№35877/04 Mahmudov və Ağazadə Qrupu Azərbaycana qarşı – 30 noyabr-2 dekabr 2021-ci il

 

Avropa Şurası Nazirlər Komitəsi

 

1419-ci toplantı, 30 noyabr – 2 dekabr 2021 (DH)

H46-3 Mahmudov və Ağazadı Qrupu Azərbaycana qarşı (Ərizə No. 35877/04)

Avropa Məhkəməsinin qəralarının icrasına nəzarət

 

Qətnamə

TƏMSİLÇİLƏR,

1. Bu qrupa daxil olan məhkəmə qərarlarının əsasən, ərizəçi jurnalistlərin ifadə azadlığı hüququnun pozuntuları, böhtana görə jurnalistlərə qarşı qeyri-mütənasib cinayət sanksiyalarının tətbiqi və ifadə azadlığının məhdudlaşdırılması üçün Cinayət Məcəlləsinin digər müddəalarının özbaşına tətbiq edilməsi ilə ifadə azadlığı hüququnun pozulması, habelə, təqsirsizlik prezumpsiyası hüququnun dövlət qurumları, prokurorluq tərəfindən pozulması ilə əlaqədər olduğunu xatırladır;

2. Nazirlər Komitəsinin əvvəlki qətnamələrinə cavab olaraq, Azərbaycan hökumətinin bu məhkəmə qərarlarının icrasında nəzərəçarpacaq irəliləyişə nail olmaq məqsədilə Katibliklə yüksək səviyyəli dialoq apardığını məmnunluqla qeyd edir;

Fərdi tədbirlərlə bağlı

3. Səlahiyyətli hakimiyyət orqanlarını AİHM-in Tağıyev və Hüseynov Azərbaycana qarşı, Həsənov Azərbaycana qarşı qərarları üzrə həll edilməmiş məsələlər haqqında Komitəyə məlumat verməyə dəvət edir;

Ümumi tədbirlərlə bağlı

4. Səlahiyyətli hakimiyyət orqanlarını defamasiyaya görə qeyri-mütənasib cinayət sanksiyalarının tətbiqi ilə bağlı 2016-2020-ci illər üçün aşağıdakılarla bağlı statistik məlumatları təqdim etməyə dəvət edir:
1) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə başlanmış cinayət işlərinin sayı;
2) məhkumluqla nəticələnmiş cinayət işlərinin sayı və təyin olunmuş cəzaların xarakteri;
3) bəraət hökmləri ilə nəticələnmiş cinayət işlərinin sayı;

5. Daha sonra səlahiyyətli hakimiyyət orqanlarını “KİV sahəsində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı kontekstində həyata keçirilən islahatlar, o cümlədən, uzunmüddətli həbs cəzalarının aradan qaldırılması üçün defamasiya haqqında qanunvericiliyə dəyişiklik edilməsinə yönələ biləcək mümkün tədbirlər haqqında ətraflı məlumat verməyə dəvət edir;

6. Media haqqında qanun layihəsinin hazırlanmasını maraqla qeyd edir və onun müddəalarının Avropa Konvensiyanın tələblərinə uyğun olmasını təmin etmək məqsədilə səlahiyyətli hakimiyyət orqanlarını Avropa Şurası ilə əməkdaşlıq etməyə dəvət edir;

7. İfadə azadlığını məhdudlaşdırmaq üçün Cinayət Məcəlləsinin digər müddəalarının özbaşına tətbiq edilməsi ilə bağlı səlahiyyətli hakimiyyət orqanları tərəfindən verilən təqdim edilmiş məlumatları qeyd edir və səlahiyyətliləri, Avropa Şurasının tələblərinə uyğun olaraq, jurnalistlərin özbaşına cinayət təqiblərindən müdafiəsi üçün aydın tədbirlər görməyə, yerli məhkəmə təcrübəsinin Avropa standartlarına, xüsusən də Avropa Konvensiyasına və Avropa Məhkəməsinin presedent hüququna uyğun olmasını təmin etməyə çağırır.

8. Bənzər hüquq pozuntularının təkrarlanmasını nəzərə alaraq, prokurorluq və icra hakimiyyəti orqanları tərəfindən təqsirsizlik prezumpsiyası hüququnun pozulması ilə bağlı indiyədək hakimiyyət orqanları tərəfindən görülmüş tədbirləri qeyd edir; prokurorluq orqanları və dövlət vəzifəli şəxsləri tərəfindən verilən bəyanatların, açıqlamaların Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinin tələblərinə riayət olunmasını təmin etmək üçün bu istiqamətdə cinayət təqibi təcrübəsini təkmilləşdirmək məqsədilə səlahiyyətli hakimiyyət orqanlarını əlavə məqsədyönlü tədbirlər görməyə çağırır;

9. Səlahiyyətlilərdən növbəti yoxlama üçün Nazirlər Komitəsinin 1443-cü iclasına (sentyabr 2022) (DH) qədər, yuxarıda qeyd edilən bilgiləri təqdim etməyi tələb edir.

qətnamənin ingilsicəsi