№36497/20 YADİGAR SADIQLI VƏ BAŞQA 26 ƏRİZƏÇİ AZƏRBAYCANA QARŞI – 28 AVQUST 2023-CÜ İL

 

28 avqust 2023-cü il tarixdə dərc edilib

BİRİNCİ BÖLMƏ

Ərizənin nömrəsi: 36497/20

Yadigar Sadiq oğlu SADIĞLI və 26 başqa ərizəçi Azərbaycana qarşı
(əlavə edilmiş siyahıya baxın)

10 iyul 2023-cü il tarixdə hökumətlə kommunikasiya edilməyə başlanılıb

MƏHKƏMƏ İŞİNİN HALLARI

Bu ərizələr 9 fevral 2020-ci il tarixdə keçirilmiş parlament seçkilərində namizəd olduqları birmandatlı seçki dairələrində baş verdiyi iddia edilən müxtəlif seçki pozuntuları ilə bağlı şikayətlərə yerli seçki komissiyaları və məhkəmələr tərəfindən effektiv baxılmaması ilə bağlıdır. Ərizəçilərin şikayətləri Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinə və Konvensiyanın 13-cü maddəsinə əsaslanır.

TƏRƏFLƏRƏ SUALLAR

Ümumi suallar

1. Ərizəçilərin 1 saylı Protokolun 3-cü maddəsi baxımından qanunverici orqana seçkilərdə xalqın öz fikrini azad ifadə etməsini təmin edən azad seçkilərdə iştirak etmək hüququ pozulubmu? Ərizəçilərin şikayətlərinin yerli hakimiyyət orqanları tərəfindən araşdırılması prosesi özbaşınalığa qarşı yetərli təminatla əhatə edilmişdimi? Bu incələmə, araşdırma Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinin tələblərinə uyğun idimi?

Tərəflərdən ərizəçilərin namizəd olduqları seçki dairələri üzrə seçkilərin nəticələri ilə bağlı müvafiq sənədlərlə müşaiyət olunan ətraflı faktiki məlumatları təqdim etmələri xahiş olunur.

Spesifik suallar

2. 36497/20 (Sadıqlı), 39186/20 (Əliyeva), 42504/20 (Baxşəliyev), 46165/20 (Bağırov), 52077/20 (Xəlilov) və 199/21 (Rəhimov) saylı ərizələr üzrə: Ərizəçilərin yuxarıda qaldırılan məsələlərlə bağlı Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinə əsaslanan şikayətlərinə apellyasiya və ya Ali Məhkəmədə baxılarkən, Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrini təsdiqləməsinin işığında ərizəçilərin etiraz etmək hüququ mövcud idimi? Seçkilərin təsdiq edilmiş nəticələri milli məhkəmələrin qərarlarında təsirli olubmu?

3. 42569/20 (İbrahimli) saylı ərizə istisna olmaqla, bütün ərizələr üzrə: Konvensiyanın 13-cü maddəsinin tələblərinə uyğun olaraq, ərizəçilərin 1 saylı Protokolun 3-cü maddəsi üzrə şikayətləri üçün effektiv daxili müdafiə vasitəsi var idimi?

42544/20 (Vəliyev) saylı ərizə üzrə: Tərəflərdən Mərkəzi Seçki Komissiyasının 20 fevral 2020-ci il tarixli qərarının surətini təqdim etmələri xahiş olunur.

ƏLAVƏ

No. Ərizə no. İşin adı Daxil olub Ərizəçi
Doğum ili
İqamət yeri
Milliyəti
Təmsilçi
1. 36497/20* Sadıqlı Azərbaycana qarşı 22/07/2020 Yadigar Sadiq oğlu SADIĞLI

1968

Lənkəran

Azərbaycanlı

Xalid Bağırov
2. 36574/20* Cəfərli Azərbaycana qarşı 31/07/2020 Fikrət Novruz oğlu CƏFƏRLİ

1968

Bakı

Azərbaycanlı

Xalid Bağırov
3. 37876/20* Qasımov Azərbaycana qarşı 22/07/2020 Oqtay Yusif oğlu QASIMOV

1966

Bakı

Azərbaycanlı

Xalid Bağırov
4. 38255/20* Quliyev Azərbaycana qarşı 15/08/2020 Vəliyəddin Fəxrəddin oğlu QULİYEV 1994

Bakı Azərbaycanlı

Xalid Bağırov
5. 38258/20* Məmmədov Azərbaycana qarşı 15/08/2020 Sakit Məcid oğlu MƏMMƏDOV

1982

Bakı

Azərbaycanlı

Xalid Bağırov
6. 38282/20 Hacıyev Azərbaycana qarşı 26/08/2020 Bəxtiyar İlyas oğlu HACIYEV

1982

Bakı

Azərbaycanlı

Cavad CAVADOV
7. 38928/20* Rzayev Azərbaycana qarşı 31/07/2020 Razim Rza oğlu RZAYEV

1964

Şəki

Azərbaycanlı

Xalid Bağırov
8. 39186/20* Əliyeva Azərbaycana qarşı 28/08/2020 Lətifə Oruc qızı ƏLİYEVA

1958

Bakı

Azərbaycanlı

Xalid Bağırov
9. 40440/20* Qasımov Azərbaycana qarşı 26/08/2020 Elnur Rafiq oğlu QASIMOV

1972

Bakı

Azərbaycanlı

Xalid Bağırov
10. 40446/20* Musayev Azərbaycana qarşı 26/08/2020 Elşad Nəbi oğlu MUSAYEV 1963 Bakı azərbaycanlı Xalid Bağırov
11. 40681/20* Salahlı Azərbaycana qarşı 29/08/2020 Fərid Nadir oğlu SALAHLI

1981

 Bakı

Azərbaycanlı

Xalid Bağırov
12. 40699/20* Eyvazov Azərbaycana qarşı 22/08/2020 Fərid Vaqif oğlu EYVAZOV

1986

Bakı

Azərbaycanlı

Xalid Bağırov
13. 40711/20* Mehdiyev Azərbaycana qarşı 20/08/2020 Fərhad Sovet oğlu MEHDİYEV

1974

Bakı

Azərbaycanlı

Xalid Bağırov
14. 41412/20* Zeynalzadə Azərbaycana qarşı 27/08/2020 Rəfail Nurəddin oğlu ZEYNALZADƏ 1969

Bakı

Azərbaycanlı

Xalid Bağırov
15. 41431/20* Sadıqova Azərbaycana qarşı 27/08/2020 İlahə Artur qızı SADIQOVA

1986

Bakı

Azərbaycanlı

Xalid Bağırov
16. 41440/20* Quliyev Azərbaycana qarşı 27/08/2020 Ziya Rövşən oğlu QULİYEV

1982

Bakı

Azərbaycanlı

Xalid Bağırov
17. 41497/20* Ismayilov Azərbaycana qarşı 27/08/2020 Toğrul Şahin oğlu İSMAYILOV

1989

Bakı

Azərbaycanlı

Xalid Bağırov
18. 41505/20* Səfərova Azərbaycana qarşı 26/08/2020 Günel Məhərrəm qızı SƏFƏROVA 1980

Bakı

Azərbaycanlı

Xalid Bağırov
19. 41657/20* Mahmudov Azərbaycana qarşı 29/08/2020 Mahmud Avdi oğlu MAHMUDOV 1980

Bakı

Azərbaycanlı

Xalid Bağırov
20. 41864/20* Rəhimli Azərbaycana qarşı 06/09/2020 Səməd Şahin oğlu RƏHİMLİ

1989

Bakı

Azərbaycanlı

Xalid Bağırov
21. 42504/20* Baxşəliyev Azərbaycana qarşı 02/09/2020 Ərəstun Əli oğlu BAXŞƏLİYEV

1981

Bərdə

Azərbaycanlı

Xalid Bağırov
22. 42544/20* Vəliyev Azərbaycana qarşı 02/09/2020 Toğrul Seyran oğlu VƏLİYEV

1991

Bakı

Azərbaycanlı

Xalid Bağırov
23. 42569/20 Ibrahimli Azərbaycana qarşı 27/08/2020 Qorxmaz Əbülfəz oğlu İBRAHİMLİ 1965

Bakı

Azərbaycanlı

N/A
24. 44937/20* Hacıyeva Azərbaycana qarşı 15/09/2020 Vəsilə Cümşüd qızı HACİYEVA

1969

Bakı

Azərbaycanlı

Xalid Bağırov
25. 46165/20* Bağırov Azərbaycana qarşı 28/09/2020 Xalid Zakir oğlu BAĞIROV

1976

Bakı

Azərbaycanlı

N/A
26. 52077/20* Xəlilov Azərbaycana qarşı 02/11/2020 Vüqar Qərib oğlu XƏLİLOV

1969

Sumqayıt

Azərbaycanlı

Ruslan MUSTAFAZADƏ
27. 199/21 Rəhimov Azərbaycana qarşı 04/12/2020 Mütəllim Qara oğlu RƏHİMOV

1973

Bakı

Azərbaycanlı

Intigam ƏLIYEV