№49574/20 RAUF QULİYEV və BAŞQA 3 ƏRİZƏÇİ AZƏRBAYCANA QARŞI – 27 fevral 2023-cü il

27 fevral 2023-cü il tarixində dərc edilmişdir

 

BİRİNCİ BÖLMƏ

Ərizənin nömrəsi 49574/20

Rauf Aydın oğlu QULİYEV və başqa 3 ərizəçi Azərbaycana qarşı

(əlavə edilmiş siyahıya baxın)

6 fevral 2023-cü il tarixdə hökumətlə kommunikasiya edilməyə başlanılıb

 

MƏHKƏMƏ İŞİNİN MÖVZUSU

Bu ərizələr Azərbaycanı tərk etmələri qadağan edilmiş ərizəçilərə yerli hakimiyyət orqanları tərəfindən qoyulan səyahət qadağalarının qanunsuzluğu iddialarına aiddir. 49574/20 nömrəli ərizəçi həmçinin Konvensiyanın 8-ci maddəsinə əsaslanaraq, onun mobil telefonunun müstəntiq tərəfindən qanunsuz olaraq alınmasından şikayət edib.

TƏRƏFLƏRƏ SUALLAR

Bütün ərizəçilərlə bağlı:

1. Ərizəçinin Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin 2-ci bəndi ilə təmin olunan cavabdeh dövlətin ərazisini tərk etmək azadlığına hər hansı məhdudiyyət qoyulubmu? Əgər qoyulubsa, bu məhdudiyyət qanuna uyğun idimi və Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin 3-cü bəndi baxımından zəruri idimi?

49574/20 nömrəli ərizəçi istisna olmaqla, 3 ərizəçi ilə bağlı:

2. Ərizəçilər Konvensiyanın 13-cü maddəsinin tələb etdiyi kimi, Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinə əsaslanan şikayətləri üçün effektiv daxili müdafiə vasitələrinə malik idilərmi?

49574/20 nömrəli ərizəçi ilə bağlı:

3. Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndinin işığında ərizəçinin şəxsi və ailə həyatına və ya yazışmalara hörmət hüququna müdaxilə baş verbmi? Əgər belədirsə, bu müdaxilə qanuna uyğun və 8-ci maddənin 2-ci bəndi baxımından zəruri idimi? Xüsusilə, müstəntiq tərəfindən ərizəçinin telefonunun əlindən alınmasının hüquqi əsasları var idimi?

ƏLAVƏ

No. Ərizə no. İşin adı Daxil olub Ərizəşi

Doğum ili

İqamət yeri

Təmsilçi
1. 49574/20 Quliyev Azərbaycana qarşı 22/10/2020 Rauf

Aydın oglu QULIYEV

1988, Mingəçevir

Cavad

CAVADOV

2. 20409/22 Novruzzadə

Azərbaycana qarşı

18/04/2022 Ruhullah

Məsim oglu NOVRUZZADƏ

1991, Bakı

Cavad

CAVADOV

3. 38774/22 Əliyev Azərbaycana qarşı 05/08/2022 Imran

Bagır oglu ƏLIYEV

1989, Bakı

Cavad

CAVADOV

4. 42111/22 Cahangir Azərbaycana qarşı 16/08/2022 Səadət

Qabil qızı

CAHANGIR

1968, Bakı

Tural

AGAYEV