№50190/18 Nigar Şahvələd qızı KOÇƏRLİ Azərbaycana qarşı – 24 İYUN 2024-CÜ İL

 

24 iyun 2024-cü il tarixində dərc edilib

BİRİNCİ BÖLMƏ

Ərizənin nömrəsi: 50190/18

Nigar Şahvələd qızı KOÇƏRLİ Azərbaycana qarşı

8 oktyabr 2018-ci il tarixdə təqdim edilib
7 iyun 2024-cü ildə kommunikasiyaya başlanılıb

MƏHKƏMƏ İŞİNİN MÖVZUSU

Ərizə, ərizəçinin Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev və Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə müdiri Orxan Mansurzadə tərəfindən təhqir olunması iddiaları üzrə Daxili İşlər Nazirliyinə qarşı buna görə qaldırlmış mülki iddia ilə bağlıdır.

Ərizəçi Azərbaycanda kitab mağazaları şəbəkəsinin sahiblərindən biridir, o, şəbəkənin ofisindən oğurluq edilməsi faktının effektiv araşdırlmamasından, polisin fəaliyyətsizliyindən müxtəlif qurumlara, o cümlədən, Azərbaycan Respublikasının Prezidentinə müraciət ünvanlayıb. Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev həmin müraciətdən sonra xanım ərizəçini idarəyə dəvət edib. Ərizəçi daha sonra idarədə polis idarəsi rəisi tərəfindən təhqir olunması ilə bağlı məhkəmədə şikayətçi olub. O, həmçinin , şikayət edib ki, özünün Facebook səhifəsində Nəsimi Rayon Polis İdarəsində baş verən təsvir edən paylaşım edəndən sonra DİN-in şöbə rəisi O.Mansurzadə qafqazinfo.az xəbər portalında onun paylaşımı ilə bağlı açıqlama verərək verərək, ərizəçini təhqiramiz ifadələrlə təhqir edib və onun iddialarının həqiqətə uyğun olmadığını ifadə edib. Ərizəçi eyni xəbər portalından barəsindəki ifadələrin təkzib edilməsini və ondan üzr istənilməsini nəzərdə tutuan qərar verməsini məhkəmədən xahiş edib.

6 fevral 2018-ci il tarixli yekun qərarı ilə Ali Məhkəmə ərizəçinin iddialarını rədd edib.

Konvensiyanın 6 və 8-ci maddələrinə əsaslanan ərizəçi, Konvensiya ilə təminat altına alınan ədalətli məhkəmə araşdırması və şəxsi həyata hörmət hüququna müdaxilə baş verdiyini iddia edir. Ərizəçi, xüsusilə yerli məhkəmələrin onun reputasiyası hüququnu qorumamasından şikayətlənib.

TƏRƏFLƏRƏ SUALLAR

1. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq mülki hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı ərizəçi ədalətli məhkəmə dinləmələri imkanına malik olubmu?

2. Konvensiyanın 8-ci maddəsi hazırkı işə tətbiq ediləndirmi? Xüsusilə, ərizəçinin nüfuzuna zərər vurulmasıl iddiası bu maddənin dövriyyəyə girməsi üçün kifayət qədər ciddilik səviyyəsinə çatmışdımı və ərizəçinin şəxsi həyata hörmət hüququndan fərdi qaydada istifadə etməsinə xələl gətirəcək şəklidəmi baş vermişdi (Axel Springer AG Almaniyaya qarşı [[ GC], № 39954/08, § 83, 7 fevral 2012)?

Əgər belədirsə, Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndi mənasında ərizəçinin şəxsi həyatına hörmət hüququna müdaxilə edilibmi?

Bu müdaxilə qanuna uyğun və 8-ci maddənin 2-ci bəndi baxımından zəruri idimi?

Tərəflərdən Orxan Mansurzadənin internet xəbər portalına verdiyi müvafiq açıqlamanın ingilis dilinə tərcüməsini təqdim etmələri xahiş olunur. Onlardan həmçinin ərizəçinin daxili məhkəmələrə verdiyi yazılı müraciətlərinin və bütün məhkəmə iclaslarının protokollarının surətlərini təqdim etmələri xahiş olunur.