№47145/14 Məmmədli Qrupu Azərbaycana qarşı – 20-22 sentyabr 2022-ci il

 

Avropa Şurası Nazirlər Komitəsi

1443-cü toplantı, 20-22 sentyabr 2022 (DH)

H46-3 Məmmədli Qrupu Azərbaycana qarşı (Ərizə No. 47145/14)

Avropa Məhkəməsinin qəralarının icrasına nəzarət

Qətnamə

TƏMSİLÇİLƏR,

1. Avropa Məhkəməsinin bu məhkəmə işi qrupuna daxil olan hər bir ərizəçi ilə bağlı hökumətin öz tənqidçilərini, vətəndaş cəmiyyəti fəallarını, insan haqları müdafiəçilərini təqib etməsi üçün hüququn üstünlüyü prinbsipinə zidd olaraq cinayət qanunvericiliyindən sui-istifadə etməklə əsassız və özbaşına həbs və məhkum etmənin narahatlıq doğuran modelini tətbiq etməsini ortaya çıxarmaqla, Konvensiyanın 5-ci maddəsi ilə bərabər götürülməklə, 18-ci maddəsinin pozuntusunu tanıdığını xatırlatdılar;

Fərdi Tədbirlərlə bağlı

2. Qəbul edilmiş Aralıq Qətnamə CM/ResDH(2022)251;

Ümumi Tədbirlərlə bağlı

3. Hazırkı qrupda qalan ərizəçilərin məhkumluqlarının Ali Məhkəmə tərəfindən ləğv edilməsinin, qisasçı və sui-istifadə xarakterli həbslərə və təqiblərə qarşı sağlam milli məhkəmə təcrübəsini formalaşdıracaq əsas ümumi tədbir olaraq qaldığını bir daha vurğulayır;

4. Səlahiyyətliləri, Korrupsiyaya Qarşı Dövlətlər Qrupunun (GRECO) müvafiq tövsiyələrini, xüsusən də Məhkəmə-Hüquq Şurasının tərkibi və onun məhkəmə müstəqilliyinin qorunması və möhkəmləndirilməsindəki əsas rolu ilə bağlı tövsiyələrini yerinə yetirmək səylərini davam etditməyə təşviq edir;

5. Səlahiyyətli orqanlardan, korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının qəbulundan sonra ölkədaxili səviyyədə həyata keçirilən tədbirlərin nəticələri barədə Komitəyə məlumat verməyi xahiş edir;

6. Səlahiyyətlilərdən, dövlətin prokurorluq orqanları üçün təşkil edilmiş təlimləndirmə fəaliyyətlərinin, onların həbs qərarlarına təsiri, prokurorluq orqanlarının həbs qərarlarının Konvensiya standartlarına uyğunluğu barədə məlumatların təqdimatını davam etdirməyi xahiş edir;

7. Səlahiyyətliləri daxili məhkəmələrin Konvensiya standartlarına riayət etmək potensialını gücləndirmək üçün məqsədyönlü maarifləndirmə tədbirləri görməyə və Avropa Şurasının Azərbaycan üzrə 2022-2025-ci illər üçün Fəaliyyət Planı çərçivəsində Avropa Şurasının əməkdaşlıq proqramlarının köməyindən yararlanmağa dəvət edir;

8. Səlahiyyətli qurumları, tələb olunan ümumi tədbirlərin həyata keçirilməsi üçün atılan və ya atılması nəzərdə tutulan digər addımlar barədə Komitəni mütəmadi olaraq məlumatlandırmağa dəvət edir.