BEŞİNCİ BÖLMƏ
Ərizə №3039/09
Məlahət NƏSIBOVA və QHT-lərin İnkişafı və Demokratiya Resurs Mərkəzi Azərbaycana qarşı
Şikayət 28 dekabr 2008-ci il tarixində verilib
Kommunikasiya edilir: 06 yanvar 2020
İşin MÖVZUSU
Hazırkı işdə Ərizəçilər bir jurnalist və onun həmsədri olduğu bir ictimai birlikdir. İctimai Birliyin digər həmsədri ərizəçinin həyat yoldaşıdır. O, digər bir ərizə ilə (№4903/09) şikayət etmiş jurnalistdir.
Hazırkı iş ərizəçinin ərinə qarşı böhtana görə açılan xüsusi ittiham qaydasında şikayətlə əlaqədar olaraq, ərizəçinin mənzilində və İctimai Birliyin ofisində qeyri-qanuni axtarış aparılması və götürmə həyata keçirilməsi, habelə yerli məhkəmələrin həmin olaylarla bağlı iddia ərizələrini icraata qəbul etməkdən imtina etməsi ilə əlaqəlidir. Ərizəçilər axtarışlarının qanunsuz olması ilə əlaqədar hüquq-mühafizə orqanlarına qarşı mülki iddia qaldırmaq istəmişdilər.
Tərəflərə suallar
1. Ərizəçi İctimai Birliyin ofisində axtarış və götürmə əməliyyatı doğrudan da olubmu və əgər olubsa, bunu hansı orqanlar həyata keçiriblər? Bu əməliyyat üçün hüquqi əsaslar nələr idi? Tərəflərdən yuxarıdakı suallara cavabları dəstəkləmək üçün mövcud sənədləri təqdim etmələri xahiş olunur.
2. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq ərizəçilər mülki hüquq və vəzifələrini müəyyənləşdirilməsi üçün məhkəməyə müraciət edə bildilərmi?
3. Birinci ərizəçinin evində və ərizəçi İcttimai Birliyin ofisində aparılan axtarışlar və götürmə ilə əlaqədar olaraq, Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndinin mənasında ərizəçilərin şəxsi həyatlarına və mənzillərinə hörmət hörmət hüququna müdaxilə olubmu? Əgər baş veribsə, bu müdaxilə qanuna uyğun və 8-ci maddənin 2-ci bəndinin işığında zəruri idimi?
4. Birinci ərizəçinin evində və ofisində aparılan axtarışlar və götürmə ilə əlaqədar olaraq, ərizəçinin Konvensiyanın 10-cu maddəsi ilə təminat alrtına alınan ifadə azadlığına müdaxilə olubmu, özəlliklə, bir jurnalist kimi onun mənbələrini açıqlamaqdan imtina etmək hüququ təmin edilbmi? Əgər belədirsə, 10-cu maddənin 2-ci bəndinə əsasən, bu, qanunla nəzərdə tutulan və müdaxilə zəruri idimi?
5. Ərizəçilər Konvensiyanın 13-cü maddəsinin tələb etdiyi kimi, axtarışların qanunsuz olması ilə bağlı şikayət etmək üçün təsirli bir daxili müdafiə vasitəsinə sahib idimi?