№23036/19 ŞAHVƏLƏD NAMAZOV və digər 6 ərizəçi AZƏRBAYCANA QARŞI – 2 İYUN 2020-ci il

 

BEŞİNCİ BÖLMƏ

Ərizə No. 23036/19

 

Şahvələd NAMAZOV və digər 6 ərizəçi Azərbaycana qarşı

(əlavə olunmuş siyahıya baxın)

MƏHKƏMƏ İŞİNİN MÖVZUSU

Ərizələr əsasən yerli hakimiyyət orqanları tərəfindən ərizəçilərin Azərbaycandan başqa ölkəyə səyahət etmələrinə qadağa qoyulmasına aiddir. Ərizəçilərin bəziləri Konvensiyanın 10-cu və 18-ci maddələrinə əsaslanaraq da şikayət ediblər

TƏRƏFLƏRƏ SUALLAR

Ümumi suallar

1. Ərizəçilərin Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin 2-ci bəndi ilə təminat altına alınan hüquqlarına cavabdeh dövlət tərəfindən hər hansı bir məhdudiyyət qoyulmuşdurmu? Əgər məhdudiyyət qoyulmuşdursa, bu məhdudiyyət qanuna uyğun idimi və Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin 3-cü bəndi baxımından zəruri idimi?

2. Ərizəçilərin Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinə əsasən şikayətləri üçün Konvensiyanın 13-cü maddəsinin tələb etdiyi məzmunda effektiv bir daxili vasitə mövcuddurmu?

ƏRİZƏÇİLƏRƏ SPESİFİK SUALLAR – 23036/19, 27667/19, 36270/19 və 42877/19

1. Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndi çərçivəsində ərizəçilərin ifadə azadlığına müdaxilə olubmu? Əgər belədirsə, bu müdaxilə qanunla müəyyən edilmiş və Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndi baxımından zəruri idimi?

2. Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinə əsasən, hazırkı işlərdə Dövlət tərəfindən qoyulmuş məhdudiyyətlər, bu Konvensiyanın 18-ci maddəsinə zidd olaraq, həmin müddəada nəzərdə tutulanlar xaricində tətbiq edilmişdirmi?

ƏRİZƏÇİLƏRƏ SPESİFİK SUALLAR – 35877/19

Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndinin mənası daxilində ərizəçinin ifadə azadlığına müdaxilə olubmu? Əgər belədirsə, bu müdaxilə qanunla müəyyən edilmiş və Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndi baxımından zəruri idimi?

SİYAHI

No. Ərizə

no.

Daxil olub Ərizəçinin doğum tarixi və iqamət etdiyi yer

 

Təmsilçi

 

1 23036/19 13/03/2019 Şahvələd

Abutalib oglu NAMAZOV

1969, Bakı

Zibeydə SADIGOVA
2 27667/19 07/05/2019 Pərviz Kamran oglu HƏŞİMLI

1981, Bakı

Zibeydə SADIGOVA
3 35877/19 07/06/2019 Mustafa Mustafa oglu HACILI

1972, Bakı

Nemət KƏRIMLI
4 36270/19 30/04/2019 Ayaz Habib oglu MƏHƏRRƏMOV

1982, Bakı

Tural HACIBƏYLİ
5 42877/19 24/06/2019 Anar Şahin oglu MƏMMƏDOV

1979, Bakı

Zibeydə SADIGOVA
6 57397/19 30/10/2019 Vidadi Ali oglu INSANOV

1970, Bakı

Agaveys ŞAHVERDI
7 59000/19 02/11/2019 Elşən Zulfigar oglu ƏLIYEV

1973, Bakı