№16099/18 ELDƏNİZ SƏMƏDOV AZƏRBAYCANA QARŞI – 8 DEKABR 2022-Cİ İL

© tərcümə – aihmaz.org

 

 

BİRİNCİ BÖLMƏ

QƏRARDAD
Ərizə no. 16099/18

Eldaniz SƏMƏDOV AZƏRBAYCANA QARŞI

(əlavədəki cədvələ baxın)

8 dekabr 2022

 

Avropa İnsan Haqları Məhkəməsinin (Birinci Bölmə) Palatası 8 dekabr 2022-ci il tarixdə aşağıdakı heyətdən ibarət tərkibdə toplaşaraq:

Krzysztof Wojtyczek, Sədr,
Ivana Jelić,
Erik Wennerström, hakimlər,
və Viktoriya Maradudina, İclas katibi,

23 fevral 2018-ci il tarixdə daxil olmuş yuxarıda göstərilən ərizəni,

Məhkəmədən ərizənin baxılacaq işlərin siyahısından çıxarılmasını xahiş edən cavabdeh Hökumətin təqdim etdiyi təktərəfli bəyannaməni və ərizəçinin bu bəyannaməyə cavabını,

nəzərə alaraq,

Müzakirələrin sonunda aşağıdakı qərarı elan edir:

FAKTLAR VƏ PROSEDUR

Ərizəçi və onun nümayəndələrinin təfərrüatları ilə bağlı əlavə edilmiş cədvəldə bilgi verilib.

Ərizəçinin Konvensiyanın 11-ci maddəsinə əsaslanan ictimai toplantıların təşkilatçılarına və iştirakçılarına qarşı qeyri-qanuni və ya qeyri-proporsional tədbirlərin görülməsinə dair şikayətləri Azərbaycan Hökumətinə (“Hökumət”) çatdırılıb.

Ərizəçinin eyni faktlara əsaslanan digər şikayətləri də Məhkəmənin Konvensiyanın 6-cı maddəsinə müvafiq presedent hüququ nəzərə alınmaqla, hökumətə göndərilib.

Dostcasına həllə nail olmaq üçün edilmiş cəhdlərin uğursuzluğundan sonra, Hökumət şikayət əsasında qaldırılmış məsələnin həll edilməsi məqsədilə birtərəfli bəyanat təklif etməsi ilə bağlı Məhkəməyə məlumat verib. O, daha sonra ərizəni baxılacaq işlərin siyahısından çıxarmağı xahiş edib.

Hökumət ictimai toplantıların təşkilatçılarına və iştirakçılarına qarşı qeyri-qanuni və ya qeyri-mütənasib tədbirlərin tətbiq edildiyini etiraf edib. Daha sonra onu da etiraf etdilər ki, yerli hakimiyyət orqanları ərizəçinin Konvensiyanın 6 və 11-ci maddələri ilə təmin edilmiş hüquqlarını pozublar. Onlar ərizəçiyə əlavə edilmiş cədvəldə təfərrüatlı məbləğləri ödəməyi təklif etdilər və Məhkəməni Konvensiyanın 37-ci maddəsinin 1 (c) bəndinə uyğun olaraq ərizəni baxılacaq işlərin siyahısından çıxarmağa dəvət ediblər. Qeyd edilən məbləğ Məhkəmənin Avropa İnsan Hüquqları Konvensiyasının 37-ci maddəsinə əsaslanaraq ərizənin işlər siyahısından çıxarılması ilə bağlı qəbul edəcəyi qərarın elan edildiyi tarixdən etibarən 3 ay müddətində tətbiq edilə biləcək bütün vergi rüsumlarından azad olacaqdır. Bu müddət başa çatdığı vaxtdan etibarən yuxarıdakı məbləğlər üzərindən Avropa Mərkəzi Bankının ödənilməmiş dövr əzrindəki marjinal borcvermə dərəcəsinə bərabər olan dərəcə və üç faiz dərəcəsinə bərabər sadə faiz dərəcəsi ödənilməlidir.

Bu məbləğin ödənilməsi işin tam həll olunmasını təşkil edəcək.

Ərizəçi Məhkəməyə bəyannamənin şərtləri ilə razılaşdığını bildirib.

HÜQUQ

Məhkəmə, ərizəçinin Hökumət tərəfindən təqdim edilən bəyannamənin şərtlərini açıq şəkildə qəbul etməsindən sonra ərizənin tərəflər arasında dostca anlaşılması kimi qəbul edilməsi qənaətindədir.

Buna görə də Məhkəmə tərəflərin dostcasına anlaşdığını qeyd edir. Razılaşma Konvensiya və ona əlavə edilmiş Protokollarda nəzərdə tutulmuş insan hüquqlarına hörmət anlayışına söykənir və ərizəyə baxılmasının davam etdirilməsi üçün hər hansı səbəb qalmır.

Yuxarıda sadalananları nəzərə alaraq, ərizənin baxılacaq işlərin siyahısından çıxarılması məqsədəuyğundur.

Bu səbəbdən Məhkəmə yekdilliklə,

Konvensiyanın 39-cu maddəsinə əsasən, ərizəni baxılacaq işlərin siyahısından çıxarmağa qərar verir.

İngilis dilində hazırlanıb və 12 yanvar 2023-cü il tarixdə yazılı şəkildə elan olunub.

Viktoriya Maradudina                                  Krzysztof Wojtyczek
Bölmə Katibinin müavini                             Sədr

 

CƏDVƏL

Konvensiyanın 11 və 6-cı maddələrinə əsasən qaldırılan şikayətlərlə bağlı ərizə
(ictimai toplantıların təşkilatçılarına və iştirakçılarına qarşı qeyri-qanuni və ya qeyri-proporsional tədbirlər tətbiqi və inzibati xətalar haqqında iş üzrə ədalətsiz məhkəmə araşdırması)

Ərizə no.
Daxil olma tarixi

Ərizəçinin adı

Doğum tarixi

Təmsilçinin adı və iqamət yeri Hökumətin bəyannaməsinin tarixi Ərizəçinin bəyannaməsinin tarixi

Maddi və mənəvi zərər əvəzi müəyyən edilmiş təzminatın məbləği

(avro ilə)

Xərc və məsrəflər üçün müəyyən edilmiş məbləğ

(avro ilə)

16099/18

23/02/2018

Eldaniz

Rəşid oglu SƏMƏDOV

1978

Yalçin

IMANOV

Sumqayıt

 

Tural

HACIBƏYLI

Bakı

19/10/2022 16/11/2022 2,600 250