№54792/16 GÜLTƏKİN HACIBƏYLİ AZƏRBAYCANA QARŞI – 13 fevral 2023-cü il

 

13 fevral 2023-cü il tarixində dərc edilib

 

BİRİNCİ BÖLMƏ

Ərizə nömrəsi 54792/16

Gültəkin HACIBƏYLİ Azərbaycana qarşı

4 sentyabr 2016-cı il tarixdə daxil olub

 

24 yanvar 2023-cü il tarixdən hökumətlə kommunikasiya edilməyə başlanıb

MƏHKƏMƏ İŞİNİN MÖVZUSU

Bu işdə ərizəçi parlamentin keçmiş üzvü və müxalif siyasətçidir. Ərizəçi keçmiş həyat yoldaşı M.M.-dən böhtana görə xüsusi ittiham qaydasında şikayət edib. İşin materiallarından göründüyünə görə, M.M. 17 may 2013-cü il tarixdə mətbuat konfransı keçirib. Bunun ardınca müxtəlif qəzetlər və internet saytlarında bir neçə məqalə dərc olunub. Həmin məqalələrdən görünür ki, keçmiş həyat yoldaşı ərizəçini parlament üzvü olarkən səlahiyyətlərindən sui-istifadə etməkdə, korrupsiyada, habelə, M.M. ilə mülkiyyətlə və övladı ilə təmas qurmaqla bağlı mübahisələr zamanı yerli məhkəmələrə qanunsuz təsir göstərməkdə ittiham edib.

Ərizəçinin şikayəti üzrə birinci instansiya məhkəməsindəki baxış zamanı məhkəmə, M.M-nin dərc olunmuş məqalələrin müəllifi olmaması, onun mətbuat konfransı zamanı istifadə etdiyi ifadələrin böhtan xarakterli deyil, “tənqidi” məzmunlu olması əsası ilə ərizəçinin şikayətini rədd edib.

4 mart 2016-cı il tarixli yekun qərarı ilə Ali Məhkəmə aşağı instansiya məhkəmələrinin qərarlarını qüvvədə saxlayıb.

Konvensiyanın 8-ci maddəsinə əsaslanan ərizəçi, daxili məhkəmələrin onun nüfuzunu qorumamasından şikayət edib.

TƏRƏFLƏRƏ SUALLAR

1. Ərizəçi Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinin işığında bütün effektiv daxili müdafiə vasitələrini tükəndiribmi? (bax, məsələn, Yakup Saygılı Türkiyəyə qarşı (kk.), № 42914/16, §§ 34-46, 11 iyul 2017-ci il)?

2. Ərizəçinin şəxsi həyatına, xüsusən də şəxsi şərəf və reputasiyasına hörmət göstərilməsi hüququna Konvensiyanın 8-ci maddəsinə zidd olaraq müdaxilə baş verbmi?