22 noyabr 2021-ci il tarixdə bilgi dərc edilib
BEŞİNCİ BÖLMƏ
Ərizə nömrəsi. 56138/18
AzadlıqRadiosu və başqa 3 ərizəçi Azərbaycana qarşı
(əlavə edilmiş siyahıya baxın)
3 noyabr 2021-ci il tarixdə kommunikasiyaya başlanılıb
Məhkəmə işinin mövzusu
Müraciətlər ayrı-ayrı ərizəçilərə və ərizəçi təşkilatlara (media orqanlara) məxsus olan və onlar tərəfindən idarə olunan internet saytlarına girişin bloklanması ilə bağlıdır.
Saytlara giriş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hər bir internet səhifəsində dərc edilmiş bir sıra məqalələrə istinad olunmaqla, saytlarda dəfələrlə qadağan olunmuş məlumatların dərc edilməsi ifadə olunan müraciətinə əsasın, məhkəmə qərarları ilə məhdudlaşdırılıb. Məhkəmə qərarları informasiyaların mühafizəsi ilə bağlı milli qanunvericiliklə, habelə, milli təhlükəsizliyin, ərazi bütövlüyünün, ictimai asayişin və iğtişaşların və cinayətlərin qarşısının alınması maraqları ilə əsaslandırılıb.
Ərizəçilərin və ərizəçi təşkilatları müxtəlif tarixlərdə (Əlavəyə bax) verdikləri şikayətlər Ali Məhkəmənin yekun qərarları ilə təmin edilməyib.
Ərizəçilər və ərizəçi təşkilatlar öz şikayətlərində Konvensiyanın 10 və 18-ci maddələrinə və Konvensiyanın digər maddələrinə əsaslanıblar.
Tərəflərə suallar
Ümumi suallar
1. Ərizəçilərin ifadə azadlığı, xüsusən də məlumat və ideyalar yaymaq hüququ Konvensiyanın 10-cu maddəsinə zidd olaraq, məhdudlaşdırlıbmı? İddia edilən müdaxilə qanunla nəzərdə tutulmuşdu, qanuni məqsəd güdürmü və bu, 10-cu maddənin 2-ci bəndi baxımından demokratik cəmiyyətdə zəruri idimi?
2. Hazırkı işdə dövlət tərəfindən Konvensiyanın 10-cu maddəsi çərçivəsində tətbiq edilmiş məhdudiyyətlər, Konvensiyanın 18-ci maddəsinə zidd, yəni, həmin maddə ilə nəzərdə tutulmuş məqsədlərdən fərqli məqsədlər üçünmü tətbiq edilmişdi?
Ərizəçilərə spesifik suallar
Ərizə no:56138/18;
Ərizəçi təşkilat Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq, öz mülki hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı, özəlliklə, sübutların qəbul edilməsi, tədqiqi və əsaslandırılmış qərar hüququ ilə bağlı ədalətli dinləmələrin keçirilməsi imkanına malik olubmu?
Ərizə no:48735/19;
Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq, öz mülki hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı, özəlliklə, sübutların qəbul edilməsi, tədqiqi və əsaslandırılmış qərar hüququ ilə bağlı ədalətli dinləmələrin keçirilməsi imkanına malik olubmu? Bundan başqa, ərizəçinin birinci instansiya məhkəməsindəki prosesdə iştirak etməməsi xüsusatı üzrə tərəflərin bərabərliyi prinsipinə riayət olunubmu?
Ərizə no: 48735/19; 51207/19; 58694/19;
Ərizəçilərin və ərizəçi təşkilatlar, Konvensiyanın 13-cü maddəsinin tələb etdiyi kimi, Konvensiya ilə bağlı şikayətlərin araşdırlması üçün səmərəli daxili müdafiə vasitələrinə sahib idilərmi?
ƏLAVƏ
Ərizəçilərin siyahısı
No. | Ərizə no. | İşin adı | Daxil olub | Ərizəçi Doğum ili /Qeydiyyat yeri Milliyyəti |
Təmsil edən | Websayt | Sonuncu milli məhkəmə qərarları |
56138/18 | RFE/RL Inc. Azərbaycana qarşı | 22 Noyabr 2018 | RFE/RL INC. 2004 Bakı Ofisi ABŞ |
Adil ISMAYILOV | azadliq.org | 4 iyun 2018 | |
48735/19 | Talibov Azərbaycana qarşı | 10 Avqust 2019 | Azər Məmməd oglu TALIBOV 1974 Bərdə Azərbaycanlı |
Elçin SADIQOV | anaxeber.az | 20 dekabr 2018 | |
51207/19 | 24Saat.org Ltd və Ələkbərov Azərbaycana qarşı | 18 Sentyabr 2019 | 24SAAT.ORG LTD
2019 Vuqar ƏLƏKBƏROV |
Elçin SADIQOV | 24saat.org | 24 yanvar 2019 | |
58694/19 | Xural qəzeti və Əvəz Zeynallı Azərbaycana qarşı | 18 October 2019 | XURAL QƏZETİ
2002 Əvəz Tapdıq oğlu ZEYNALOV |
Zibeydə SADIQOVA | xural.com | 21 fevral 2019 |