№26896/18 SƏRDAR BABAYEV AZƏRBAYCANA QARŞI – 23 may 2022-ci il

 

23 may 2022-ci il tarixində dərc edilmişdir

 

BEŞİNCİ BÖLMƏ

Ərizə nömrəsi. 26896/18

Sərdar Akif oğlu BABAYEV Azərbaycana qarşı

19 may 2018-ci il tarixdə daxil olub

 

3 may 2022-ci il tarixdə hökumətlə kommunikasiya başlanılıb

MƏHKƏMƏ İŞİNİN MÖVZUSU

Bu ərizə İranda dini təhsil almış Azərbaycan vətəndaşı olan ərizəçinin məsciddə qanunsuz dini təbliğat aparması əsası ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dairdir. Daxili məhkəmələr onu Cinayət Məcəlləsinin həmin vaxt xaricdə dini təhsil almış Azərbaycan Respublikası vətəndaşlarının İslam dini ayin və mərasimlərini yerinə yetirməsini cinayət sayan 168-1.3.1-ci (dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma) maddəsi ilə təqsirli bilərək, üç il müddətinə azadlıqdan məhrum edib.

Konvensiyanın 9 və 14-cü maddələrinə əsaslanan ərizəçi iddia edir ki, cinayət məsuliyyətinə cəlb edilməsi onun dini etiqad azadlığı hüququna qanunsuz və əsassız müdaxiləyə bərabər olub və ayrı-seçkiliyi ehtiva edib.

TƏRƏFLƏRƏ SUALLAR

1. Konvensiyanın 9-cu maddəsinin 1-ci bəndinin mənasında ərizəçinin cinayət məsuliyyətinə cəlb edilməsi ilə onun dini etiqad azadlığına müdaxilə olunubmu? Əgər olubsa, həmin müdaxilə qanunla nəzərdə tutulmuşdumu və 9-cu maddənin 2-ci bəndi baxımından zəruri idimi?

2. Ərizəçi Konvensiyanın 9-cu maddəsində nəzərdə tutulmuş hüquqlarından yararlanarkən Konvensiyanın 14-cü maddəsinə zidd olaraq, fərqli rəftara məruz qalıbmı? Əgər belədirsə, bu rəftar fərqi qanuni məqsəd güdürdümü və bunun ağlabatan əsası var idimi?