
15 fevral 2021-ci il tarixdə kommunikasiyaya başlanılıb
8 mart 2021-ci il tarixdə bu haqda bilgi dərc edilib
BEŞİNCİ BÖLMƏ
Ərizə №4300/18
Səməd Qurban oğlu AGAYEV və Elnara Tofiq qızı AGAYEVA və daha 2 ərizəçi Azərbaycana qarşı
(əlavə olunmuş siyahıya baxın)
Məhkəmə işlərinin mövzusu
Bu ərizələr Ədliyyə Nazirliyinin qeyri-hökumət təşkilatlarının hüquqi şəxs kimi qeydiyyata alınmasından imtina etməsi və yerli məhkəmələrin mübahisə üzrə əsaslandırılmış qərarlar verməməsi iddiaları ilə əlaqədardır.
Ərizəçilər yerli qurumların Konvensiyanın 11-ci maddəsinə əsasən qurulan qeyri-hökumət təşkilatlarını qeydiyyata almaqdan imtina etməsi ilə birləşmə azadlığı hüquqlarını pozduqlarından şikayət edirlər. Həmçinin, Konvensiyanın 6-cı maddəsinə əsasən, yerli məhkəmələrin əsaslandırılmış qərar qəbul etmək hüquqlarını pozmalarından şikayət edirlər.
Tərəflərə suallar
1. Ərizəçilərin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq, əsaslandırılmış qərar qəbul etmək hüququna hörmət göstərilibmi?
2. Konvensiyanın 11-ci maddəsinin 1-ci bəndinin mənası daxilində ərizəçilərin birləşmə azadlığına, xüsusən ictimai birlik qurmaq hüquqlarına müdaxilə baş veribmi? Əgər belədirsə, bu müdaxilə qanunla müəyyən edilmiş və Maddə 11§2 baxımından zəruri idimi?
ƏLAVƏ
Ərizəçilərin siyahısı
| No. | Ərizə no. | Daxil olub | Ərizəçi
Doğum tarixi İqamət yeri Milliyəti |
Təmsil edir |
| 1. | 4300/18 | 12/01/2018 | Səməd Qurban oglu AGAYEV
1988 Şhirvan Azərbaycanlı Elnarə Tofiq qızı AGAYEVA 1979 Şirvan Azərbaycanlı |
Yaşar AGAZADƏ |
| 2. | 16103/18 | 24/03/2018 | Vəfa Kərəm qızı ƏLIZADE
1974 Bakı Azərbaycanlı
Zaman Xanoglan oglu BÜNYATOV 1969 Azərbaycanlı |
Yaşar AGAZADƏ |
| 3. | 37819/19 | 08/07/2019 | Azər Hətəm oglu ƏLIYEV
1975 Bakı Azərbaycanlı
Malik Hətəm oglu ƏLIYEV 1969 Bakı Azərbaycanlı |
Yaşar AGAZADƏ |