№35877/04 Mahmudov və Ağazadə Qrupu Azərbaycana qarşı – 19-21 sentyabr 2023-cü il

Avropa Şurası Nazirlər Komitəsi

1475-ci toplantı, 19-21 sentyabr 2023 (DH)

H46-5 Mahmudov və Ağazadə Qrupu Azərbaycana qarşı (Ərizə No. 35877/04)

Avropa Məhkəməsinin qəralarının icrasına nəzarət

Qətnamə

Təmsilçilər,

1. Bu qrupa daxil olan məhkəmə qərarlarının əsasən, ərizəçi jurnalistlərin ifadə azadlığı hüququnun pozuntuları, böhtana görə jurnalistlərə qarşı qeyri-mütənasib cinayət sanksiyalarının tətbiqi və ifadə azadlığının məhdudlaşdırılması üçün Cinayət Məcəlləsinin digər müddəalarının özbaşına tətbiq edilməsi ilə ifadə azadlığı hüququnun pozulması, habelə, təqsirsizlik prezumpsiyası hüququnun dövlət qurumları, prokurorluq tərəfindən pozulması ilə əlaqədər olduğunu xatırladır;

Fərdi tədbirlərlə bağlı,

2. Səlahiyyətli dövlət qurumlarını “Azadlıq” qəzeti və Zayidov (ərizə №20755/08) və Əliyev (ərizə №34717/10) Azərbaycana qarşı işləri üzrə görülmüş fərdi tədbirlər haqqında məlumatları tqədim etməyə dəvət edir;

3. Mahmudov və Ağazadə Azərbaycana qarşı (ərizə №28083/08) və Tağıyev və Hüseynov Azərbaycana qarşı (ərizə № 13274/08) işlərinə gəldikdə, ərizəçilərin azad edildikdən və cinayət qeydlərinin silinməsindən sonra Məhkəmə tərəfindən təsbit edilmiş pozuntulardan dolayı artıq hər hansı mənfi nəticələrə məruz qalmadıqlarını qeyd edir; bu işlərdə əlavə fərdi tədbirlərin görülməsinin tələb olunmaması və bu qrup işində nəzarət altında qalmağa davam edəcək ümumi tədbirlərin qiymətləndirilməsinə xələl gətirməməsi haqqında Yekun Qərar qərar qəbul edir;

Ümumi tədbirlərlə bağlı

4. defamasiya ilə bağlı cinayət sanksiyalarının tətbiqi məsələsində, defamasiyaya görə cinayət sanksiyalarının tətbiqi ilə bağlı hakimiyyət orqanları tərəfindən təqdim edilən statistic bilgiləri nəzərə alır; Mülki müdafiə vasitələri başda olmaqla digər müdaxilə və təkzib kimi vasitələrin də mövcud olduğunu nəzərə alaraq, səlahiyyətləri nifrət nitqi və ya zorakılığa təşviq halları kimi istisna durumlarda defamasiyaya görə cinayət təqibindən istifadə edilməsi ilə bağlı prokurorluq orqanlarının təcrübəsini təkmilləşdirməyə təşviq edir; qanunvericiliyin dəyişdirilməsi ilə bağlı tələb olunan tədbirlərin həyata keçirilməsində yaşanan ciddi gecikmələri böyük əndişə ilə qeyd edir və hakimiyyət orqanlarını çoxdan gözlənilən qanunvericiliyin dəyişdirilməsi prosesini daha da gecikmədən sürətləndirməyə çağırır;

5. Cinayət Məcəlləsinin digər müddəalarının ifadə azadlığının məhdudlaşdırılması üçün özbaşına tətbiqi ilə bağlı hakimiyyət orqanları tərəfindən görülən tədbirləri, xüsusilə də prokurorluq orqanlarına verilən təlimatları maraqla qeyd edir; və səlahiyyətli orqanlarını Konvensiya standartlarına uyğun olaraq jurnalistləri özbaşına cinayət təqiblərindən qorumağa yönəlmiş yerli məhkəmə təcrübəsinin təkmilləşdirilməsi məqsədilə tədbirlər görməyə dəvət edir;

6. prokurorluq orqanlarının və vəzifəli şəxslərin verdikləri bəyanatlarda təqsirsizlik prezumpsiyası hüququna hörmət edilməsini təmin etmək məqsədi ilə prokurorluq orqanlarının təcrübəsinin təkmilləşdirilməsi üçün qəbul edilmiş qanunvericilik tədbirləri ilə yanaşı, həyata kieçirilmiş digər tədbirləri məmnunluqla qeyd edir və bununla bağlı məsələlərə nəzarətin qapadılmasına qərar verir;

7. 2024-cü ilin sentyabr ayında keçiriləcək toplantıda bu qrup işinin incələnməsini davam etdirməyə qərar verir və səlahiyyətli qurumları həll edilməmiş məsələlər haqqındakı məlumatları Komitənin növbəti incələməsi üçün vaxtında təqdim etməyə çağırır.