№65286/13 Xədicə İsmayılova Qrupu Azərbaycana qarşı – 19-21 sentyabr 2023-cü il

Avropa Şurası Nazirlər Komitəsi

1475-ci toplantı, 19-21 sentyabr 2023 (DH)

H46-4 Xədicə İsmayılova Qrupu Azərbaycana qarşı (Ərizə №65286/13)

Avropa Məhkəməsinin qəralarının icrasına nəzarət

Qətnamə

TƏMSİLÇİLƏR,

1. Bu məhkəmə işlərinin, peşə fəaliyyəti səbəbindən kimlərin etdiyi bəlli olmayan təhdidlərə məruz qalan, yataq otağında gizlicə çəkilən və internet üzərindən məhrəm görüntülərin yayılmasının ardınca, barəsində əxlaqını hədəf alan qəzet məqalələri yayılan araşdırmacı jurnalistlə bağlı olduğunu və Məhkəmənin, əlaqəli qurumların ərizəçinin özəl həyata hörmət və ifadə azadlığı hüququnu qorumaması, digərləri ilə yanaşı, qeyd edilən olaylarla bağlı təsirli araşdırma aparmaması səbəbindən Konvensiyanın 8-ci və 10-cu maddələrinin pozuntusunu tanıdığını qeyd edir;

Fərdi tədbirlərlə bağlı

2. ərizəçinin keçmiş ünvanı ilə bağlı şəxsi məlumatlarının yayıldığı ictimai sahədən silindiyini qeyd edir;

3. istintaqın yenidən başlanmasından sonra prokurorluq orqanları tərəfindən həyata keçirilən istintaq hərəkətlərini qeyd edir və səlahiyyətliləri, prokurorluq orqanlarının Avropa Məhkəməsinin gəldiyi nəticələri diqqətə alaraq istintaqı davam etdirməsini təmin etməyə dəvət edir;

Ümumi tədbirlərlə bağlı

4. Səlahiyyətliləri, “Media haqqında” Qanunu Avropa Şurasının standartları ilə tam uyumlu hala gətirmək üçün nəzərdə tutula biləcək bütün konkret tədbirləri işləyib hazırlamağa çağırır; və qüvvədə olan qanunvericiliyin çərçivəsinin jurnalistlərə öz ifadə azadlığı hüquqlarından istifadə etməyə imkanı verən əlverişli mühit yaratmasını təmin etmək məqsədilə həll edilməmiş məsələləri çözməyə qətiyyətlə təşviq edir; bu kontekstdə səlahiyyətliləri Avropa Şurası və onun əməkdaşlıq fəaliyyətləri vasitəsilə təmin edilən texniki dəstək və təcrübədən tam istifadə etməyə çağırır;

5. Hökumətlərin, ifadə azadlığından istifadə edən şəxslərə qarşı təhdid və cinayətlərlə mübarizədə Konvensiyaya əsasən proaktiv yanaşma öhdəliyinin olduğunu xatırladır və bununla əlaqədar olaraq səlahiyyətli orqanları jurnalistlərə qarşı törədilmiş təhdid və cinayətlərlə onların peşə fəaliyyətləri arasında hər hansı mümkün əlaqə və ya bağların effektiv araşdırılmasını təmin etməyə çağırır.

6. səlahiyyətli qurumları, şəxsi həyata hörmət hüququ və nüfuz hüququ ilə ifadə azadlığı hüququ arasında mütənasib tarazlıq qurmaqla bağlı yerli məhkəmələrin təcrübəsinin təkmilləşdirilməsinə yönəlik tədbirləri nəzərdən keçirməyə dəvət edir;

7. Səlahiyyətli qurumları, 2024-cü ilin iyun ayında keçiriləcək toplantıda incələnməsi üçün bütün gözləyən mövzular və davam edən məsələlər haqqında yenilənmiş və birləşdirilmiş fəaliyyət planını və ya hesabatı təqdim etməyə dəvət edir.