Avropa Şurası Nazirlər Komitəsi
1443-cü toplantı, 20-22 sentyabr 2022 (DH)
H46-4 Mahmudov və Ağazadı Qrupu Azərbaycana qarşı (Ərizə No. 35877/04)
Avropa Məhkəməsinin qəralarının icrasına nəzarət
Qətnamə
TƏMSİLÇİLƏR,
1. Bu qrupa daxil olan məhkəmə qərarlarının əsasən, ərizəçi jurnalistlərin ifadə azadlığı hüququnun pozuntuları, böhtana görə jurnalistlərə qarşı qeyri-mütənasib cinayət sanksiyalarının tətbiqi və ifadə azadlığının məhdudlaşdırılması üçün Cinayət Məcəlləsinin digər müddəalarının özbaşına tətbiq edilməsi ilə ifadə azadlığı hüququnun pozulması, habelə, təqsirsizlik prezumpsiyası hüququnun dövlət qurumları, prokurorluq tərəfindən pozulması ilə əlaqədər olduğunu xatırladır;
Fərdi tədbirlərlə bağlı
2. Həsənovun işi üzrə ədalətli əvəzin ödənilməsindən başqa, hazırkı qrupda təzminatların ödənilməsi ilə bağlı həll edilməmiş heç bir məsələnin qalmadığını qeyd edir;
Ümumi tədbirlərlə bağlı
3. Komitənin son qərarına cavab olaraq, səlahiyyətli orqanlar tərəfindən təqdim edilmiş tədbirlər planını və xüsusilə də Baş Prokurorluq tərəfindən həyata keçirilən kompleks və məqsədyönlü tədbirlər haqqında məlumatları nəzərə alır; bununla yanaşı tədbirlər planının gec təqdim edilməsinin hazırkı iclasda onun hərtərəfli incələnməsinə imkan vermədiyini qeyd edir;
4. Komitənin növbəti incələməsi üçün təqdim edilmiş məlumatların təhlilini hazırlamağı Katibliyə tapşırdı və səlahiyyətli orqanlardan məlumatları gələcəkdə Komitənin iclaslarının hazırlanması ilə bağlı nəzərdə tutulmuş zaman cədvəlinə uyğun təqdim etməsini xahiş edir;
5. Defamasiyaya görə cinayət sanksiyalarının tətbiqinə gəldikdə, defamasiyaya görə cinayət sanksiyalarının tətbiqi ilə bağlı hakimiyyət orqanları tərəfindən təqdim edilmiş statistik məlumatları nəzərə alır; hökumətdən uzunmüddətli həbs cəzalarının aradan qaldırılması üçün defamasiya qanunvericiliyini dəyişdirməyi hədəfləyən mümkün tədbirlər haqqında ətraflı məlumat verməyə çağırır;
6. Cinayət Məcəlləsinin digər müddəalarının ifadə azadlığı hüququnu məhdudlaşdırmaq üçün özbaşına tətbiq edilməsi ilə bağlı hakimiyyət orqanlarına, Avropa Şurasının standartlarına uyğun olaraq jurnalistləri özbaşına cinayət təqiblərindən qorumağa yönəlik konkret tədbirlər görməyə davam etməsi ilə bağlı çağırışlarını təkrarlayır;
7. prokurorluq orqanları və vəzifəli şəxslər tərəfindən verilən açıqlamalarda təqsirsizlik prezumpsiyası hüququna sayğı göstərilməsini təmin etmək üçün Baş Prokurorluq tərəfindən görülmüş əlavə məqsədyönlü tədbirlərə dair səlahiyyətli orqanlar tərəfindən verilən məlumatları qeyd edir;
8. 2023-cü ilin sentyabrında keçiriləcək iclasında Nazirlər Komitəsinin incələməsi üçün həll edilməmiş məsələlər haqqında vaxtında məlumatların təqdim edilmisi səlahiyyətlilərdən xahiş edir.