№257/12 RƏSUL CƏFƏROV və BAŞQALARI AZƏRBAYCANA QARŞI – 17 may 2021-ci il

 

28 aprel 2021-ci il tarixdə kommunikasiyaya başlanılıb

17 may 2021-ci il tarixdə bu haqda bilgi dərc edilib

 

BEŞİNCİ BÖLMƏ

Ərizə №257/12

Rəsul Ağahəsən oğlu CƏFƏROV və başqaları Azərbaycana qarşı

25 noyabr 2011-cı il tarixdə daxil olub

 

Məhkəmə işinin mövzusu 

Bu işdə ərizəçilər 3 fərdi ərizəçi, bir TV və radio şirkətidir. İkinci və üçüncü ərizəçilər həm də ərizəçi şirkətin təsisçiləridir. Birinci ərizəçi (“Alternativ Radio” adı altında yayım niyyətində olan fərdi sahibkar olaraq) və ikinci və üçüncü ərizəçilərlə təmsil olunan ərizəçi şirkət, Milli Televiziya və Radio Şurası tərəfindən elan edilmiş radio yayım lisenziyası tenderində birlikdə iştirak ediblər. Tenderin nəticəsində onların təklifləri rədd edilib və yayım lisenziyası başqa bir şirkətə verilib.

Ərizəçilər, onlara yayım lisenziyası verilməməsinin və milli məhkəmələrin tenderin nəticələri ilə bağlı MTRŞ-yə qarşı iddialarının araşdırlmasının məzmununun və formasının, Konvensiyanın 10-cu maddəsinin şərtlərinə uyğun olmamasından şikayət edirlər.

Bildiriblər ki, lisenziyaların verilməsinin və yayım qanunvericiliyinin dəqiq və aydın deyildi, MTRŞ-nin qərarı qanunvericiliklə müəyyən edilən uyğun lisenziyalaşdırma kriteriyalarına söykənmədiyi üçün özbaşına verilmişdi. Həm də mövcud lisenziyalaşdırma sistemi daxilində müstəqil bir tənzimləyici qurum kimi qəbul edilə bilməzdi.

Tərəflərə suallar

Ərizəçilərin radio yayımı lisenziyası üçün təkliflərinin rədd edilməsi, Konvensiyanın 10§1-ci maddəsinin işığında ərizəçilərin ifadə azadlığına, özəlliklə informasiyaları və məlumatları yaymaq hüquqlarına müdaxilə təşkil edibmi? Özəlliklə, mövcud işdə iddia edilən müdaxilə, Dövlətin Konvensiyanın 10§1-ci maddəsində medianın lisenziyalaşdırılması sahəsindəki açıq ifadə edilən qiymətləndirmə sərbəstliyinin hüdudları daxilində idimi?

Əgər belədirsə, bu müdaxilə qanunla müəyyən edilən idimi və Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinin işığında qanuni bir məqsəd üçün gərəkli idimi?