BİRİNCİ BÖLMƏ
QƏRAR
Ərizə no. 19071/18
Samir BABAYEV və başqa 20 ərizəçi Azərbaycana qarşı
(əlavədəki cədvələ bax)
Avropa İnsan Haqları Məhkəməsi (Birinci Bölmə) 31 avqust 2023-cü il tarixdə aşağıdakı tərkibdən ibarət Komitədə:
Krzysztof Wojtyczek, Sədr,
Lətif Hüseynov,
Ivana Jelić, hakimlər,
və
Viktoriya Maradudina, iclasın katibi,
Əlavə edilmiş cədvəldə göstərilmiş tarixlərdə daxil olmuş ərizələri,
Ərizələrin baxılacaq işlərin siyahısından çıxarılması haqda Cavabdeh hökumətin təqdim etdiyi bəyannamələri,
nəzərə alaraq,
Müzakirələrdən sonra aşağıdakı qərarı qəbul etdi:
FAKTLAR VƏ PROSEDUR
Ərizəçilərin və onların nümayəndələrinin təfərrüatları ilə bağlı bilgilər əlavə edilmiş cədvəldə verilib.
Ərizəçilərin barələrindəki inzibati icraatların ədalətli olmaması ilə bağlı Konvensiyanın 6-cı maddəsinə əsaslanan şikayətləri Azərbaycan Hökumətinə (“Hökumət”) çatdırılıb.
HÜQUQ
Ərizələrin oxşar predmetini nəzərə alan Məhkəmə, onları vahid qərar çərçivəsində birgə incələməyi məqsədəuyğun hesab edir.
Dostcasına həllə bağlı uğursuz danışıqlardan sonra Hökumət, şikayətdə qaldırılan məsələlərin həll edilməsi məqsədilə təktərəfli bəyanat təklif etməsi ilə bağlı Məhkəməyə məlumat verib, daha sonra Məhkəmədən Konvensiyanın 37-ci maddəsinə uyğun olaraq ərizələri baxılacaq işlərin siyahısından çıxarmağı xahiş edib.
Hökumət, ərizəçilər barəsində inzibati məhkəmə icraatlarının ədalətsiz olduğunu etiraf edib. Hökumət ərizəçilərə əlavə edilmiş cədvəldə təfərrüatlı göstərilmiş məbləğləri ödəməyi təklif edib və Konvensiyanın 37-ci maddəsinin 1 (c) bəndinə uyğun olaraq, Məhkəməni ərizəni baxılacaq işlərin siyahısından çıxarmağa dəvət edib. Qeyd edilən məbləğlər Məhkəmənin qərarı elan edildiyi tarixdən etibarən 3 ay müddətində ödəniləcək. Bu məbləğlərin göstərilən üç ay müddətində ödənilməməsi durumunda Hökumət, bu müddətin bitməsi tarixindən hesablanmaqla, Avropa Mərkəzi Bankının kredit faizi ilə hesablanmış faiz və onun üzərinə daha üç faiz ödəməlidir.
Həmin məbləğlərin ödənilməsi işin tam həll olunmasını təşkil edəcək.
Hökumətin təktərəfli bəyannamələrinin şərtləri bu qərarın verildiyi tarixdən bir neçə həftə əvvəl Ərizəçilərə göndərilib. Məhkəmə, ən ərizəçilərdən bəyannamələrin şərtlərinin qəbul edilməsi ilə bağlı cavab almayıb.
Məhkəmə xatırladır ki, Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinin “c” yarımbəndi Məhkəməyə işi siyahıdan çıxarmağa o halda imkan verir ki:
“Məhkəmənin müəyyən etdiyi başqa səbəbə görə, şikayətə baxılmasının davam etdirilməsi əsaslı olmasın.”
Bu səbəbdən, ərizəçilər şikayətə baxılmasının davam etdirilməsini arzulasa da cavabdeh Hökumətin birtərəfli bəyanatı əsasında Konvensiyanın 37-ci maddəsinin 1 “c” yarımbəndinə əsasən, şikayət baxılacaq işlərin siyahısından çıxarıla bilər (bax: Tahsin Acar Türkiyəyə qarşı, (BD), №26307/95, §75-77, AİHM 2003-VI).
Məhkəmə, inzibati xətalar üzrə icraatlar zamanı məhkəmələrin ədalətsizliyi ilə bağlı şikayətlərə dair aydın və əhatəli presedent hüququ müəyyən edib (bax, məsələn: Qafqaz Məmmədov Azərbaycana qarşı, № 60259/11, 15 oktyabr 2015-ci il; Hüseynli və başqaları Azərbaycana qarşı, № 67360/11 və digər 2 iş, 11 fevral 2016-cı il; 9626/14 və 9717/14 7 oktyabr 2021-ci il və Həsənov Azərbaycana qarşı, [Komitə], 28 aprel 2022-ci il tarixli № 59202/12).
Ərizəçilərdən hər hansı fərqli iddia gəlmədiyi durumlarda Məhkəmənin əlində, Hökumət tərəfindən təklif edilən təzminatın onların Konvensiya ilə təminat altına alınan hüquqlarının pozuntusuna görə qeyri-adekvat və ya digər şəkildə uyğun olmayan əvəz təşkil etməsi qənaətinə gəlmək üçün əsaslar mövcud olmayacaq (bax: Ryabkin və Volokitin Rusiyaya qarşı (dekabr), № 52166/08 və 8526/09, §§ 49-50, 28 iyun 2016-cı il; 20 mart 2018-ci il, 24-cü bənd və oxşar yanaşma üçün Antovski və başqaları Şimali Makedoniyaya qarşı (dekabr) [Komitə], № 68160/17, 8 dekabr 2022-ci il).
Hökumətin təqdim etdiyi bəyannamələrdə yer alan etirafları və habelə, təklif olunan kompensasiyaların məbləğini (bu məbləğ, oxşar işlərdə təyin edilmiş məbləğlərə uyğundur) diqqətə alan Məhkəmə, ərizələrə baxılmasının davam etdirilməsinin artıq haqlı olmadığı qənaətinə gəlir (37-ci maddənin 1-ci (c) bəndi).
Yuxarıda vurğulanan mülahizələrin işığında Məhkəmə, Konvensiya və onun Protokollarında müəyyən edilən insan haqlarına hörmətin, ərizələrin araşdırılmasını davam etdirməyi gərəkli etmədiyi qənaətinə gəlir (Maddə 37§1).
Məhkəmə yekun olaraq vurğulayır ki, Hökumət təktərəfli bəyannamələrin şərtlərinə əməl etməzsə, Konvensiyanın 37-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq, ərizələr baxılacaq işlərin siyahısına yenidən bərpa edilə bilər (Josipović Serbiyaya qarşı, 18369/07, 4 mart 2008).
Göstərilənlərə əsasən, ərizənin baxılacaq işlərin siyahısından çıxarılması uyğun hesab edilmişdir.
Qeyd edilənlərə əsasən, Məhkəmə yekdilliklə,
Qərar verir ki, ərizələr birləşdirilsin;
Hökumətin təqdim etdiyi təktərəfli bəyannamənin şərtlərini və orda nəzərdə tutulan öhdəliklərə əməl olunmasını təmin edəcək düzənləmələri qeyd edir,
Ərizənin Konvensiyanın 37-ci maddəsinin 1-ci (c) bəndinə uyğun olaraq, baxılacaq işlərin siyahısından çıxarılmasına qərar verir.
Qərar ingilis dilində hazırlanıb və 21 sentyabr 2023-cü il tarixdə yazılı şəkildə elan edilib.
Viktoriya Maradudina, Katib
Krzysztof Wojtyczek, Sədr
CƏDVƏL
Konvensiyanın 6-cı maddəsinə əsasən şikayət olunan ərizələrin siyahısı
(inzibati xətalarla bağlı məhkəmə icraatlarının ədalətsizliyi)
No. | Ərizə no. Daxil olma tarixi |
Ərizəçinin adı
Doğum tarixi |
Təmsilçinin adı və iqamət yeri | Hökumətin təqdim etdiyi bəyannamənin tarixi | Hər bir ərizəçiyə maddi və mənəvi ziyana görə təyin edilmiş məbləğ
(avro ilə) |
Hər ərizəçiyə xərc və məsrəflərə görə təyin edilmiş məbləğ
(avro ilə) |
1. | 19071/18
07/04/2018 |
Samir
Abdulkhalig oglu BABAYEV 1982 |
Fariz
NAMAZLI Sumqayıt |
11/05/2023 | 1,000 | 250 |
2. | 23274/18
03/05/2018 |
Emin
Tahir oglu ALIYEV 1986 |
Fariz
NAMAZLI Sumqayıt |
11/05/2023 | 1,000 | 250 |
3. | 55883/18
13/11/2018 |
Yashar
Ibrahim oglu FERAZI 1959 |
Fariz
NAMAZLI Sumqayıt |
11/05/2023 | 1,000 | 250 |
4. | 55897/18
13/11/2018 |
Rahib
Adalat oglu SALIMOV 1987 |
Fariz
NAMAZLI Sumqayıt |
11/05/2023 | 1,000 | 250 |
5. | 7801/19
19/01/2019 |
Rabil
Salvar oglu GURBANOV 1981 |
Fariz
NAMAZLI Sumqayıt |
11/05/2023 | 1,000 | 250 |
6. | 15748/19
05/03/2019 |
Huseyn
Bahadur oglu MALIKOV 1962 |
Fariz
NAMAZLI Sumqayıt |
11/05/2023 | 1,000 | 250 |
7. | 20048/19
27/03/2019 |
Elnur
Movlud oglu YUSUBOV 1982 |
Fariz
NAMAZLI Sumqayıt |
11/05/2023 | 1,000 | 250 |
8. | 27365/19
07/05/2019 |
Sübhi
Qəzənfər oglu HƏSƏNOV 1969 |
Yalçın
IMANOV Sumqayıt |
11/05/2023 | 1,000 | 250 |
9. | 27430/19
07/05/2019 |
Sərdar
Gubad oglu CƏFƏROV 1987 |
Yalçın
IMANOV Sumqayıt |
11/05/2023 | 1,000 | 250 |
10. | 27632/19
07/05/2019 |
Alxan
Sərxan oglu RƏCƏBOV 1977 |
Yalçın
IMANOV Sumqayıt |
11/05/2023 | 1,000 | 250 |
11. | 28181/19
15/05/2019 |
Nicat
Əfqan oglu ABDULLAYEV 1985 |
Fariz
NAMAZLI Sumqayıt |
11/05/2023 | 1,000 | 250 |
12. | 33330/19
14/05/2019 |
Ramid
Zakrulla oglu NAGIYEV 1989 |
Yalçın
IMANOV Sumqayıt |
11/05/2023 | 1,000 | 250 |
13. | 35515/19
27/06/2019 |
Ramid
Zakrulla oglu NAGIYEV 1989 |
Fariz
NAMAZLI Sumqayıt |
11/05/2023 | 1,000 | 250 |
14. | 35553/19
27/06/2019 |
Sagif
Əsgər oglu QURBANOV 1974 |
Fariz
NAMAZLI Sumqayıt |
11/05/2023 | 1,000 | 250 |
15. | 36085/19
02/07/2019 |
Paşa
Balamirzə oglu UMUDOV 1963 |
Fariz
NAMAZLI Sumqayıt |
11/05/2023 | 1,000 | 250 |
16. | 36285/19
01/07/2019 |
Amil
Xanlar oglu MƏMMƏDZADƏ 1992 |
Fariz
NAMAZLI Sumqayıt |
11/05/2023 | 1,000 | 250 |
17. | 36317/19
01/07/2019 |
Emil
Rafiq oglu SƏLIMOV 1991 |
Fariz
NAMAZLI Sumqayıt |
11/05/2023 | 1,000 | 250 |
18. | 44224/20
22/09/2020 |
Shakir
Məmmədəli oglu MƏMMƏDOV 1960 |
Fariz
NAMAZLI Sumqayıt |
11/05/2023 | 1,000 | 250 |
19. | 4174/21
15/12/2020 |
Orxan
Yusif oglu SƏLIMZADƏ 1987 |
Fariz
NAMAZLI Sumqayıt |
11/05/2023 | 1,000 | 250 |
20. | 4488/21
10/12/2020 |
Huseyn
Bahadur oglu MƏLIKOV 1962 |
Fariz
NAMAZLI Sumqayıt |
11/05/2023 | 1,000 | 250 |
21. | 27579/21
30/03/2021 |
Niyazi
Cavad oglu QURBAN 1968 |
Fariz
NAMAZLI Sumqayıt |
11/05/2023 | 1,000 | 250 |