3 oktyabr 2022-ci il tarixdə dərc edilib
BEŞİNCİ BÖLMƏ
Ərizə nömrəsi 47347/18
Taleh BAĞIROV və Başqaları Azərbaycana qarşı
28 Sentyabr 2018-ci ildə daxil olub
12 Sentyabr 2022-ci il tarixdə hökumətlə kommunikasiya edilməyə başlanılıb.
MƏHKƏMƏ İŞİNİN MÖVZUSU
Hazırkı məhkəmə işi ayrı-ayrı ərizəçilərə qarşı cinayət təqibinin ədalətsiz olması iddiaları ilə bağlıdır. Bundan başqa dini etiqad azadlığı, ifadə azadlığı, toplaşmaq və birləşmək azadlığı hüququnun pountusu iddiası, fərdi şikayət etmək hüququnun pozuntusu iddiası və ərizəçilərin hüquqlarının Konvensiyada nəzərdə tutulan məqsədlərdən kənar məhdudlaşdırılması iddialarına aiddir.
Ərizəçilərdən Fuad Qəhrəmanlı istisna olmaqla, yerdə qalan fərdi ərizəçilər, 2015-ci ilin əvvəlində ərizəçi Taleh Bağırov tərəfindən yaradılmış “Müsəlman Birliyi” (“MB”) adlanan, rəsmi qeydiyyatdan keçməmiş dini hərəkat olan ərizəçi təşkilatın üzvləri və ya tərəfdarlarıdır. Ərizəçi Fuad Qəhrəmanlı jurnalistdir, həm də Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavinidir.
26 noyabr 2015-ci ildə “Nardaran hadisələri” adlanan olaylar baş verib, həmin hadisələr zamanı və ondan sonra ayrı-ayrı ərizəçilər həbs ediliblər. Həmin gün Daxili İşlər Nazirliyinin (DİN) silahlı polis əməkdaşları Əbülfəz Bünyatovun (365/20 saylı ərizə daxilində şikayətinə baxılan ərizəçilərdən biri) Bakının Nardaran qəsəbəsində yerləşən, çoxlu insanın, o cümlədən, ərizəçilərin əksəriyyətinin iştirak etdiyi dini toplantının keçirildiyi evinə daxil olaraq, əməliyyat keçiriblər.
Polisin tərtib etdiyi məlumatlara görə, əməliyyat, Taleh Bağırovun və digər şəxslərin, o cümlədən, zorakılıq yolu ilə dövlət hakimiyyətini ələ keçirməyə, kütləvi iğtişaşlar, terror aktları törətməyə, silahlı birləşmələr təşkil etməyə və silah əldə etmək məqsədilə toplaşdıqları barədə daxil olmuş əməliyyat məlumatı əsasında təşkil edilib.
Əməliyyat zamanı atışma baş verib, nəticədə altı nəfər (toplantıda iştirak edən dörd Nardaran sakini və iki polis əməkdaşı) həlak olub və bir çoxları, o cümlədən, ərizəçi Əbülfəz Bünyatov yaralanıb. Polisin qeydlərinə görə, hadisə yerindən, silahlar, partlayıcı maddələr də daxil olmaqla, zorakılıq çağırışları olan bukletlər aşkar edilərək götürülüb.
Ərizəçilərə görə, Nardaran hadisələri zamanı ümumilikdə yetmişdən çox insan saxlanılıb.
Ərizəçilərdən Fuad Qəhrəmanlı 26 noyabr 2015-ci il tarixli dini toplantıda iştirak edənlərin arasında olmayıb. O, 2015-ci il dekabrın 8-də Facebook-da, o cümlədən Nardaran hadisələri zamanı və ondan sonra hökumətin addımlarını tənqid etdiyinə görə həbs edilib. O, Taleh Bağırova qarşı cinayət işinin siyasi motivli və uydurma olduğunu iddia etmişdi.
Daha sonra bütün fərdi ərizəçilər eyni cinayət işi çərçivəsində mühakimə olunublar. Ərizəçi Fuad Qəhrəmanlı kütləvi iğtişaşlar törətməyə çağırışlarda, dövlət əleyhinə ictimai çağırışlarda, zorakılıq tətbiq etməklə və ya zorakılıq tətbiq etməklə hədəsilə milli, irqi və ya dini düşmənçiliyi qızışdırmaqda təqsirli bilinib. Digər bütün fərdi ərizəçilər, mütəşəkkil cinayətkar qrup tərəfindən qəsdən adam öldürmə, terror törətməyə hazırlıq, terrorçuluğa açıq çağırışlar, kütləvi iğtişaşlar törətməyə çağırışlar kimi cinayətlər daxil olmaqla, ərizəçi təşkilat MB-nin üzvləri və ya tərəfdarları olaraq bir sıra ağır cinayətlərə – qanunsuz olaraq silah, partlayıcı maddələr və s. əldə etmə, saxlama və gəzdirmə, hakimiyyəti zorakılıqla ələ keçirmə, silahlı birləşmələr və ya qruplar yaratma, bir qrup şəxs tərəfindən dövlət əleyhinə açıq çağırışlar, mütəşəkkil cinayətkar qrup tərəfindən milli, irqi və ya dini düşmənçiliyin qızışdırılması və hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zorakılıq əməllərinə görə məhkum ediliblər. Ərizəçi Abbas Hüseynov əlavə olaraq qrup halında ictimai asayişi pozan hərəkətləri təşkil etməkdə və bu hərəkətlərdə iştirak etməkdə təqsirli bilinib.
Fərdi ərizəçilər on ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunublar.
1 mart 2018-ci il tarixdə Ali Məhkəmə cinayət prosesi üzrə yekun qərar çıxarıb (qərar 5 aprel 2018-ci il tarixdə fərdi ərizəçilərin vəkillərinə təqdim olunub).
Fərdi ərizəçilər məhkum olunmazdan əvvəl DİN və Baş Prokurorluq Nardaran hadisələri ilə bağlı media üçün açıqlama verib.
Fərdi ərizəçilərin hamısı Məhkəmə qarşısında, məhkumluqlarının pis rəftar nəticəsində əldə edilmiş öz əleyhlərinə ifadələr kimi uydurma və başqa cür qanunsuz sübutlara əsaslandığını, onlara qarşı cinayət prosesinin Konvensiyanın 6-cı maddəsinin 1 və 3 (a), (b), (c) və (d) bəndləri çərçivəsindəki ədalətli məhkəmə araşdırması ilə bağlı müxtəlif təminatlarin pozulduğunu iddia edirlər.
Ərizəçilərin hamısı həmçinin, DİN və Baş Prokurorluğun mediaya açıqlamasında cinayət törətməkdə təqsirli bilinməzdən əvvəl cinayətkar kimi göstərilmələri səbəbindən, Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən təqsirsizlik prezumpsiyası hüquqlarına müdaxilənin baş verməsindən şikayət ediblər.
Bunlardan başqa, Fuad Qəhrəmanlı istisna olmaqla, həbslərinin və onlara qarşı irəli sürülən ittihamların din azadlığı, toplaşmaq və birləşmək azadlığı hüquqlarını pozduğu, siyasi səbəblərdən və MB ilə əlaqələri səbəbindən həbs və mühakimə olunduqlarını iddia edən fərdi ərizəçilərin hamısı Konvensiyanın 9 və 11-ci maddələri və Konvensiyanın 6, 9 və 11-ci maddələri ilə birlikdə götürülməklə, Konvensiyanın 18-ci maddəsinə əsasən də şikayət ediblər. Ərizəçilər iddia ediblər ki, nə MB-nin üzvü və ya tərəfdarları olaraq, nə də MB-nin özünün zorakılıq və ya başqa cinayət niyyəti olmayıb və onlara qarşı icraat uydurma olub.
Ərizəçi təşkilat, MB, Konvensiyanın 9 və 11-ci maddələrinə və Konvensiyanın 9 və 11-ci maddələri ilə birlikdə götürülməklə 18-ci maddəsinə əsasən, üzvləri və ya tərəfdarları olan fərdi ərizəçilərin həbsinin və məhkum edilməsinin məqsədinin və təsirinin təşkilatın fəaliyyətini əngəlləmək olduğunu iddia edib.
Ərizəçi Fuad Qəhrəmanlı Konvensiyanın 10-cu maddəsinə və Konvensiyanın 6 və 10-cu maddələri ilə birlikdə götürülməklə 18-ci maddəsinə əsaslanaraq, onun həbsinin və məhkum edilməsinin ifadə azadlığı hüququnu pozmasından, hakimiyyətə qarşı fəal siyasi müxalif olduğuna görə qəsdən hədəfə alınmasından şikayət edib.
Ərizəçilərdən Abbas Hüseynov onun Konvensiyanın 34-cü maddəsi ilə təminat altına alınan fərdi şikayət hüququnun pozulmasından şikayət edib. Bununla bağlı o bildirib ki, Qobustan həbsxanasında saxlanılan zaman, məhkəməyə təqdim edilməsi üçün yazılı ifadəsini vəkilinə, cənab Fariz Namazlıya verib. Ancaq həbsxana rəhbərliyi həmin ifadəni vəkilindən alıb, müsadirə edib.
TƏRƏFLƏRƏ SUALLAR
1. Ərizəçilər onlarla bağlı cinayət ittihamlarının müəyyən edilməsi zamanı Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq, ədalətli mühakimə haqqına sahib idilərmi? Xüsusilə, ərizəçilərin əsaslandırılmış qərar əldə etmək hüququna, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə hörmət edilibmi? Ərizəçilərə onların əleyhinə olan sübutları mübahisələndirmə, lehlərinə olan sübutları təqdim etmək və bu cür sübutların məhkəmə tərəfindən qiymətləndirilməsi üçün adekvat imkanlar yaradılmışdımı?
2. Hazırkı işdə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələbləri işığında açıq məhkəmə dinləmələri keçirilibmi?
3. Konvensiyanın 6-cı maddəsinin 3-cü (a) bəndində tələb olunduğu kimi, ərizəçilərə onlara qarşı irəli sürülən ittihamın mahiyyəti və əsasları barədə operativ və kifayət qədər ətraflı məlumat verilibmi? Xüsusilə, ittiham aktında ərizəçilərə qarşı irəli sürülən ittihamların həm faktiki, həm də hüquqi əsasları aydın göstərilibmi?
4. Ərizəçilərə Konvensiyanın 6-cı maddəsinin 3-cü (b) bəndinin tələblərinin işığında öz müdafiələrini hazırlamaları üçün adekvat vaxt və şərait təmin edilibmi?
5. Prosesin məhkəməyəqədər mərhələsində ərizəçilərin hüquqi yardım almaq hüququna əməl edilibmi?
6. Ərizəçilər Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (c) bəndində tələb olunduğu kimi, özlərinin seçdikləri hüquqi yardım vasitəsilə müdafiə oluna biliblərmi?
7. Məhkəmə araşdırması zamanı ərizəçilərə vəkilləri ilə konfidensial əlaqə qurmaq və məhkəmə iclaslarında səmərəli iştirak etmək üçün adekvat imkanlar təmin edilibmi?
8. Ərizəçilər Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (d) bəndində tələb olunduğu kimi, onlara qarşı olan şahidləri dindirə bildilərmi? Ərizəçilərə Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (d) bəndində tələb olunduğu kimi, onların adından şahidlərin iştirakı imkanı verilibmi?
9. Hazırkı işlərdə Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi ilə təminat altına alınan təqsirsizlik prezumpsiyası hüququna, xüsusilə DİN və Baş Prokurorluğun mediaya açıqlamalarının işığında hörmət göstərilibmi? Ərizəçilər daxili müdafiə vasitələrinin tükənməsi tələbinə və altı aylıq qaydaya əməl ediblərmi?
10. Ərizəçilərdən Fuad Qəhrəmanlı istisna olmaqla, Konvensiyanın 9-cu maddəsinin 1-ci və 11-ci bəndinin 1-ci bəndinin mənasında bütün ərizəçilərin din, toplaşma və birləşmək azadlığına müdaxilə baş verbmi? Əgər baş veribsə, bu müdaxilə, qanunda nəzərdə tutulmuşdumu və 9-cu maddənin 2-ci və 11-ci maddənin 2-ci bəndi baxımından zəruri idimi?
11. Hazırkı işin şərtlərinin işığında Konvensiyanın 18-ci maddəsi 6-cı maddə ilə birlikdə tətbiq edilirmi (bax: İlqar Məmmədov Azərbaycana qarşı (№ 2), № 919/15, § 261, 16 noyabr 2017-ci il)?
12. Dövlətin F.Qəhrəmanlı istisna olmaqla, Konvensiyanın 6, 9 və 11-ci maddələrinə uyğun olaraq fərdi ərizəçilərə qarşı tətbiq etdiyi məhdudiyyətlər, Konvensiyanın 18-ci maddəsinə zidd olaraq, həmin müddəalarda nəzərdə tutulan məqsədlərdən başqa məqsədlər üçünmü tətbiq edilmişdi?
13. Dövlətin ərizəçi təşkilata qarşı Konvensiyanın 9 və 11-ci maddələrinə uyğun olaraq tətbiq etdiyi məhdudiyyətlər, Konvensiyanın 18-ci maddəsinə zidd olaraq, həmin müddəalarda nəzərdə tutulan məqsədlərdən başqa məqsədlər üçün tətbiq edilibmi?
14. Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndinin işığında ərizəçilərdən Fuad Qəhrəmanlının ifadə azadlığına, xüsusən də onun məlumat və ideyaları yaymaq hüququna müdaxilə edilibmi? Əgər belədirsə, bu müdaxilə qanunla nəzərdə tutulmuşdumu və 10-cu maddənin 2-ci bəndi baxımından zəruri idimi?
15. Dövlətin Konvensiyanın 6 və 10-cu maddələrinə uyğun olaraq, ərizəçi F.Qəhrəmanlıya qarşı tətbiq etdiyi məhdudiyyətlər, Konvensiyanın 18-ci maddəsinə zidd olaraq, həmin müddəalarda nəzərdə tutulan məqsədlərdən başqa məqsədlər üçün tətbiq edilmişdimi?
16. Hazırkı işdə Dövlət tərəfindən, ərizəçilərdən Abbas Hüseynovun Konvensiyanın 34-cü maddəsi ilə təminat altına alınan fərdi şikayət hüququndan səmərəli istifadə etməsinə, vəkili cənab Fariz Namazlıya verdiyi əlyazma şəklində ifadəsinin müsadirə olunması səbəbindən müdaxilə baş veribmi?
Tərəflərdən öz cavablarını və təqdimatlarını təsdiq edən zəruri sənədli sübutları, o cümlədən daxili məhkəmələrin hökm və qərarlarının surətlərini, məhkəmə iclaslarının stenoqramlarını və ərizəçilərin apellyasiya şikayətlərini və tələblərini təqdim etmələri xahiş olunur.
CƏDVƏL
Ərizəçilərin siyahısı
No. | Ərizə nömrəsi | Doğum tarixi,
Milliyəti, İqamət yeri |
Təmsil olunub | |
1. | Taleh Kamil oglu BAĞIROV | 1984
Azərbaycanlı Bakı |
Filip Liç
Zibeydə Sadiqova Elçin Sadıqov Fariz Namazli Yalchin Imanov Jessica Gavron Ramute Remezaite |
|
2. | Şamil Adil oglu ABDULALIYEV | 1985
Azərbaycanlı Bakı |
Filip Liç
Zibeydə Sadiqova Elçin Sadıqov Jessica Gavron Ramute Remezaite |
|
3. | Bəhruz Rahib oglu ƏSGƏROV | 1987
Azərbaycanlı Bakı |
Filip Liç
Yalçın Imanov Jessica Gavron Ramute Remezaite |
|
4. | Cahad Bala Hüseyn oglu BABAKIŞİZADƏ | 1997
Azərbaycanlı Bakı |
Filip Liç
Fariz Namazli Jessica Gavron Ramute Remezaite |
|
5. | Fərhad Nəsraddin oglu BALAYEV | 1984
Azərbaycanlı Masallı |
Filip Liç
Fariz Namazli Jessica Gavron Ramute Remezaite |
|
6. | Alibala Cavad oglu VƏLIYEV | 1980
Azərbaycanlı Bakı |
Filip Liç
Nemət Kərimli Jessica Gavron Ramute Remezaite |
|
7. | Abbas Abdülrahman oglu QULIYEV | 1995
Azərbaycanlı Bakı |
Filip Liç
Nemat Karimli Fəxrəddin Mehdiyev Jessica Gavron Ramute Remezaite |
|
8. | Abbas Məmmədbagir oglu HÜSEYNOV | 1987
Azərbaycanlı Bakı |
Filip Liç
Fariz Namazli Yalçın Imanov Jessica Gavron Ramute Remezaite |
|
9. | Aqil Azər oglu ISMAYILOV | 1995
Azərbaycanlı Bakı |
Filip Liç
Yalçın Imanov Jessica Gavron Ramute Remezaite |
|
10. | Etibar Rasim oglu ISMAYILOV | 1963
Azərbaycanlı Bakı |
Filip Liç
Nemat Karimli Jessica Gavron Ramute Remezaite |
|
11. | Cabbar Əmirxan oglu CABBAROV | 1985
Azərbaycanlı Bakı |
Filip Liç
Zibeydə Sadiqova Elçin Sadıqov Jessica Gavron Ramute Remezaite |
|
12. | Rasim Mirzə Baba oglu CƏBRAYILOV | 1982
Azərbaycanlı Bakı |
Filip Liç
Zibeydə Sadiqova Elçin Sadıqov Jessica Gavron Ramute Remezaite |
|
13. | Ibrahim Məmməd oglu XUDAVERDIYEV | 1960
Azərbaycanlı Bakı |
Filip Liç
Yalçın Imanov Jessica Gavron Ramute Remezaite |
|
14. | Ramin Məhərrəm oglu YARIYEV | 1998
Azərbaycanlı Bakı |
Filip Liç
Zibeydə Sadiqova Elçin Sadıqov Yalçın Imanov Jessica Gavron Ramute Remezaite |
|
15. | Zakir Tapdig oglu MUSTAFAYEV | 1977
Azərbaycanlı Bakı |
Filip Liç
Yalçın Imanov Jessica Gavron Ramute Remezaite |
|
16. | Əli Həsrət oglu NURIYEV | 1991
Azərbaycanlı Bakı |
Filip Liç
Nemət Karimli Fəxrəddin Mehdiyev Jessica Gavron Ramute Remezaite |
|
17. | Abbas Hafiz oglu TAGIZADE | 1976
Azərbaycanlı Bakı |
Filip Liç
Fariz Namazli Jessica Gavron Ramute Remezaite |
|
18. | Fuad Əli oglu QƏHRƏMANLI | 1975
Azərbaycanlı Mehdabad |
Filip Liç
Yalçın Imanov Nemət Kərimli Fəxrəddin Mehdiyev Jessica Gavron Ramute Remezaite |
|
19. | MUSƏLMAN BİRLİYİ HƏRƏKATI | 2015-ci ildə yaradılıb
Bakı |
Khalig Mammad Siyabov (coordinator)
Philip Leach Fariz Namazli Jessica Gavron Ramute Remezaite |