№65240/13 TURAL FEYRUZ OĞLU ABBASLI AZƏRBAYCANA QARŞI – 15 SENTYABR 2021-Cİ İL

 

BEŞİNCİ BÖLMƏ

 

QƏRARDAD

 

Ərizə no. 65240/13
Tural Feyruz oğlu Abbaslı Azərbaycana qarşı

 

(əlavədəki cədvələ baxın)

 

Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə), 26 avqust 2021-ci il tarixdə aşağıdakı heyətdən ibarət Komitədə:

Stéphanie Mourou-Vikström, Sədr,
Jovan Ilievski,
Mattias Guyomar, hakimlər,

Victoria Maradudina, İclasın Katibi,

19 sentyabr 2013-cü il tarixdə verilmiş yuxarıdakı ərizəni nəzərə alaraq,

Ərizənin dostca anlaşma yolu ilə həll edilməsini qəbul edən rəsmi bəyannamələri diqqətə alaraq,

Müzakirələrdən sonra aşağıdakı qərarı qəbul etdi:

FAKTLAR VƏ PROSEDUR

Ərizəçinin ilə bağlı detallı məlumat əlavədəki cədvəldə göstərilib.

Ərizəçi AİHM qarşısında Azərbaycanda iqamət edən vəkillər cənab Ə.Mustafayev və cənab R. Mustafazadə tərəfindən təmsil olunub.

Hökumət Ərizəçinin Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsaslanaraq milli məhkəmələrin barəsindəki məhkəmə prosesinin ədalətli olmamasından verdiyi şikayət barədə bilgiləndirilib.

Məhkəməyə tərəflərin imzaladığı dostca anlaşmalar təqdim edilib. Həmin anlaşmalarda Hökumətin əlavə edilmiş cədvəldə göstərilən təzminat məbləğini ödəməsi qaşılığında Ərizəçi Azərbaycan Respublikası əleyhinə şikayətindən geri çəkildiyini ifadə edib.

Həmin məbləğlər cavabdeh ölkənin valyutasına çevriləcək və bu qərarın elan edilməsindən sonrakı 3 ay ərizndə Ərizəçilərin hər birinə ödənəcək. Həmin məbləğin göstərilən üç ay müddətində ödənilməməsinə görə Hökumət ödənilməsi gecikdirilən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini məqbul hesab edir.

Qeyd edilən ödəmə işin tam həll olunmasını təşkil edəcək.

QANUNVERİCİLİK

Məhkəmə tərəflər arasında əldə olunmuş dostca həll anlaşmasını nəzərə alır. Qərara gəlir ki, anlaşma Konvensiya və onun Protokollarında müəyyən edilmiş hüquqlara uyğundur, Ərizənin araşdırılmasını davam etdirmək üçün əsasların olmaması qənaətindədir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, hesab edir ki, ərizəni siyahıdan çıxarmaq məqsədəuyğundur.

Bu səbəblərə görə, Məhkəmə yekdilliklə,

Qərar verdi ki, ərizə Konvensiyanın 39-cu maddəsinə uyğun olaraq, baxılacaq işlərin siyahısından çıxarılsın.

Qərar ingilis dilində hazırlandı və 16 sentyabr 2021-ci il tarixdə yazılı şəkildə elan edildi.

Stéphanie Mourou-Vikström, Sədr
Viktoriya Maradudina, Katib

ƏLAVƏ

Konvensiyanın 6.1-ci maddəsi üzrə şikayət edən ərizəçi

(milli məhkəmə prosesinin ədalətli olmaması)

Ərizə no.


Daxil olma tarixi

Ərizəçinin adı

 

Doğum tarixi

 

Ərizəçinin nümayəndəsi və onun iqamət yeri Hökumətin təqdim etdiyi bəyannamənin tarixi Ərizəçinin təqdim etdiyi bəyannamənin tarixi Ödəniləcək mənəvi zərərə əvəzi təzminat

(avro ilə)

Xərc və məsrəflərə görə ödəniləcək təzminat

(avro ilə)

65240/13

19/09/2013

Tural Feyruz oglu

ABBASLI

1982

Ruslan MUSTAFAZADƏ

Sumqayıt

 

Əsabəli

MUSTAFAYEV

Sumqayıt

20/05/2021 31/05/2021 4,000

500

Birbaşa ərizəçinin nümayəndələrindən cənab R.Mustafazadənin bank hesabına ödəniləcək