№:17979/20 və 41490/20 ƏHMƏDOV AZƏRBAYCANA QARŞI və İSBATOV AZƏRBAYCANA QARŞI – 29 noyabr 2021-ci il

 

29 noyabr 2021-ci il tarixdə bilgi dərc edilib

 

BEŞİNCİ BÖLMƏ

Ərizə no:17979/20 və 41490/20

Hümeyir Hüseyn oğlu ƏHMƏDOV Azərbaycana qarşı
və Natiq İsgəndər oğlu İSBATOV Azərbaycana qarşı

Ərizələr müvafiq olaraq 13 aprel 2020 və 12 avqust 2020-ci il tarixlərində daxil olub
9 noyabr 2021-ci il tarixdə kommunikasiya başlayıb

Məhkəmə işinin mövzusu

Hər iki ərizə rəsmi qurumlar tərəfindən Azərbaycandan xaricə səfər etmələri əngəllənən ərizəçilərə tətbiq edilən səyahət yasağı ilə bağlıdır.

Tərəflərə suallar

Konvensiyanın 4 Saylı Protokolunun 2-ci maddəsinin 2-ci bəndi ilə təminat verildiyi kimi, ərizəçilərin cavabdeh dövlətin ərazisini tərk etmək azadlığına hər hansı məhdudiyyət tətbiq edilibmi?

Tətbiq edilibsə, bu məhdudiyyət qanuna uyğun idimi və 4 Saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndi baxımından zəruri idimi (bax: Mürsəliyev və başqaları Azərbaycana qarşı, № 66650/13 və başqa 10 ərizəçi, §§ 29-36, 13 dekabr 2018-ci il)?

Ərizəçilər, Konvensiyanın 13-cü maddəsində nəzərdə tutulduğu şəkildə, 4 Saylı Protokolun 2-ci maddəsi çərçivəsindəki şikayətlərini qaldırmaları üçün təsirli daxili müdafiə vasitəsinə malik idilərmi?

ƏLAVƏ

No. Ərizə no. İşin adı Ərizəçi
Doğum tarixi
İqamət yeri
Təmsil edən
1. 17979/20 Əhmədov Azərbaycana qarşı Hümeyir Hüseyn oğlu ƏHMƏDOV 
1958
Bakı
Ağaveyis ŞAHVERDI
2. 41490/20 İsbatov Azərbaycana qarşı Natiq İsgəndər oğlu İsbatov

1986

Bakı

Zibeydə SADIQOVA