№65286/13 Xədicə İsmayılova Qrupu Azərbaycana qarşı – 11-13 iyun 2024-cü il

 

Avropa Şurası Nazirlər Komitəsi

1501-ci toplantı, 11-13 iyun 2024 (DH)

H46-3 Xədicə İsmayılova Qrupu Azərbaycana qarşı (Ərizə №65286/13)

Avropa Məhkəməsinin qəralarının icrasına nəzarət

Qətnamə

 

TƏMSİLÇİLƏR,

1. Bu məhkəmə işlərinin, peşə fəaliyyəti səbəbindən kimlərin etdiyi bəlli olmayan təhdidlərə məruz qalan, yataq otağında gizlicə çəkilən və internet üzərindən məhrəm görüntülərin yayılmasının ardınca, barəsində əxlaqını hədəf alan qəzet məqalələri yayılan araşdırmacı jurnalistlə bağlı olduğunu, habelə, hakimiyyət orqanlarının ərizəçinin şəxsi həyatına hörmət hüququ ilə qəzetin ifadə azadlığı hüququ arasında adekvat balansı təmin edə bilməməsinə aid olduğunu və Məhkəmənin, əlaqəli qurumların ərizəçinin özəl həyata hörmət və ifadə azadlığı hüququnu qorumaması, digərləri ilə yanaşı, qeyd edilən olaylarla bağlı təsirli araşdırma aparmaması səbəbindən Konvensiyanın 8-ci və 10-cu maddələrinin pozuntusunu tanıdığını qeyd edir;

Fərdi tədbirlərlə bağlı

2. intim videoların silindiyini, ancaq digər şəxsi məlumatların onlayn məkanda qaldığını qeyd edərək, hakimiyyət orqanlarını xanım İsmayılova ilə bağlı birinci qərarda vurğulandığı kimi ərizəçinin bütün şəxsi məlumatlarının ictimai sahədən tamamilə silinməsini təmin etməyə çağırır;

3. Xədicə İsmayılova ilə bağlı birinci qərarla əlaqəli olaraq, Avropa Məhkəməsinin qərarında müəyyən edilmiş bir sıra çatışmazlıqların hələ də prokurorluq orqanları tərəfindən araşdırılıb aradan qaldırlmadığını qeyd edir, səlahiyyətliləri Avropa Məhkəməsinin tapıntıları və gəldiyi nəticələri lazımi qaydada nəzərə alaraq istintaqın çərçivəsinin genişləndirilməsini təmin etmək üçün səylərini gücləndirməyə çağırır;

4. Xanım İsmayılovanın jurnalist kimi fəaliyyətini maneəsiz davam etdirməsi imkanının təkcə mühüm fərdi tədbir deyil, həm də ümumi tədbirlərlə sıx bağlı olduğunu xatırladaraq, ərizəçinin jurnalist kimi fəaliyyətinin hazırda hüquqi çərçivə də daxil olmaqla bütün hallarda əngəllənməsi ilə bağlı rəsmiləri buna aydınlıq gərtirməyə dəvət edir;

5. Səlahiyyətliləri Abbasəliyeva və Xədicə İsmayılova (№3) işlərinin predmeti olan mülki məhkəmə icraatlarının daxili məhkəmələr qarşısında yenidən başlanılıb-başlanılmaması barədə Komitəyə məlumat verməyə dəvət edir;

Ümumi tədbirlərlə bağlı

6. hakimiyyət orqanlarını jurnalistləri onların işi ilə bağlı hücumlardan, təhdidlərdən və təqiblərdən qorumaq üçün tədbirlər görməyə çağırır;

7. Rəsmi qurumların Komitənin “Media haqqında” Qanunu ilə bağlı narahatlığına cavab olaraq məlumat verməməsindən təəssüflənir və “Media haqqında” Qanunun tətbiqinin Şuranın standartları ilə tam uyumlu hala gətirmək üçün bütün konkret tədbirlərin işlənib hazırlanması ilə bağlı əvvəlki çağırışlarını təkrarlayır;

8. Rəsmiləri 10-cu maddədə nəzərdə tutulmuş hüquqlarının başqalarının müdaxiləsindən qorunmasını təmin etmək üçün siyasi mesajlar verməyi, jurnalistlərin və digər media subyektlərinin təqiblərinə qarşı çıxışlar etməyi nəzərdən keçirməyə dəvət edir;

9. Rəsmi qurumları şəxsi həyata hörmət hüququ və reputasiya hüququ ilə ifadə azadlığı hüququ arasında adekvat tarazlığın həyata keçirilməsində yerli məhkəmələrin təcrübəsinin təkmilləşdirilməsinə yönəlmiş tədbirləri nəzərdən keçirməyə dəvət edir;

10. Rəsmi qurumları islahat səylərində Avropa Şurası və onun əməkdaşlıq fəaliyyətləri vasitəsilə əldə olunan texniki dəstək və təcrübədən istifadə etməyə təşviq edir;

11. Rəsmiləri, yuxarıda qeyd olunan bütün suallara, xüsusən də prokurorluq orqanları tərəfindən aparılan istintaq zamanı atılan addımlara dair yenilənmiş məlumatları 1 dekabr 2024-cü il tarixinədək təqdim etməyə çağırır, ən geci 2025-ci ilin mart ayındakı (DH) iclasda bu qrup işinin incələnməsini davam etdirməyə və Katibliyə tələb olunan fərdi və ümumi tədbirlərlə bağlı nəzərəçarpacaq irəliləyiş əldə edilmədiyi təqdirdə həmin iclasda baxılacaq aralıq qətnamə layihəsini hazırlamağa qərar verir.