BİRİNCİ BÖLMƏ
QƏRAR
Ərizə (№ 63062/11)
ƏLƏMDAR HƏSƏNOV AZƏRBAYCANA QARŞI
25 avqust 2015-ci il tarixdə Avropa İnsan Hüquqları Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə:
Sədr – Julia Laffranque;
Hakimlər – Xanlar Hacıyev,
Dmitri Dedov;
və Bölmə Katibinin Müavini – André Wampach.
27 sentyabr 2011-ci ildə qaldırılmış yuxarıda adı çəkilən ərizəni;
Dostcasına razılıq nəzərdə tutan formal bəyanatları
nəzərə almaqla müşavirə edərək qərara aldı:
FAKTLAR VƏ PROSEDUR
Ərizəçi Ə.Həsənov 1953-cü ildə doğulmuşdur və Sumqayıtda yaşayır. O, Məhkəmə qarşısında Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab R.Mustafazadə tərəfindən təmsil olunub.
Azərbaycan Hökuməti (Hökumət) Məhkəmə qarşısında öz nümayəndəsi cənab Ç.Əsgərov tərəfindən təmsil olunub.
Ərizəçi Konvensiyanın 6-cı maddəsi altında onun lehinə qəbul edilmiş yerli məhkəmə qərarının icra edilməməsindən və Konvensiyaya əlavə edilmiş 1 saylı Protokolun 1-ci maddəsi altında qərarın icra edilməməsi nəticəsində mülkiyyətin müdafiəsi hüququnun pozulmasından şikayət edib.
18 mart 2015-ci il və 16 aprel 2015-ci il tarixlərində Məhkəmə tərəflərin imzaladıqları dostcasına razılıq ilə bağlı bəyanatlar qəbul etdi, hansı ki, həmin bəyanatla ərizəçi bu şikayətin qaldırılmasına səbəb olan faktları nəzərə alaraq ona ödəniş gününün məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə və tətbiq edilə biləcək bütün vergi rüsumlarından azad olmaqla, maddi və mənəvi zərərə görə 3000 avro, xərc və vəkil məsrəfləri üçün isə 400 avro ödəməyi öhdəsinə götürən Azərbaycan Hökumətinə qarşı sonrakı dövrdə iddia irəli sürməkdən imtina etməyə razılıq verirdi. Bu ödəniş Məhkəmə tərəfindən qəbul edilən qərar elan edildikdən sonra 3 ay müddətində ödənilməlidir.
Bu müddət ərzində mümkün olmadıqda, Avropa Mərkəzi Bankının ödənilməmiş dövr əzrindəki marjinal borcvermə dərəcəsinə bərabər olan dərəcə və üç faiz dərəcəsinə bərabər sadə faiz dərəcəsi ödənilməlidir.
QANUN
Məhkəmə qeyd edir ki, tərəflər arasında dostcasına razılığa nail olundu. Razılaşma Konvensiya və ona əlavə edilmiş Protokollarda nəzərdə tutulmuş insan hüquqlarına hörmət anlayışına söykənir və ərizəyə baxılmasının davam etdirilməsi üçün hər hansı səbəb qalmır. Yuxarıda sadalananları nəzərə alaraq, ərizənin işlər siyahısından çıxarılması məqsədəuyğundur.
Bu səbəbdən Məhkəmə yekdilliklə,
Konvensiyanın 39-cu maddəsinə əsasən, ərizəni işlər siyahısından çıxarmağa qərar verir.
İngilis dilində hazırlanmış və 17 sentyabr 2015-ci ildə yazılı şəkildə elan olunmuşdur.
André Wampach Julia Laffranque
Bölmə Katibinin müavini Sədr