№47145/14 Anar Məmmədli Qrupu Azərbaycana qarşı – 17-19 sentyabr 2024-cü il

 

1507-ci toplantı, 17-19 sentyabr 2024 (DH)

H46-4 Məmmədli qrupu Azərbaycana qarşı (Ərizə № 47145/14)

Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət

Qətnamə

Təmsilçilər,

1. Avropa Məhkəməsinin bu məhkəmə işi qrupuna daxil olan hər bir ərizəçi ilə bağlı hökumətin öz tənqidçilərini, vətəndaş cəmiyyəti fəallarını, insan haqları müdafiəçilərini təqib etməsi üçün hüququn üstünlüyü prinbsipinə zidd olaraq cinayət qanunvericiliyindən sui-istifadə etməklə əsassız və özbaşına həbs və məhkum etmənin narahatlıq doğuran modelini tətbiq etməsini ortaya çıxarmaqla, Konvensiyanın 5-ci maddəsi ilə bərabər götürülməklə, 18-ci maddəsinin pozuntusunu tanıdığını xatırlatdılar;

Fərdi tədbirlərlə bağlı

2. Avropa Məhkəməsinin ərizəçiləri cəzalandırmaq və susdurmaq məqsədi ilə cinayət qanunvericiliyindən sui-istifadənin nəticəsi olduğunu müəyyən etdiyi ərizəçilərin məhkumluqlarının hələ də qüvvədə qalmasından dərin təəssüf hissi keçirir;

3. Hakimiyyət orqanlarını qalan yeddi ərizəçinin məhkumluqlarının dərhal ləğv edilməsini, onların cinayət qeydlərinin silinməsini, mülki və siyasi hüquqlarının tam bərpası da daxil olmaqla ərizəçilərə qarşı cinayət ittihamı ilə bağlı bütün digər nəticələrin aradan qaldırılmasını təmin etmək üçün səylərini təcili şəkildə gücləndirməyə çağırır;

4. Dövlət və hökumət başçılarının Avropa Şurasının 16 və 17 may 2023-cü il tarixlərində keçirilmiş 4-cü Zirvə Görüşündə qəbul edilmiş Reykyavik Bəyannaməsində “Dövlətlərin məhkəmə qərarlarının icrasına yardımçı olmaq üçün nəzarət prosesində dialoqa əsaslanan əməkdaşlıq və inklüziv yanaşma” çağırışını qeyd edir və səlahiyyətliləri, bu qrup işinin icrası üçün tələb olunan fərdi tədbirlərin tamamlanmasını təmin etmək üçün Katibliklə yüksək səviyyəli dialoqu yeniləməyə təşviq edir;

Ümumi tədbirlərlə bağlı

5. Rəsmilər tərəfindən Məhkəmə-Hüquq Şurasının tərkibi ilə bağlı qəbul edilmiş müsbət tədbirləri bir daha yada salır, bununla belə, hazırkı qrupda qalan ərizəçilərin məhkumluqlarının ləğv edilməsinin, qisas xarakterli və pis niyyətli həbslərə və təqiblərə qarşı sağlam və ardıcıl məhkəmə təcrübəsini bərqərar edəcək əsas ümumi tədbir olaraq qaldığını vurğulayır;

6. Ali Məhkəmədə işlərə yenidən baxılması prosesinin həddən artıq və izah edilməmiş gecikdirilməsini narahatlıqla qeyd edir, Məhkəmənin qərarlarının tam icrası üçün yerli məhkəmələr tərəfindən səmərəli təkrar araşdırma prosedurunun təmin edilməsinin zəruriliyini bir daha vurğulayır;

7. Səlahiyyətliləri, Avropa Şurası və onun əməkdaşlıq fəaliyyətləri vasitəsilə təmin edilən texniki dəstək və mütəxəssis xidmətindən tam olaraq yararlanmağa dəvət edir.