28 avqust 2023-cü il tarixdə dərc edilib
BİRİNCİ BÖLMƏ
Ərizənin nömrəsi: 36497/20
Yadigar Sadiq oğlu SADIĞLI və 26 başqa ərizəçi Azərbaycana qarşı
(əlavə edilmiş siyahıya baxın)
10 iyul 2023-cü il tarixdə hökumətlə kommunikasiya edilməyə başlanılıb
MƏHKƏMƏ İŞİNİN HALLARI
Bu ərizələr 9 fevral 2020-ci il tarixdə keçirilmiş parlament seçkilərində namizəd olduqları birmandatlı seçki dairələrində baş verdiyi iddia edilən müxtəlif seçki pozuntuları ilə bağlı şikayətlərə yerli seçki komissiyaları və məhkəmələr tərəfindən effektiv baxılmaması ilə bağlıdır. Ərizəçilərin şikayətləri Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinə və Konvensiyanın 13-cü maddəsinə əsaslanır.
TƏRƏFLƏRƏ SUALLAR
Ümumi suallar
1. Ərizəçilərin 1 saylı Protokolun 3-cü maddəsi baxımından qanunverici orqana seçkilərdə xalqın öz fikrini azad ifadə etməsini təmin edən azad seçkilərdə iştirak etmək hüququ pozulubmu? Ərizəçilərin şikayətlərinin yerli hakimiyyət orqanları tərəfindən araşdırılması prosesi özbaşınalığa qarşı yetərli təminatla əhatə edilmişdimi? Bu incələmə, araşdırma Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinin tələblərinə uyğun idimi?
Tərəflərdən ərizəçilərin namizəd olduqları seçki dairələri üzrə seçkilərin nəticələri ilə bağlı müvafiq sənədlərlə müşaiyət olunan ətraflı faktiki məlumatları təqdim etmələri xahiş olunur.
Spesifik suallar
2. 36497/20 (Sadıqlı), 39186/20 (Əliyeva), 42504/20 (Baxşəliyev), 46165/20 (Bağırov), 52077/20 (Xəlilov) və 199/21 (Rəhimov) saylı ərizələr üzrə: Ərizəçilərin yuxarıda qaldırılan məsələlərlə bağlı Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinə əsaslanan şikayətlərinə apellyasiya və ya Ali Məhkəmədə baxılarkən, Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrini təsdiqləməsinin işığında ərizəçilərin etiraz etmək hüququ mövcud idimi? Seçkilərin təsdiq edilmiş nəticələri milli məhkəmələrin qərarlarında təsirli olubmu?
3. 42569/20 (İbrahimli) saylı ərizə istisna olmaqla, bütün ərizələr üzrə: Konvensiyanın 13-cü maddəsinin tələblərinə uyğun olaraq, ərizəçilərin 1 saylı Protokolun 3-cü maddəsi üzrə şikayətləri üçün effektiv daxili müdafiə vasitəsi var idimi?
42544/20 (Vəliyev) saylı ərizə üzrə: Tərəflərdən Mərkəzi Seçki Komissiyasının 20 fevral 2020-ci il tarixli qərarının surətini təqdim etmələri xahiş olunur.
ƏLAVƏ
No. | Ərizə no. | İşin adı | Daxil olub | Ərizəçi Doğum ili İqamət yeri Milliyəti |
Təmsilçi |
1. | 36497/20* | Sadıqlı Azərbaycana qarşı | 22/07/2020 | Yadigar Sadiq oğlu SADIĞLI
1968 Lənkəran Azərbaycanlı |
Xalid Bağırov |
2. | 36574/20* | Cəfərli Azərbaycana qarşı | 31/07/2020 | Fikrət Novruz oğlu CƏFƏRLİ
1968 Bakı Azərbaycanlı |
Xalid Bağırov |
3. | 37876/20* | Qasımov Azərbaycana qarşı | 22/07/2020 | Oqtay Yusif oğlu QASIMOV
1966 Bakı Azərbaycanlı |
Xalid Bağırov |
4. | 38255/20* | Quliyev Azərbaycana qarşı | 15/08/2020 | Vəliyəddin Fəxrəddin oğlu QULİYEV 1994
Bakı Azərbaycanlı |
Xalid Bağırov |
5. | 38258/20* | Məmmədov Azərbaycana qarşı | 15/08/2020 | Sakit Məcid oğlu MƏMMƏDOV
1982 Bakı Azərbaycanlı |
Xalid Bağırov |
6. | 38282/20 | Hacıyev Azərbaycana qarşı | 26/08/2020 | Bəxtiyar İlyas oğlu HACIYEV
1982 Bakı Azərbaycanlı |
Cavad CAVADOV |
7. | 38928/20* | Rzayev Azərbaycana qarşı | 31/07/2020 | Razim Rza oğlu RZAYEV
1964 Şəki Azərbaycanlı |
Xalid Bağırov |
8. | 39186/20* | Əliyeva Azərbaycana qarşı | 28/08/2020 | Lətifə Oruc qızı ƏLİYEVA
1958 Bakı Azərbaycanlı |
Xalid Bağırov |
9. | 40440/20* | Qasımov Azərbaycana qarşı | 26/08/2020 | Elnur Rafiq oğlu QASIMOV
1972 Bakı Azərbaycanlı |
Xalid Bağırov |
10. | 40446/20* | Musayev Azərbaycana qarşı | 26/08/2020 | Elşad Nəbi oğlu MUSAYEV 1963 Bakı azərbaycanlı | Xalid Bağırov |
11. | 40681/20* | Salahlı Azərbaycana qarşı | 29/08/2020 | Fərid Nadir oğlu SALAHLI
1981 Bakı Azərbaycanlı |
Xalid Bağırov |
12. | 40699/20* | Eyvazov Azərbaycana qarşı | 22/08/2020 | Fərid Vaqif oğlu EYVAZOV
1986 Bakı Azərbaycanlı |
Xalid Bağırov |
13. | 40711/20* | Mehdiyev Azərbaycana qarşı | 20/08/2020 | Fərhad Sovet oğlu MEHDİYEV
1974 Bakı Azərbaycanlı |
Xalid Bağırov |
14. | 41412/20* | Zeynalzadə Azərbaycana qarşı | 27/08/2020 | Rəfail Nurəddin oğlu ZEYNALZADƏ 1969
Bakı Azərbaycanlı |
Xalid Bağırov |
15. | 41431/20* | Sadıqova Azərbaycana qarşı | 27/08/2020 | İlahə Artur qızı SADIQOVA
1986 Bakı Azərbaycanlı |
Xalid Bağırov |
16. | 41440/20* | Quliyev Azərbaycana qarşı | 27/08/2020 | Ziya Rövşən oğlu QULİYEV
1982 Bakı Azərbaycanlı |
Xalid Bağırov |
17. | 41497/20* | Ismayilov Azərbaycana qarşı | 27/08/2020 | Toğrul Şahin oğlu İSMAYILOV
1989 Bakı Azərbaycanlı |
Xalid Bağırov |
18. | 41505/20* | Səfərova Azərbaycana qarşı | 26/08/2020 | Günel Məhərrəm qızı SƏFƏROVA 1980
Bakı Azərbaycanlı |
Xalid Bağırov |
19. | 41657/20* | Mahmudov Azərbaycana qarşı | 29/08/2020 | Mahmud Avdi oğlu MAHMUDOV 1980
Bakı Azərbaycanlı |
Xalid Bağırov |
20. | 41864/20* | Rəhimli Azərbaycana qarşı | 06/09/2020 | Səməd Şahin oğlu RƏHİMLİ
1989 Bakı Azərbaycanlı |
Xalid Bağırov |
21. | 42504/20* | Baxşəliyev Azərbaycana qarşı | 02/09/2020 | Ərəstun Əli oğlu BAXŞƏLİYEV
1981 Bərdə Azərbaycanlı |
Xalid Bağırov |
22. | 42544/20* | Vəliyev Azərbaycana qarşı | 02/09/2020 | Toğrul Seyran oğlu VƏLİYEV
1991 Bakı Azərbaycanlı |
Xalid Bağırov |
23. | 42569/20 | Ibrahimli Azərbaycana qarşı | 27/08/2020 | Qorxmaz Əbülfəz oğlu İBRAHİMLİ 1965
Bakı Azərbaycanlı |
N/A |
24. | 44937/20* | Hacıyeva Azərbaycana qarşı | 15/09/2020 | Vəsilə Cümşüd qızı HACİYEVA
1969 Bakı Azərbaycanlı |
Xalid Bağırov |
25. | 46165/20* | Bağırov Azərbaycana qarşı | 28/09/2020 | Xalid Zakir oğlu BAĞIROV
1976 Bakı Azərbaycanlı |
N/A |
26. | 52077/20* | Xəlilov Azərbaycana qarşı | 02/11/2020 | Vüqar Qərib oğlu XƏLİLOV
1969 Sumqayıt Azərbaycanlı |
Ruslan MUSTAFAZADƏ |
27. | 199/21 | Rəhimov Azərbaycana qarşı | 04/12/2020 | Mütəllim Qara oğlu RƏHİMOV
1973 Bakı Azərbaycanlı |
Intigam ƏLIYEV |