27 fevral 2023-cü il tarixdə dərc edilib
BİRİNCİ BÖLMƏ
Ərizənin nömrəsi 52394/20
Cavidan Rauf qızı ABDULLAZADƏ Azərbaycana qarşı
12 noyabr 2020-ci il tarixdə daxil olub
6 fevral 2023-cü il tarixdə hökumətlə kommunikasiya edilməyə başlanılıb
MƏHKƏMƏ İŞİNİN MÖVZUSU
Məhkəmə işi ərizəçiyə yerli hakimiyyət orqanları tərəfindən səyahət qadağasının qoyulması ilə bağlıdır. Ərizəçi həmçinin, yerli hakimiyyət orqanlarının onun üzərinə qoyulmuş səyahət qadağasının ləğv edilməsi barədə daxili məhkəmələrin qərarlarını icra etməməsindən şikayət edib.
TƏRƏFLƏRƏ SUALLAR
1. Ərizəçinin Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin 2-ci bəndi ilə təmin olunan cavabdeh dövlətin ərazisini tərk etmək azadlığına hər hansı məhdudiyyət qoyulubmu? Əgər qoyulubsa, bu məhdudiyyət qanuna uyğun idimi və Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin 3-cü bəndi baxımından zəruri idimi?
2. Ərizəçiyə qarşı qoyulmuş səyahət qadağasının ləğv edilməsi barədə daxili məhkəmələrin qərarları icra olunubmu? Əgər bu qərar icra olunmayıbsa, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğundurmu?