Avropa Şurası Nazirlər Komitəsi
1428-ci toplantı, 8-9 mart 2022 (DH)
H46-4 Məmmədli Qrupu Azərbaycana qarşı (Ərizə No. 47145/14)
Avropa Məhkəməsinin qəralarının icrasına nəzarət
Qətnamə
TƏMSİLÇİLƏR,
1. Avropa Məhkəməsinin bu məhkəmə işi qrupuna daxil olan hər bir ərizəçi ilə bağlı hökumətin öz tənqidçilərini, vətəndaş cəmiyyəti fəallarını, insan haqları müdafiəçilərini təqib etməsi üçün hüququn üstünlüyü prinbsipinə zidd olaraq cinayət qanunvericiliyindən sui-istifadə etməklə əsassız və özbaşına həbs və məhkum etmənin narahatlıq doğuran modelini tətbiq etməsini ortaya çıxarmaqla, Konvensiyanın 5-ci maddəsi ilə bərabər götürülməklə, 18-ci maddəsinin pozuntusunu tanıdığını xatırlatdılar;
Fərdi tədbirlərlə bağlı
2. Nazirlər Komitəsinin son yoxlamasından sonra həyata keçirilmiş fərdi tədbirlər barədə səlahiyyətli orqanlar tərəfindən heç bir məlumatın təqdim edilməməsini təəssüflə qeyd edir;
3. Səlahiyyətli qurumlara bu qrup işi üzrə qalan doqquz ərizəçinin məhkumluğunun təxirə salınmadan ləğv edilməsini təmin etmək üçün öz səlahiyyətləri daxilində bütün addımları atmaq çağırışını təkrarlayır;
Ümumi tədbirlərlə bağlı
4. Görülmüş ümumi tədbirlər haqqında səlahiyyətli qurumlar tərəfindən təqdim olunan məlumatları maraqla qeyd edir;
5. Hakimlərin onlara qarşı edilən təzyiqlər barədə Məhkəmə-Hüquq Şurasına məlumat vermək imkanının tətbiq edilməsini qiymətləndirir və səlahiyyətli qurumları Şura tərəfindən atıla biləcək addımlar və hakimlərin istifadə edə biləcəyi əlavə prosessual imkanlar barədə məlumat verməyə dəvət edir;
6. Korrupsiyaya Qarşı Dövlətlər Qrupunun (GRECO) müvafiq tövsiyələrini, xüsusən də Məhkəmə-Hüquq Şurasının tərkibi və onun məhkəmə müstəqilliyinin qorunması və möhkəmləndirilməsindəki əsas rolu ilə bağlı tövsiyələrini yerinə yetirmək çağırışını təkrarlayır;
7. Səlahiyyətli qurumları prokurorluq orqanlarının həbs qərarlarının Konvensiya ilə müəyyən edilən standartlara uyğunluğu barədə məlumatları təqdim etməyə dəvət edir;
8. Azərbaycan Ali Məhkəməsinin Plenumunun Rəşad Həsənov və başqaları Azərbaycana qarşı, İlqar Məmmədov Azərbaycana qarşı və Rəsul Cəfərov Azərbaycana qarşı işləri üzrə qərarlarının birinci və apellyasiya məhkəmələri tərəfindən lazımi qaydada nəzərə alınması üçün səlahiyyətli orqanları məqsədyönlü maarifləndirmə tədbirlərini həyata keçirməyə dəvət edir.