6 mart 2023-cü il tarixdə dərc edilib
BİRİNCİ BÖLMƏ
Ərizənin nömrəsi: 28728/22
Fikrət Fərəməzin oğlu İBİŞBƏYLİ Azərbaycana qarşı
25 may 2022-ci il tarixdə daxil olub
15 fevral 2023-cü il tarixdə hökumətlə kommunikasiya edilməyə başlanılıb
MƏHKƏMƏ İŞİNİN MÖVZUSU
Bu işdə ərizəçi jurnalist və onlayn xəbər portalının baş redaktorudur. Onun şikayəti ərizəçiyə inzibati xəta haqqında iş üzrə icraat açılması və 12 yanvar 2022-ci il tarixdə daxili məhkəmələrin onu 500 Azərbaycan manatı (həmin vaxt təxminən 250 avro) məbləğində cərimə etməsi ilə bağlıdır.
Həmin məqalədə ərizəçi yaydığı məlumatı təsdiqləyən heç bir mənbəyə və sübuta malik olmadan bildirdi ki, ötən gün axşam saatlarından Şuşa şəhəri “Qarabağdakı erməni separatçıları” tərəfindən davamlı olaraq atəşə tutulub.
İnzibati tənbeh tədbiri 11 yanvar 2022-ci il tarixində onun internet səhifəsində informasiya təhlükəsizliyi ilə bağlı daxili qanunvericiliyə zidd olaraq, Qarabağ bölgəsindəki münaqişə haqda həssas mövzuda yalan məlumatların dərc edilməsi ilə bağlı idi. Həmin məqalədə ərizəçi yaydığı faktiki məlumatı təsdiqləyən heç bir mənbəyə və sübuta malik olmadan bildirmişdi ki, ötən gün axşam saatlarından Şuşa şəhəri “Qarabağdakı erməni separatçıları” tərəfindən davamlı olaraq atəşə tutulub.
Ərizəçi Konvensiyanın 10-cu maddəsinə əsaslanaraq, dövlət orqanları tərəfindən onun ifadə azadlığı hüququna edilən müdaxilənin əsaslı olmadığından şikayət edib.
TƏRƏFLƏRƏ SUALLAR
Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndinin mənasında ərizəçinin ifadə azadlığı hüququna müdaxilə olubmu? Əgər belədirsə, bu müdaxilə qanunla nəzərdə tutulmuşdumu, qanuni məqsəd güdürdümü və 10-cu maddənin 2-ci bəndi baxımından demokratik cəmiyyətdə zəruri idimi?