№47145/14 Anar Məmmədli Qrupu Azərbaycana qarşı – 19-21 sentyabr 2023-cü il

 

Avropa Şurası Nazirlər Komitəsi

1475-ci toplantı, 19-21 sentyabr 2023 (DH)

H46-6 Məmmədli qrupu Azərbaycana qarşı (Ərizə № 47145/14)

Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət

Qətnamə

Təmsilçilər,

1. Avropa Məhkəməsinin bu məhkəmə işi qrupuna daxil olan hər bir ərizəçi ilə bağlı hökumətin öz tənqidçilərini, vətəndaş cəmiyyəti fəallarını, insan haqları müdafiəçilərini təqib etməsi üçün hüququn üstünlüyü prinbsipinə zidd olaraq cinayət qanunvericiliyindən sui-istifadə etməklə əsassız və özbaşına həbs və məhkum etmənin narahatlıq doğuran modelini tətbiq etməsini ortaya çıxarmaqla, Konvensiyanın 5-ci maddəsi ilə bərabər götürülməklə, 18-ci maddəsinin pozuntusunu tanıdığını xatırlatdılar;

Fərdi tədbirlərlə bağlı

2. Bu qrup işində restituio in integrum-un təcili olaraq qalan 7 ərizəçinin məhkumluqlarının ləğvini, onların cinayət qeydlərindən silinməsini və onlara qarşı irəli sürülən cinayət ittihamlarının bütün digər nəticələrinin, o cümlədən, mülki və siyasi hüquqlarının tam bərpası yolu ilə aradan qaldırılmasını tələb etdiyini xatırladır və səlahiyyətli qurumlara Ali Məhkəmənin Plenumunun əvvəlki təcrübəsini yenidən tətbiq etməsi və qalan icraatların yubanmadan incələnməsini təmin etmək üçün mümkün olan bütün tədbirlərin həyata keçirilməsi ilə bağlı qəti çağırışlarını təkrarlayır; həmçinin, Yunusova və Yunusovun (№ 2) işində ərizəçilərə qarşı açılmış cinayət işinin dayandırılmasının ərizəçilərə dəymiş mənfi nəticələri aradan qaldırmadığını diqqətə alaraq, səlahiyyətli orqanları, Avropa Məhkəməsinin qərarına uyğun olaraq icraata xitam verilməsi üçün əlavə tədbirlər görməyi nəzərdə keçirməyə dəvət edir;

Ümumi tədbirlərlə bağlı

3. Bu qrup işində Nazirlər Komitəsinin çağırışlarına və GRECO-nun Məhkəmə Hüquq Şurasının tərkibi ilə bağlı tövsiyələrinə cavab kimi görünən “Məhkəmə-Hüquq Şurası (MHŞ) haqqında” Qanuna edilmiş MHŞ-nın üzvlərinin ən azı yarısından az olmayaraq öz üzvləri tərəfindən birbaşa seçilən və ya təyin olunan hakimlər olması, ədliyyə nazirinin üzv olmaması, MHŞ-nın sədrinin üzv hakimlər tərəfindən seçilməsi və onun tərkibinə Prezident tərəfindən təyin olunan nümayəndənin daxil edilməyəcəyi ilə bağlı dəyişiklikləri alqışlayır;

4. Səlahiyyətliləri, prokurorluq orqanlarını Ali Məhkəmənin Plenumunun 3 noyabr 2009-cu il tarixli Qərarına və Konvensiyanın tələblərinə, habelə, Konvensiyanın 5-ci maddəsində vurğulandığı kimi təqsirləndirilən şəxsin azadlıq hüququna onun cinayət törətməsinə dair əsaslı şübhə olduğu hallarda səlahiyyətli məhkəmə qarşısına çıxarılmasından başqa məqsədlərlə məhdudiyyət gətirilməməsi ilə bağlı tələblərə riayət etmələrini təmin etmək üçün səylərini davam etdirməyə təşviq edir;

5. bu qrupda qalan ərizəçilərin məhkum edilməsini nəzərdə tutan qərarların Ali Məhkəmə tərəfindən ləğv edilməsinin çox mühüm ümumi tədbir olaraq qalmağa davam etdiyini, Avropa Məhkəməsinin gəldiyi nəticələrin bütün ərizəçilərə münasibətdə ən yüksək məhkəmə səviyyəsində qəbul edildiyini və aşağı instansiya məhkəmələrinə və prokurorlara cinayət mühakiməsi sistemində bundan sonra oxşar sui-istifadə hallarının əsla yaşanmamasının gərəkli olması yönündə mümkün olan ən açıq mesajı göndərdiyini bir daha vurğulayır;

6. Səlahiyyətliləri Avropa Şurasının Azərbaycan üzrə 2022-2025-ci illər üçün Fəaliyyət Planı çərçivəsində məqsədyönlü maarifləndirmə tədbirlərini və Avropa Şurasının əməkdaşlıq proqramlarının köməyindən yararlanmağı davam etdirməyə, daxili məhkəmələrin Konvensiyanın müəyyən etdiyi standartlara riayət etmə potensialını gücləndirməyə qətiyyətlə dəvət edir.

7. Azərbaycanda analoji pozuntuların qarşısının alınması üçün bütün məhkəmə salonlarından metal qəfəslərin götürülməsi haqda Səlahiyyətlilər tərəfindən təqdim edilən bilgiləri məmuniyyətlə qarşılayır (DH-DD(2023)767) və bu məsələ ilə bağlı incələməni qapadmağa qərar verir.