3 Oktyabr 2022-ci il tarixdə dərc edilib
BEŞİNCİ BÖLMƏ
Ərizə nömrəsi 23070/19
Elman AĞAYEV və başqa 2 ərizəçi Azərbaycana qarşı
(siyahı əlavə edilmiş cədvəldə göstərilib)
12 Sentyabr 2022-ci ildə hökumətlə kommunikasiyaya başlanılıb
MƏHKƏMƏ İŞİNİN MÖVZUSU
Bu ərizələr, ərizəçilər barəsindəki cinayət mühakiməsinin ədalətli olmaması iddiaları ilə bağlıdır.
Ərizəçilər rəsmi qeydiyyata alınmamış dini cərəyan olan “Müsəlman Birliyi” (“MB”) hərəkatının üzvləri və ya tərəfdarlarıdılar, ya da hakimiyyət tərəfindən belə qəbul edilirlər. “MB” 2015-ci ilin əvvəlində Taleh Bağırov tərəfindən qurulub.
26 noyabr 2015-ci il tarixdə “Nardaran hadisələri” adlanan olay baş verib. Həmin gün Daxili İşlər Nazirliyinin (“DİN”) silahlı polis əməkdaşları, M.B.-nin üzvləri və tərəfdarlarının, o cümlədən, Taleh Bağırovun həbs edildiyi əməliyyat keçiriblər. Həbs edilmiş şəxslər sonradan bir sıra ağır cinayətlərə görə məhkum olunublar (sözügedən əməliyyat, həbslər və hökmlər Məhkəmədə baxılan 47347/18 saylı ərizə çərçivəsində icraatdadır).
Hazırkı işdəki ərizələr “MB” və “Nardaran hadisələri” ilə bağlı olaylardan sonra həbs ediliblər.
Polisin tərtib etdiyib sənədlərə görə, ərizəçilərin üzərlərində və ya evlərində aparılan axtarışlar zamanı, digərləri ilə yanaşı, silahlar, partlayıcı maddələr və zorakılığa çağırışların yer aldığı bukletlər aşkar edilib, götürülüb.
Bütün ərizəçilər, MB üzvü və ya tərəfdarları olaraq, terrora hazırlıq, terror törətməyə açıq çağırışlar, kütləvi iğtişaşlar törətməyə çağırışlar, qanunsuz olaraq silah, partlayıcı maddələr əldə etmək, saxlamaq və gəzdirmək və s. daxil olmaqla, hakimiyyəti zorakılıqla ələ keçirmək, silahlı birləşmələr və ya qruplar yaratmaq, bir qrup şəxs tərəfindən dövlətə qarşı açıq çağırışlar və mütəşəkkil cinayətkar qrup tərəfindən milli, irqi və ya dini düşmənçiliyin qızışdırılması cinayətlərində təqsirli sayılaraq, məhkum ediliblər. Ərizəçilərdən Ruzi İsmayılov (35436/19 saylı ərizədə birinci ərizəçi) həmçinin, hökumət nümayəndəsinə müqavimət göstərmə və ya zorakılıq etmək, satış məqsədilə narkotik maddələri əldə etmə, saxlama və gəzdirmə ittihamı ilə məhkum edilib. Ərizəçi Cabir Əliyev (35436/19 saylı ərizədə üçüncü ərizəçi) isə həmçinin, narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsi, saxlanması və gəzdirməyə görə məhkum olunub.
Bütün ərizəçilər eyni cinayət işi çərçivəsində cinayət məsuliyyətinə cəlb ediliblər və on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunublar.
16 noyabr 2018-ci il tarixdə Ali Məhkəmə cinayət prosesi üzrə yekun qərarını çıxarıb (35436/19 və 35442/19 nömrəli ərizələrdə bu qərar ərizəçilərin vəkillərinə 22 dekabr 2018-ci ildə təqdim olunub).
Ərizəçilər məhkum edilməzdən əvvəl DİN və Baş Prokurorluq Nardaran hadisələri ilə bağlı media üçün açıqlama yayıb.
Ərizəçilərin hamısı Məhkəmə qarşısında, məhkumluqlarının pis rəftar nəticəsində əldə edilmiş öz əleyhlərinə ifadələr kimi uydurma və başqa cür qanunsuz sübutlara əsaslandığını, onlara qarşı cinayət prosesinin Konvensiyanın 6-cı maddəsinin 1 və 3 (a), (b), (c) və (d) bəndləri çərçivəsindəki ədalətli məhkəmə araşdırması ilə bağlı müxtəlif təminatlarin pozulduğunu iddia edirlər. Ərizəçilərin hamısı həmçinin, DİN və Baş Prokurorluğun mediaya açıqlamasında cinayət törətməkdə təqsirli bilinməzdən əvvəl cinayətkar kimi göstərilmələri səbəbindən, Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən təqsirsizlik prezumpsiyası hüquqlarına müdaxilənin baş verməsindən şikayət ediblər.
Bunlardan başqa, həbslərinin və onlara qarşı irəli sürülən ittihamların din azadlığı, toplaşmaq və birləşmək azadlığı hüquqlarını pozduğunu; siyasi səbəblərdən və MB ilə əlaqələri səbəbindən həbs və mühakimə olunduqlarını iddia edən 35436/19 və 35442/19 saylı ərizəçilər Konvensiyanın 9 və 11-ci maddələri və Konvensiyanın 6, 9 və 11-ci maddələri ilə birlikdə götürülməklə, Konvensiyanın 18-ci maddəsinə əsasən də şikayət ediblər. 35442/19 saylı rəziəçi, Konvensiyaının 10-cu maddəsi ilıə birlikdə götürülməklə, 18-ci maddəsi çərçivəsində oxaşar şikayət də irəli sürüb.
TƏRƏFLƏRƏ ÜMUMİ SUALLAR
1. Ərizəçilər onlarla bağlı cinayət ittihamlarının müəyyən edilməsi zamanı Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq, ədalətli mühakimə haqqına sahib idilərmi? Xüsusilə, ərizəçilərin əsaslandırılmış qərar əldə etmək hüququna, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə hörmət edilibmi? Ərizəçilərə onların əleyhinə olan sübutları mübahisələndirmə, lehlərinə olan sübutları təqdim etmək və bu cür sübutların məhkəmə tərəfindən qiymətləndirilməsi üçün adekvat imkanlar yaradılmışdımı?
2. Prosesin məhkəməyəqədər mərhələsində ərizəçilərin hüquqi yardım almaq hüququna riayət olunubmu?
3. Ərizəçilər Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (c) bəndində tələb olunduğu kimi, özlərinin seçdikləri hüquqi yardım vasitəsilə müdafiə oluna biliblərmi?
4. Ərizəçilər Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (d) bəndində tələb olunduğu kimi, onlara qarşı olan şahidləri dindirə bildilərmi? Ərizəçilərə Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (d) bəndində tələb olunduğu kimi, onların adından şahidlərin iştirakı imkanı verilibmi?
5. Hazırkı işlərdə Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi ilə təminat altına alınan təqsirsizlik prezumpsiyası hüququna, xüsusilə DİN və Baş Prokurorluğun mediaya açıqlamalarının işığında hörmət göstərilibmi? Ərizəçilər daxili müdafiə vasitələrinin tükənməsi tələbinə və altı aylıq qaydaya əməl ediblərmi?
Tərəflərdən öz cavablarını və təqdimatlarını təsdiq edən zəruri sənədli sübutları, o cümlədən, daxili məhkəmələrin hökm və qərarlarının surətlərini, məhkəmə iclaslarının stenoqramlarını və ərizəçilərin apellyasiya şikayətlərini və tələblərini təqdim etmələri xahiş olunur.
35436/19 və 35442/19 SAYLI ƏRİZƏLƏR ÜZRƏ SPESİFİK SUALLAR
1. Hazırkı işlərdə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələb etdiyi şəkildə məhkəmə prosesinin açıqlığı təmin edilibmi?
2. Ərizəçilər, Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (a) bəndində tələb olunduğu kimi, onlara qarşı irəli sürülən ittihamın xarakteri və səbəbi barədə dərhal və yetərli qədər məlumatlandırlıbmı? Xüsusilə, ittiham aktında ərizəçilərə qarşı irəli sürülən ittihamların həm faktiki, həm də hüquqi əsasları aydın göstərilibmi?
3. Ərizəçilərə Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (b) bəndində tələb olunduğu kimi öz müdafiələrini hazırlamaq üçün kifayət qədər vaxt və şərait yaradılıbmı?
4. Ərizəçilərə məhkəmə araşdırması zamanı vəkilləri ilə konfidensial əlaqə saxlamaq və məhkəmə iclaslarında səmərəli iştirak etmələrinə uyğun imkan yaradılıbmı?
5. Konvensiyanın 9-cu maddəsinin 1-ci və 11-ci bəndinin mənasında ərizəçilərin din, toplaşmaq və birləşmək azadlığına müdaxilə baş veribmi? Əgər belədirsə, bu müdaxilə qanunla nəzərdə tutulmuşdu və 9-cu bəndin 2-ci və 11-ci bəndinin 2-ci bəndi baxımından zəruri idimi?
6. Hazırkı işlərin şərtləri baxımından, Konvensiyanın 6-cı maddəsi ilə birlikdə götürülməklə 18-ci maddənin tətbiqi uyğundurmu (bax: İlqar Məmmədov Azərbaycana qarşı (№ 2), № 919/15, § 261, 16 noyabr 2017-ci il)?
7. Dövlətin Konvensiyanın 6, 9 və 11-ci maddələrinə uyğun olaraq ərizəçilərə qarşı tətbiq etdiyi məhdudiyyətlər, Konvensiyanın 18-ci maddəsinə zidd olaraq, həmin müddəalarda nəzərdə tutulan məqsədlərdən başqa məqsədlər üçünmü tətbiq edilmişdi?
8. Dövlətin 35442/19 saylı ərizəçiyə Konvensiyanın 10-cu maddəsi çərçivəsində tətbiq etdiyi məhdudiyyətlər, Konvensiyanın 18-ci maddəsinə zidd olaraq, həmin maddədə nəzərdə tutulmuş məqsədlərdən fərqli məqsədlər üçünmü tətbiq edilmişdi?
CƏDVƏL
Ərizəçilərin siyahısı
No. | Ərizə nömrəsi. | Məhkəmə işinin adı | Daxil olub | Ərizəçi
Doğum tarixi İqamət yeri |
Təmsilçi |
1. | 23070/19 | Ağayev Azərbaycana qarşı | 17/04/2019 | Elman Seyidəmir oğlu AĞAYEV 1979 Lənkəran Azərbaycanlı |
Akif ALIYEV |
2. | 35436/19* | Ismayılov və Başqaları Azərbaycana qarşı | 17/06/2019 | Ruzi Xaliq oğlu ISMAYILOV 1983 Gəncə AzərbaycanlıRamil Suliddin oglu SEYFULLAYEV 1983 Bakı Azərbaycanlı Cabir Sabir oglu Əliyev Mehman Sudef oglu MƏMMƏDOV |
Şəhla HÜMBƏTOVA |
3. | 35442/19* | Quliyev və Başqaları Azərbaycana qarşı | 17/06/2019 | Mehman Əbülfəz oglu QULIYEV 1982 Bakı AzərbaycanlıƏli Humat oğlu HÜSEYNOV 1955 Bakı Azərbaycanlı Faiq Arif oglu ALLAHVERDIYEV Mübariz Eyyub oglu IBRAHIMOV |
Zibeydə SADIQOVA |