№64650/16 ZÖHRƏ HACIYEVA AZƏRBAYCANA QARŞI – 19 YANVAR 2023-CÜ İL

© tərcümə – aihmaz.org

 

BİRİNCİ BÖLMƏ

Zöhrə Hacı qızı HACIYEVA Azərbaycana qarşı
(əlavə edilmiş cədvələ baxın)

Ərizə no. 64650/16

 

QƏRARDAD

19 yanvar 2023

 

Avropa İnsan Haqları Məhkəməsinin (Birinci Bölmə) Palatası 19 yanvar 2023-cü il tarixdə aşağıdakı heyətdən ibarət tərkibdə toplaşaraq:

Alena Poláčková, Sədr,
Gilberto Felici,
Raffaele Sabato, hakimlər,
və Viktoriya Maradudina, İclas Katibi,

İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq, ərizəçi tərəfindən 28 oktyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasına qarşı Məhkəməyə təqdim olunmuş ərizəni;

Tərəflərin ərizənin dostcasına həll edilməsini qəbul edən rəsmi bəyannamələrini,

nəzərə alaraq,

aşağıdakı qərarı qəbul edir:

FAKTLAR VƏ PROSEDUR

Ərizəçi barəsində əlavə edilmiş cədvəldə detallı məlumat verilib.

Ərizəçi Məhkəmə qarşısında Azərbaycanda fəaliyyət göstərən vəkil xanım S. Əliyeva tərəfindən təmsil olunub.

Ərizəçinin Konvensiyanın 1 Saylı Protokolunun 1-ci maddəsinə əsaslanan şikayəti haqqında Azərbaycan Hökumətinə (“Hökumət”) məlumat verilib.

Ərizəçi 8 fevral 2017-ci il tarixdə vəfat edib. Ərizəçinin qızı Aliyə Qurbanova 29 iyul 2022-ci il tarixdə ərizəçinin əvəzinə Məhkəmədəki prosesi davam etdirmək istədiyini bildirib. Məhkəmə, Konvensiya üzrə icraat zamanı ərizəçinin dünyasını dəyişdiyi müxtəlif işlərdə o, ərizəçinin vərəsələrinin və ya yaxın ailə üzvlərinin məhkəmə prosesini davam etdirmək istəklərini ifadə etmələrini nəzərə aldığını qeyd edir (bax: Jėčius Litvaya qarşı, № 34578/97, § 41, AİHM 2000-IX; Pisarkiewicz Polşaya qarşı, № 18967/02, §§ 30-33, 22 yanvar 2008-ci il; və Ergezen Türkiyəyə qarşı. № 73359/10, §§ 27-30, 8 aprel 2014-cü il). Məhkəmə, qohum və ya varisin işdə kifayət qədər marağının olması şərti ilə, onların prinsipcə, ərizəni davam etdirə biləcəyini qəbul edir (bax: Valentin Câmpeanu Rumıniyaya qarşı [GC] işi, 47848/08, § 97, AİHM 2014 və Ksenz və başqaları Rusiyaya qarşı, № 45044/06 5, § 86, 12 dekabr 2017-ci il). Yuxarıdakıların işığında və həm də işin hallarını nəzərə alan Məhkəmə, xanım Aliyə Qurbanovanın mərhum anasının əvəzinə hazırkı prosesi davam etdirmək hüququna malik olduğuna qərar verir.

Məhkəməyə tərəflərin imzaladığı və ərizəçinin varisinin Hökumətin ona əlavə edilmiş cədvəldə göstərilmiş məbləğləri ödəməsinə qarşılıq olaraq bu ərizəyə əsas verən faktlarla bağlı Azərbaycan əleyhinə hər hansı əlavə iddialarından imtina etdiyinin ifadə olunduğu dostcasına anlaşma haqqında bəyannamələr təqdim edilib. Qeyd edilən məbləğlər ödəniş tarixində tətbiq olunan məzənnə ilə cavabdeh dövlətin valyutasına çevriləcək və Məhkəmənin qərarının elan edildiyi tarixdən üç ay ərzində ərizəçinin varisinə ödəniləcək. Bu məbləğlərin göstərilən üç ay müddətində ödənilməməsi durumunda Hökumət, bu müddətin bitməsi tarixindən hesablanmaqla, Avropa Mərkəzi Bankının kredit faizi ilə hesablanmış faiz və onun üzərinə daha üç faiz ödəməlidir. Qeyd edilən ödəmələr və qərarların icrasının təmin edilməsi işin tam həll olunmasını təşkil edəcək.

HÜQUQ

Məhkəmə tərəflər arasında əldə olunmuş dostca həll anlaşmasını nəzərə alır. Qərara gəlir ki, anlaşma Konvensiya və onun Protokollarında müəyyən edilmiş hüquqlara uyğundur, Ərizənin araşdırılmasını davam etdirmək üçün əsasların olmaması qənaətindədir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Ərizəni siyahıdan çıxarmaq məqsədəuyğundur.

Bu səbəblərə görə, Məhkəmə yekdilliklə,

Qərar verdi ki, ərizə Konvensiyanın 39-cu maddəsinə uyğun olaraq, baxılacaq işlərin siyahısından çıxarılsın.

Qərar ingilis dilində hazırlandı və 9 fevral 2023-cü il tarixdə yazılı şəkildə elan edildi.

Viktoriya Maradudina                   Alena Poláčková
İclas katibi                                           Sədr

 

CƏDVƏL

Konvensiyanın 1 Saylı Protokolun 1-ci maddəsinə əsasən şikayətin qaldırıldığı ərizə
(özgəninkiləşdirilən əmlaka görə qanunla müəyyən edilmiş əlavə kompensasiyanın ödənilməməsi)

 

Ərizə no.
Daxil olma tarixi
Ərizəçinin adı

Doğum tarixi

Təmsilçinin adı və iqamət yeri Hökumətin bəyannaməsinin tarixi Ərizəçinin bəyannaməsinin tarixi Maddi və mənəvi zərər əvəzi müəyyən edilmiş təzminatın məbləği

(avro ilə)

Xərc və məsrəflər üçün müəyyən edilmiş məbləğ

(avro ilə)

64650/16

28/10/2016

Zöhrə HACIYEVA

1955

Vəfat edib 2017

Ərizəçinin varisi

Aliyə GURBANOVA

1986

Sevinc ƏLİYEVA

BakI

21/11/2022 21/10/2022 4,220

Maddi ziyan əvəzi

 

 

3,000

Mənəvi ziyan əvəzi

500