№36057/18 F.MEHDİYEV AZƏRBAYCANA QARŞI – 20 oktyabr 2020-ci il

 

BEŞİNCİ BÖLMƏ

 

Ərizə №36057/18

Fərhad Mehdiyev Azərbaycana qarşı

 

İŞİN MƏZMUNU 

Ərizəçi vəkildir, o, akademik fəaliyyəti səbəbindən 2012-ci ilin fevral ayında vəkillik qurumuna üzvlüyünü dayandırıb. O, 7 sentyabr 2016-cı ildə Azərbaycan Vəkillər Kollegiyasına (“AVK”) üzvlüyünü yenidən bərpa edib. Bundan yalnız səkkiz gün sonra, 15 sentyabr 2016-cı il tarixdə AVK, ərizəçinin AVK üzvlüyünə yenidən qəbul edilməsi ilə bağlı əvvəlki qərarını, ərizəçinin 2009-2012-ci illər arasında üzvlük haqlarını ödəməməsi səbəbindən ləğv edib.

Yerli məhkəmələr, Ali Məhkəmə 27 dekabr 2017-ci il tarixli qəti qərarı ilə ərizəçinin AVK-na qarşı şikayəti rədd edildi və vəkil qurumunun qərarını qanuni və əsaslı hesab etdi.

Ərizəçi Konvensiyanın 6, 8, 10 və 18-ci maddələrinə istinad edərək, iddia edir ki, onun əsaslandırılmış qərar qəbul etmək hüququ pozulub, vəkil qurumundan uzaqlaşdırlması şəxsi həyatına hörmət hüququna və ifadə azadlığı hüququna qanunsuz müdaxilə təşkil edib və onun Konvensiya ilə təminat altına alınan hüquqlarına Konvensiyada nəzərdə tutulan məqsədlərdən başqa məqsədlər üçün müdaxilə edilib.

TƏRƏFLƏRƏ SUALLAR

1. Ərizəçi, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq mülki hüquq və vəzifələrinin müəyyənləşdirilməsində ədalətli məhkəmə təmin edilibmi? Xüsusilə, ərizəçinin əsaslandırılmış qərar qəbul etmək hüququna hörmət göstərildimi?

2. Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndinin mənası işığında ərizəçinin şəxsi həyatına hörmət etmək hüququna müdaxilə olubmu? Əgər belədirsə, bu müdaxilə qanuna uyğun və 8-ci maddənin 2-ci bəndi baxımından zəruri idimi?