insan hüquqları müdafiəçilərini dəstəkləyən və müdafiə edən dayanıqlı dövlət siyasətlərini və ya proqramlarını hazırlamağı və tətbiq etməyi tələb edir;

19. Bütün dövlətlərə qətiyyətlə çağırış edir ki:
a) Beynəlxalq təşkilatlarla, o cümlədən, onların ailə üzvləri və şərikləri ilə əməkdaşlıq etməyə səy göstərən, əməkdaşlıq edən və əməkdaşlıq etmiş insan hüquqları müdafiəçilərinə qarşı hər hansı hədə-qorxu və təzyiq əməllərindən çəkinsinlər və onlardan adekvat müdafiəni təmin etsinlər …”

B. Avropa Şurası

88. 6 fevral 2008-ci ildə keçirdiyi 1017-ci iclasında insan hüquqları müdafiəçilərinin müdafiəsini yaxşılaşdırmaq və onların fəaliyyətini təşviq etmək üçün tədbir haqqında Avropa Şurası Nazirlər Komitəsi tərəfindən Bəyannamə qəbul edilmişdir. Bəyannamənin ən müvafiq hissələrində aşağıdakı məsələlər qeyd olunmuşdur:

“Avropa Şurası Nazirlər Komitəsi …
1. Avropa Şurasına üzv dövlətlərində və ya başqa yerlərdə istər dövlət, istərsə də qeyri-dövlət qurumları tərəfindən insan hüquqlarının müdafiəsinə qarşı edilən bütün hücumları və zorakılıqları pizləyir;
2. Üzv dövlətlərə aşağıdakı məsələlərə dair çağırış edir:
i) Avropa İnsan Hüquqları Konvensiyası tərəfindən icazə verilənlərdən başqa heç bir məhdudiyyət qoyulmadan insan hüquqlarının və əsas azadlıqların müdafiəsini təşviq etmək və bu işə səy göstərmək üçün beynəlxalq standartlara uyğun olaraq insan hüquqları müdafiəçilərinə, ayrı-ayrı şəxslərə, qrup və assosiasiyalara hüquqi əsasda fəaliyyətlərini sərbəst şəkildə həyata keçirmələrinə imkan yaratmaq məqsədilə mühitin yaradılması;
ii) insan hüquqları müdafiəçilərini qorumaq, təbliğ etmək və onlara hörmət etmək və onların fəaliyyətinə hörmət göstərilməsini təmin etmək üçün səmərəli tədbirlər görmək;
iii) məhkəmə sistemlərini gücləndirmək və hüquqları və azadlıqları pozulmuş şəxslər üçün səmərəli hüquqi müdafiə vasitələrinin mövcudluğunu təmin etmək;
iv) insan hüquqları müdafiəçilərinə hücumların və ya qısnamanın (təqibin) qarşısını almaq, bu cür əməllərin müstəqil və səmərəli şəkildə araşdırılmasını təmin etmək üçün səmərəli tədbirlər görmək və cavabdeh olanları inzibati tədbirlər və/və ya cinayət prosesi ilə məsuliyyətə cəlb etmək …”

90. 27 iyun 2012-ci ildə Parlament Assambleyası Avropa Şurası üzvü olan dövlətlərin insan hüquqları müdafiəçilərinin vəziyyətinə dair 1891 (2012) saylı qətnamə qəbul etmişdir ki, onun müvafiq hissələrində aşağıdakı məsələlər qeyd olunmuşdur:

“4. Assambleya … insan hüquqları müdafiəçilərinin təşviqi və qorunması üçün məsuliyyət, ilk növbədə və əsas etibarilə dövlətlərin üzərinə düşdüyünü xatırladır.
5. Assambleya bu səbəbdən Avropa Şurasının üzv dövlətlərinə aşağıdakı məsələlərə dair çağırış edir:
5.1. İnsan Hüquqları üzrə Avropa Konvensiyasının (ETS 5 nömrəli) təmin etdiyi kimi, insan hüquqları müdafiəçilərinin insan hüquqları və əsas azadlıqlarına tam riayət olunmasını təmin etmək;
5.2. hüquq müdafiəçilərinin istənilən inzibati, maliyyə və ya məhkəmə təqibinə son qoymaq və onların bütün hallarda öz fəaliyyətlərini beynəlxalq insan hüquqları standartlarına və müvafiq milli qanunvericiliyə uyğun olaraq həyata keçirə biləcəyini təmin etmək …”

91. 26 iyun 2018-ci ildə Parlament Assambleyası Avropa Şurasına üzv dövlətlərdə insan hüquqları müdafiəçilərinin müdafiəsi haqqında 2225 (2018) saylı qətnamə qəbul etmişdir ki, onun müvafiq hissələrində aşağıdakı məsələlər qeyd olunmuşdur:

“1. Parlament Assambleyası Avropa Şurasına üzv dövlətində insan hüquqları müdafiəçilərinin vəziyyəti haqqındakı 1660 (2009) və 1891 (2012) saylı qətnamələrini və Avropa Şurasına üzv dövlətində insan hüquqları müdafiəçilərinin rolunu və müdafiəsini gücləndirmək haqqında 2095 (2016) saylı qətnamə və 2085 (2016) saylı tövsiyəsini xatırladır. O, insan hüquqları və əsas azadlıqlarının müdafiəsi və təmin olunması üçün insan hüquqları müdafiəçilərinin misilsiz əməyini xüsusi olaraq qeyd edir. İnsan hüquqları müdafiəçiləri istər hüquqşünaslar, jurnalistlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri olsun, istərsə də digər şəxslər olsun, insan hüquqlarını təbliğ etmək və müdafiə etmək üçün sülh və qanuni yolla fəaliyyət göstərən, “digər şəxslərin hüquqlarının uğrunda iş aparan” ayrı-ayrı şəxslərdən və ya qruplardan ibarətdir.

3. Assambleya qeyd edir ki, Avropa Şurasına üzv olan dövlətlərin əksəriyyətində insan hüquqları müdafiəçiləri fəaliyyətlərinin inkişafına şərait yarada biləcək bir şəraitdə sərbəst işləmək imkanına malikdirlər.Buna baxmayaraq, o, qeyd edir ki, son bir neçə il ərzində insan hüquqları müdafiəçilərinə qarşı təzyiqlərin sayı artmışdır. QHT-lərin qeydiyyatı və maliyyələşdirilməsi ilə əlaqədar yeni məhdudlaşdırıcı qanunlar tətbiq edilmişdir. Bir çox insan hüquqları müdafiəçiləri məhkəmə, inzibati və ya vergi təqiblərinə, qarayaxma kampaniyalarına, cinayət təqiblərinə məruz qalmış və bu hallar adətən, şübhəli ittihamlarla başlayaraq xüsusilə də, terrorçuluq əməlləri iddiaları ilə bağlı olmuş və ya sözdə milli təhlükəsizliklə əlaqələndirilişdir. Onların bəziləri təhdid edilmiş, fiziki hücuma məruz qalmış, özbaşına tutulmuş, saxlanılmış və ya həbs edilmişdir. Digər şəxslərə qarşı hətta sui-qəsdlər törədilmişdir. Bunun nəticədə, insan hüquqları müdafiəçilərinin fəaliyyəti üçün məkan daha da məhdudlaşaraq təhlükəsizlik səviyyəsi daha da azalmışdır.
4. Assambleya bu vəziyyəti pisləyir və insan hüquqları müdafiəçilərinin işlərinə dəstək verdiyini bir daha təsdiqləyir …
5. Assambleya üzv dövlətləri aşağıdakılara çağırır:
5.1. insan hüquqlarına və insan hüquqları müdafiəçilərinin əsas azadlıqlarına, o cümlədən, onların azadlıq və təhlükəsizlik, ədalət mühakiməsi hüquqlarına və ifadə və toplaşmaq və birləşmək azadlıqlarına hörmət etmək;
5.2. insan hüquqları müdafiəçilərinə qarşı hər hansı bir hədə-qorxu və təzyiq əməllərindən çəkinmək və onları qeyri-dövlət subyektlərinin hücum və təqiblərdən qorumaq;

5.5. insan hüquqları müdafiəçilərinə qarşı törədilmiş bütün əməllərin, xüsusilə də sui-qəsdlər, fiziki hücumlar və təhdidlərə qarşı bütün hədə-qorxu və ya təzyiq əməllərinə qarşı səmərəli istintaq araşdırmaları aparmaq;
5.6. insan hüquqları müdafiəçilərinin fəaliyyəti üçün əlverişli mühitin təmin edilməsi, xüsusən qanunvericiliyi nəzərdən keçirmək və onu beynəlxalq insan hüquqları standartlarına uyğunlaşdırılması, insan hüquqları müdafiəçilərinə və digər vətəndaş cəmiyyəti fəallarına qarşı qarayaxma kampaniyasının təşkilindən çəkindirilməsi və qeyri-dövlət subyektləri tərəfindən təşkil edilmiş belə kampaniyaların sərt şəkildə pislənilməsi;

5.10. Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı ilə insan hüquqları müdafiəçilərinə qarşı təqib və təzyiqlərə dair fərdi işlərə baxılması sahəsində tam əməkdaşlıq etmək;

5.11. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Müdafiəçiləri haqqında Bəyannaməsi və insan hüquqları müdafiəçilərinin müdafiəsini yaxşılaşdırmaq və onların fəaliyyətini təşviq etmək üçün tədbir haqqında Avropa Şurası Nazirlər Komitəsinin Bəyannaməsi qəbul edildikdən sonra insan hüquqları müdafiəçilərini qorumaq üçün əldə etdikləri səylərin konkret nəticələrlə ölçülən praktikada qiymətləndirilməsi. …”

C. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT)

89. 10 iyun 2014-cü il tarixində ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) Insan hüquqları müdafiəçiləri haqqında təlimatları nəşr etdirmiş və onun müvafiq hissələrində aşağıdakı məsələlər qeyd olunmuşdur:

“4. İnsan hüquqları müdafiəçilərinin müdafiəsinə ehtiyac: İnsan hüquqları müdafiəçiləri müəyyən risklərə məruz qalırlar və onlar çox vaxt insan hüquqları sahəsində apardıqları işlərin nəticəsi olaraq ağır təhqirlərə məruz qalırlar. Buna görə də onların yerli, milli və beynəlxalq səviyyədə spesifik və güclü müdafiəyə ehtiyacları var. İnsan hüquqları müdafiəçilərinin müəyyən qrupları işlərinin, üzərində işlədikləri məsələlərin, fəaliyyət göstərdiyi şəraitin, yerləşdiyi coğrafi mövqeyin xüsusi xarakterinə görə və ya onların müəyyən bir qrupa aid olmağı və ya əlaqəsi olması səbəbindən yüksək risklərə məruz qalırlar.

5. Dövlət öhdəliklərinin xarakteri: İnsan hüquqları müdafiəçilərinin qorunması üçün əsas məsuliyyət dövlətlərin üzərinə düşür.Dövlətlər insan hüquqları müdafiəçilərinin hüquqları ilə bağlı həm müsbət, həm də mənfi öhdəliklərə malikdirlər. Beynəlxalq hüquqa əsasən vəzifələrinə uyğun olaraq onlar insan hüquqlarına hörmət etməli, qorumalı və yerinə yetirməlidirlər – onlar aşağıdakı öhdəliyə malikdirlər:
a) insan hüquqları sahəsindəki fəaliyyətləri səbəbindən insan hüquqları müdafiəçilərinin hüquqlarını pozan hər hansı bir əməldən çəkinmək;
b) insan hüquqları sahəsindəki fəaliyyətlərinə görə hüquq müdafiəçilərini üçüncü şəxslərin təhqirindən qorumaq və bu sahədə lazımi səy göstərmək; və
c) insan hüquqları müdafiəçilərinin hüquqlarını, o cümlədən, insan hüquqlarını müdafiə etmək üçün onların hüquqlarını tam şəkildə həyata keçirmək üçün proaktiv addımlar atmaq.
6. İnsan hüquqları sahəsində fəaliyyətlərə imkan yaratmaq üçün təhlükəsiz və əlverişli mühit: Ləyaqətin, fiziki və psixoloji bütövlüyün, azadlığın və təhlükəsizliyin səmərəli müdafiəsi insan hüquqlarının müdafiəsini təmin etmək hüququnun həyata keçirilməsi üçün ilkin şərtdir.Bundan başqa, təhlükəsiz və əlverişli mühit insan hüquqları sahəsindəki fəaliyyətin həyata keçirilməsi üçün zəruri olan digər müxtəlif əsas insan hüquqlarının (o cümlədən, fikir və ifadə azadlığı, dinc toplaşmaq və birləşmək, ictimai işlərdə iştirak etmək hüququ, hərəkət azadlığı, şəxsi həyat hüququ və beynəlxalq qurumlar, o cümlədən beynəlxalq və regional insan hüquqları mexanizmlərinə maneəsiz çıxış və ünsiyyət hüququ) həyata keçirilməsini tələb edir.

B. Məhkəmə təqibindən, kriminallaşmadan, özbaşına həbsdən və saxlanılmadan müdafiə

23. İnsan hüquqları müdafiəçiləri əsassız hüquqi və inzibati proseslər və ya inzibati və məhkəmə səlahiyyətlərindən sui-istifadənin başqa formaları tərəfindən məhkəmə təqibinə, yaxud kriminallaşdırmaya, özbaşına həbsə və saxlanılmaya, habelə insan hüquqları sahəsindəki fəaliyyətlərinə görə digər sanksiyalara məruz qalmamalıdırlar. Onlar həbslərin qanuniliyinə və ya onlara tətbiq edilən hər hansı digər sanksiyalara etiraz etmək üçün səmərəli hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanlarına malik olmalıdır.

Kriminallaşdırma və qanunvericiliyin özbaşına və qanunsuz tətbiqi

24. Dövlətlər insan hüquqları müdafiəçilərinə və onların fəaliyyətlərinə aid olan ölkənin hüquqi çərçivəni beynəlxalq insan hüquqları standartlarına uyğunlaşdırmaq üçün nəzərdən keçirməlidirlər.Onlar insan hüquqları müdafiəçiləri ilə geniş və səmərəli məsləhətləşmələr aparmalı və bunu etmək üçün beynəlxalq yardımdan istifadə etməlidir. Beynəlxalq standartlarla qorunan fəaliyyətlərin birbaşa və ya dolayısı kriminallaşdırılmasına gətirib çıxaran hər hansı qanuni müddəalara dərhal dəyişiklik edilməli və ya onlar ləğv edilməlidir.

26. Qanunlar, inzibati qaydalar və normativlər insan hüquqlarının müdafiəçiləri tərəfindən hədə-qorxu, təqib, təngə gətirmə və ya qisas alma məqsədləri üçün istifadə edilməməlidir. İnzibati və ya kiçik cinayətlərə dair sanksiyalar hər zaman mütənasib olmalı və səlahiyyətli və müstəqil məhkəmə və ya tribunaya apellyasiya şikayəti vermək imkanına malik olmalıdır.
27. İnsan hüquqları müdafiəçilərinin siyasi motivli istintaq araşdırmalarına və təqiblərə məruz qalmadığını və ya insan hüquqları sahəsindəki fəaliyyətlərinə görə onlara qarşı qanun və qaydalardan sui-istifadə edilmədiyini təmin etmək üçün Dövlətlər tələb olunduqda, məhkəmə və prokurorluq orqanlarının müstəqilliyini və hüquq-mühafizə orqanlarının düzgün işləməsini gücləndirmək üçün tədbirlər görməlidir.
28. İnsan hüquqları müdafiəçilərinin məhkəmə təqibi ilə əlaqədar hüquq-mühafizə orqanlarının və məhkəmənin mümkün qanunsuz davranışlarını araşdırmaq üçün səmərəli nəzarət mexanizmləri tətbiq edilməlidir.Bundan əlavə, məhkəmə və hüquq-mühafizə orqanları arasında səlahiyyətdən sui-istifadəyə və ya korrupsiyaya səbəb ola biləcək hər hansı bir struktur çatışmazlığı ciddi şəkildə aradan qaldırlımalıdır.

Özbaşına saxlanılma və saxlama yerində rəftar

31. İnsan hüquqları sahəsində fəaliyyət göstərdiklərinə görə Dövlətlər insan hüquqları müdafiəçilərini özbaşına azadlıqdan məhrum etməməlidir. Azadlıqdan məhrumetmənin hər hansı bir forması qanunla müəyyən edilmiş qaydalara əsaslanmalı və onlara uyğun olmalı, həbs edilənlər üçün saxlanılmanın qanuniliyinin müəyyən edilməsinə dair səlahiyyətli məhkəmə qarşısında etiraz imkanı olmalı və əks halda isə beynəlxalq insan hüquqları standartlarına uyğun olmalıdır.

HÜQUQ MƏSƏLƏLƏRİ

I. ƏRİZƏLƏRİN TƏTBİQ DAİRƏSİ

A. 68762/14 saylı ərizə

90. Konvensiyanın 5-ci maddəsinin 1-ci, 3-cü və 4-cü bəndlərinə və 8-ci maddəsinin 2-ci, 11-ci və 18-ci bəndlərinə əsasən 19 noyabr 2014-cü il tarixində cavabdeh Hökumətə ərizəyə dair bildiriş verilmişdir. Bu bildirişdən sonra ərizəçi iş üzrə baş vermiş hadisələrin faktiki gedişatı ilə bağlı yeni ifadələr vermişdir (yuxarıda 29-35-ci bəndlərdə ümumi icmalı verilmişdir) və bu hadisələrin faktiki gedişatını nəzərə alaraq, onun ilk şikayətlərinə dair daha ətraflı məlumat vermişdir.
91. Məhkəmə qeyd edir ki, ümumi qayda olaraq, ərizəçinin Məhkəməyə ilk şikayətlərindən başqa yeni məsələlər hazırlanmadığı təqdirdə, o, Hökumətə ərizəyə dair bildiriş verildikdən sonra qaldırılan hər hansı yeni məsələni araşdırmır (bax: Ilgar Mammadov, yuxarıda qeyd olunmuş § 78). Ərizəçi ilkin ifadələrini izah edə bilməsi və ya yenidən hazırlaya bilməsi səbəbindən Məhkəmə ərizənin formasını deyil, prosesin gedişindəki bütün ifadələri nəzərə almalıdır ki, bu da hər hansı ilkin hərəkətsizlikləri və ya anlaşılmazlıqları aradan qaldıra bilər (bax: Radomilja və digərləri Xorvatiyaya qarşı [BP], 37685/10 və 22768/12 saylı ərizələr, §§ 122 və 129, 20 mart 2018-ci il). Məhkəmə qeyd edir ki, ərizəçinin ilkin ərizəsinə yuxarıda göstərilən Konvensiyanın müddəalarına əsasən onun tutulması və həbsdə saxlanmasının davam etməsi ilə əlaqədar bir sıra şikayətləri daxil edilmişdir. Onun növbəti ifadələri Hökumətə göndərilmiş ilkin ərizədə bəhs edilməyən yeni bir məsələ tərkibi yaratmır. Həmin növbəti ifadələr onun ilkin ifadələri əsasında hazırlanmışdır və ərizəçinin eyni proses çərçivəsində həbsdə saxlanmasının davam etdirilməsi ilə əlaqədar olan prosesdəki hadisələrin faktiki gedişatına şamil olunmuşdur.
92. Buna müvafiq olaraq, ərizəçinin yeni ifadələri Məhkəməyə təqdim etmiş olduğu və tərəflərin rəy vermiş olduğu ilkin şikayətlər üzrə hazırlandığını nəzərə alaraq onlar hazırkı işin əhatə dairəsinə düşür. Buna görə də Nəsimi Rayon Məhkəməsinin 24 oktyabr 2014-cü il tarixli qərarı ilə (24 oktyabr 2014-cü il tarixində qüvvədə saxlanmış) ərizəçinin həbs müddətinin ən sonuncu dəfə uzadılmış müddətinə kimi olan hadisələri əhatə edən, Məhkəməyə təqdim edilmiş bütün müvafiq faktiki məlumatları nəzərə alaraq Məhkəmə ərizəçinin həbs qətimkan tədbiri (məhkəmədən əvvəl) ilə əlaqədar şikayətlərini araşdırmağa davam edəcəkdir.

B. 71200/14 saylı ərizə

93. Cavabdeh Hökumətə ərizəçinin 3-cü maddəyə əsasən müvafiq tibbi müalicəni almaması iddiası, Bakı İstintaq təcridxanasında saxlanma şəraiti, 24 oktyabr 2014-cü ildə məhkəmə binasına/təcridxanaya aparılması/gətirilməsi şəraiti barədə verdiyi şikayətlərlə əlaqədar ərizəyə dair bildiriş 2 fevral 2015-ci il tarixində cavabdeh Hökumətə verilmişdir. Ərizəyə dair bildiriş cavabdeh Hökumətə göndərildikdən sonra etdiyi müşahidələrdə ərizəçi eyni maddə ilə, məhz 23 yanvar 2015-ci il tarixdə və 3 fevral 2015-ci il tarixində təcridxanaya aparılması/gətirilməsi şəraiti barədə əlavə vəsatət qaldırmışdır.
94. Məhkəmənin rəyinə görə, bu yeni şikayət davam edən vəziyyətlə əlaqədar hadisələrin faktiki gedişatına aid olmamış və tərəflərin şərh etdikləri 3-cü maddəyə əsasən daşınma şərtləri ilə bağlı ərizəçinin verdiyi ilkin şikayətinin əsasında hazırlanmamışdır (bax: bəndlər Yuxarıda 65-68). Məhkəmə məsələni bu səbəbdən də araşdırmağı məqsədəuyğun hesab etmir (bax: Seleznev Rusiyaya qarşı, 15591/03, §56, 26 iyun 2008-ci il). Ərizəçi Məhkəmə Reqlamentinin 47-ci Qaydasında göstərilən tələblərə uyğun olaraq növbəti hadisələrlə əlaqədar digər şikayətlərə münasibətdə yeni ərizələr vermək imkanı əldə etmişdir.

II. ƏRİZƏLƏRİN BİR İCRAATDA BİRLƏŞDİRİLMƏSİ

95. Hər iki ərizənin eyni ərizəçi tərəfindən verilmiş olduğunu və eyni faktiki hallara malik olduğun nəzərə alaraq Məhkəmə hər iki ərizənin Məhkəmə Reqlamentinin 42-ci Qaydasının 1-ci bəndinə uyğun olaraq birləşdirilməsini qərara alır.

III. TIBBİ MÜALİCƏ İLƏ ƏLAQƏDAR KONVENSİYANIN 3-CÜ MADDƏSİNİN POZULMASI İDDİASI

96. Konvensiyanın 2-ci və 3-cü maddələrinə istinad edərək, ərizəçi həbsdə olduğu müddətdə lazımi səviyyədə tibbi müalicə ilə təmin olunmadığına və onun sağlamlıq vəziyyətinin həbsxana ilə uyğun olmadığına dair şikayət etmişdir. Məhkəmə iş üzrə faktların qanunvericiliklə müvafiq xüsusiyyətlərinin əsas müəyyən edicisi olaraq (bax: Tarakhel İsveçrəyə qarşı (BP), 29217/12 saylı, § 55, AİHM 2014 (çıxarışlar) və Radomilja və Digərləri , yuxarıda qeyd olunmuş § 126), hesab edir ki, ərizəçinin şikayətinin Konvensiyanın 3-cü maddəsinə əsasən baxılmalı olduğunu hesab etmiş və həmin mddədə aşağıdakılar qeyd olunmuşdur:“Heç kim işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır”.

A. Qəbuledilənlik

1. Tərəflərin ifadələri

97. Hökumət ifadəsində ərizəçi tərəfindən ölkənin hüquq müdafiə vasitələrinin tükədilmədiyini bildirmişdir. Hökumət iddia etmişdir ki, ərizəçi heç bir milli hakimiyyət orqanına, o cümlədən prokurorluğa və məhkəmələrə öz şikayətlərini təqdim etməmişdir. Xüsusilə, ərizəçi tibbi məhkəmə ekspertizası tələbinin prokuror tərəfindən etiraz edilməsindən apellyasiya şikayəti verməmişdir.
98. Hökumət daha sonra Ə.İ.-nin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı işi üzrə 1 saylı İnzibati İqtisad Məhkəməsinin 24 iyul 2012-ci il tarixli qərarı ilə Ə.İ.-nin müalicə üçün xəstəxanada yerləşdirilməsinə dair vəsatətinin təmin edilməsinə dair qərarına istinad etmişdir. Hökumətin rəyinə görə, sözügedən qərar bir neçə mövcud ölkənin hüquq müdafiə vasitələrdən birinin səmərəliliyinə nümunədir.
99. Ərizəçi Hökumətin ifadələri ilə razılaşmamış və təkrar şikayət vermişdır. O, ifadəsində bildirmişdir ki, Hökumət onun şikayətləri ilə əlaqədar həm nəzəri, həm praktik olaraq zərərləri qarşılamaq bacarığına qadir səmərəli hüquqi müdafiə vasitələrinin və ağlabatan müvəffəqiyyət ehtimalının mövcud olmasını nümayiş etdirməməmişdir. Xüsusilə, Varga və Digərlərinin Macarıstana qarşı işinə istinad edərək (14097/12 saylı və 5 digərləri § 49, 10 mart 2015-ci il) ərizəçi iddia etmişdir ki, qeyri-adekvat tibbi müalicə və saxlanma şəraiti ilə əlaqədar Maddə 3-də qadağan edilmiş rəftar növünə qarşı ayrı-ayrı şəxslərin səmərəli müdafiəsi üçün qabaqlayıcı hüquqi müdafiə vasitəsinin mövcud olması əvəzedilməzdir. Halbuki, onun Cinayət Prosessual Məcəlləsinə əsasən ölkə məhkəmələri qarşısında qaldırdığı şikayətlər araşdırılmamışdır. İnzibati Prosessual Məcəllə (“İPM”) əsasında hüquqi müdafiə vasitələri ilə əlaqədar ərizəçi qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin müvafiq müddəalarına zidd olaraq, İPM-nin qəbul edilməsindən sonra nəticə etibarilə ləğv olunmuş bir aylıq məhdudiyyəti müəyyən edən zaman sonuncu, konkret vaxt məhdudiyyətlərini nəzərdə tutmamış və bu səbəbdən də mövcud olan hüquqi müdafiə vasitəsi həm nəzəriyyədə, həm də praktikada bu baxımdan səmərəli hesab edilə bilməz.

2. Məhkəmə qiymətləndirməsi

100. Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan ölkənin hüquqi müdafiə vasitələrinin tükəndirilməsinə dair ümumi prinsiplərin icmalı bu yaxınlarda Yunusova və Yunusov Azərbaycana qarşı işdə verilmişdir (59620/14 saylı, §§ 125-26, 2 iyun 2016-cı il).
101. Məhkəmə qeyd edir ki, o, Yunusova və Yunusovun işində (yuxarıda qeyd olunmuş) Hökumət tərəfindən qaldırılan oxşar etirazı rədd etmiş və hazırkı işdə fərqli bir nəticə əldə etmək üçün heç bir səbəb görmür.Xüsusi olaraq, İPM-də nəzərdə tutulmuş hüquqi müdafiə vasitələri ilə əlaqədar Məhkəmə müşahidə etmişdir ki, İPM-nin 40-cı maddəsində hakimə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək barədə vəzifə qoymağa icazə verildiyinə baxmayaraq, müvəqqəti müdafiə tədbirinin tətbiqi məqsədilə müraciətin araşdırılması üçün konkret müddət nəzərdə tutulmamışdır. Ölkədaxili məhkəmənin 24 iyul 2012-ci il tarixli qərarına gəldikdə (bax: bənd 101 yuxarıda), Məhkəmə, Hökumət tərəfindən nümunə göstərilmiş bir işin hüquqi müdafiə vasitəsinin səmərəliliyini sübuta yetirəcək qədər yerli təcrübənin tətbiq edildiyinin mövcudluğunu göstərmək üçün kifayət etmədiyini iddia etmişdir. Beləliklə, Məhkəmə mövcud məlumatlar əsasında belə bir nəticəyə gəlmişdir ki, ölkə məhkəmələri qarşısında İPM əsasında verilən bir şikayət səmərəli hüquqi müdafiə vasitəsi hesab edilə bilməz (eyni yerdə, §§ 127-29).
102. Məhkəmə həmçinin, ərizəçinin Cinayət Prosessual Məcəlləsinə əsasən hüquqlarının pozulması iddiaları ilə bağlı zərərin qarşılanması səylərinin onun şikayətlərinin məhkəmə aidiyyati olmadığı səbəbindən ölkə məhkəmələri tərəfindən həmin şikayətlərə baxılmasından imtina edilmiş olduğu faktının məhkəmə aidiyyətini nəzərə alır (bax: bəndlər 69-71 yuxarıda).
103. Məhkəmə bu səbəbdən də Hökumətin ölkənin hüquqi müdafiə vasitələrin tükəndilmədiyinə dair etirazını rədd edir. Bundan əlavə o, qeyd edir ki, ərizənin bu hissəsi Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndinin mahiyyəti çərçivəsində açıq-aşkar əsassız deyil və başqa heç bir səbəbdən qəbuledilməz deyil. Buna görə də o, qəbuledilən elan edilməlidir.

B. Mahiyyət

1. Tərəflərin ifadələri

104. Hökumət ifadəsində bildirmişdir ki, ərizəçiyə lazımi səviyyədə tibbi yardım göstərilmiş və onun sağlamlıq vəziyyəti həbsxana ilə uyğun olmuşdur. Onlar ərizəçinin müxtəlif tibbi müayinələrdən keçdiyinə və bununla əlaqdar göstərilən tibbi müalicəyə istinad etmişdilər.
105. Ərizəçi Hökumətin ifadəsi ilə razılaşmamış və onun zəruri tibbi yardımla təmin olunmadığını və bu səbəbdən də səhhətinin pisləşdiyini iddia etmişdir. O, daha sonra əlavə edib ki, o, səlahiyyətli orqanlar tərəfindən tibbi müayinələrinin nəticələri barəsində vaxtında (lazımı qaydada) məlumatlandırılmamış və ambulator müalicə yalnız ağrıkəsicilərindən ibarət olub ki, bu da əslində onların yan təsirləri səbəbindən onun vəziyyətini pisləşdirmişdir.

2. Məhkəmə qiymətləndirməsi

106. Məhkəmə təsdiq edir ki, Konvensiyanın 3-cü maddəsi saxlanılan şəxsləri səhhətləri ilə əlaqədar azad etmə öhdəliklərinin yerinə yetirilməsi kimi izah edilə bilməsə də, buna baxmayaraq, sözügedən maddə azadlıqdan məhrum edilmiş şəxslərin fiziki rifahını qorumaq üçün Dövlət qarşısında öhdəlik qoyur (məsələn, onlara lazımi tibbi yardım göstərməklə).
Saxlanılan şəxslərə göstərilən tibbi yardımın yetərliliyinə dair müvafiq presedent hüququnun prinsiplərinin icmalı bu yaxınlarda Blokin Rusiyaya qarşı [BP], 47152/06 saylı, §§ 136-138, 23 mart 2016-cı il) işində verilib.
107. Hazırkı işə baxaraq Məhkəmə qeyd edir ki, ərizəçinin 24 oktyabr 2014-cü il tarixli şikayətlərindən sonra dərhal üzərində hərtərəfli tibbi müayinələr aparılmış, onurğa sütunu yırtığı, disk çıxıqları və bir sıra digər, daha az ciddi xəstəliklər (bax: bəndlər 53-54 yuxarıda) aşkar edilmişdir. Ərizəçinin ümumi vəziyyəti qənaətbəxş hesab edilmiş və müalicə tələb etməmişdir (Kutepov Rusiyaya qarşı, 13182/04 saylı, §§ 52 və 60, 5 dekabr 2013-cü il, vaxtında diaqnozun aparılmaması ilə bağlı). Ərizəçinin ifadəsinin əksinə olaraq, Məhkəmə işin hallarından onun həbsinin onun vəziyyətini xeyli dərəcədə pisləşdirdiyini hiss etmir (məsələn, Yunusov və Yunusova, yuxarıda qeyd olunmuş § 149 və Kutepov, yuxarıda qeyd olunmuş § 55 ilə müqayisə edin). Ərizəçi həkimlər tərəfindən kifayət qədər müntəzəm aralıqlarla müayinə olunmuş və onun tibbi müayinələrində müəyyən bir müalicə tələb edən və nəticədə, hakimiyyət orqanlarının təmin etmədikləri hər hansı ciddi sağlamlıq problemləri aşkara çıxmamışdır. Məhkəmənin rəyinə görə, ərizəçi milli hakimiyyət orqanlarının zəruri tibbi yardımı göstərilməsi və ya göstərilən yardımın lazımi qayğı standartına uyğun gəlmədiyinə dair hər hansı ciddi qüsurları açıqlayan kifayət və inandırıcı arqumentlər təqdim etməmişdir.
108. Qarşısındakı sübutlar əsasında və bütövlükdə müvafiq faktları qiymətləndirməklə Məhkəmə bu səbəbdən ərizəçi üçün mövcud olan tibbi yardımın ona əqli əzab verəcək səviyyəyə, yəni, Konvensiyanın 3-cü maddəsinin tələb etdiyi minimum ağırlıq səviyyəsinə çatması üçün yetərli səviyyədə olmadığı qənaətinə gəlmişdir (müqayisə edin: İnsanov Azərbaycana qarşı, 16133/08 saylı, § 134, 14 mart 2013-cü il).
109. Nəhayət, Məhkəmə ərizəçinin tibbi müayinələrinin nəticələri barəsində lazımi qaydada məlumatlandırılmamış olduğuna dair ifadəsini qəbul etdiyinə baxmayaraq (bax: bənd 108 yuxarıda), bu iddia edilən çatışmazlığın səviyyəsinin tibbi yardımın “pis rəftar” səviyyəsinə çatacaq qədər olmadığı qənaətinə gəlmişdir (müqayisə edin: Fərhad Əliyev Azərbaycana qarşı, 37138/06-cı il, § 131, 9 noyabr 2010-cu il).
110. Buna müvafiq olaraq, ərizəçinin həbsdə olduğu müddətdə tibbi müalicəsi ilə əlaqədar Konvensiyanın 3-cü maddəsi pozulmamışdır.

IV. BAKI İSTİNTAQ TƏCRİDXANASINDA SAXLAMA ŞƏRAİTİ İLƏ ƏLAQƏDAR KONVENSİYANIN 3-CÜ MADDƏSİNİN POZULMASI İDDİASI

111. Ərizəçi Bakı İstintaq təcridxanasında saxlanma şəraiti ilə əlaqədar Konvensiyanın 3-cü maddəsinə müvafiq olaraq şikayət etmişdir.

A. Qəbuledilənlik

112. Hökumət ifadəsində bildirmişdir ki, ərizəçi ölkənin hüquqi müdafiə vasitələrini tükəndirməmişdir. Ərizəçi Hökumətin ifadəsi ilə razılaşmamışdır (bax: bənd 102 yuxarıda).
113. Məhkəmə təsdiq edir ki, Maddə 3-də qadağan edilmiş rəftar növünə qarşı ayrı-ayrı şəxslərin səmərəli müdafiəsi üçün qabaqlayıcı hüquqi müdafiə vasitəsinin mövcud olması əvəzedilməzdir. Konvensiyaya həmin müddəaya xüsusi əhəmiyyət verildiyi tələbini diqqətə çatdıran Məhkəmənin rəyinə görə, Razılığa gələn Tərəflər hər hansı bu cür rəftara tezliklə son qoymaq məqsədilə kompensasiya vasitəsinin əhatə dairəsi xaricində səmərəli mexanizm yaratmalıdır (bax, məsələn: Varqa və Digərləri, yuxarıda qeyd olunmuş § 49; və Ananyev və Digərləri Rusiyaya qarşı, 42525/07 və 60800/08 saylı ərizələr, § 98, 10 yanvar 2012-ci il).
114. Məhkəmə qeyd edir ki, hazırki işdə, ərizəçi digər məsələlərlə yanaşı Məkəməyə saxlama şəraitindən şikayət ərizəsi verdiyi zaman o, hələ də iddia etdiyi pis şəraitdə saxlanırdı və beləliklə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamaq üçün davam edən hüquqlarının pozulmasına son qoymağa, xüsusilə də qeyri-adekvat saxlama şəraitindən çxarılmasına, yaxud saxlama şəraitinin maddi cəhətdən yaxşılaşdırılmasına imkan verən qabaqlayıcı hüquqi müdafiə vasitəsi tələb etmişdir (bax: Mohamed İsmaaciil və Əbdirəhman Varsame Maltaya qarşı, 52160/13 və 52165/13 saylı ərizələr, §§ 45-46, 12 yanvar 2016-cı il).Tibbi müalicəsinin səmərəli olması məqsədilə qabaqlayıcı hüquqi müdafiə vasitəsi məhkumların şikayətlərinin dərhal və lazımi səylər göstərməklə baxılmasını təmin etməlidir (bax: Ananyev və Başqaları, yuxarıda qeyd olunmuş § 214). Məhkəmə xüsusi olaraq, vaxt keçdikcə bərpa olunmayan zərərə səbəb ola biləcək tibbi yardımın yetərsizliyi ilə əlaqədar saxlama şəraiti haqqında şikayətlərlə bağlı gecikdirmələrə dair ilkin narahatlığını ifadə etmişdir (bax: Mikalauskas Maltaya qarşı, 4458/10 saylı, § 51, 23 iyul 2013-cü il). Hazırkı işdə, Məhkəmə artıq qeyd etdiyi kimi (bax: yuxarıda 104-cü bənd), Hökumət tərəfindən istinad edilən İPM əsasında hüquqi müdafiə vasitəsi üçün konkret vaxt məhdudiyyətləri nəzərdə tutulmamış və şikayət edilən rəftara tezliklə son qoymaq məqsədilə sözügedən şikayətlərin sürətlə və lazimi qaydada araşdırılması üçün yerli təcrübənin tətbiq edildiyinin göstərmək üçün Hökumət tərəfindən kifayət qədər məlumat verilməmişdir. Məhkəmənin rəyinə görə, qanunvericilikdə və ya təcrübədə (onun tətbiqində) heç bir vaxt məhdudiyyəti öhdəliyi qoyulmayan və uzun müddət davam edə biləcək məhkəmə icraatının nəticəsini gözləyən bir şəxsin sərt saxlama şəraitində çətinlik çəkməsinə imkan vermək Konvensiyanın 3-cü maddəsinin formasına və məzmununa ziddir.
115. Hökumət iddia edilən pozuntunun qarşısını almağa qadir olan və ya onun davamlı və səmərəli şəkildə davam etdirilməsinə qadir olan hər hansı digər hüquqi müdafiə vasitəsini təmin etməmişdir.
116. Məhkəmə bu səbəbdən də Hökumətin ölkənin hüquqi müdafiə vasitələrin tükənməməsinə etirazını rədd edir. O, daha sonra qeyd edir ki, ərizənin bu hissəsi Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndinə əsasən açıq-aşkar əsassız deyil və başqa heç bir səbəbdən qəbuledilməz deyil. Buna görə də o, qəbuledilən elan edilməlidir.

B. Mahiyyət

1. Tərəflərin ifadələri

117. Hökumət ifadəsində bildirmişdir ki, ərizəçinin saxlama şəraiti Konvensiyanın 3-cü maddəsinə uyğun olmuşdur.
118. Ərizəçi təkrar şikayət vermiş və Bakı istintaq təcridxanasında saxlanma şəraitinin qeyri-insani və ləyaqəti alçaldan rəftar səviyyəsinə çatdığını iddia etmişdir.

2. Məhkəmə qiymətləndirməsi

(a) Ümumi prinsiplər

119. Məhkəmə təsdiq edir ki, bütün sübutları, o cümlədən, faktlardan vətərəflərin ifadələrindən meydana çıxa biləcək nəticələri dəyərləndirdikdən sonra yekun nəticələrini qəbul edir. Sözügedən sübutların qiymətləndirilməsinə gəldikdə isə, Məhkəmə Murşiçin Xorvatiyaya qarşı işində ([BP], 7334/13 saylı, §§ 127-28, 20 oktyabr 2016-cı il) ümumi icmalı verilmş saxlama şəraitinə dair işlərdə özünün yaxşı müəyyən olunmuş sübut standartına istinad edir. Xüsusən, Məhkəmə ərizəçilərin saxlama şəraiti ilə bağlı iddialarını əsaslandırmaq üçün sübut toplayan zaman üzləşdiyi obyektiv çətinliklərdən məlumatlıdır.Buna baxmayaraq, sözügedən işlərdə ərizəçilər şikayət olunan faktların ətraflı və ardıcıl hesabatını verməlidirlər. Təkzibedici dəlillərin olmadığı (prima facie) halda pis rəftar tərkibi yaradan, ləyaqəti alçaldan saxlama şəraiti iddiası etibarlı və yetərincə təfərrüatlı şəkildə təsvir edildikdən sonra sübut yükü həmin iddiaları təsdiq və ya təkzib etmək bacarığına malik məlumatlara yeganə çıxışı olan Hökumətin üzərinə düşür. Ondan (Hökumətdən) xüsusilə, müvafiq sənədləri toplamaq və tərtib etmək və ərizəçinin saxlanma şəraiti barədə ətraflı hesabat vermək tələb olunur. Bundan başqa, Məhkəmə həmçinin Murşiç haqqında qərarda (yuxarıda qeyd olunmuş §§ 136-141) təsvir olunmuş həbsxanalardakı sıxlığın qiymətləndirilməsi ilə bağlı ümumi prinsip və standartlara da istinad edir.

(b) 9 və 12 avqust 2014-cü il tarixləri arasında saxlama şəraiti

120. Hazırkı işə baxaraq, Məhkəmə qeyd edir ki, ərizəçi Bakı İstintaq təcridxanasındakı saxlama şəraitinin cəhətləri barədə ən çox 9-12 avqust 2014-cü il tarixləri arasında şikayət etmişdir. Halbuki, Məhkəmənin hər bir iddianın doğruluğunu qiymətləndirməsinə ehtiyac yoxdur, çünki, onun qiymətləndirilməsi üçün başlanğıc nöqtə şəxsən ərizəçiyə verilmiş məkandır. Məhkəmə qeyd edir ki, ərizəçi saxlama şəraiti haqqında ətraflı məlumat vermişdir (bax: yuxarıda 45-ci bənd). Digər məsələlərlə yanaşı o, hər bir məhbus üçün 1.1 kv. m ölçüdə fərdi məkanın düşdüyü, təxminən 10 kv. m ölçüdə olan qəbul kamerasında digər səkkiz məhbusla birgə saxlandığını iddia etmişdir. Hökumət, yuxarıda göstərilən müddətdə ərizəçinin bu kamerada saxlanılması ilə əlaqədar konkret ifadə verməmişdir.
121. Bununla bağlı məhkəmə təsdiq edir ki, əgər saxlanılan şəxsin fərdi məkanının döşəməsinin ölçüsü 3 kv. m-dən az olarsa, bu, fərdi məkanın çatışmazlığı 3-cü maddənin pozulması üçün güclü prezumpsiya hesab olunur. Sübutetmə yükü cavabdeh Hökumətin üzərinə düşür, halbuki, fərdi məkanın ayrıldığına yetərli kompensasiya edə bilən amillərin mövcud olduğunu nümayiş etdirməklə bu prezumpsiyanı təkzib edə bilər (eyni yerdə, § 137). Halbuki, hazırkı işdə Hökumət ərizəçinin iddialarını təkzib edəcək və ya 3-cü maddənin pozulmasına dair yuxarıda sözügedən prezumpsiyaya etiraz edəcək hər hansı bir arqument təqdim etməyib.
122. Murşic haqqında qərarın 138-ci bəndində pozuntu prezumpsiyasına etiraz etmək məqsədilə yekdilliklə qarşılanmalı olan amillər sadalanır. Bu amillərdən birincisi “3 kv.m ölçüsündə tələb olunan minimum fərdi məkan ölüsünün azalması halları qısa, təsadüfi və daha kiçik olmasını tələb edir”(eyni yerdə, § 138 (1). Hazırkı işdə ərizəçiyə bu müddət ərzində yalnız 1.1 kv.m ölçüdə fərdi məkan verilib, ki, bu da hələ də tələb olunan 3 kv. m standartından kiçikdir və beləliklə, bu, fərdi məkanın “daha kiçik” ölçüyədək azaldılması hesab edilə bilməz. Bundan başqa, ərizəçinin iddia etdiyi və Hökumət tərəfindən konkret olaraq mübahisə edilmədiyi məsələ bundan ibarətdir ki, ərizəçinin öz çarpayısının olmaması və digər saxlanılan şəxslərin çarpayılarından istifadə etməsi və ona açıq havada idman etməyə çıxmaq icazəsinin verilməməsi ərizəçinin vəziyyətini ağırlaşdırmışdır. Bundan başqa, kamerada kifayət qədər ventilyasiya və sanitariya imkanları olmamışdır (eyni yerdə, § 139).
123. Beləliklə, Məhkəməyə tərəflərin təqdim etdiyi materialın işıqlandırılması və yuxarıda qeyd olunmuş məsələ üzrə presedent hüququnu nəzərə alaraq Məhkəmə ərizəçinin hesabatını qəbul edir və nisbətən qısa müddətdə baş verdiyinə baxmayaraq, o, 9-12 avqust tarixləri arasında baş verən həbs müddətində o, çətinliyə məruz qalmış və həbsdə saxlanılan şəxslərin qaçılmasının mümkün olmayan əzab səviyyəsindən də kənara çıxmış və ləyaqəti alçaldan rəftara bərabər olmuşdur.
124. Buna görə də ərizəçinin 9 – 12 avqust 2014-cü il tarixləri arasında saxlama şəraiti ilə əlaqədar Konvensiyanın 3-cü maddəsi pozulmuşdur.

(c) 12 avqust 2014-cü il tarixli saxlama şəraiti

125. Məhkəmə ərizəçinin dörd nəfərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş bir kamerada üç nəfərlə birgə saxlanmasına dair tərəflər arasında ümumi əsasın olduğunu müşahidə etmişdir. Eyni zamanda ərizəçi kameranin ölçüsünün Hökumət tərəfindən göstərilən 17.82 kv.m olması ilə razılaşmamış, “təxminən 12-14 kvadratmetr arasında” olduğunu bildirmişdir (bax: bəndlər 46-49 yuxarıda). Halbuki, Məhkəmə, aşağıdakı səbəblərə görə bu fikir ayrılığının həll edilməsini zəruri hesab etmir.
126. Kameranın ərizəçi tərəfindən iddia edildiyi “12-14 kv. m” ölçüdə olduğunun güman edildiyinə baxmayaraq, o, ən azı 3 kv.m fərdi məkandan istifadə etmişdir.
127. Məhkəmə təsdiq edir ki, həbsxana kamerası – hər bir məhbusa 3 – 4 kv. m fərdi məkanın düşdüyüyü işlərdə – saxlama şəraitinin uyğunluğuna dair Məhkəmə qiymətləndirməsindəki çəki faktoru kimi qalan sözügedən məkan faktoru məsələsidir.
Məhkəmə məkan faktorunun xüsusilə, açıq havada idman etməyə çıxış imkanı, təbii işıq və ya hava, havalandırmanın mövcudluğu, otaq temperaturunun uyğunluğu, tualetdən şəxsi istifadənin mümkünlüyü və əsas sanitar və gigiyena tələbləri ilə uyğunluq kimi fiziki saxlama şəraitinin digər qeyri-adekvat cəhətləri ilə birləşib-birləşmədiyini müəyyən etməlidir (eyni yerdə, § 139).

128. Sanitariya və gigiyena şəraitinə gəldikdə isə, Məhkəmə kamerada tualetin bir qapı ilə ayrıldığını və soyuq suyun kameralarda mövcud olduğunu və məhbusların həftədə iki dəfə isti duşdan istifadə imkanlarına malik olduğuna dair tərəflərin ifadələrinə əsasən (bax: bəndlər 46-49 yuxarıda) yaradılmış olduğu qənaətinə gəlmişdir.
129. Bundan başqa, kamerada kiçik bir pəncərənin olduğu və kameraya bitişik bir həyətin olduğu və ondan istifadənin hər gün saat 16:00-dək mümkün olduğu və burada ərizəçinin təbii işıq, təzə hava və açıq havada idman etmək üçün istifadəsinə maneənin olmadığı səbəbindən bu məsələ mübahisə doğurmamışdır (bax: yuxarıda 46 və 49-cu bəndlər).
130. Ərizəçi həmçinin kameranın daxilindəki temperaturdan şikayət etmişdir.Halbuki, o, şikayətini kifayət dərəcədə əsaslandıra bilməmişdir. Buna görə də Məhkəmə vəziyyətin sərtliyini dəqiq müəyyən etməyin çətin olduğu qənaətindədir. Bundan əlavə, ərizəçi özü etiraf edib ki, təcridxana istilik sistemi ilə təchiz olunmuş və 15 noyabr tarixində istifadəyə verilmişdir (müqayisə edin: İnsanov Azərbaycana qarşı, yuxarıda qeyd olunmuş § 125).
131. Yekun olaraq, tərəflərin təqdim etdiyi faktları araşdırdıqdan sonra, Məhkəmə yuxarıda təsvir edilmiş saxlama şəraitinin nəticəsi olaraq ərizəçinin bəzi əziyyətlərə və məhrumiyyətlərə məruz qaldığını istisna etmir. Buna baxmayaraq, həmin şəraitlərin birgə təsirini nəzərə alaraq Məhkəmə Konvensiyanın 3-cü maddəsinin mahiyyəti çərçivəsində bunların qeyri-insani və ya ləyaqəti alçaldıcı şəkildə xarakterizə etmək üçün tələb olunan ağırlıq həddinə çatdığını hesab etmir.
132. Buna müvafiq olaraq, ərizəçinin 12 avqust 2014-cü il tarixindən etibarən saxlama şəraiti ilə əlaqədar Konvensiyanın 3-cü maddəsi pozulmamışdır.

V. DAŞINMA və MƏHKƏMƏ BİNASINDA SAXLAMA ŞƏRAİTLƏRİ İLƏ ƏLAQƏDAR KONVENSİYANIN 3-CÜ MADDƏSİNİN POZULMASI İDDİASI

133. Ərizəçi 24 oktyabr 2014-cü il tarixində məhkəmə binasına aparılıb-gətirilmə və saxlama şəraiti ilə bağlı Konvensiyanın 3-cü maddəsinə əsasən şikayət etmişdir.
134. Hökumət ifadəsində bildirmişdir ki, ərizəçi şikayətləri ilə bağlı ölkənin hüquqi müdafiə vasitələrini tükəndirmiməşdir. Ərizəçi Hökumətin ifadəsi ilə razılaşmamış və şikayətlərini qüvvədə saxlamışdır.
135. Məhkəmə qeyd edir ki, Bakı İstintaq təcridxanasında saxlanılma şərtlərindən fərqli olaraq, ərizəçinin 24 oktyabr 2014-cü ildə məhkəmə binasına/təcridxanaya aparılması/gətirilməsi şəraiti davam edən vəziyyətə aid olmamış, lakin, artıq 3-cü maddənin pozulması iddiası olduğuna görə kompensasiya vasitəsi ilə zərərin qarşılığının ödənilməsinə meyl yaranmışdır (bax: Ananyev və Digərləri,yuxarıda qeyd olunmuş § 221). Belə bir hüquqi müdafiə vasitəsinin mövcudluğu ayrı-ayrı şəxslərin əsas faktlar və ya pul kompensasiyasının hesablanması haqqında qərarı tələb edən Strasburq Məhkəməsi şikayətlərinə müraciət etməyə sistemli olaraq məcbur edilməməsi üçün subsidiarlıq prinsipini nəzərə almaq məqsədilə xüsusilə vacibdir (eyni yerdə, § 221).
136. Bununla bağlı məhkəmə təsdiq edir ki, fərdi hüquq və azadlıqları pozan hərəkət və hərəkətsizliyə dair şikayətlər haqqında qanunda bir şəxsin hüquq və azadlıqlarını pozan bir dövlət orqanının hər hansı hərəkət və ya hərəkətsizliklə etiraz etmək üçün hüquqi imkan təmin olunur (bax: Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı, 34445/04 saylı, § 52, 11 yanvar 2007-ci il). Yerli məhkəmə sistemində birbaşa tətbiq olunan həm Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsi, həm də Konvensiyanın 3-cü maddəsi qeyri-insani və ləyaqəti alçaldan rəftarı qadağan edir (eyni yerdə). Bundan əlavə, Mülki Prosessual Məcəllənin müvafiq müddəalarını əvəz edən İPM-a əsasən məhkəmə orqanlarının hərəkətlərindən etiraz vermək üçün məhkəmə qarşısında iddia qaldırıla bilər (bax: Yunusova və Yunusov, yuxarıda qeyd olunmuş §§ 96 97). Xüsusi olaraq, İPM-in 2-ci maddəsinin 2 (7)-ci bəndində və 34-cü maddəsinin 1-ci bəndində inzibati orqanların qanunsuz əməlləri nəticəsində vurulmuş ziyan üçün kompensasiya tələb etmək imkanı nəzərdə tutulur. Buna görə də bu müddəalara istinad edərək ərizəçi məhkəmə binasına/təcridxanaya aparılması/gətirilməsi şəraitindən şikayət edərək ölkə məhkəmələriə birbaşa mülki iddia verə bilərdi. Halbuki, ərizəçi bunu etməyə cəhd etməmişdir.Bundan əlavə, o, belə addımların təsirsiz olacağını inandırıcı şəkildə göstərməmişdir. Ziyanın qarşılığının ödənilməsi üçün mövcud imkandan normal istifadənin təmin edilməsi tələbinin verilməsi üçün hüquqi müdafiə vasitəsinin səmərəliliyi ilə bağlı açıq şübhənin olması kifayət deyil (bax: Kunqurova Azərbaycana qarşı (dek.), 5117/03 saylı, 3 iyun 2005-ci il).
137. Məhkəmə bu səbəbdən də Hökumətin etirazını qəbul edir və bu şikayətlərin Konvensiyanın 35-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə əsasən ölkənin hüquqi müdafiə vasitələrinin tükənməməsi üçün rədd edilməsi qənaətinə gəlir.

VI. KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 1-Cİ VƏ 3-CÜ BƏNDLƏRİNİN POZULMASI İDDİALARI

138. Konvensiyanın 5-ci maddəsinin 1-ci və 3-cü bəndlərinə istinad edərək ərizəçi cinayət törətdiyinə dair “əsaslı şübhə” olmamaqla saxlanmış və həbs olunmuşdur. O, həmçinin, ölkə məhkəmələri tərəfindən onun həbsdə saxlanmasının davam etdirilməsi vacibliyini əsaslandıran müvafiq və kifayət qədər səbəblərin göstərməməsindən şikayət etmişdir. Konvensiyanın 5-ci maddəsinin 1 (c) və 3-cü bəndlərində deyilir:

“1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs aşağıdakı hallardan və qanunla müəyyən olunmuş qaydadan başqa azadlıqdan məhrum edilə bilməz:

(c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısına gətirilməsi məqsədi ilə və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud pozuntunu törətdikdən sonra gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması;

3. Bu maddənin 1-ci bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxsin qarşısına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəməyə gəlmə təminatlarının təqdim edilməsi ilə şərtləndirilə bilər. ”

A. Qəbuledilənlik

139. Məhkəmə qeyd edir ki, ərizənin bu hissəsi Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndinə əsasən açıq-aşkar əsassız deyil. Bundan əlavə, onun qəbuledilməzliyinə dair heç bir səbəbin olmadığını qeyd edir. Buna görə də o, qəbuledilən elan edilməlidir.

B. Mahiyyət

1. Tərəflərin ifadələri

(a) Ərizəçi

140. Ərizəçi ifadəsinə bildirmişdir ki, prokurorluq orqanları və ölkə məhkəmələri onun ittiham edildiyi cinayət əməllərinin hər hansı birinin törədilməsi barədə əsaslandırılmış və yaxşı sənədləşdirilmiş sübut təqdim edə bilməmişdir. Xüsusilə, İlqar Məmmədovun Azərbaycana qarşı (yuxarıda qeyd olunmuş § 88) və Stepuleacın Moldovaya qarşı (8207/06 saylı, § 73, 6 noyabr 2007-ci il) işlərinə istinad edərək ərizəçi iddia edir ki, onun barəsində həbs qətimkan tədbirinin seçilməsində prokurorluq orqanları yalnız cinayət işinin müəyyən edilməmiş materiallarına istinad etməklə onlar ərizəçinin saxlanılmasını əsaslandıracaq hər bir cinayət iddiasına uyğun gələn “əsas” və ya “müvafiq faktları” göstərə bilməmişdir. Bununla yanaşı, cinayət işi sənədlərində onun təqsirləndirildiyi hansı cinayətləri törətmiş ola biləcəyinə dair məlumatları göstərmədən ölkə məhkəmələri qərarlarında sadəcə olaraq, prokurorluq orqanlarının arqumentlərini təkrarlamışdılar.
141. Xüsusilə, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz sahibkarlıq ittihamları ilə əlaqədar ərizəçi 1999-cu ildən etibarən İctimai Birliyin sədri seçildiyini və fəaliyyət göstərdiyini iddia etmişdir. O vaxtdan etibarən İctimai Birlik adından o, müxtəlif dövlət orqanlarına, o cümlədən, Ədliyyə Nazirliyinə, İctimai Birlik adından ərizəçi tərəfindən imzalanmış qrant müqavilələrinin qeydiyyata alınması üçün çoxlu sayda məktublar göndərmişdir. Nazirlik həmin qrantları qeydiyyata almış və müvafiq olaraq ərizəçiyə məlumat vermişdir. Ərizəçiyə İctimai Birlik adından fəaliyyət göstərmək üçün qanuni səlahiyyətinin olmadığına dair ona heç zaman məlumat verilməmişdir. İfadələrini dəstəkləyən ərizəçi 18 iyun 1999-cu il tarixində İctimai Birliyin ərizəçinin sədr seçilməsi ilə əlaqədar keçirilmiş ümumi yığıncağının qərarının, eləcə də İctimai Birliyin adından müxtəlif donorlar ilə imzalanmış müxtəlif qrant müqavilələrinin nüsxələrini Ədliyyə Nazirliyinə təqdim etmişdir.
142. Ərizəçinin dediyinə görə, yalnız Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanuna eyni 2014-cü ilin fevral ayında dəyişikliklər edildikdən sonra yalnız həmin ilin aprel ayında ərizəçinin Nazirliyə təqdim etdiyi qrant müqaviləsini birincinin İctimai Birlik adından fəaliyyət göstərə bilməyəcəyi səbəbiylə Nazirlik imzalamaqdan imtina etmişdir (çünki, ərizəçi İctimai Birliyin sədri seçilməsi ilə əlaqədar nazirliyə məlumat verməmişdir). Ərizəçinin özünün sədri kimi qeydiyyatdan keçməsinə dair növbəti tələbləri Nazirlik tərəfindən imtina edilmişdir, çünki məktublar səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır.
143. Ərizəçinin müxtəlif qrant müqavilələrinin Nazirlik tərəfindən qeydiyyata alınmamasına gəldikdə, ərizəçi əslində onları qeydiyyata alınması üçün müraciət etdiyini iddia etmişdir. Bundan əlavə, bu müqavilələrdən biri nazirlik tərəfindən müvafiq qaydada qeydə alınmış və onlayn məlumat bazasında dərc olunmuşdur (2014-cü ildə çıxarılmadan əvvəl). Bu baxımdan, ərizəçi 2012-ci ildə İctimai Birlik tərəfindən imzalanmış qrant müqaviləsi haqqında məlumatları özündə daşıyan məlumat bazasının keş edilmiş bir versiyasının surətini təqdim etmişdir.
144. Həmçinin, o, iddia etmişdir ki, Hökumətin İctimai Birlikdə onun hər hansı rəhbər mövqe tutduğu faktını və onun təsisçisi olduğunu müzakirə etdiyinə görə onun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək cinayət törədilməsindən şübhə edilə bilməzdi.
145. Bundan başqa, ərizəçi 5-ci maddənin 3-cü bəndinə əsasən təkrar şikayət vermiş və israrla bildirmişdir ki, ölkə məhkəmələri onun barəsində seçilmiş həbs qətimkan tədbirinin qanuniliyini, o cümlədən əsaslı şübhənin olub-olmadığını, sözügedən həbs qətimkan tədbirinin əsaslandırılması üçün “müvafiq və kifayət qədər” səbəblərin olub-olmadığını və alternativ qabaqlayıcı tədbirlərin tətbiq olunma imkanının düzgün şəkildə nəzərə alınıb-alınmadığnı araşdıra bilməmişdir.

(b) Hökumət

146. Hökumət ifadəsində bildirilmişdir ki, ərizəçi milli qanunvericiliyə əsasən ağır cinayətlər hesab edilən cinayətlərin törədilməsi şübhəsi ilə həbs edilmiş və onun həbsi əsaslı şübhəyə əsaslanmışdır.
147. Hökumət daha sonra ərizəçinin həbsinin əsaslandırılmış olduğunu və ölkə məhkəmələri tərəfindən onun həbs edilməsi üçün yetərli və müvafiq səbəblər göstərdiyini iddia etmişdir. Ərizəçinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə, yaxud girov müqabilində azadlığa buraxılması ilə əvəz edilməsinə dair vəsatəti ölkə məhkəmələri tərəfindən təmin edilməmiş və səbəb kimi onun saxlanılmazsa, qaçıb gizlənmə və cinayət prosesinə təsir göstərə biləcəyi riskinin olması ilə əsaslandırmışdılar.

(c) Üçüncü tərəflər

148. Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı, eləcə də Helsinki İnsan Hüquqları Fondu, İnsan Hüquqları Evləri Fondu və Azadlıq İndi təşkilatları Azərbaycanda insan hüquqları müdafiəçilərinin vəziyyətindən və son qanunvericilik dəyişiklikləri nəticəsində QHT-lərin üzləşdiyi çətinliklərdən narahat olmuşdur. Yuxarıda sözügedən şərhlərin ətraflı təsviri Məhkəmənin Rəsul Cəfərov haqqındakı qərarında (yuxarıda qeyd olunmuş §§ 99-113) əldə etmək olar.

2. Məhkəmənin qiymətləndirməsi

(a) Ümumi prinsiplər

149. Tətbiq olunan ümumi prinsiplərin ümumi icmalı Məhkəmə tərəfindən bu yaxınlarda Rəsul Cəfərovun işində verilmişdir (yuxarıda qeyd olunmuş §§ 114-18). Xüsusilə, “əsaslı şübhə” dedikdə, aidiyyəti olan şəxsin cinayət törətdiyini obyektiv müşahidəçi ilə təmin edən faktların və ya məlumatın mövcudluğu nəzərdə tutulur. Bundan əlavə, belə bir şübhənin mövcudluğu tələb edir ki, istinad edilən faktları əsaslı şəkildə ölkə qanunvericiliyinə uyğun olaraq cinayət davranışı hesab etmək mümkün olsun. Beləliklə, əgər saxlanılan şəxsə qarşı edilən hərəkətlər törədildiyi zaman cinayət tərkibi yaratmazsa, burada aydın şəkildə “əsaslı şübhə” ola bilməzdi.

(b) Hazırkı işə tətbiqi

150. Məhkəmə müşahidə edir ki, bu işdə ərizəçiyə qarşı qaldırılan ittihamlar (bax: bəndlər 23 və 36 yuxarıda) Rəsul Cəfərovun işində (yuxarıda qeyd olunmuş §§ 16 və 30) şikayətçiyə qarşı qaldırılan ittihamlarla eynidir. Sonuncu işdəki olduğu kimi, ərizəçi iki halda müxtəlif cinayətlərlə ittiham olunmuşdur: 8 avqust 2014-cü il tarixində – qanunsuz sahibkarlıq cinayətləri, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə – və 12 dekabr 2014-cü ildə – israfçılıq və vəzifəli şəxsin vəzifə saxtakarlığı cinayətləri. Hazırkı işdə yeganə fərq cənab Cəfərovun həmtəsisçisi olduğu QHT-dən fərqli olaraq, ərizəçinin İctimai Birliyinin rəsmi olaraq Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçməsi və ərizəçinin İctimai Birliyin sədri təyin edilməsi barədə Nazirliyə məlumat verməməsinə görə təqsirləndirilməsi olmuşdur.
Məhkəmə, yuxarıda sözügedən ittihamların irəli sürülməsini təmin edən faktları araşdırmağa davam edəcəkdir.O, qeyri-hökumət təşkilatlarının qeydiyyatını və fəaliyyətini tənzimləyən sərt və məhdudlaşdırıcı qanunvericilik çərçivəsini nəzərə alaraq belə edəcəkdir (eyni yerdə, § 120).

(i) Vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və vergidən yayınma

151. Məhkəmə hesab edir ki, Rəsul Cəfərovun işində olduğu kimi, 8 avqust 2014-cü il tarixində ərizəçiyə qarşı qaldırılmış üç ilkin ittihamın təsvirində eyni xarakterli sənəddə mövcud olduğu gözlənilən müəyyən səviyyədə uyğunluq, ardıcıllıq və aydınlıq olmamışdır. Xüsusi olaraq, onun təsviri bir cümlədən ibarət mətnin çap edildiyi bir səhifədən ibarətdir (eyni yerdə, § 121). Xüsusilə, o təsvirdən belə başa düşmək olar ki, ərizəçi Dövlət qeydiyyatı haqqında qanuna uyğun olaraq özünün İctimai Birliyin rəhbəri təyin edilməsi və qanuni səlahiyyəti olmadan İctimai Birliyin adından müxtəlif qrant müqavilələrinin imzalanması barədə müvafiq icra hakimiyyəti orqanına məlumat vermədiyinə görə təqsirləndirilmişdir.
152. Vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə əlaqədar olaraq Məhkəmə qeyd edir ki, ərizəçi İctimai Birliyin sədrini seçmək üçün 18 iyun 1999-cu il tarixində İctimai Birliyin illik ümumi yığıncağının qərarının bir nüsxəsini təqdim etmişdir. Bu sənədin həqiqiliyi Hökumət tərəfindən mübahisə edilməmişdir.Bundan başqa, ərizəçi iddia etmişdir ki, Dövlət qeydiyyatı haqqında qanuna dəyişikliklər edildikdən sonra, digər məsələlərlə yanaşı, hüquqi şəxslərin təsis əsasnamələrinə edilən dəyişikliklər barədə hesabat verməklə bu fakt haqqında Ədliyyə Nazirliyinə məlumat verməyə çalışmış, lakin bu, heç bir fayda verməmişdir. Hökumət də bu iddianı təkzib etməmiş və ya onun əksinə olan heç bir məlumat verməmişdir.

153. Bundan başqa, sözügedən hesabat öhdəliklərini nəzərdə tutan qanunvericilikdə müvafiq dəyişikliklər tətbiq edilməzdən uzun müddət əvvəl bu faktın baş verdiyini nəzərə alaraq, İctimai Birliyin sədri təyin olunması barədə icra hakimiyyəti orqanına məlumat vermək məcburiyyətində olduğuna dair səbəb daxili qərarlardan və Hökumətin ifadələrindən aydın deyildir.
154. Halbuki, hətta bu uyğunsuzluqları kənara qoyaraq və ərizəçinin sədr seçilməsi barədə səlahiyyətli orqanlara vaxtında məlumat vermədiyini fərz edərək Məhkəmə sırf bir inzibati xarakterli qüsurun onun cinayət əməli törədə biləcəyinə necə əsaslı şübhə yarada biləcəyi görmür.
155. Vergidən yayınmaq və qanunsuz sahibkarlıq ittihamlarına, xüsusilə də ərizəçinin qrant müqavilələrini ölkə qanunvericiliyinə uyğun olaraq qeydiyyata almadığını sübut edən faktlara əsaslanaraq ərizəçi iddia etmişdir ki, o, hakimiyyət orqanlarına vaxtında məlumat vermiş və Ədliyyə Nazirliyindən müəyyən qrant müqavilələrini qeydiyyata almağını xahiş edən İctimai Birlik tərəfindən yazılmış məktubların və qrantlardan birinin qeydiyyatı ilə əlaqədar Nazirliyin məlumat bazasından çıxarışların nüsxələrini sonuncuya təqdim etmişdir. Hökumət bu sənədlərə dair heç bir şərh verməmişdir.
156. Halbuki, ərizəçinin müvafiq prosedura əməl etmədiyini fərz etsə də belə, Məhkəmə, Rəsul Cəfərovun (yuxarıda qeyd olunmuş) işində aşağıdakıları təsdiqləmişdir:
“128. … Müvafiq qanunvericiliyi nəzərə alaraq (bax: bəndlər 69 və 71 yuxarıda) Məhkəmə qeyd edir ki, qrantların qeydiyyatı üçün Ədliyyə Nazirliyinə təqdim etmək tələbi sadəcə olaraq, bir hesabat tələbi olmuş və “qrant” kimi maliyyə yardımının qəbulunun hüquqi xarakterizə edilməsi üçün ilkin şərt olmamışdır. Bu hesabat tələbinin yerinə yetirilməməsi inzibati xəta olmuş və İXM-nin 223-1.1-ci maddəsi ilə xüsusi qaydada nəzərdə tutulmuş və cərimə ilə cəzalandırılır (yalnız fərdi qəbuledənlər üçün 2014-cü ilin fevral ayından sonra).Hesabat tələbinə əməl edilməməsi Qrant haqqında qanunun 1.1-ci və 4.1-ci maddələrində müəyyən edilmiş və tənzimlənmiş qrant müqaviləsinin təbiətinə, yaxud qrantın qeyri-kommersiya məqsədləri üçün istifadə edildiyi fəaliyyətlərin xarakterinə təsir göstərməmişdir (bax: bəndlər 68-69 yuxarıda).
129. Halbuki, məhkəmə iş materiallarında olan sənədlərdən görünür ki, ərizəçinin qrantların qeydiyyata alınması üçün hesabat vermə tələbini yerinə yetirə bilməməsi iddiasına istinad etməkdən başqa (bu, ölkə qanunvericiliyi ilə cinayət əməli hesab edilmir), prokurorluq orqanları, ərizəçinin mənfəət əldə etmək üçün pul vəsaitlərindən qrant müqavilələrində göstərilənlərdən başqa digər məqsədlər üçün istifadə etdiklərini, yaxud qrant müqavilələrində göstərilən məqsədlərin həm kommersiya, həm də qeyri-qanuni olduğunu əks etdirən hər hansı bir məlumatın və sübutun mövcud olduğunuı göstərməmişdir. Eyni şəkildə, Hökumət ərizəçinin cinayət fəaliyyəti ilə məşğul olduğuna dair şübhəyə əsas ola biləcək hər hansı şahid ifadələrinin, sənədlərin və ya digər dəlillərin və ya məlumatların mövcud olduğunu nümayiş etdirə bilməmişdir. Bundan başqa, ərizəçinin həbsdə saxlanmasının davam etdirilməsinə qərar verən ölkə məhkəmələriə prokurorluq orqanları tərəfindən sözügedən sübutların nə vaxtsa təqdim edildiyi göstərilməmişdir.
130. Belə hallarda Məhkəmə bu qənaətə gəlir ki, heç bir fakt, məlumat və ya sübut olmadığına görə ərizəçiyə qarşı Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsinə əsasən “qanunsuz sahibkarlıq” cinayətini törətməkdə, yaxud kommersiya fəaliyyəti ilə məşğul olması və belə bir kommersiya fəaliyyətinin olmadığı təqdirdə və sadələşdirilmiş rejimdə vergiyə cəlb olunacaq mənfəət olmadığına görə Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən “vergidən yayınma” maddəsi ilə ərizəçinin cinayət əməli törətməkdə heç bir əsaslı şübhə olmamışdır. Bundan başqa, yuxarıda göstərilən faktlar Cinayət Məcəlləsinin 308-ci maddəsinə əsasən “vəzifə səlahiyyətlərindən sui-istifadə” maddəsi ilə ərizəçiyə qarşı cinayət işinin tərkib hissələrindən biri olan “özü üçün və ya üçüncü şəxslər üçün qanunsuz mənfəət əldə etmək” məqsədi ilə şübhə doğurması üçün yetərli olmamışdır.
157. Hazırkı işdə başqa bir səbəb göstərmədiyi üçün Məhkəmənin heç bir səbəbi qalmamışdır, çünki yerli hakimiyyət orqanlarının bu məsələyə dair sözügedən ittihamlarının xarakteri eyni olmuş və Hökumətin ifadəsində Məhkəmənin fərqli nəticəyə çatmasına imkan verəcək heç nə olmamışdır.

(ii) İsrafçılıq və saxtalaşdırma üzrə ittihamlar

158. 2014-cü il dekabrın 12-də ərizəçiyə qarşı irəli sürülən israfçılıq və saxtalaşdırmanın kimi əlavə ittihamlarına gəldikdə isə, Məhkəmə qeyd edir ki, sözügedən ittihamlar ərizəçinin həbs qətimkan tədbirini uzadılmasına dair 24 oktyabr 2014-cü il tarixli son məhkəmə qərarından sonra irəli sürülmüşdür. Beləliklə, ərizəçinin həbs qətimkan tədbirini tələb edən və müddətini uzadan bütün əvvəlki qərarlar yalnız ilkin ittihamlara əsaslanmış və buna görə də yeni ittihamlar ərizəçinin hazırkı işinin əhatə dairəsinə düşən saxlama müddətini dəstəkləyən şübhənin əsaslı olmasını qiymətləndirmək üçün heç bir əhəmiyyəti olmamışdır.
159. Hər bir halda Məhkəmə qeyd edir ki, israfçılıq ittihamları ilə əlaqədar olaraq, prokurorluq orqanları ərizəçinin İctimai Birliyin bank hesablarından müxtəlif məbləğləri sonradan nəğdləşdirmək üçün İctimai Birliyin işçilərinin hesablarına köçürdüklərinə istinad etmişdir. Bu baxımdan, Məhkəmə qeyd edir ki, donorlar tərəfindən ərizəçiyə pul qrant müqavilələri əsasında könüllü olaraq ərizəçiyə verilmişdir. Ölkədaxili qərarlarda ərizəçi tərəfindən vəsaitlərin mənimsənilməsindən donorların şikayət etməsi və cinayətin qurbanları kimi ərizəçiyə qarşı cinayət prosesinə qoşulmalarına dair heç bir məlumat olmamışdır.
160. Saxtalaşdırma ittihamına gəldikdə, Məhkəmə qeyd edir ki, ərizəçi İctimai Birliyin kassa kitabına müxtəlif işçilərə ödənişlər barədə saxta məlumatlar daxil etməkdə təqsirləndirilmişdir.
Halbuki, Məhkəmə qeyd edir ki, ölkədə verilmiş qərarlarda və ya Hökumətin ifadələrində bu ittihamı, obyektiv bir müşahidəçi tərəfindən bu məlumatın səhv ola biləcəyi qənaətinə gələ biləcəyini dəstəkləyən heç bir əsas yoxdur.

(iii) Yekun

161. Yuxarıda göstərilən mülahizələri nəzərə alaraq, Məhkəmə bu qənaətə gəlir ki,, ona təqdim edilmiş material şəxsin tutulması və həbsdə saxlanmasının davam etdirilməsi üçün zəruri olan şübhənin əsaslı olması üçün Konvensiyanın 5-ci maddəsinin 1(c) bəndinin müəyyən etdiyi minimum standartı qarşılamır. Buna müvafiq olaraq, Məhkəmə bu qənaətə gəlir ki, sözügedən dövrdə ərizəçi cinayət əməli törətməsi barədə “əsaslı şübhə” olmadığı təqdirdə azadlığından məhrum edilmişdir.
162. Buna görə də Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulmuşdur.
163. Yuxarıda göstərilən qərar, ərizəçinin həbsdə saxlanmasının davam etdirilməsi üçün ölkə məhkəmələriin verdikləri səbəblərin Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin tələb etdiyi kimi, “müvafiq və kifayət qədər” əsaslara söykənməsini qiymətləndirməyi zəruri edir.
Buna görə də Məhkəmə Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə əsasən hər hansı bir məsələni ayrılıqda araşdırmağı zəruri hesab etmir (bax: eyniləRəsul Cəfərov, yuxarıda qeyd olunmuş § 135).

VII. KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 4-CÜ BƏNDİNİN POZULMASI İDDİASI

164. Ərizəçi ölkə məhkəmələri tərəfindən onun azadlığa buraxılması üçün onun konkret iddialarını təmin etməmiş, Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi pozulmuşdur, Konvensiyada bu barədə aşağıdakılar qeyd olunmuşdur:

“Tutulma və ya həbsə alınma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. ”

A. Qəbuledilənlik

165. Məhkəmə qeyd edir ki, ərizənin bu hissəsi Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndinə əsasən açıq-aşkar əsassız deyil. Bundan əlavə, onun qəbuledilməzliyinə dair heç bir səbəbin olmadığını qeyd edir. Buna görə də o, qəbuledilən elan edilməlidir.

B. Mahiyyət

1. Tərəflərin ifadələri

166. Ərizəçi təkrar şikayət vermiş və israrla bildirdir ki, onun həbsinin qanuniliyinə səmərəli məhkəmə baxışı təmin olunmayıb.
167. Hökumət, Cinayət Prosessual Məcəlləsinin müvafiq müddəalarına istinad edərək, həmin arqumentə etiraz etmiş və ərizəçinin həbsinin qanuniliyinə etiraz edə biləcəyi səmərəli prosedurdan istifadə etmək imkanının olduğunu iddia etmişdir.

2. Məhkəmənin qiymətləndirməsi

(a) Ümumi prinsiplər

168. Müvafiq ümumi prinsiplər bu yaxınlarda Rəsul Cəfərovun işi ilə bağlı qərarda təkrarlanmışdır (yuxarıda qeyd olunmuş §§ 140-42). Xüsusi olaraq, Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndində göstərilir ki, tutulma və ya həbsə alınma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının “qanuniliyinə” (Konvensiya terminləri ilə) məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna malikdir. Yəni, səlahiyyətli məhkəmə ölkə qanunvericiliyinin prosessual tələblərinə riayət etməklə yanaşı həm də həbs olunma və tutulma nəticəsində məqsədin qanuniliyini dəstəkləyən şübhənin əsaslı olmasını nəzərə alınmalıdır.

(b) Hazırkı işə tətbiqi

169. Məhkəmə müşahidə edir ki, yuxarıda qeyd olunmuşRəsul Cəfərovun işində olduğu kimi, hazırkı işdə ölkə məhkəmələri ərizəçinin həbsinə və saxlanmasına dair əsaslı şübhələrin mövcudluğunu və məqsədinin qanuniliyini tam eyni qaydada və müvafiq şəkildə yoxlaya bilməmişdir. Əslində, ölkə məhkəmələrinin rolu ərizəçinin həbsinin “qanuniliyinin”doğru və müstəqil təhlili aparılmadan prokurorluğun ərizələrinin avtomatik təsdiq edilməsi ilə məhdudlaşmışdır.
170. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə belə bir qənaəyə gəlir ki, ərizəçinin həbsinin qanuniliyi ilə əlaqədar müvafiq məhkəmə baxışı təmin olunmamışdır. Buna müvafiq olaraq, Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi pozulmuşdur (eyni yerdə, §§ 143-44).

VIII. KONVENSİYANIN 8-Cİ MADDƏSİNİN POZULMASI İDDİASI

171. Ərizəçi evində və İctimai Birliyin ofisində axtarış aparıldığına və bütün sənədlərin və elektron daşıyıcıların müsadirə olunduğuna dair Konvensiyanın 8-ci maddəsinə əsasən şikayət vermişdir. 8-ci Maddədə deyilir:

“1. Hər kəs şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət etmək hüququna malikdir.
2. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.”

A. Qəbuledilənlik

172. Məhkəmə qeyd edir ki, ərizənin bu hissəsi Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndinə əsasən açıq-aşkar əsassız deyil. Bundan əlavə, onun qəbuledilməzliyinə dair heç bir səbəbin olmadığını qeyd edir. Buna görə də o, qəbuledilən elan edilməlidir.

B. Mahiyyət

1. Tərəflərin ifadələri

173. Ərizəçi qanunla nəzərdə tutulmamış və demokratik bir cəmiyyətdə zəruri hesab edilməyən formada şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna müdaxilənin baş verdiyini iddia etmişdir.
174. Hökumət israrla bildirmişdir ki, ərizəçinin evində və İctimai Birliyin ofisində axtarış ölkə qanunvericiliyinə uyğun olaraq aparılmış və sübut toplamaq məqsədilə ərizəçinin işi üzrə cinayət işinin istintaqı üçün zəruri olmuşdur. Hökumət həmçinin iddia etmişdir ki, 25 oktyabr 2014-cü ildə prokurorluq orqanları ərizəçinin vəkilinə müsadirə edilmiş sənədlərin, o cümlədən, Məhkəmə ilə bağlı sənədlərin böyük bir hissəsini qaytarmışdılar.

2. Məhkəmənin qiymətləndirməsi

(a) Müdaxilənin olub-olmaması

175. Hazırkı işdə axtarış və müsadirə ərizəçinin evində (bax: bənd 38 yuxarıda), eləcə də İctimai Birliyin binasında aparılmışdır (bax: bəndlər 37 və 39 yuxarıda). Məhkəmə qeyd edir ki, ərizəçi İctimai Birliyin sədri olmuş (bax: bənd 8 yuxarıda) və hüquqşünas kimi peşəkar fəaliyyətini həyata keçirmək üçün İctimai Birliyin binasından istifadə etməsinə dair heç bir mübahisə yoxdur. İctimai Birliyin binasından müsadirə edilmiş sənədlər Məhkəmədə baxılan yüzdən artıq ərizə və ərizəçinin qanuni nümayəndəsi kimi çıxış etdiyinə görə məhkəmə prosesinə aid olan sənədlərlə bağlı iş materiallarından ibarət olmuşdur (bax: bənd 39 yuxarıda). Məhkəmənin presedent hüququna əsasən, bir hüquqşünasın ofisində, o cümlədən, sənədlərində və elektron məlumatlarında axtarışın aparılması onun “şəxsi həyatına”, “evinə” və “yazışma sirrinə” müdaxilə hesab edilir (bax: Niemietz Almaniyaya qarşı, 16 dekabr 1992-ci il, §§ 29 33, Silsilə A nömrə: 251 B; Sallinen və Digərləri Finlandiyaya qarşı, 50882/99 saylı, §§ 70-72, 27 sentyabr 2005-ci il; və Aleksanyan Rusiyaya qarşı, 46468/06 saylı, § 212, 22 dekabr 2008-ci il). Buna müvafiq olaraq, ərizəçinin evində və ofisində axtarış və müsadirə Konvensiyanın 8-ci maddəsinə əsasən onun hüquqlarına müdaxilə tərkibi yaratmışdır.

(b) Müdaxilənin əsaslandırılıb-əsaslandırılmaması

176. Məhkəmə təsdiq edir ki, Konvensiyanın 8-ci maddəsinin əsas məqsədi və məramı hər bir şəxsin dövlət orqanlarının özbaşına müdaxiləsindən müdafiə etməkdən ibarətdir (bax, məsələn, Niemietz, yuxarıda qeyd olunmuş § 31). Sözügedən müdaxilə “qanunla nəzərdə tutulmuş” olmadığına və sözügedən Maddənin ikinci bəndində müəyyən edilmiş legitim məqsədlər üçün aparılmadığına və bu məqsədə çatmaq üçün “demokratik cəmiyyətdə zəruri olan hallar”dan ibarət olmadığıa görə Konvensiyanın 8-ci maddəsi pozulmuşdur.

(i) Qanunilik

177. Müdaxilənin “qanunla nəzərdə tutulmuş” olub-olmaması məsələsinə gəldikdə, Məhkəmə bu məsələni müəyyən etməyi zəruri hesab etmir, çünki istənilən halda 8-ci maddənin aşağıda göstərilən digər səbəblərə görə mübahisəli müdaxilə nəticəsində pozulduğu hesab edilir.

(ii) Legitim məqsəd

178. Məhkəmə dəfələrlə bu qənaətə gəlmişdir ki, hüquq peşəsi sahəsində çalışan şəxslərin təqibə və təzyiqə məruz qalması Konvensiya sistemini tam qəlbindən vurmaqdır. Buna görə də hüquqşünasların məkanlarında axtarış aparılması məsələsi ciddi şəkildə araşdırılmalıdır (bax: Ənnağı Hacıbəyli Azərbaycana qarşı, 2204/11 saylı, § 68, 22 oktyabr 2015-ci il, və Elci və Digərləri Türkiyəyə qarşı, 23145/93 və 25091/94 saylı, § 669, 13 noyabr 2003-cü il).
179. Bunu nəzərə alaraq məhkəmə təsdiq edir ki, 8-ci maddənin 2-ci bəndində sadalanan hər kəsin öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna dair istisna hallar dəqiq şərh edilməlidir. 8-ci maddənin 2-ci bəndində sadalanan istisna halların sayı tükənəndir və onların anlayışı məhduddur.Konvensiyaya uyğun olması üçün bu hüququn məhdudlaşdırılması, xüsusilə də, bu müddəada sadalananlardan birinə aid ola biləcək bir məqsədi həyata keçirməlidir (bax: Parrillo İtaliyaya qarşı [BP], 46470/11 saylı, § 163, AİHM 2015).
180. Hazırkı işə baxaraq Məhkəmə qeyd edir ki, Hökumət bu axtarışı ərizəçinin işi üzrə istintaq araşdırması aparmaq və sübutları toplamaq məqsədilə aparıldığını iddia edərək bunun 8-ci maddənin 2-ci bəndinin mahiyyəti çərçivəsində cinayətin qarşısının alınması məqsədilə əlaqələndirildiyini qeyd etmişdir.
181. Bu baxımdan, Məhkəmə qeyd edir ki, ərizəçinin evində və ofisində axtarış aparılmasına ərizəçinin cinayət məsuliyyətinə rəsmən cəlb edilməsindən bir gün əvvəl Nəsimi rayon məhkəməsi tərəfindən icazə verilmişdir. 7 avqust 2014-cü il tarixli axtarış və müsadirə orderi prokurorluğun tələbi ilə məhkəmə tərəfindən verilmişdir (bax: bəndlər 36-39 yuxarıda). Məhkəmə bu axtarışı sadəcə olaraq, vəzifə səlahiyyətlərindən sui-istifadə və saxtalaşdırma zamanı cinayət şübhələri ilə əlaqədar konkret faktları təsdiq etmədən (bax: 39-cu bənd yuxarıda) qeyri-müəyyən bir şəkildə “bir sıra qeyri-hökumət təşkilatlarının fəaliyyətində aşkar edilmiş qanun pozuntularının” cinayət işinin istintaqına istinad edərək aparıldığını əsaslandırmışdır. Məhz buna görə də bu cinayətlərin törədilməsinin meydana gəldiyini şübhə altına almaq üçün əsaslı səbəblər olduğundan, axtarışda olan ərazilərdə bu barədə müvafiq sübutların tapıla biləcəyindən qane edəcək yığcam məhkəmə qərarının olmadığı aşkara çıxır (müqayisə edin: Buk Almaniyaya qarşı, 41604/98 saylı, § 41, AİHM 2005 IV).
182. Bundan başqa, ərizəçinin İctimai Birlik adına qrant alması və istifadəsi ilə əlaqədar iddia edilən inzibati pozuntuları törətməsi, bunun üçün ərizəçinin sözügedən dövrdə təqib edilməsi və saxlanılması və bunların cinayət qanunvericiliyi əsasında məsuliyyətə səbəb olmadığı Məhkəmə tərəfindən müəyyən edilmişdir (bax: bəndlər 159-60 və 164 yuxarıda).
183. Beləliklə, 8-ci maddənin 2-ci bəndində nəzərdə tutulan istisnaların məhdud anlayşını və Məhkəmənin qətiyyətlə nəzarət etdiyini nəzərə alaraq, bu maddənin mahiyyəti çərçivəsində cinayətin qarşısının alınması üçün qanuni məqsədlə edilən müdaxilədən şikayət verilə bilməz.Hökumət sözügedən müdaxiləni irəli sürməmiş, Məhkəmə isə sözügedən müdaxilə üçün başqa bir əsaslandırla görmür.
184. Buna müvafiq olaraq, Məhkəmə hesab edir ki, hazırkı işin xüsusi hallarında ərizəçinin evində və ofisində axtarış və müsadirə 8-ci maddənin 2-ci bəndində göstərilən qanuni məqsədlərdən heç birini əks etdirmədi.
185. Müdaxilə “qanuni məqsədi” əks etdirmədiyi göstərildiyi hallarda bunun “demokratik bir cəmiyyətdə zəruri olub-olmadığını” araşdırmağa lüzum yoxdur (bax: müvafiq dəyişiklikləri nəzərə almaqla, Kuzin və Digərləri Rusiyaya qarşı, 13470/02 saylı, §§ 117-18, 23 oktyabr 2008-ci il).
186. Buna görə də, Konvensiyanın 8-ci maddəsi pozulmuşdur.

IX. KONVENSİYANIN 5-Cİ VƏ 8-Cİ MADDƏLƏRİ İLƏ BİRLİKDƏ GÖTÜRÜLMƏKLƏ 18-Cİ MADDƏNİN POZULMASI İDDİASI

187. Konvensiyanın 18-ci maddəsinə istinad edərək, ərizəçi Konvensiya hüquqlarının Konvensiyada nəzərdə tutulanlardan başqa digər məqsədlər üçün məhdudlaşdırıldığına dair şikayət etmişdir. Xüsusi olaraq, onun azadlıqdan məhrum edilməsi və Məhkəmədə baxılan işlərərlə əlaqədar sənədlərin müsadirə edilməsi Hökumətin tənqidçisi və insan hüquqları müdafiəçisi kimi cəzalandırılmaqla və susdurulmaqla vəseçki pozuntuları və mülkiyyətdən məhrum edilməsinə dair çoxsaylı işlərə dair Məhkəmə qarşısında çoxlu sayda ərizəçiləri təmsil etməyin qarşısını almaqla əlaqədar olmuşdur. Maddə 18-də aşağıdakılar nəzərdə tutulur:“Qeyd olunan hüquq və azadlıqlarla bağlı [bu] Konvensiyada yol verilən məhdudiyyətlər, nəzərdə tutulduğundan başqa, hər hansı digər məqsəd üçün tətbiq olunmamalıdır.”

A. Qəbuledilənlik

188. Məhkəmə qeyd edir ki, ərizənin bu hissəsi Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndinə əsasən açıq-aşkar əsassız deyil. Bundan əlavə, onun qəbuledilməzliyinə dair heç bir səbəbin olmadığını qeyd edir. Buna görə də o, qəbuledilən elan edilməlidir.

B. Mahiyyət

1. Tərəflərin ifadələri

(a) Ərizəçi

189. Ərizəçi israrla bildirmişdir ki, onun işində tətbiq edilən məhdudiyyətlər Hökumətin tənqidçisi və insan hüquqları müdafiəçisi və Məhkəmə qarşısında ərizəçilərin təmsilçisi kimi cəzalandırılmaqla və susdurulmaqla onun neytrallaşdırılmasına və insan hüquqları sahəsindəki fəaliyyətlərini davam etdirilməsinin qarşısını almağa yönəldilişdir. O, bu işdə sübutların məcmusunun dövlət orqanlarının yaxşı niyyətlə hərəkət etdiyinə dair ümumi prezumpsiyalara qarşı irad tutmaq (etiraz etmək) üçün kifayət edirdi. İşin faktları inandırıcı bir şəkildə hakimiyyətin real məqsədinin bəyan edildiyi kimi olmadığını göstərmişdir.
190. Ərizəçi ifadəsində onun işinin hakimiyyət orqanlarının eyni tərzdə hərəkət etdiyi İlqar Məmmədovun işi ilə oxşar olduğunu bildirmişdir.
191. Bundan başqa, onun saxlanılması, evində və ofisində axtarış və müsadirə aparılması ölkədə 2013-cü ilin dekabrından başlayan insan hüquqları müdafiəçilərinin və QHT fəallarının təqib olunmasının bir hissəsi kimi baxılmalı və buraya onların həbsləri, səyahət qadağaları, bank hesablarının dondurulması və müxtəlif yüksək rütbəli məmurlar tərəfindən onların “xainlər” adlandırılaraq barələrində təhqiramiz ictimai bəyanatlar səsləndirmələri daxil edilməlidir. Bir sıra dövlət məmurlarının onun təqibi və digər şəxslərin təqibi üçün göstərdikləri ictimai dəstək hakimiyyət orqanları tərəfindən görülmüş tədbirlərin siyasi motivlərə malik olduğunu göstərdi.

(b) Hökumət

192. Xodorkovski Rusiyaya qarşı (5829/04 saylı, 31 may 2011-ci il) və Xodorkovski və Lebedev Rusiyaya qarşı (11082/06 və 13772/05 saylı, 25 iyul 2013-cü il) işlərinə istinad edərək Hökumət ərizəçinin iddialarının çox böyük və təsir dairəsinin geniş olduğunu iddia etmişdir. O, tək bir hadisədən şikayət etməmiş, lakin cavabdeh Dövlətin bütün hüquq maşınının ən başlanğıcdan (ab initio) sui-istifadə edildiyini və hakimiyyət orqanlarının əvvəldən sona qədər pis niyyətlə hərəkət etdiyini və Konvensiyadan kor-koranə yan keçdiyini nümayiş etdirməyə çalışmşdır.Əslində, ərizəçi Məhkəməyə onun işində olan hər şeyin Konvensiyaya zidd olduğunu və ona qarşı cinayət mühakiməsi icraatının buna görə də yararsız olduğunu inandırmağa çalışmışdır. Dövlət hakimiyyəti orqanlarının yaxşı niyyətlə bağlı ümumi ehtimalını kəskin tənqid etmiş olduğundan və dəstək üçün xüsusilə əsaslı dəlilləri tələb etmiş olduğundan həmin iddia ağır olmuşdur. Ərizəçiyə qarşı edilən ittihamların heç biri siyasi olmamışdır.O, müxalifət lideri və ya vəzifəli dövlət məmuru olmamışdır. Ona qarşı tətbiq olunan hərəkətlər onun həqiqi və ya xəyali şəkildə siyasi həyatda iştirakı ilə bağlı olmamış, o, vergidən yayınma və dələduzluq kimi ümumi cinayət əməlləri törətməkdə ittiham olunmuşdur. Hökumət ifadəsində bildirilmişdir ki, Konvensiyanın 5-ci və 8-ci maddələrinə əsasən hazırkı işdə Dövlət tərəfindən tətbiq edilən məhdudiyyətlər bu müddəalarda nəzərdə tutulandan başqa bir məqsəd üçün deyil, ərizəçi tərəfindən törədildiyi iddia edilən ağır cinayət əməllərinin düzgün istintaq araşdırmasından ibarət olmuşdur.

(c) Üçüncü tərəflər

193. Konvensiyanın 18-ci maddəsinə əsasən şikayətə aid olan üçüncü tərəflərin ifadələri haqqında məlumat yuxarıda 151-ci maddədə verilir.

2. Məhkəmənin qiymətləndirməsi

(a) Ümumi prinsiplər

194. Konvensiyanın 18-ci maddəsinin şərh edilməsi və tətbiqi ilə bağlı ümumi prinsiplər bu yaxınlarda Böyük Palata tərəfindən Merabişvilinin Gürcüstanda qarşı qərarında yer alıb ([BP], 72508/13 saylı, 28 noyabr 2017-ci il, §§ 287-317) və aşağıdakı kimi yekunlaşdırıla bilər:
195. 14-cü maddə olduğu kimi, Konvensiyanın 18-ci maddəsi DƏ müstəqil şəkildə mövcud deyildir. O, yalnız Razılığa gələn Yüksək Tərəflərnin öz səlahiyyətləri daxilində təmin etmək məqsədilə öz üzərlərinə götürdükləri hüquq və azadlıqları müəyyən edən və ya təmin edən Konvensiyanın və ya Protokolların maddələri ilə birlikdə tətbiq edilə bilər. 18-ci maddə Razılığa gələn Yüksək Tərəflərnə qadağan edir ki, onlar qeyd olunan hüquq və azadlıqlarla bağlı bu Konvensiyada yol verilən məhdudiyyətləri, nəzərdə tutulduğundan başqa, hər hansı digər məqsəd üçün tətbiq etməsinlər və o, bu müddətdə müstəqildir. Buna görə də 14-cü maddə ilə bağlı olduğu kimi, bu maddənin tətbiq edildiyi məsələlərlə əlaqədar pozulmamağına baxmayaraq 18-ci maddənin pozulması baş verə bilər (eyni yerdə, §§ 287-88).
196. Sadə fakt budur ki, Konvensiya hüququnun və ya azadlıqlarının məhdudlaşdırılması buna icazə verən maddənin bütün tələblərini qarşılamırsa, o halda, 18-ci maddəyə əsasən iddia qaldırılmasına zərurət qalmır. Əgər bir məhdudiyyətin Konvensiyada nəzərdə tutulmayan məqsəd üçün istifadəsi iddiası işin əsas cəhəti kimi meydana çıxarsa, yalnız bu halda şikayətin ayrılıqda araşdırılmasına səlahiyyət (zəmanət) verilir (eyni yerdə, § 291).
197. Hüquq və ya azadlıq bəzən Konvensiya ilə nəzərdə tutulmayan məqsəd üçün məhdudlaşdırılır. Lakin məhdudlaşdırma, həm aydın olmayan məqsəd, həm də Konvensiya ilə nəzərdə tutulan məqsədlər çoxluğu üçün tətbiq edilir; başqa sözlə, o, bir çox məqsədlə həyata keçirilir. Bu şəraitdə məhdudiyyət ona icazə verən əsaslı Konvensiya müddəasına uyğun ola bilər (çünki, o, həmin müdəa əsasında yolverilən məqsədi özündə daşıyır) lakin yenə də Konvensiya ilə nəzərdə tutulmayan başqa məqsəd üçün başlıca olaraq nəzərdə tutulması səbəbindən 18-ci maddəni pozur; başqa sözlə, əgər həmin digər məqsəd üstünlük təşkil edərsə.Əksinə, əgər nəzərdə tutulan məqsəd əsas olarsa, o halda, məhdudiyyət 18-ci maddəyə zidd olmur (hətta o, başqa bir məqsədə uyğun olsa da belə). Verilmiş işdə hansı məqsədin üstünlük təşkil etməsi bütün vəziyyətlərdən asılıdır. Bu məqamı qiymətləndirərkən Məhkəmə iddia edilən qeyri-aydın məqsədin mahiyyətini və qəbahət dərəcəsini nəzərə alacaq və Konvensiyanın qanunun aliliyi ilə idarə olunan demokratik cəmiyyətin ideallarını və dəyərlərini qoruyub saxlamağı nəzərdə tutduğunu diqqətə alacaq (eyni yerdə, §§ 292-307).
198. Sübutlar məsələsinə gəldikdə, Məhkəmə xüsusi qaydaya deyil, sübuta dair adi yanaşmaya sadiq qala bilər və qalmalıdır (eyni yerdə, § 310).
199. Bu yanaşmanın ilk cəhəti budur ki, ümumi qayda olaraq, sübutun yükü bir və ya digər tərəfin üzərinə düşmür, çünki Məhkəmə bütün materialları onların mənşəyindən asılı olmayaraq araşdırır və zərurət yarandıqda, öz vəsatəsinin materialını əldə etməli olur (eyni yerdə, § 311).
200. Məhkəmə yanaşmasının ikinci cəhəti odur ki, qarşısındakı sübut standartı “əsaslı şüşbhədən uzaq” olsun. Halbuki, həmin standart onu tətbiq edən milli məhkəmə sistemləri ilə eyni şəkildə geniş imkanlara malik deyil. Birincisi, belə sübut yetərincə kifayət qədər güclü, aydın və uyğun nəticələr və ya bənzər təkzibolunmaz fakt ehtimallarının müştərək mövcud olmasından irəli gələ bilər. İkincisi, nəticə əldə etmək üçün tələb olunan inandırıcılıq səviyyəsi faktların özünəməxsusluğuna, edilən iddiaların xarakterinə və Konvensiyanın təhlükə qarşısında olan hüququ ilə bağlıdır (eyni yerdə, § 314).
201. Məhkəmənin yanaşmasının üçüncü cəhəti Məhkəmənin yalnız qəbuledilebilənliyi və münasibliyi deyil, həm də hər bir sübutun maddi sübut dəyərini qiymətləndirməkdən ibarətdir. Sübutları qiymətləndirən zaman o, düsturlarla bağlı olmur və bütün sübutların sərbəst şəkildə qiymətləndirilməsi ilə dəstəklənən nəticələr, o cümlədən, sözügedən nəticələr faktlardan və tərəflərin ifadələrindən əldə edilə biləcək yekun nəticələr kimi qəbul edilir.Məhkəmə bir tərəfin qarşılaşdığı hər hansı bir potensial sübut çətinliklərinə qarşı həssasdır. Buna görə də Məhkəmə, Konvensiyanın 18-ci maddəsinə əsasən şikayətlərlə bağlı birbaşa sübut əldə etməklə özünü məhdudlaşdırmır və ya bu iddialara (eyni yerdə, §§ 315-16) xüsusi bir sübut standandartını tətbiq etməli olur.
202. Bu baxımdan dolayı sübutlar dedikdə, əsas faktlarla bağlı məlumatlar üçün əsas yarada biləcək əsas faktlar, yaxud hadisələrin vəziyyətlə əlaqəli faktları və ya ardıcıllığı haqqında məlumatlar nəzərdə tutulur. Beynəlxalq müşahidəçilərin, qeyri-hökumət təşkilatlarının və ya KİV-lərin və ya digər ölkənin və ya beynəlxalq məhkəmələrin hesabatları və ya bəyanatları xüsusilə də faktların üzərinə işıq salmaq və ya Məhkəmənin qərarlarını təsdiq etmək üçün nəzərə alınır (eyni yerdə, § 317).

(b) Hazırkı işə tətbiqi

203. Əvvəldə, Məhkəmə ərizəçinin tutulması və həbs qətimkan tədbirlərinin seçilməsinin Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin (c) yarımbəndində nəzərdə tutulmuş məqsədlə həyata keçirilmədiyini və ona qarşı irəli sürülmüş ittihamların Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin (c) yarımbəndinin mahiyyəti çərçivəsində“əsaslı şübhəyə” əsaslanmadığını qeyd edir (bax: bənd 164 yuxarıda). Buna görə də həm aydın olmayan məqsəd, həm də Konvensiya ilə nəzərdə tutulmuş məqsəd üçün məhdudiyyət tətbiq edildikdə hazırkı işdə məqsədlər çoxluğu ilə münasibətdə heç bir məsələ qaldırılmır (müqayisə edin: Merabişvili, yuxarıda qeyd olunmuş §§ 318 54).
204. Həqiqətən də, Məhkəmə qeyd edir ki, ərizəçinin işində müvafiq işə aid olan faktların birləşməsi Rəsul Cəfərovun (yuxarıda qeyd olunmuş) işindəki hallara bənzəyir, belə ki, burada aydın olmayan məqsədin sübutu vəziyyətlə əlaqəli amillər üzrə şübhə olmayan yanaşmadan əmələ gəlir.
205. Birincisi, ərizəçinin vəziyyətinə gəldikdə, Məhkəmə qeyd edir ki, tərəflər arasında ərizəçinin insan hüquqları müdafiəçisi və daha konkret desək, insan hüquqları vəkili olduğuna dair tərəflər arasında mübahisə yoxdur (bax: 91-ci bənddə göstərildiyikimi, Parlament Assambleyasının 2225 (2018) saylı Qətnaməsinin 1-ci bəndi). Yuxarıda qeyd olunmuş bynəlxalq materiallara uyğun olaraq (bax: bəndlər 88-92 yuxarıda) Məhkəmə, insan hüquqları müdafiəçilərinin insan hüquqlarının təbliğində və müdafiəsindəki xüsusi roluna, o cümlədən, Avropa Şurası ilə sıx əməkdaşlığına və onların üzv dövlətlərdə insan hüquqlarının müdafiəsinə verdiyi töhfəyə xüsusi önəm verir. Məhkəmə həmçinin, ərizəçinin Məhkəmə qarşısında çoxlu sayda işdə qanuni nümayəndə olduğunu və Məhkəmənin qərarlarının icrası ilə əlaqədar Nazirlər Komitəsinə İctimai Birliyin adından məlumat mübadiləsi etdiyini qeyd edir.
206. İkincisi, ərizəçiyə qarşı ittihamlarla əlaqədar olaraq, Məhkəmə yuxarıda müəyyən etmişdir ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin (c) yarımbəndinin mahiyyəti çərçivəsində onlar “əsaslı şübhəyə” söykənməmişdir (bax: bəndlər 164-165 yuxarıda).Ərizəçi əsas tərkib hissələrinin mövcud faktlarla kifayətlənməsi mümkün olmayan ağır cinayətlərə görə ittiham olunmuşdur.
207. Üçüncüsü, Məhkəmə qeyd edir ki, ərizəçinin həbsi ərizəçi də daxil olmaqla, yerli QHT-lərin və onların rəhbərlərinin ünvanlarına dövlət qulluqçularının “xainlər” və “beşinci kolon” kimi səsləndirilən damğalayıcı bəyanatları ilə müşayiət olunmuşdur (bax: bəndlər 12 -17 yuxarıda). Bu bəyanatlar sadəcə, QHT-lər və qrantlar haqqında yerli qanunvericiliyin pozulması iddiası ilə bağlı olmamış, əksinə, daha çox onların işlərinin legitimliyini ləğv etmək məqsədi daşıyırdı.
208. Dördüncüsü, ərizəçinin evində və ofisində axtarış aparılmasına gəldikdə, Məhkəmə yuxarıda müəyyən etmişdir ki, bu, Konvensiyanın 8-ci maddəsinin 2-ci bəndində sadalanan qanuni məqsədlərdən heç birini dəstəkləməmişdir (bax: bənd 187 yuxarıda). Bundan başqa, Məhkəmə ərizəçinin evində və ofisində özbaşına şəkildə axtarış və müsadirə hadisəsinin baş verdiyindən ciddi narahat olub. Xüsusilə, ofisində axtarış zamanı hakimiyyət orqanları İctimai Birliyin fəaliyyəti ilə bağlı sənədləri müsadirə etmiş, lakin, xüsusilə də, hüquq peşəsinin imtiyazlarını nəzərə almadan Məhkəmədə baxılan ərizələrlə bağlı olan vəkil-müştəri məxfiliyinin saxlandığı iş materiallarını da götürmüşdülər. Bununla bağlı məhkəmə cənab Ənnağı Hacıbəylinin Məhkəmədə baxılan işi ilə bağlı bütün iş materialları üzrə hazırki iş üzrə ərizəçinin ofisində apardıqları axtarış-müsadirə ilə əlaqədar Konvensiyanın 34-cü maddəsi əsasında öhdəliklərini yerinə yetirə bilməmiş cavabdeh Dövlət, Ənnağı Hacıbəylinin işinin yekunlaşdırdığını təkrar edir (yuxarıda qeyd olunmuş §§ 64-79).
209. Beşincisi, QHT-lərin fəaliyyətinə və maliyyələşdirilməsinə dair getdikcə sərtləşən və məhdudlaşdırıcı qanunvericilik tənzimlənməsi bir QHT fəalının işini icra edərkən inzibati xarakterli hüquqi formallığa əməl etməməsi iddiası ilə cinayət təqibinə səbəb olduğu səbəbindən belə bir ümumi vəziyyətindən hazırkı işdə olduğu kimi, sadəcə, yan keçmək olmaz (bax: Rəsul Cəfərov, yuxarıda qeyd olunmuş § 159). Məhkəmə təsdiq edir ki, milli qanunvericiliyin birləşmə azadlığını təmin etdiyi və hakimiyyət orqanları tərəfindən praktiki tətbiqi sözügedən ölkədə demokratiyanın vəziyyətini üzə çıxarır (bax: Təbiəti Mühafizə Cəmiyyəti və İsrafilov Azərbaycana qarşı, 37083/03 saylı, § 52 , AİHM 2009-cu il). Sözsüz ki, dövlətlərin çirkli pulların yuyulmasının və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə beynəlxalq hüquq normalarına uyğun olaraq maliyyə əməliyyatlarının monitorinqini aparmaq üçün qanuni əsaslara malik olduqlarına baxmayaraq, onun səbəbini təşviq və müdafiə etmək məqsədilə maliyyə vəsaitinin əldə edilməsi və istifadəsi üçün birləşmə bacarığı birləşmə azadlığı hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir.
210. Məhkəmə həmçinin, qeyd edir ki, ərizəçinin saxlanması və İctimai Birliyin fəaliyyətləri ilə bağlı sənədlərin götürülməsi birləşmə azadlığı hüququnun həyata keçirilməsinə də təsirsiz ötüşməmişdir.Məhkəmənin yuxarıda müəyyən etdiyi kimi, bu baxımdan, onun fəaliyyətinin de-fakto kriminalladırılması və ona qarşı görülmüş tədbirlərin heç bir legitim məqsədi olmamış, ərizəçinin QHT fəaliyyətini əhəmiyyətli formada həyata keçirməsinin qarşısı alınmışdır. Bundan əlavə, Məhkəmə, üzvlərinin adətən, QHT-lərin tərkibində kollektiv fəaliyyət göstərdiyi ümumi vətəndaş cəmiyyətinə bu tədbirlərin mənfi təsirini nəzərdən qaçıra bilməz, çünki, təqibdən qorxduqları üçün belə hallar onları insan hüquqlarını təbliğ və müdafiə etmək işlərini davam etdirməkdən çəkindirə bilər.
211. Bununla əlaqədar olaraq, ərizəçinin vəziyyətinə ayrııqda baxıla bilməz.İnsan hüquqlarının müdafiəsi naminə beynəlxalq təşkilatlarla, xüsusilə də Avropa Şurası ilə əməkdaşlıq edən bir sıra tanınmış insan hüquqları müdafiəçiləri eyni formada həbs olunmuş və ağır cinayət törətməkdə ittiham olunaraq ağır həbs cəzaları ilə cəzalandırılmışdır. Bu faktlar ərizəçiyə qarşı görülmüş tədbirlərin onun və üçüncü tərəflərin “2014-cü ilin yayında Azərbaycanda intensivləşən insan hüquqları müdafiəçilərinin parçalanması ilə bağlı” aparılan daha geniş bir kampaniyanın bir hissəsi olduğuna dair iddialarını dəstəkləyir (müqayisə edin: Rəsul Cəfərov, yuxarıda qeyd olunmuş § 161).
212. Yuxarıda göstərilən halların məcmusu – xüsusilə, ərizəçinin Konvensiya təşkilatları qarşısında ərizəçilərin təmsil edilməsi sahəsindəki vəkillik fəaliyyəti, ona qarşı irəli sürülən ittihamların xarakteri və mahiyyəti, dövlət məmurları tərəfindən verilən bəyanatlar, axtarış və müsadirə əməliyyatlarının özbaşına aparılması, QHT fəaliyyətinin qanunvericiliklə tənzimlənməsinin ümumi vəziyyəti, ərizəçinin birləşmə azadlığı hüququna təsirləri və ölkədə insan hüquqları müdafiəçiləri ilə bağlı ümumi vəziyyət göstərir ki, hakimiyyət orqanlarının hərəkətləri uyğun olmayan səbəblərlə idarə edilmiş və mübahisəli tədbirlərin əsl məqsədinin ərizəçini insan hüquqları sahəsindəki fəaliyyətinə görə susdurmaq və cəzalandırmaq, eləcə də onun fəaliyyətinin davam etdirməsinin qarşısını almaqdan ibarət olmuşdur (bax: Rəsul Cəfərov, yuxarıda qeyd olunmuş §§ 157-62). Bu mülahizələr nəzərə alaraq Məhkəmə bu qənaətə gəlir ki, ərizəçinin hüquqlarına məhdudiyyətlər Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin (c) yarımbəndində və 8-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş məqsədlərdən başqa digər məqsədlər üçün tətbiq olunmuşdur.
213. Buna görə də Konvensiyanın 5-ci və 8-ci maddələri ilə birlikdə götürülməklə 18-ci maddəsi pozulmuşdur.

X. KONVENSİYANIN 11-Cİ MADDƏSİNİN POZULMASI İDDİASI

214. Ərizəçi, daha sonra şikayət edərək 11-ci maddəyə əsasən onun birləşmə azadlığı hüququnun pozulduğunu və buna QHT fəalı kimi susdurulması niyyəti ilə həbs edilməsi və saxlanılması səbəb olduğunu bildirmişdir. Konvensiyanın 11-ci maddəsi aşağıdakıları nəzərdə tutur:

“1. Hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla, başqaları ilə birləşmək azadlığı hüququ vardır.
2. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Bu maddə silahlı qüvvələr, polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane olmur.

215. Məhkəmə qeyd edir ki, ərizənin bu hissəsi Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndinə əsasən açıq-aşkar əsassız deyil. Bundan əlavə, onun qəbuledilməzliyinə dair heç bir səbəbin olmadığını qeyd edir. Buna görə də o, qəbuledilən elan edilməlidir.
216. Halbuki, Konvensiyanın 5-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə və Konvensiyanın 18-ci maddəsinə əsasən onun nəticələrini nəzərə alaraq Məhkəmə hesab edir ki, Konvensiyanın 11-ci maddəsi üzrə şikayətin ayrılıqda araşdırılmasına lüzum yoxdur (müqayisə edin: Rəsul Cəfərov, yuxarıda qeyd olunmuş § 170).

XI. KONVENSİYANIN 46-CI MADDƏSİNİN TƏTBİQİ

217. Bu qərarla müəyyən edilmiş pozuntuların xarakterini və oxşar pozuntuların təkrar baş verməsini nəzərə alaraq, Məhkəmə hazırkı işi araşdırmağı Konvensiyanın 46-cı maddəsinə əsasən məqsədəuyğun hesab edir ki, burada deyilir:

“1. Razılığa gələn Yüksək Tərəflər, Məhkəmənin onların tərəf olduqları hər hansı iş üzrə qəti qərarını icra etməyi öhdələrinə götürürlər.

2. Məhkəmənin qəti qərarı onun icrasına nəzarəti həyata keçirən Nazirlər Komitəsinə göndərilir. …”

218. Məhkəmə təsdiq edir ki, Konvensiyanın 46-cı maddəsinə əsasən Razılığa gələn Yüksək Tərəflər, Məhkəmənin onların tərəf olduqları hər hansı iş üzrə qəti qərarını icra etməyi öhdələrinə götürürlər vəonun onun icrasına nəzarəti Avropa Şurasının Nazirlər Komitəsi həyata keçirir. Daha sonra, digər məsələlərlə yanaşı, Məhkəmənin pozuntu müəyyən etdiyi qərar Məhkəmə tərəfindən müəyyən edilmiş pozuntuya son qoymaq və yaranan zərəri mümkün kompensasiya ilə qarşılamaq üçün ölkənin qayda-qanunlarında ümumi və/yaxud müvafiq olarsa, fərdi tədbirlərin seçilməsi və Komitə tərəfindən nəzarət edilməsi məqsədilə ərizəçinin əvəzin ədalətli ödənilməsini tələbini edib-etmədiyindən asılı olmayaraq cavabdeh Dövlətin üzərinə hüquqi öhdəlik qoyur. Nazirlər Komitəsi tərəfindən monitorinq edilməklə, cavabdeh Dövlət 46-cı maddəyə əsasən hüquqi öhdəliyini yerinə yetirəmək üçün vasitələri sərbəst şəkildə seçə bilər, bir şərtlə ki, sözügedən vasitələr Məhkəmənin qərarının nəticələrinə və məzmununa uyğun olsun (bax: Scozzari və Giuntaİtaliyaya qarşı [BP], 39221/98 və 41963/98 saylı, § 249, AİHM 2000-VIII; Broniovski Polşaya qarşı [BP], 31443/96 saylı, § 192, AİHM 2004-V; Lukenda Sloveniyaya qarşı, 23032/02 saylı, §§ 89-98, AİHM 2005 X; Apostol Gürcüstana qarşı, 40765/02 saylı, §§ 70-71, AİHK 2006 XIV; Abuyeva və Digərləri Rusiyaya qarşı, 27065/05 saylı, §§ 235-43, 2 dekabr 2010-cu il; Emre İsveçrə qarşı (No 2), 5056/10 saylı, §§ 67-68, 11 oktyabr 2011-ci il; və MakKauqey və Digərləri Birləşmiş Krallığa qarşı, 43098/09 saylı, § 142, AİHM 2013).
219. Halbuki, cavabdeh Dövlətə 46-cı maddəyə əsasən öhdəliklərini yerinə yetirməyə kömək etmək məqsədilə Məhkəmə mövcud olduğunu müəyyən etmiş olduğu vəziyyətə son qoymaq məqsədilə qəbul edilə biləcək fərdi və/və ya ümumi tədbirlərin növünü göstərməyə çalışır. (bax, məsələn, Abuyeva və Digərləri Rusiyaya qarşı, yuxarıda qeyd olunmuş § 237, Valentin Campeanu Rumıniyaya qarşı [BP] adından Hüquqi Resurslar Mərkəzi, 47848/08 saylı, § 159, AİHM 2014). Məhkəmənin narahatlığı insan hüquqlarının müdafiəsi sahəsində milli sistemdə müəyyən edilmiş qüsurun tez və səmərəli şəkildə aradan qaldırılmasını asanlaşdırmaqdan ibarətdir. Belə bir qüsur aşkar edildikdən sonra milli hakimiyyət orqanları Nazirlər Komitəsinin nəzarəti altına alınaraq, zəruri hallarda retrospektiv olaraq – Konvensiya əsasında subsidiarlıq prinsipi üzrə zərərin qarşılanması tədbirlərini həyata keçirirlər ki, Məhkəmənin bir sıra müqayisəli işlərdə pozuntu haqqında qərarını təkrar etməli olmasın (bax: Baybaşin Hollandiyaya qarşı, 13600/02 saylı, § 79, 7 iyun 2007-ci il).
220. Hazırkı işdə Məhkəmə müəyyən etmişdir ki, ərizəçiyə qarşı, xüsusilə, tutulma və həbs qətimkan tədbirləri ilə bağlı Konvensiyanın 18-ci maddəsini pozmaqla görülən tədbirlər onu insan hüquqlarına dair fəaliyyətinə görə susdurmağa və cəzalandırmağa, habelə onun insan hüquqlarının müdafiəçisi kimi davamlı fəaliyyət göstərirməsinin qarşısını almağa yönəlmişdir. Məhkəmə qeyd edir ki, o, artıq İlqar Məmmədovun, Rəsul Cəfərovun (hər ikisi yuxarıda qeyd olunmuş), Məmmədlinin Azərbaycana qarşı (47145/14 saylı, 19 aprel 2018-ci il) və Rəşad Həsənov və Digərlərinin Azərbaycana qarşı (48653/13 saylı və 3 digərləri, 7 iyun 2018-ci il) işlərində analoji pozuntulara rast gəlmişdir. Məhkəmə sonuncu işlərdə tutulma və həbs qətimkan tədbirinin əsl məqsədinin ya Hökuməti tənqid etdiyinə görə, yaxud da ictimai və siyasi fəaliyyətdə fəal iştiraklarına görə ərizəçiləri susdurmaq və cəzalandırmaq olmuş, (bax: İlqar Məmmədov, yuxarıda qeyd olunmuş § 143, Rəşad Həsənov və Digərləri, yuxarıda qeyd olunmuş § 125, müvafiq olaraq), yaxud da ərizəçiləri insan hüquqları sahəsində və ya seçkilərin monitorinqi sahəsində fəaliyyətlərinə görə susdurmaq və cəzalandırmaq olmuşdur.(bax: Rəsul Cəfərov, yuxarıda qeyd olunmuş § 162; və Məmmədli, yuxarıda qeyd olunmuş § 162, müvafiq olaraq). Məhkəmə narahatlıqla qeyd edir ki, bu beş işin hamısında araşdırma aparılmış hadisələr tək hadisələr hesab edilə bilməz.Yuxarıda sözügedən pozuntuların səbəbləri bir-birinə bənzərdir və biri-biri ilə əlaqəlidir.Əslində, bu qərarlar qanunun aliliyini pozaraq cəzalandırıcı məhkəmə təqibləri və cinayət qanunvericiliyindən sui-istifadə yolu ilə hökuməti tənqid edənlərin, vətəndaş cəmiyyəti fəallarının və insan hüquqları müdafiəçilərinin özbaşına həbsinin və saxlanılmasının narahatlıq nümunəsini əks etdirir. İfadə və birləşmə azadlığı üçün əsas hüquqların həyata keçirilməsinə cavab olaraq özbaşına həbsdən istifadə etmə nümunəsi Avropa Şurasının İnsan Hüquqları Komissarı (bax: bənd 151 yuxarıda) və digər beynəlxalq insan hüquqları təşkilatları (bax: bəndlər 78-80 yuxarıda) tərəfindən müzakirə obyektinə çevrilib. Məhkəmə müvafiq olaraq belə qənaətə gəlir ki, Dövlətin bu nümunədən qaynaqlanan hərəkətləri şikayətlərin təkrarlanmasına yol aça bilər. Həqiqətən də, Məhkəmə bu məsələ ilə əlaqədar bir faktı nəzərdən qaçıra bilməz ki, yuxarıda icmalı verilmiş bir sıra problem yaradan ərizələr ya mövqeyini bildirməsi üçün Azərbaycan Hökumətinə göndərilmiş, yaxud da hazırda Məhkəmədə baxılmaqdadır.
221. Məhkəmə əlavə olaraq, narahatlıq predmeti olaraq, qanunun aliliyinin ən əsas keşikçiləri olan ölkə məhkəmələri ərizəçiləri özbaşına həbslərdən və həbsdə saxlanmasının davam etdirilməsindən sistemli olaraq qoruya bilməmiş və bu işlər Məhkəmə tərəfindən qərarların qəbul edilməsinə gətirib çıxarmış və onların rolu dövlət ittihamçıları tərəfindən ərizəçilərin heç bir ədalətli məhkəmə nəzarəti olmadan saxlanılmasına dair ərizələrini sadəcə avtomatik şəkildə təsdiq etmələri ilə məhdudlaşdırmışdır (bax: bənd 172 yuxarıda; İlqar Məmmədov, yuxarıda qeyd olunmuş § 118; və Rəsul Cəfərov, yuxarıda qeyd olunmuş § 143).
222. Mürəkkəbləşən vəziyyəti nəzərə almaqla, Məhkəmə bir daha bəyan etməyi zəruri heab edir ki, Konvensiya Avropanın ictimai asayişinin konstitusiya quruluşudur, bu şərtlər altında, iştirakçı dövlətlərdən ən azından, ictimai asayişin təməllərini qoruyub saxlayan Konvensiyaya uyğunluğunun araşdırılması səviyyəsini təmin etmək tələb olunur. Avropa ictimai asayişinin əsas tərkib hissələrindən biri qanunun aliliyinin prinsipidir və özbaşınalıq bu prinsipin inkarını təşkil edir (bax: Əl-Dulimi və Montana Menecment İnk. İsveçrəyə qarşı [BP], 5809/08 saylı, § 145, AİHM 2016). Bu hallar artmaqda davam edir, belə ki, Konvensiyanın iştirakçı dövlətləri Avropa Şurasının üzv olduğu Nizamnamədə qanunun aliliyinə iki yerdə istinad edilir: birincisi Preambulada – belə ki, burada imzalanmış Hökumətlər bu prinsipə sadiqliyini təsdiq edir və ikincisi isə “Avropa Şurasının hər bir üzvü qanunun aliliyi prinsipini qəbul etməlidir …” (bax: Qolder Birləşmiş Krallığa qarşı, 21 fevral 1975, § 34, Silsilə A nömrə: 18).
223. Yuxarıda göstərilənləri nəzərə alaraq, həm fərdi, həm də ümumi tədbirlər vasitəsi ilə cavabdeh Hökumətdən uyğunlaşdıırlma yolu ilə tələb oluna biləcək məsələni həll etməyə davam etmək Konvensiyanın 46-cı maddəsi əsasında fəaliyyət göstərən Nazirlər Komitəsinin üzərinə düşür (bax: McKaugey və Digərləri Birləşmiş Krallığa qarşı, yuxarıda qeyd olunmuş § 145). Halbuki, Məhkəmə hesab edir ki, 18-ci maddənin pozulması ilə bağlı yuxarıda sözügedən nümunələrin təsirinə məruz qalan ayrı-ayrı şəxslərdən ibarət konkret bir qrupu nəzərə alaraq, cavabdeh Dövlətin qəbul etməli olduğu zəruri ümumi tədbirlər, prioritet məsələ olaraq hökumət tənqidçilərinin, vətəndaş cəmiyyəti fəallarının və insan hüquqları müdafiəçilərinin özbaşına həbslərdən və saxlanılmalardan qorumağa yönəldilməlidir. Görülməli olacaq tədbirlər cəzalandırıcı məhkəmə təqiblərinin və ayrı-ayrı şəxslərdən ibarət bu cür qrup şəxslərə qarşı cinayət qanunvericiliyinin sui-istifadə hallarının kökünü kəsdiyini təmin etməlidir.
224. Məhkəmənin qərarına cavab olaraq görüləcək ayrı-ayrı tədbirlər baxımından onların başlıca məqsədi ilkin vəziyyətin bərpasına (restitutio in integrum) nail olmaqdan ibarətdir, yəni, burada nəticələrinin elə bir tərzdə aradan qaldırılmasıdır ki, mövcud vəziyyəti pozuntudan əvvəlki vəziyyətə gətirmək imkan daxilində mümkün olsun (bax: digər hakimiyyət orqanları arasında, Savriddin Jurayev Rusiyaya qarşı, 71386/10 saylı, § 248, AİHM 2013 (çıxarışlar)). Konvensiyanın 46-cı maddəsi üzrə öhdəliklərini yerinə yetirmək məqsədilə cavabdeh Dövlətin qəbul etməli olduğu ayrı-ayrı tədbirlər Məhkəmə qərarının şərtlərinə əsasən və xüsusilə də, ərizəçinin insan hüquqları sahəsində fəaliyyətinə görə cəzalandırmaq məqsədi ilə, eləcə də insan hüquqlarının müdafiəçisi kimi işini davam etdirməyinə maneə törətmək məqsədilə ərizəçiyə qarşı görülən tədbirlərin cəzalandırıcılıq xarakterinə dair öz nəticələrinin vaxtında nəzərə alınması ilə əlaqədar müəyyən edilməlidir (bax: bənd 215 yuxarıda).
225. İkin vəziyyətin bərpasına (restitutio in integrum) nail olmaq üçün mövcud vasitələrin çeşidini nəzərə alaraq və müvafiq məsələlərin xarakterini nəzərə alaraq, Nazirlər Komitəsi hazırkı işdə görüləcək konkret tədbirləri qiymətləndirmək üçün Məhkəmədən daha yaxşıdır. Beləliklə, cavabdeh Dövlətin verdiyi məlumatlar əsasında və ərizəçinin vəziyyətində baş verən yenilikləri lazımınca nəzərə alaraq, digər tədbirlərlə arasında peşə fəaliyyətinin bərpasına yönəlmiş tədbirlərin qəbul edilməsi ilə əlaqədar məsələlərə nəzarət Nazirlər Komitəsinin öhdəsinə verilməlidir. Bu tədbirlər Məhkəmə tərəfindən aşkar edilmiş pozuntuların mümkün qədər maksimum səviyyədə aradan qaldırılmasını təmin etmək üçün vaxtında, adekvat və kifayət qədər olmalıdır və ərizəçini mümkün qədər onun həbsindən əvvəl olduğu mövqeyə qaytarmalıdır (bax: müvafiq dəyişikliklərlə, Kim Rusiyaya qarşı, 44260/13 saylı, § 74, 17 iyul 2014-cü il).

XII. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ

226. Konvensiyanın 41-ci maddəsində nəzərdə tutulur:

“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”

A. Zərər

227. Ərizəçi mənəvi zərərə görə 40,000 avro (EUR) tələb etmişdir.
228. Hökumət ifadəsində ərizəçinin iddia etdiyi məbləğin əsassız və həddindən artıq olduğunu bildirmişdir.

229. Məhkəmə Konvensiyanın 3, 5, 8 və 18-ci maddələrində pozulduğunu müəyyən etmişdir.Məhkəmə hesab edir ki, ərizəçi mənəvi zərərə məruz qalmışdır və bunu yalnız pozuntuları aşkar etməklə qarşılamaq mümkünsüzdür və buna görə də həmin kompensasiya ödənilməlidir. Məhkəmə Konvensiyanın 41-ci maddəsinin tələb etdiyi kimi ədalətli əsasda qiymətləndirmə apararaq ərizəçini 20,000 avro məbləği dəyərində və üstəgəl bu məbləğ üçün ödənilməli hər hansı vergi məbləği dəyərində kompensasiyanı təyin etmişdir.

B. Xərclər və məsrəflər

230. Ərizəçi məhkəmə xərcləri üçün 4,000 avro (məhz cənab C. Cavadovun hüquqi xidmətləri üçün 2,000 avro və R. Remezaitenin hüquqi xidmətləri üçün 2,000 avro), poçt xəscləri üçün 150 avro və 68762/14 saylı ərizə üzrə proseslə əlaqədar çəkilmiş tərcümə xərcləri üçün 601.25 avro tələb etmişdir. İddiasını dəstəkləyərək, o, cənab hüquqi xidmətlər üçün Cavadov ilə bağlanmış müqavilənin surətlərini, cənab Cavadovun göstərdiyi xidmətlərin siyahısını, iş üzrə xanım Remezaitin sərf etdiyi müddət üçün hesab-fakturanı, ölkənin məhkəmə icraatları ilə əlaqədar sənədlərin tərcüməsi üçün hesab-fakturanı və poçt xidmətləri üçün qəbzləri təqdim etmişdir.
231. Ərizəçi məhkəmə xərcləri üçün 4,200 avro (xüsusilə cənab C. Cavadovun hüquqi xidmətləri üçün 2,200 avro və xanım R. Remezaitenin hüquqi xidmətləri üçün 2,000 avro) və 71200/14 saylıərizədəki icraatlarla əlaqədar tərcümə xərcləri: 1,059,90 funt sterlinq (GBP). İddiasını dəstəkləyərək, o, xanım Remezaitin iş üzrə sərf etdiyi saatlara dair hesab-fakturalarının və tərcümə xidmətlərinə dair hesab-fakturalarının surətlərini təqdim etmişdir. Əvəzin ədalətlə ödənilməsi iddiaları ilə bağlı ifadəsində ərizəçi həmçinin, hüquqi xidmətlərin göstərilməsinə dair cənab Cavadov ilə bağlanmış müqaviləyə və cənab Cavadovun göstərdiyi hüquqi xidmətlərə dair hesab-fakturaya istinad etmişdir. Halbuki, bu sənədlər ərizəçinin ifadələri ilə birləşdirilərək göndərilməmişdir.
232. Hökumət xərclər və məsrəflər üzrə iddiaların müvafiq yardımçı sənədlər vasitəsilə düzgün əsaslandırılmadığını iddia etmişdir.Xüsusi olaraq, Hökumət, ərizəçinin 71200/14 saylı ərizəsində cənab Cavadov tərəfindən göstərilmiş hüquqi xidmətlərə aid olan xərclərə dair sənədləri təqdim etmədiyini qeyd etmişdir. Hökumət ifadəsində həm də bildirmişdir ki, tərcümə xərcləri üçün tələb olunan məbləğlər mütləq olaraq çəkilməmiş və ərizəçinin tələblərinə münasibətdə ciddi yanaşmanın tətbiq etdilməsini Məhkəmədən xahiş etmişdir.
233. Məhkəmə president hüququna görə ərizəçiyə çəkdiyi xərc və məsrəflərə görə o zaman kompensasiya ödənilir ki, o, bu xərclərin həqiqətən də və zəruri olaraq çəkdiyini və məbləğinin ağlabatan olduğunu sübut edə bilsin. Hazırkı işdə, mövcud olan sənədləri və yuxarıda göstərilən meyarları nəzərə alaraq, Məhkəmə lazımi əsaslandırmanın olmadığı səbəbindən cənab Cavadovun göstərdiyi hüquqi xidmətlər üçün ödənişlərə dair iddiasını və xərc kateqoriyalarının (hesabların) müvafiq əks etdirilməməsi səbəbindən tərcümə xidmətləri üçün ödənişlərə dair iddiasını rədd edir və Məhkəmə qarşısında hüquqi xərclərlə əlaqədar çəkilmiş məbləğin yerdə qalan hissəsini (poçt xərcləri) ərizəçiyə qaytarılmasını məqsədəuyğun hesab edir. Buna müvafiq olaraq, Məhkəmə icraatı xərclərini qarşılamaq üçün 6,150 avro həcmində kompensasiyanı təyin edir.

C. Gecikmə faizi

234. Məhkəmə ödənilməyən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.

BU ƏSASLARA GÖRƏ, MƏHKƏMƏ YEKDİLLİKLƏ,

1. Ərizələri birləşdirməyi qərara alır;

2. Konvensiyanın 3-cü maddəsinə əsasən şikayətləri (tibbi müalicənin olmaması və ərizəçinin Bakı istintaq təcridxanasında saxlanma şəraiti ilə əlaqədar) və 5-ci, 8-ci, 11-ci və 18-ci maddələrinə əsasən şikayətləri qəbuledilən və ərizəni digər hissələrdə qəbuledilməz elan edir;

3. Qərara alır ki, ərizəçinin həbsdə olduğu müddətdə tibbi müalicəsi ilə əlaqədar Konvensiyanın 3-cü maddəsi pozulub;

4. Qərara alır ki, ərizəçinin 9 avqustdan 12 avqust tarixədək saxlama şəraiti ilə əlaqədar Konvensiyanın 3-cü maddəsi pozulub;

5. Qərara alır ki, ərizəçinin 12 avqust tarixdən etibarən saxlama şəraiti ilə əlaqədar Konvensiyanın 3-cü maddəsi pozulmayıb;

6. Qərara alır ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulub;

7. Qərara alır ki, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə əsasən şikayətin araşdırılmasına ehtiyac yoxdur;

8. Qərara alır ki, Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi pozulub;

9. Qərara alır ki, Konvensiyanın 8-ci maddəsi pozulub;

10. Qərara alır ki, Konvensiyanın 5-ci və 8-ci maddələri ilə birlikdə götürülməklə 18-ci maddəsi pozulub;

11. Qərara alır ki, Konvensiyanın 11-ci maddəsinə əsasən şikayətin ayrılıqda araşdırılmasına ehtiyac yoxdur;

12. Qərara alır ki,

(a) Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq cavabdeh Dövlət qərarın qüvvəyə minməsindən sonra üç ay ərzində aşağıdakı məbləğlərdə vəsaiti ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə ödəməlidir:

(i) tutulacaq vergi də daxil olmaqla mənəvi ziyana görə 20,000 avro (iyirmi min avro);

(ii) ərizəçidən tutulacaq vergi də daxil olmaqla xərc və məsrəflərə görə 6,150 avro (altı min yüz əlli avro);

(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;

13. Ərizəçinin əvəzin ədalətli ödənilməsi tələbinin digər hissələrdə rədd edilməsini qət edir.

Qərar ingilis dilində tərtib edilib və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq 20 sentyabr 2018-ci ildə qərar barədə yazılı məlumat verilib.

Milan Blaşko                                                                Angelika Nusberger
Katib müavini                                                               Sədr