№47145/14 Anar Məmmədli Qrupu Azərbaycana qarşı – 5-7 dekabr 2023-cü il

 

Avropa Şurası Nazirlər Komitəsi

1483-cü toplantı, 5-7 dekabr 2023 (DH)

H46-4 Məmmədli Qrupu (№47145/14) Azərbaycana qarşı

Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət

Qətnamə

 

Təmsilçilər,

1. Avropa Məhkəməsinin bu məhkəmə işi qrupuna daxil olan hər bir ərizəçi ilə bağlı hökumətin öz tənqidçilərini, vətəndaş cəmiyyəti fəallarını, insan haqları müdafiəçilərini təqib etməsi üçün hüququn üstünlüyü prinbsipinə zidd olaraq cinayət qanunvericiliyindən sui-istifadə etməklə əsassız və özbaşına həbs və məhkum etmənin narahatlıq doğuran modelini tətbiq etməsini ortaya çıxarmaqla, Konvensiyanın 5-ci maddəsi ilə bərabər götürülməklə, 18-ci maddəsinin pozuntusunu tanıdığını xatırlatdılar;

Fərdi tədbirlərlə bağlı

2. uzun zamandan bəri gözlənilən daxili məhkəmə qərarlarının nəticələri ilə bağlı heç bir məlumat verilməməsindən dərin narahatlığını ifadə edir və iki aralıq qətnamənin və bir neçə qətnamənin qəbul edilməsinə baxmayaraq, Avropa Məhkəməsinin təsbit etdiyi kimi cəzalandırılmaları və susdurulmaları üçün cinayət qanunlarından sui-istifadə edilməsi nəticəsində məhkum edilmiş ərizəçilərin məhkumluqlarının davam etməsindən dərin üzüntüsünü ifadə edir;

3. Bu qrup işində restituio in integrum-un təcili olaraq qalan 7 ərizəçinin məhkumluqlarının ləğvini, onların cinayət qeydlərindən silinməsini və onlara qarşı irəli sürülən cinayət ittihamlarının bütün digər nəticələrinin, o cümlədən, mülki və siyasi hüquqlarının tam bərpası yolu ilə aradan qaldırılmasını tələb etdiyini təkidlə xatırladır və səlahiyyətli qurumlara Ali Məhkəmənin Plenumunun əvvəlki təcrübəsini yenidən tətbiq etməsi və qalan icraatların yubanmadan incələnməsini təmin etmək üçün mümkün olan bütün tədbirlərin həyata keçirməyə təşviq edir;

4. Növbəti incələmə üçün vaxtında nəzərəçarpacaq irəliləyiş olmayacağı durumunda, Nazirlər Komitəsinin rəhbərini Azərbaycan hökumətinə bu qrupla bağlı Məhkəmə qərarlarından doğan öhdəliklərinə tam və təsirli şəkildə əməl etmələri üçün çevik həll yolları tapmağı tələb edən məktub göndərməyə dəvət etməyə hazır olduqlarını təsdiq edirlər;

Ümumi tədbirlərlə bağlı

5. hakimiyyət orqanlarını, qisas və pis niyyətli həbslərə və təqiblərə qarşı sağlam və ardıcıl milli məhkəmə təcrübəsini bərqərar edəcək əsas ümumi tədbir olaraq, hazırkı qrupda qalan ərizəçilərin məhkumluqlarını ləğvini təmin etməyə çağırır;

6. Məhkəmə-Hüquq Şurasının tərkibi ilə bağlı hakimiyyət orqanları tərəfindən həyata keçirilmiş müsbət tədbirləri qeyd edir və onları, Konvensiyanın tələblərinə prokurorluq orqanları tərəfindən riayət olunmasını və azadlıq hüququnun məhdudlaşdırılmasının qarşısını almaq üçün Konvensiyanın 5-ci maddəsində vurğulandığı kimi təqsirləndirilən şəxsin azadlıq hüququna onun cinayət törətməsinə dair əsaslı şübhə olduğu hallarda səlahiyyətli məhkəmə qarşısına çıxarılmasından başqa məqsədlərlə məhdudiyyət gətirilməməsi ilə bağlı tələblərə riayət etmələrini təmin etmək üçün səylərini davam etdirməyə təşviq edir;

7. Səlahiyyətliləri, Avropa Şurasının Azərbaycan üzrə 2022-2025-ci illər üçün Fəaliyyət Planı çərçivəsində məqsədyönlü maarifləndirmə tədbirlərini və Avropa Şurasının əməkdaşlıq proqramlarının köməyindən yararlanmağı davam etdirməyə, daxili məhkəmələrin Konvensiyanın müəyyən etdiyi standartlara riayət etmə potensialını gücləndirməyə təşviq edir.