23 mart 2021-ci il tarixdə kommunikasiyaya başlanılıb
12 aprel 2021-ci il tarixdə bu haqda bilgi dərc edilib
BEŞİNCİ BÖLMƏ
Ərizə №65240/13
Tural Feyruz oğlu Abbaslı Azərbaycana qarşı
19 sentyabr 2013-cü il tarixdə daxil olub
Məhkəmə işinin mövzusu
Hazırkı məhkəmə işi daha əvvəl tətbiq edilmiş inzibati cəzaya əməl etmədiyi üçün 15 gün müddətinə inzibati qaydada həbs edilən ərizəçinin inzibati məhkumluğu ilə bağlıdır.
Ərizəçi Avropa Konvensiyasının 6-cı maddəsinə (Ədalətli məhkəmə araşdırması) söykənərək, birinci instansiya məhkəməsi qarşısında vəkil vasitəsilə təmsil oluna bilməməsindən və yerli məhkəmələrin öz qərarlarını yetərincə əsaslandıra bilməməsindən şikayət edib.
Tərəflərə suallar
1. Ərizəçi əleyhinə olan ittihamların müəyyən olunması zamanı Konvensiyanın 6.1-ci maddəsinə uyğun olaraq ədalətli mühakimə edilbmi? Ərizəçinin əsaslandırlmış məhkəmə qərarı almaq hüququ təmin edilibmi? Ərizəçiyə Konvensiyanın 6.3-cü maddəsinin tələb etdiyi şəkildə özünün seçdiyi hüquqi yardım yolu ilə özünü müdafiə etməsinə fürsət verilibmi?
2. Hökumətdən yerli mühakiməyə aid bütün sənədlərin təqdim edilməsi istənilir.