№47145/14 Məmmədli Qrupu Azərbaycana qarşı (Aralıq Qətnamə) – 20-22 sentyabr 2022-ci il

 

Avropa Şurası Nazirlər Komitəsi

Aralıq Qətnamə CM/ResDH(2022)251

Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrası

Məmmədli Qrupu Azərbaycana qarşı

(Nazirlər Komitəsi tərəfindən 22 sentyabr 2022-ci il tarixdə keçirilmiş 1443-cü iclasda qəbul edilmişdir)

Ərizə İş Qərarın verilməsi Qəti olması
47145/14 MƏMMƏDLI 19/04/2018 19/07/2018
68762/14+ ƏLIYEV 20/09/2018 04/02/2019
63571/16 İBRAHİMOV VƏ MƏMMƏDOV 13/02/2020 13/06/2020
30778/15 XƏDİCƏ İSMAYILOVA (No.2) 27/02/2020 27/06/2020
68817/14 YUNUSOVA VƏ YUNUSOV (No. 2) 16/07/2020 16/10/2020
65583/13+ ƏZİZOV VƏ NOVRUZLU 18/02/2021 18/05/2021

Nazirlər Komitəsi, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın 46-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq, Komitənin, Avropa İnsan Hüquqları Məhkəməsinin yekun qərarlarının icrasına nəzarət olunmasını təmin edir (bundan sonra “Konvensiya” və “Məhkəmə”),

Bu məhkəmə işi qrupunda hər bir ərizəçiyə münasibətdə hökumətin öz tənqidçilərini, vətəndaş cəmiyyəti fəallarını, insan haqları müdafiəçilərini təqib etməsi üçün hüququn üstünlüyü prinbsipinə zidd olaraq, cinayət qanunvericiliyindən sui-istifadə etməklə əsassız və özbaşına həbs və məhkum etmənin narahatlıq doğuran modelini tətbiq etməsini ortaya çıxarmaqla, Konvensiyanın 5-ci maddəsi ilə bərabər götürülməklə, 18-ci maddəsinin pozuntusunun müyyən edildiyini yada salaraq;

Komitənin 1369-cu (mart 2020) (DH) və 1398-ci iclaslarında (mart 2021) (DH) qəbul edilmiş aralıq qətnamələr də daxil olmaqla, əvvəlki qərarlarını xatırladaraq, səlahiyyətliləri daha artıq gecikmə olmadan hər bir ərizəçi ilə bağlı bütün zəruri fərdi tədbirlərin görülməsini təmin etməyə çağırır və 1390-cı iclasında (Dekabr 2020) (DH) qəbul edilmiş qərara uyğun olaraq, bütün ərizəçilərin məhkumluğu ləğv edilənə qədər bu Qrup işinin insan haqları (DH) iclaslarının hər birində incilənməyə davam edəcəyini qeyd edərək;

Azərbaycan Ali Məhkəməsinin İlqar Məmmədov, Rəsul Cəfərov, Rəşad Həsənov, Zaur Qurbanlı, Üzeyir Məmmədli və Rəşadət Axundovun məhkumluqlarının ləğv edilməsini və qanunsuz həbs və azadlıqdan məhrum edilmələri nəticəsində dəymiş mənəvi ziyana görə onlara təzminatın ödənilməsini nəzərdə tutan qərarları xatırladaraq;

Əvvəlki çağırışlara rəğmən səlahiyyətlilərin bu məsələ ilə bağlı əldə edilmiş nəzərəçarpacaq irəliləyişləri göstərən fərdi tədbirlər haqqında hər hansı bilgi təqdim etmədiyini dərin əndişə ilə qeyd edərək;

Məhkəmənin İlqar Məmmədovla bağlı 29 may 2019-cu il tarixli qərarında (46-cı maddənin 4-cü bəndi) müəyyən edildiyi kimi, bu Qrup işində restitutio in integrum üçün ərizəçilərin məhkumluğunun ləğvi, onların cinayət qeydlərindən silinməsi və mülki və siyasi haqlarının tam bərpa olunması da daxil olmaqla, onlara qarşı irəli sürlümüş cinayət ittihamlarının digər bütün nəticələrinin təcili ortadan qaldırılmasının gərəkli olduğunu bir daha VURĞULAYIR.

Komitənin dəfələrlə etdiyi çağırışlara rəğmən, yerdə qalan ərizəçiləri məhkum edən hökmlərin hələ də qüvvədə olmasından və ərizəçilərin bəzilərinin 4 ildir ki, Ali Məhkəmə qarşısında baxılmasını gözləyən işlərində hər hansı əlavə irəliləyişin qeydə alınmasına dair heç bir əlamətin olmamasından dərin əndişəsini İFADƏ EDİR;

Ərizəçilərə qarşı əsassız cinayət təqibinin başlıca siyasi motivləri ilə bağlı Məhkəmənin bu Qrup üzrə müəyyən etdiyi nəticələrin işığında, ərizəçilərin işlərinin cözülməsində davam edən uğursuzluqların xüsusilə əndişə verici olmasının ALTINI CIZIR;

Bu səbəblərə görə, Azərbaycanın səlahiyyətli qurumlarını şiddətlə prioritet olaraq, bütün ərizəçilərlə bağlı bütün zəruri fərdi tədbirlərin görülməsini təmin etməklə, bu duruma dərhal son verməyə ÇAĞIRIR.