№26563/16 PƏRVİZ HƏŞİMOV AZƏRBAYCANA QARŞI – 18 DEKABR 2023-CÜ İL

 

18 dekabr 2023-cü il tarixdə dərc edilib

 

BİRİNCİ BÖLMƏ

Ərizənin nömrəsi: 26563/16

Pərviz HƏŞİMOV Azərbaycana qarşı

 

26 aprel 2016-cı il tarixdə təqdim edilib
27 noyabr 2023-cü il tarixdə hökumətlə kommunikasiya edilməyə başlanılıb

MƏHKƏMƏ İŞİNİN MÖVZUSU

Jurnalist olan Ərizəçi qaçaqmalçılıqda və qanunsuz silah əldə etmək, saxlamaq və gəzdirməkdə ittiham olunub.

Ali Məhkəmə 27 oktyabr 2015-ci il tarixli yekun qərarı ilə aşağı instansiya məhkəmələrinin ərizəçini 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edən qərarlarını qüvvədə saxlayıb. Daxili məhkəmələrin qərarlarına görə, ərizəçi İranla sərhəddə kimliyi naməlum İran vətəndaşından qaçaqmalçılıq yolu ilə tapança, patron və digər döyüş sursatlarını qanunsuz olaraq ədlə edib və onların bir hissəsini öz mənzilində saxlayıb.

Ərizəçi Konvensiyanın 6, 10 və 18-ci maddələrinə əsaslanaraq, cinayət prosesinin ədalətsiz aparılmasından şikayət edib. Ərizəçi, xüsusilə ona qarşı irəli sürülən ittihamların uydurma olduğunu, məhkumluğunun saxta sübutlarla əsaslandırılğını, vəkili ilə konfidensial ünsiyyət hüququnun pozulduğunu və cinayət işinin jurnalist fəaliyyətinə görə onu cəzalandırmaq məqsədilə uydurulduğunu iddia edib.

TƏRƏFLƏRƏ SUALLAR

1. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci və 3-cü (c) bəndlərinə uyğun olaraq, ona qarşı irəli sürülən cinayət ittihamlarının incələnməsi və qərara bağlanması zamanı ədalətli məhkəmə dinləmələri imkanına malik olubmu? Xüsusilə, ərizəçinin məhkumluğu qanuni yolla əldə edilmiş sübutlara söykənirdimi? Tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə riayət olunubmu? Ərizəçiyə ona qarşı olan sübutlara etiraz etmək və onlardan istifadəyə qarşı çıxmaq üçün adekvat imkan yaradılıbmı? Ərizəçi istintaq təcridxanasında vəkili ilə təkbətək ünsiyyət qura bilibmi (bax: İnsanov Azərbaycana qarşı, 16133/08, §165, 14 mart 2013-cü il və Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, §. § 47-48 və 52, 12 noyabr 2015-ci il)?

2. Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndinin mənasında ərizəçinin ifadə azadlığına müdaxilə baş veribmi? Əgər belədirsə, müdaxilə qanunda nəzərdə tutulmuşdumu və 10-cu maddənin 2-ci bəndi baxımından zəruri idimi?

3. Konvensiyanın 10-cu maddəsinə uyğun olaraq ərizəçinin işində Dövlət tərəfindən tətbiq edilən məhdudiyyətlər, Konvensiyanın 18-ci maddəsinə zidd olaraq, həmin müddəalarda nəzərdə tutulan məqsədlərdən fərqli məqsədlər üçün tətbiq edilmişdimi?

Tərəflərdən cinayət prosesi ilə bağlı öz cavab və təqdimatlarını təsdiq edən sübutları (ifadələrinin stenoqramları, ekspertiza rəyləri, axtarışların videoçəkilişləri, ərizəçinin vəsatətləri üzrə birinci instansiya məhkəməsinin qərarları və s.) və onların tərcüməsini, hebleə, ərizəçi tərəfindən dərc edilmiş və onun cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olduğu iddia olunan məqalənin ingilis və ya fransız dilində təqdim etmələri xahiş olunur.