№48710/13 Qüdrət Ağayev Azərbaycana qarşı – 10 iyun 2022

 

Avropa Şurası Nazirlər Komitəsi

Qətnamə CM/ResDH(2022)122

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının icrası

Qüdrət Ağayev Azərbaycana qarşı (48710/13)

Qərardad

 

(10 iyun 2022-ci il tarixli 1436-cı iclasda Nazirlər Komitəsi tərəfindən qəbul edilib)

Qərarın tarixi – 05/11/2020

Nazirlər Komitəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 39-cu maddəsinin 4-cü bəndinə əsasən, Avropa İnsan Haqları Məhkəməsinin qətnamələrində nəzərdə tutulan dostca anlaşmaların icrasına nəzarət olunmasını təmin edir (bundan sonra “Konvensiya” və “Məhkəmə”),

Bu işdə Məhkəmənin, cavabdeh dövlətin hökuməti ilə ərizəçi arasında əldə edilən dostca anlaşmanı rəsmi qeydə aldığını və bu anlaşmanın Konvensiyada və ya onun Protokollarında müəyyən edilmiş insan hüquqlarına hörmətə əsaslandığına əmin olaraq, yekdilliklə bu məhkəmə işinin siyahıdan çıxarılmasına qərar verir;

Dostca anlaşma şərtlərinin cavabdeh dövlətin hökuməti tərəfindən yerinə yetirildiyinə əmin olaraq (bax: DH-DD(2022)490 sənədi);

Bu məhkəmə işində Konvensiyanın 39-cu maddəsinin 4-cü bəndinin şərtlərinə əməl edildiyini bəyan edir;

Qərarın icrasının incələnməsinin qapadılmasına qərar verir.