№29289/21 və 36060/21 Yunis SƏFƏROV Azərbaycana qarşı və Niyaməddin ƏHMƏDOV Azərbaycana qarşı – 24 İYUN 2024-CÜ İL

 

24 iyun 2024-cü il tarixdə dərc edilib

 

BİRİNCİ BÖLMƏ

Ərizələrin nömrələri: 29289/21 və 36060/21

Yunis SƏFƏROV Azərbaycana qarşı
və Niyaməddin ƏHMƏDOV Azərbaycana qarşı

 

Müvafiq olaraq 31 may 2021-ci il və 25 iyun 2021-ci il tarixlərində təqdim edilib
4 iyun 2024-cü ildə hökumətlə kommunikasiya edilməyə başlanılıb

 

MƏHKƏMƏ İŞİNİN MÖVZUSU

Hazırkı ərizələr həbsdə olan ərizəçilərə ailə üzvləri və ümumiyyətlə xarici aləmlə əlaqə saxlamaq və onlarla telefon danışmaq hüququna müvafiq qərar qəbul edilmədən qoyulduğu iddia edilən məhdudiyyətlərlə bağlıdır.

Ərizəçilər Konvensiyanın 8 və 13-cü maddələrinə əsaslanaraq, onlara qarşı qoyulmuş məhdudiyyətlərin qanunsuz olmasından və daxili məhkəmələrin onların şikayətlərini lazımi qaydada araşdıra bilmədiklərindən, məruz qaldıqları məhdudiyyətlərlə bağlı effektiv hüquqi müdafiə vasitələrinə sahib olmadıqlarından şikayət ediblər.

TƏRƏFLƏRƏ SUALLAR

1. Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndinin mənasında ərizəçilərin şəxsi və ailə həyatına və ya yazışmalarına hörmət etmək hüququna müdaxilə baş veribmi? Xüsusilə, onların ailə üzvləri və xarici aləmlə əlaqə saxlamaq, ailsəi və yaxınları ilə telefonla danışmaq hüququna məhdudiyyət qoyulmuşdurmu? Əgər belədirsə, bu müdaxilə qanuna uyğun və 8-ci maddənin 2-ci bəndi baxımından zəruri idimi?

2. Ərizəçilər 8-ci maddə ilə bağlı şikayətlərinin araşdırlması üçün Konvensiyanın 13-cü maddəsinin tələb etdiyi şəkildə effektiv daxili müdafiə vasitələrinə sahib idilərmi?