№65286/13 Xədicə İsmayılova Qrupu Azərbaycana qarşı – 6-8 dekabr 2022

Avropa Şurası Nazirlər Komitəsi

1451-ci toplantı, 6-8 dekabr 2022 (DH)

H46-3 Xədicə İsmayılova Qrupu Azərbaycana qarşı (Ərizə №65286/13)

Avropa Məhkəməsinin qəralarının icrasına nəzarət

Qətnamə

 

TƏMSİLÇİLƏR,

1. Bu məhkəmə işlərinin, peşə fəaliyyəti səbəbindən kimlərin etdiyi bəlli olmayan təhdidlərə məruz qalan, yataq otağında gizlicə çəkilən və internet üzərindən məhrəm görüntülərin yayılmasının ardınca, barəsində əxlaqını hədəf alan qəzet məqalələri yayılan araşdırmacı jurnalistlə bağlı olduğunu və Məhkəmənin, əlaqəli qurumların ərizəçinin özəl həyata hörmət və ifadə azadlığı hüququnu qorumaması, digərləri ilə yanaşı, qeyd edilən olaylarla bağlı təsirli araşdırma aparmaması səbəbindən Konvensiyanın 8-ci və 10-cu maddələrinin pozuntusunu tanıdığını qeyd edir;

Fərdi tədbirlərlə bağlı

2. Hazırkı qrup işində nəzərəçarpacaq irəliləyişə nail olmaq məqsədilə rəsmilərin Katibliklə konstruktiv məsləhətləşmələrini məmuniyyətlə qarşılayır;

3. Baş Prokurorluğun ərizəçiyə qarşı törədilmiş cinayət əməllərinin araşdırlması ilə bağlı istintaqın yenidən başlanması barədə qərar qəbul etməsini məmnunluqla qeyd edir və Məhkəmənin qərarında aydın şəkildə müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılmasının zəruriliyini, xüsusilə də ərizəçinin jurnalistika fəaliyyətindən qaynaqlanan hər hansı potensial motivin araşdırlmasının və bütün şahidlərin lazımi qaydada dinririlməsinin və yenidən açılmış prosesdə bütün digər ipuclarının izlənilməsinin zərurliyini xatırladır, həmçinin, rəsmiləri araşdırmaların gedişi haqda Komitəyə məlumat verməyə dəvət edir;

4. Ərizəçinin jurnalist olaraq fəaliyyətini hər hansı maneə olmadan davam etdirməsinin, ümumi tədbirlərlə sıx bağlı olan mühüm fərdi tədbir olduğunun xüsusi vurğulayır;

Ümumi tədbirlərlə bağlı

5. Hakimiyyət orqanlarını jurnalistlərin və digər media subyektlərinin jurnalistikanın və təhlükəsizliyin qorunması ilə bağlı Nazirlər Komitəsinin CM/Rec(2016)4 saylı Tövsiyəsindən, eləcə də AİHM-in müvafiq presedent hüququndan ilhamlanmağa dəvət edir; hökuməti bu kontekstdə “Media haqqında” Qanunu tam şəkildə Avropa Şurasının standartlarına uyğunlaşdırmaq üçün tədbirlər görməyə dəvət edir; onları bu işdə Avropa Şurası vasitəsilə təmin edilən təcrübədən tam olaraq yararlanmağa təşviq edir;

6. Hakimiyyət orqanlarını, “Media haqqında” qanunun tələblərini, xüsusilə də jurnalistləri, media subyektlərini Media reyestrinə daxil etmək və ya daxil etməməklə vəzifələndirilmiş Medianın İnkişafı Agentliyinin tərkibi və fəaliyyət təcrübəsi haqqında məlumatları təqdim etməyə dəvət edir;

7. Cəzasızlıqla mübarizə üçün məzmunlu araşdırmaların və adekvat sanksiyaların vacibliyini nəzərə alaraq, istintaq orqanlarının jurnalistlərə qarşı törədilmiş cinayətlərlə peşə fəaliyyətləri arasında mümkün əlaqələri lazımi qaydada araşdırmasının vacibliyini vurğuladılar;

8. Hakimiyyət orqanlarını şəxsi həyata hörmət hüququ ilə ifadə azadlığı hüququ arasındakı balanslaşdırmanın tətbiq edilməsi ilə bağlı yerli məhkəmə təcrübəsinin yaxşılaşdırılmasını hədəfləyən tədbirləri nəzərdən keçirməyə dəvət edir;

9. Hakmiyyət orqanlarından ən geci Komitənin 1475-ci iclasındakı (sentyabr 2023) (DH) növbəti yoxlama üçün həm fərdi, həm də ümumi tədbirlərlə bağlı həll edilməmiş məsələlər haqqında məlumatları təqdim etməyi tələb edir.