№4940/10 BABASAHİB BABAYEV AZƏRBAYCANA QARŞI – 28 MART 2019-Cİ İL

 

BEŞİNCİ BÖLMƏ

 

QƏRARDAD

Ərizə №4940/10

Babasahib Baba oglu BABAYEV Azərbaycana qarşı

 

 

 

28 mart 2019

STRASBURQ

 

Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə), 5 Mart 2019-cu il tarixində aşağıdakı heyətdən ibarət Komitədə toplaşaraq:

André Potocki, Sədr,
Marišš Mits,
Lətif Hüseynov, hakimlər,
və Milan Blaško, İclasın Katibi,

11 yanvar 2010-cu il tarixli yuxarıdakı ərizəni nəzərə alaraq,

Cavabdeh Hökümət tərəfindən təqdim edilmiş müşahidələri və ərizəçinin cavab olaraq təqdim etdiyi təqdimatları nəzərə alaraq,
Müşavirədən sonra aşağıdakı qərarı qəbul edir:

FAKTLAR

1. Ərizəçi cənab Babasahib Baba oglu Babayev, Azərbaycan vətəndaşıdır, 1959-cu ildə anadan olub və Bakı şəhərində yaşayır. Onu Məhkəmə qarşısında Bakıda fəaliyyət göstərən vəkil cənab N. Ismayılov təmsil edib.

2. Azərbaycan Hökuməti (“Hökumət”) onun nümayəndəsi cənab Ç. Əsgərov tərəfindən təmsil olunub.

A. İşin halları

3. İşin halları tərəflər tərəfindən təqdim edildiyi şəkildə, aşağıdakı kimi ümumiləşdirilə bilər.

4. 3 iyul 1997-ci ildə Səbail Rayon İcra Hakimiyyəti (“SRİH”) ərizəçiyə və onun ailə üzvlərinə Bakı şəhərinin başqa bir rayonu olan Binəqədidə yerləşən mənzilə münasibətdə yaşayış icazəsinin verilməsi (yaşayış orderi) ilə bağlı sərəncam verdi.

5. Sözügedən mənzil H.İ. və 1992-ci ildən bəri məcburi köçkün olan ailə üzvləri tərəfindən qanunsuz olaraq zəbt edilmişdi.

6. 3 iyul 1997-ci il tarixli sərəncamda göstərilirdi ki, mənzildə yaşayan məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra ərizəçiyə yaşayış icazəsi verilməlidir.

7. 3 sentyabr 1997-ci il tarixdə SRİH ərizəçi və onun ailə üzvlərinə həmin mənzilə münasibətdə yaşayış icazəsi verdi. Ancaq onlar məcburi köçkünlər tərəfindən zəbt edildiyinə görə, mənzilə daxil ola bilmədilər. Buna baxmayaraq, ərizəçinin bildirdiyinə görə, o, mənzil və kommunal xidmətləri üçün tam şəkildə vəsait ödəmişdi. Bununla əlaqədar olaraq o, üç faktura sənədlərinin surətlərini Məhkəməyə təqdim etdi. Göründüyü kimi, 13 avqust 2007-ci il tarixdə və 19 və 20 fevral 2008-ci ildə 1997-ci ilə qədər uzanan dövr üçün üç müxtəlif ödəniş edib.

8. Müəyyən edilməmiş tarixlərdə ərizəçi və onun ailə üzvləri sözügedən mənzilin ünvanında qeydiyyata alınıblar.

9. 31 iyul 2008-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti (“BRİH”) Binəqədi Rayon Məhkəməsində ərizəçi və SRİH-nə qarşı iddia qaldırdı, qanunsuz verilməsi əsası ilə ərizəçinin yaşama icazəsinin etibarsız elan edilməsini tələb etdi.

10. 29 avqust 2008-ci il tarixdə Binəqədi Rayon Məhkəməsi Mənzil Məcəlləsinin 48-ci maddəsinə (aşağıda 17-ci bənd) söykənərək, yaşayış mənzilinə sərəncam verilən zaman mənzilin “boş” olmadığını müəyyən edərək iddianı təmin etdi.

11. Müəyyən edilməmiş bir tarixdə ərizəçi Bakı Apelyasiya Məhkəməsinə müraciət etdi, məcburi köçkünlər tərəfindən zəbt edilməsinə baxmayaraq mənzilin qanuni mənada boş olduğunu, məcburi köçkünlərin həmin mənzilə yerləşmək üçün sənədlərə əsaslanan hüquqlarının mövcud olmadığını iddia etdi. Daha sonra ərizəçi, mənzilin on bir il əvvəl ona verilmiş olması səbəbindən iddianın qanuni iddia müddətinin xaricində verildiyini iddia etdi.

12. 23 iyul 2009-cu il tarixdə Bakı Apelyasiya Məhkəməsi apelyasiya şikayətini təmin etdi, rayon məhkəməsinin qərarını ləğv etdi və mənzilin zəbt edilməsinə baxmayaraq, yaşayış icazəsinin qanuni verildiyini bildirdi – qeyd etdi ki, məcburi köçkünlərin heç bir sənədləşdirilmiş hüququ olmadığı üçün mənzil boş idi.

13. BRİH apellyasiya instansiyasının bu qərarından şikayət etdi.

14. 17 noyabr 2009-cu il tarixdə Ali Məhkəmə BRİH-in iddiasını təmin edərək, Apelyasiya Məhkəməsinin qərarını ləğv etdi. Ali Məhkəmə, Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsaslandı, qeyd etdi ki, yaşayış icazəsi qanunsuz olaraq verilib, müəyyən etdi ki, yaşayış icazəsi verilərkən mənzilin yalnız hüquqi baxımdan deyil, həm də əslində boş olmalı idi.

15. Ali Məhkəmə, həmçinin, Mənzil Məcəllənin 48-ci maddəsinə əsasən, SRİH-nin Binəqədi rayonu ərazisində yerləşən bir mənzilə görə yaşamaq icazəsi vermək səlahiyyətində olmadığını da müəyyən etdi.

16. Qanunla müəyyən edilmiş iddia müddəti ilə bağlı iddialara gəldikdə, Ali Məhkəmə müəyyən etdi ki, iddiaçı bu məsələdən yalnız 2008-ci ildə, ərizəçinin mənzilin kommunal xidmətlərinə görə pul ödəməyə başladığı dövrdə xəbərdar olub. Bu durumda, Mənzil Məcəlləsinin 49-cu maddəsini və Mülki Məcəllənin 377-ci maddəsini (aşağıda 17 və 19-cu maddələrə baxın) tətbiq edən Ali Məhkəmə iddianın qanuni iddia müddəti çərçivəsində verildiyini bildirdi.

B. Uyğun daxili qanunvericilik

17. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin maddi vaxtda qüvvədə olan uyğun müddəaları aşağıdakı kimi təqdim olunur:

Maddə 48

“Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.
Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər.
…”

Maddə 49

“Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər.
Orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi kündən etibarən üç il ərzində irəli sürülə bilər.”

18. 1 sentyabr 2000-ci il tarixindən əvvəl qüvvədə olan qüvvədən düşmüş Mülki Məcəllənin uyğun müddəaları aşağıdakı kimi təqdim edilib:

Maddə 73

“İddia yolu ilə hüquqları pozulmuş şəxsin hüquqlarının qorunması üçün ümumi müddət (iddia müddəti) … üç ildir.””

Maddə 78

“İddia müddəti müddəti iddia hüququ yarandığı gündən başlayır; iddia hüququ şəxsin xəbərdar olduğu və ya hüququnun pozulduğunu bilməli olduğu tarixdə yaranır. … ”

19. 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Mülki Məcəllənin 377-ci maddəsinin müvafiq hissəsində aşağıdakılar göstərilir:

“377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir…”

20. 1 sentyabr 2000-ci il tarixindən qüvvəyə minən Mülki Məcəllənin 1100-cü maddəsi aşağıdakı məzmundadır:

“Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.”

ŞİKAYƏT

21. Ərizəçi Konvensiyanın 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsaslanaraq, yaşayış icazəsi verilən mənzilə hüquqlarından qanunsuz olaraq məhrum edilməsindən şikayət edib.

QANUNVERİCİLİK

22. Ərizəçi mənzilə yaşayış icazəsi verildiyi halda qanunsuz olaraq mənzilinə hüquqlarından məhrum olunmasından, yaşayış icazəsininin etibarsız elan edilməsindən şikayət edib. O, şikayətlərində Konvensiyanın 1 nömrəli Protokolunun 1-ci maddəsinə söykəndi:

“Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.”

A. Tərəflərin təqdimatı

23. Hökumət daxili məhkəmələrin qənaətlərinə istinad etdi və şikayətin Konvensiyanın müddəalarına uyğun olmadığını bildirdi, çünki bu müddətdə verilmiş yaşamaq icazəsi qanunsuz idi və beləliklə, ərizəçi 1 nömrəli Protokolun 1-ci maddəsinin mənasında “sahibliyə” malik deyildi.

24. Ərizəçi yaşayış icazəsinin qanuni olduğunu və daxili məhkəmələrin daxili qanunvericiliyi yanlış təfsir edib, səhv tətbiq etdiyini iddia edərək, Hökumətin təqdimatı ilə razılaşmadı. Xüsusilə, bildirdi ki, Mənzil Məcəlləsinin 48-ci maddəsi yaşayış üçün icazə sənədinin müvafiq əmlakın yerləşdiyi yerli icra hakimiyyəti orqanı tərəfindən verilməsini tələb etmir və Mənzil Məcəlləsinin 48-ci maddəsində yer alan “boş” ifadəsinin, gerçək anlamında boş yox, qanuni baxımdan “boş” mənasına gəlir. Ərizəçi son olaraq, iddia etdi ki, ona qarşı iddia qanunla müəyyən edilmiş müddət xaricində verilib.

B. Məhkəmənin əsaslandırması

25. Məhkəmə hökümətin uyğunsuzluq ratione materiae ilə bağlı etirazını nəzərdən keçirməyə ehtiyac görmür, çünki bu mənzilin ərizəçinin sahibliyində olduğu güman edilsə belə, şikayət istənilən halda aşağıdakı səbəblərə görə qəbuledilməz elan edilməlidir.

26. Yuxarıda qeyd edildiyi kimi, Məhkəmə bu şikayətin məqsədləri üçün ərizəçinin iddiasının yaşayış icazəsinin ləğv edildiyi perioddan əvvəlki müddətdə 1 sayılı Protoklolun 1-ci maddəsi çərçivəsindəki “sahiblik” icazsəinə olduğunu qəbul edərək davam edəcək (müqayisə edin və qarşılaşdırın Akimova Azrbaycana qarşı, № 19853/03, §§ 40-41, 27 sentyabr 2007). Beləliklə, yaşayış icazəsinin ləğv edilməsi, 1 saylı Protokolun 1-ci maddəsinin birinci abzasının ikinci cümləsinindəki mənada daxilində sahiblik hüququndan məhrum edilməyə səbəb oldu. Buna görə Məhkəmə müdaxilənin əsaslandırmasını həmin müddəanın tələbləri nəzərə alınmaqla araşdırmalıdır.

27. Məhkəmə bir daha bildirir ki, 1 sayılı Protokolun 1-ci maddəsi ilə qorunan bir hüquqa müdaxilənin bu müddəaya uyğun hesab edilməsi üçün onun qanuni olması vacibdir (bax: Béláné Nagy, Macarıstana qarşı. [BP], № 53080 / 13, § 112, 13 dekabr 2016). Üstəlik, dövlət orqanının əmlakın dinc şəkildə istifadəsinə hər hansı bir müdaxiləsi yalnız qanuni ictimai (və ya ümumi) maraqlara xidmət etdiyi təqdirdə haqlı ola bilər. Milli hakimiyyətlər öz cəmiyyətlərini və onun ehtiyaclarını beynəlxalq hakimdən daha yaxşı bildikləri üçün ictimai mənafedə nəyin olduğu barədə daha yaxşı qərar verə bilərlər (eyni mənbədə, § 113). Bundan əlavə, 1sayılı Protokolun 1-ci maddəsi hər hansı bir müdaxilənin həyata keçirilmək istədiyi məqsədə proporsional şəkildə mütənasib olmasını tələb edir. Lazımi ədalətli tarazlıq, əlaqəli şəxsin fərdi və həddindən artıq yükləndiyində əldə edilməyəcəkdir (eyni mənbədə, § 115).

28. Hazırkı işə nəzər saldıqda, Məhkəmə yerli məhkəmələrin Mənzil Məcəllənin (yuxarıdakı 17-ci paraqrafa bax) müvafiq müddəalarını tətbiq edərək yaşayış icazəsinin qanunsuz verildiyini (yuxarıdakı 14-16-cı paraqraflara bax) və ərizəçinin mənzildə yaşamaq icazəsinin etibarsızlığını elan etmdiyini müşahidə edir. Ərizəçinin mülkiyyət icazəsinin qanuni olması, daxili məhkəmələrin qanunu səhv interpritasiya edib və səhv tətbiq etdiyi və BRİH-nın tələbinin qanunla müəyyən edilmiş müddət xaricində (yuxarıdakı 24-cü paraqrafa bax) verildiyi barədə arqumentlərinə gəldikdə, Məhkəmə bir daha bildirir ki, onun daxili qanunvericiliyə uyğunluğu yoxlamaq səlahiyyətləri. İlk növbədə milli hakimiyyət orqanları, xüsusən də məhkəmələr hətta bu norma Konvensiyanın tələbi ilə milli qanunvericiliyə daxil edilmiş olsa belə daxili qanunvericiliyi şərh etməli və tətbiq etməlidirlər, çünki milli orqanlar bu əlaqədə yaranan problemlərin xarakterinə bələddir və bunları həll etmək üçün xüsusi ixtisaslaşıblar məhduddur (bax: Radomilja və başqaları Xorvatiyaya qarşı [BP], № 37685/10 və 22768/12, § 149, 20 mart 2018). Əvvəlki məlumatları nəzərə alaraq, Məhkəmə ərizəçinin yaşayış icazəsinin ləğvinin milli qanunvericiliyə uyğun olduğu qənaətindədir və Ali Məhkəmənin BDEA iddiasının qanuni müddətə uyğun verildiyi barədə əsaslandırılmış qərarını da əsaslı hesab edir (yuxarıdakı 16-cı paraqrafa bax).

29. Məhkəmə daha sonra müəyyən edir ki, mübahisəli tədbirin əsas məqsədi mənzil sahəsindəki ictimai maraq kəsb edən qanunçuluğun qorunmasıdır (müqayisə: Bubiub Xorvatiya qarşı, № 23677/07, § 40, 9 iyul 2009).

30. Ictimai maraq və ərizəçinin marağı arasında ədalətli tarazlığın pozulduğunu araşdırarkən, Məhkəmə, ilk növbədə qeyd edir ki, məcburi köçkünlər yaşayış icazəsinin ərizəçiyə verildiyi vaxtdan artıq beş ildir mənzildə yaşayırdılar.Məhkəmə daha sonra qeyd edir ki, ərizəçi SRİH-nın 3 iyul 1997-ci il tarixli sərəncamına əsasən mənzildə yaşamış məcburi köçkünlər öz evlərinə (yuxarıdakı 6-cı paraqrafa bax) qayıtdıqdan sonra yaşayış icazəsi ərizəçiyə verilməli olduğu faktıdan xəbərdar idi və ya bilməli idi. Buna baxmayaraq, 3 sentyabr 1997-ci ildə SRİH məcburi köçkünlərin hələ də olmalarına baxmayaraq yaşayış icazəsini ərizəçiyə verdi. Belə bir vəziyyətdə, icazə rəsmi olaraq ərizəçiyə mənzilə sahib olmaq hüququnu versə də, o, mənzilə sahib ola və praktik baxımdan bu hüquqlardan istifadə edə bilmədi.

31. Bu vəziyyət icazənin nəticədə ləğv edilməsindən təxminən on bir il ərzində davam etdi. Bu müddət ərzində ərizəçi heç bir halda məsələni həll etməyə cəhd etməyib. Məsələn, mənzilə yerləşən məcburi köçkünlərə qarşı məcburi çıxarılma barədə yerli məhkəmələrə müraciət etməyib (müqayisə edin, məsələn, yuxarıda göstərilən Akimova, §§ 10-11 və Gülməmmədova, Azərbaycana qarşı, № 38798/07, §§ 9-10, 22 aprel 2010). Nəhayət, bu vəziyyət BRİH-nın iddiasından sonra yerli məhkəmələr ərizəçiyə yaşayış icazəsinin qanunsuz verildiyi aşkar edildikdə son qoyuldu. Hətta ərizəçinin qanunsuz icazənin verilməsi səbəbindən ziyan gördüyünü güman edirdisə, o dövlətdən kompensasiya tələb edə bilərdi (yuxarıdakı 20-ci paraqrafa bax). Bu şəraitdə Məhkəmə, icazənin geri götürülməsinin ərizəçiyə əsassız bir yük gətirmədiyini düşünür.

32. Yuxarıda göstərilən mülahizələr Məhkəməni 1 sayılı Protokolun 1-ci maddəsinin hazırkı işdə tətbiq oluna bilsə belə şikayət edilən müdaxilənin disproporsional olmadığı və ya Konvensiyanın 1 sayılı Protokolunun 1-ci maddəsinə zidd olmadığı qənaətinə gəlməsi üçün kifayətdir.

33. Yuxarıda qeyd edilən mülahizələrdən aydın olur ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü (a) və 4-cü bəndlərinə əsasən, açıq şəkildə əsassızdır və buna görə qəbuledilməzdir.

Bu səbəblərə görə Məhkəmə, yekdilliklə,

Elan edir ki, ərizə qəbuledilməzdir.

İngilis dilində hazırlanıb və yazılı şəkildə 28 mart 2019-cu il tarixdə açıqlanıb.

Milan Blaško                                   André Potocki
Iclasin katibi                                   Sədr