27 fevral 2023-cü il tarixində dərc edilmişdir
BİRİNCİ BÖLMƏ
Ərizənin nömrəsi 49574/20
Rauf Aydın oğlu QULİYEV və başqa 3 ərizəçi Azərbaycana qarşı
(əlavə edilmiş siyahıya baxın)
6 fevral 2023-cü il tarixdə hökumətlə kommunikasiya edilməyə başlanılıb
MƏHKƏMƏ İŞİNİN MÖVZUSU
Bu ərizələr Azərbaycanı tərk etmələri qadağan edilmiş ərizəçilərə yerli hakimiyyət orqanları tərəfindən qoyulan səyahət qadağalarının qanunsuzluğu iddialarına aiddir. 49574/20 nömrəli ərizəçi həmçinin Konvensiyanın 8-ci maddəsinə əsaslanaraq, onun mobil telefonunun müstəntiq tərəfindən qanunsuz olaraq alınmasından şikayət edib.
TƏRƏFLƏRƏ SUALLAR
Bütün ərizəçilərlə bağlı:
1. Ərizəçinin Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin 2-ci bəndi ilə təmin olunan cavabdeh dövlətin ərazisini tərk etmək azadlığına hər hansı məhdudiyyət qoyulubmu? Əgər qoyulubsa, bu məhdudiyyət qanuna uyğun idimi və Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin 3-cü bəndi baxımından zəruri idimi?
49574/20 nömrəli ərizəçi istisna olmaqla, 3 ərizəçi ilə bağlı:
2. Ərizəçilər Konvensiyanın 13-cü maddəsinin tələb etdiyi kimi, Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinə əsaslanan şikayətləri üçün effektiv daxili müdafiə vasitələrinə malik idilərmi?
49574/20 nömrəli ərizəçi ilə bağlı:
3. Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndinin işığında ərizəçinin şəxsi və ailə həyatına və ya yazışmalara hörmət hüququna müdaxilə baş verbmi? Əgər belədirsə, bu müdaxilə qanuna uyğun və 8-ci maddənin 2-ci bəndi baxımından zəruri idimi? Xüsusilə, müstəntiq tərəfindən ərizəçinin telefonunun əlindən alınmasının hüquqi əsasları var idimi?
ƏLAVƏ
No. | Ərizə no. | İşin adı | Daxil olub | Ərizəşi
Doğum ili İqamət yeri |
Təmsilçi |
1. | 49574/20 | Quliyev Azərbaycana qarşı | 22/10/2020 | Rauf
Aydın oglu QULIYEV 1988, Mingəçevir |
Cavad
CAVADOV |
2. | 20409/22 | Novruzzadə
Azərbaycana qarşı |
18/04/2022 | Ruhullah
Məsim oglu NOVRUZZADƏ 1991, Bakı |
Cavad
CAVADOV |
3. | 38774/22 | Əliyev Azərbaycana qarşı | 05/08/2022 | Imran
Bagır oglu ƏLIYEV 1989, Bakı |
Cavad
CAVADOV |
4. | 42111/22 | Cahangir Azərbaycana qarşı | 16/08/2022 | Səadət
Qabil qızı CAHANGIR 1968, Bakı |
Tural
AGAYEV |