№24129/17 MİRƏLƏM HƏŞİMOV AZƏRBAYCANA QARŞI – 25 SENTYABR 2023-CÜ İL

 

25 sentyabr 2023-cü il tarixdə dərc edilib

BİRİNCİ BÖLMƏ

 

Ərizənin nömrəsi: 24129/17

 

Mirələm HƏŞİMOV Azərbaycana qarşı

 

14 mart 2017-ci il tarixdə daxil olub
5 sentyabr 2023-cü il tarixdə hökumətlə kommunikasiya edilməyə başlanılıb

MƏHKƏMƏ İŞİNİN MÖVZUSU

Məhkəmə işi journalist, onlayn xəbər portalının baş redaktoru olan ərizəçiyə qarşı Masallı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı H.R. tərəfindən açılmış mülki defamasiya prosesi ilə bağlıdır. 2015-ci ildə ərizəçi 3 məqalə yayıb, jəmin məqalələr İcra Hakimiyyətində dövlət vəsaitinin mənimsənilməsi, rayon ərazisində H.R.-nin göstərişi ilə bəzi ağacların kəsilməsi iddiaları ilə bağlıydı.

Ərizəçi daxili məhkəmələrə təqdimatlarında, digər məsələlərlə yanaşı, o vaxt qüvvədə olan “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanunun 62.3-cü maddəsinə istinad edib, hansı ki, həmin maddə jurnalistləri və redaktorları digər kütləvi informasiya vasitələrində yayılan və təkzib edilməyən məlumatları təkrar yaydıqları halda məsuliyyətdən azad edir. O, üçüncü məqalədə göstərilən məlumatın onun portalında dərc edilməmişdən əvvəl başqa xəbər portalı tərəfindən dərc edildiyini bildirib. Ali Məhkəmə 28 noyabr 2016-cı il tarixli yekun qərarı ilə aşağı instansiya məhkəmələrinin ərizəçinin təkzib verməsini və H.R.-nin nüfuzuna dəymiş ziyana görə ona təzminat kimi 500 Azərbaycan manatı (həmin vaxt təxminən 300 avro) ödəməsinı nəzərdə tutan qərarlarını qüvvədə saxlayıb.

Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə və 10-cu maddəsinə əsaslanaraq, məhkəmə icraatının ədalətsiz olmasından və daxili məhkəmələrin qərarlarının onun ifadə azadlığı hüququnu pozmasından şikayət edib.

TƏRƏFLƏRƏ SUALLAR

1. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq mülki hüquq və vəzifələrinin müəyyən edilməsində ədalətli məhkəmə dinləmələri imkanına malik idimi? Xüsusilə, müvafiq vaxtda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 62.3-cü maddəsinə əsasən məsuliyyətdən azad olunma ilə bağlı arqumentlərlə bağlı ərizəçinin əsaslandırılmış qərar əldə etmək hüququna hörmət edilibmi (bax: Zayidov Azərbaycana qarşı). (№ 2), № 5386/10, §§ 98-99, 24 mart 2022-ci il)?

2. Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndinin mənasında ərizəçinin ifadə azadlığı hüququna müdaxilə olubmu? Əgər belədirsə, qanunla nəzərdə tutulmuş müdaxilə 10-cu maddənin 2-ci bəndi baxımından zəruri idimi (bax: Azadlıq və Zayidov Azərbaycana qarşı, № 20755/08, § 50, 30 iyun 2022-ci il)?

Tərəflərdən ərizəçinin dərc etdiyi mübahisəli məqalələrin ingilis və ya fransız dilinə tərcüməsini təqdim etmələri xahiş olunur.