№47145/14 Anar Məmmədli Qrupu Azərbaycana qarşı – 5-7 iyun 2023-cü il


Avropa Şurası Nazirlər Komitəsi

1468-ci toplantı, 5-7 iyun 2023 (DH)

H46-3 Məmmədli qrupu Azərbaycana qarşı (Ərizə № 47145/14)

Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət

 

Qətnamə

 

Təmsilçilər,

1. Avropa Məhkəməsinin bu məhkəmə işi qrupuna daxil olan hər bir ərizəçi ilə bağlı hökumətin öz tənqidçilərini, vətəndaş cəmiyyəti fəallarını, insan haqları müdafiəçilərini təqib etməsi üçün hüququn üstünlüyü prinbsipinə zidd olaraq cinayət qanunvericiliyindən sui-istifadə etməklə əsassız və özbaşına həbs və məhkum etmənin narahatlıq doğuran modelini tətbiq etməsini ortaya çıxarmaqla, Konvensiyanın 5-ci maddəsi ilə bərabər götürülməklə, 18-ci maddəsinin pozuntusunu tanıdığını xatırlatdılar;

Fərdi tədbirlərə gəldikdə

2. Bu qrup işində restituio in integrum-un təcili olaraq qalan 7 ərizəçinin məhkumluqlarının ləğvini, onların cinayət qeydlərindən silinməsini və onlara qarşı irəli sürülən cinayət ittihamlarının bütün digər nəticələrinin, o cümlədən, mülki və siyasi hüquqlarının tam bərpası yolu ilə aradan qaldırılmasını tələb etdiyini xatırladır; Ali Məhkəmənin Plenumunun əvvəlki təcrübəsini yenidən tətbiq etməsi və qalan icraatların yubanmadan incələnməsini təmin etmək üçün mümkün olan bütün tədbirlərin həyata keçirilməsi ilə bağlı səlahiyyətli qurumlara yönəlik qəti çağırışlarını təkrarlayır;

Ümumi tədbirlərə gəldikdə

3. Bu qrup işində qalan ərizəçilərin məhkumluqlarının Ali Məhkəmə tərəfindən ləğv edilməsinin, qisasçı və sui-istifadə xarakterli həbslərə və təqiblərə qarşı sağlam və tutarlı milli məhkəmə təcrübəsini formalaşdıracaq əsas ümumi tədbir olaraq qalmağa davam etdiyini bir daha vurğulayır;

4. Hakimiyyət orqanlarına xüsusilə Məhkəmə Hüquq Şurasının tərkibini və fəaliyyətini Korrupsiyaya Qarşı Dövlətlər Qrupunun (GRECO) müvafiq tövsiyələrində nəzərdə tutulanlarla uyğun hala gətirməklə, məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etməklə bağlı səylərini davam etdirməsi yönündə əvvəlki çağırışlarını yeniləyir;

5. səlahiyyətliləri korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının qəbulundan sonra ölkədaxili səviyyədə həyata keçirilən tədbirlərin nəticələri barədə Komitəni məlumatlandırmağa, prokurorluq orqanları üçün təşkil edilmiş təlimləndirmə tədbirləri, həmin tədbirlərin həbs qərarlarına təsirləri, prokurorluq orqanlarının həbs qərarlarının Konvensiya standartlarına uyğunluğu barədə məlumatların təqdimatını davam etdirməyə çağırır;

6. Səlahiyyətliləri Avropa Şurasının Azərbaycan üzrə 2022-2025-ci illər üçün Fəaliyyət Planı çərçivəsində məqsədyönlü maarifləndirmə tədbirlərini və Avropa Şurasının əməkdaşlıq proqramlarının köməyindən yararlanmağı davam etdirməyə, daxili məhkəmələrin Konvensiyanın müəyyən etdiyi standartlara riayət etmə potensialnı gücləndirməyə qətiyyətlə dəvət edir.

7. Azərbaycandakı məhkəmə salonlarındakı bütün metal qəfəslərin ləğv edilməsi haqda səlahiyyətlilər tərəfindən təqdim edilən bilgiləri məmuniyyətlə qarşılayır və onları bu məsələ ilə bağlı ümumi fəaliyyət hesabatı təqdim etməyə dəvət edir.