3 aprel 2023-cü il tarixdə dərc edilib
BİRİNCİ BÖLMƏ
Ərizənin nömrəsi: 30498/17
İsmayıl İsax oğlu MƏMMƏDOV və başqaları Azərbaycana qarşı
10 aprel 2017-ci il tarixdə daxil olub
13 mart 2023-cü il tarixdə hökumətlə kommunikasiya edilməyə başlanıb
MƏHKƏMƏ İŞİNİN MÖVZUSU
Ərizəçilər İslam dininə aid Nurçu təriqətinə mənsub şəxslərdir. Məhkəmə işi onların dini ədəbiyyatın qanunsuz yayılması və dini ayinlərin qanunsuz icra edilməsi ilə başqalarının haqlarına müdaxilə olunması əsası ilə cinayət məsuliyyətinə cəlb edilmələri ilə bağlıdır. Ərizəçilər iddia edirlər ki, yerli məhkəmələr onlar barəsində çıxardıqları cinayət hökmünü adekvat əsaslandırmayıblar.
TƏRƏFLƏRƏ SUALLAR
Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq, Ərizəçilərə onlara qarşı irəli sürülən cinayət ittihamlarının araşdırılması zamanı ədalətli məhkəmə dinləmələri imkanına malik olublarmı? Xüsusilə, daxili məhkəmələr ərizəçilərin mühakimə olunduğu cinayət əməllərinin bütün elementlərinin mövcudluğunu müəyyən ediblərmi və hökmləri üçün adekvat və uyğun əsaslar təqdim ediblərmi?