№15440/14 MEHMAN AĞAYEV AZƏRBAYCANA QARŞI – 13 YANVAR 2022-Cİ İL

© tərcümə – aihmaz.org

 

BEŞİNCİ BÖLMƏ

 

Mehman AĞAYEV Azərbaycana qarşı

Ərizənin nömrəsi 15440/14

 

QƏRARDAD

Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə) Komitəsi 9 dekabr 2021-ci il tarixdə aşağıdakıların iştirak etdiyi iclasda:

Lado Chanturia, Sədr,
Lətif Hüseynov,
Arnfinn Bårdsen, hakimlər,
və Viktoriya Maradudina, İclas Katibi,

14 oktyabr 2013-cü ildə verilmiş yuxarıda göstərilən ərizəni,

Cavabdeh Hökumətin təqdim etdiyi bəyanaməni və ərizəçinin həmin bəyannaməyə cavabını,

nəzərə alaraq,

Müzakirələrin nəticəsində aşağıdakı qərara gəlir:

FAKTLAR VƏ PROSEDUR

Ərizəçi ilə bağlı detallar əlavə edilmiş cədvəldə verilmişdir. Onu Azərbaycanda fəaliyyət göstərən vəkil cənab F.Ağayev təmsil edib.

Ərizəçinin Konvensiyanın 6, 8 və 13-cü maddələri və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi üzrə şikayətləri Azərbaycan Hökumətinə (“Hökumət”) göndərilmişdir.

Məhkəmə ərizəçi ilə dostca anlaşmaq məqsədilə Hökumətdən bəyannamə almışdır. Onlar əlavədəki cədvəldə göstərilən məbləğləri ərizəçiyə ədalətli əvəz ödəməyi təklif ediblər. Həmin məbləğlər ödəniş tarixində tətbiq olunan məzənnə ilə cavabdeh dövlətin valyutasına çevriləcək və Məhkəmənin qərarının bildirildiyi tarixdən üç ay ərzində ödənilməlidir. Təzminat məbləğini yuxarıda göstərilən üç aylıq müddət ərzində ödəmədiyi halda Hökumət, bu müddətin bitməsi tarixindən hesablanmaqla, Avropa Mərkəzi Bankının kredit faizi ilə hesablanmış faiz və onun üzərinə daha üç faiz ödəməlidir.

Bu işdəki təzminatın ödənilməsi Ərizənin son həllini təşkil edəcək.

Ərizəçi Məhkəməyə bəyannamənin şərtləri ilə razılaşdığını bildirib.

QANUNVERİCİLİK

Məhkəmə tərəflər arasında əldə olunmuş mehriban razılaşmanı qeyd edir.

Yuxarıda vurğulanan xüsusatların işığında, Məhkəmə Konvensiyanın 37 § 1-ci (a) maddəsinə uyğun olaraq, Ərizənin araşdırılmasının davam etdirilməsi üçün xüsusi hal müəyyən etmədi.

Yuxarıda göstərilənlərə görə, Ərizə siyahıdan çıxarılmalıdır.

Bu səbəblərə görə, Məhkəmə yekdilliklə,

Konvensiyanın 39-cu maddəsinə uyğun olaraq, ərizələri baxılacaq işlərinin siyahısından çıxarmaq qərarı verdi.

Qərar ingilis dilində hazırlandı və 13 yanvar 2022-ci il tarixdə yazılı şəkildə elan edildi.

Viktoriya Maradudina,
Qeydiyyat Bölməsi Rəhbərinin Köməkçisi vəzifəsini icra edən

Lado Chanturia,
Beşinci Bölmə, Prezident

ƏLAVƏ
Konvensiyanın 6, 8 və 13-cü maddələrinə və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən şikayətlər haqqında ərizə
(ərizəçinin əmlakının qanunsuz olaraq özgəninkiləşdirilməsi və onun məhkəməyə müraciət hüququnun pozulması iddiası)

Ərizənin nömrəsi.
Daxil olduğu tarix
Ərizəçinin adı

Doğum tarixi

Təmsilçinin adı, iqamət yeri Hökumətin təqdim etdiyi bəyannamənin tarixi Ərizəçinin bəyanlarının tarixi Ərizəçi üçün maddi və mənəvi zərər əvəzi məbləği

(avro ilə)

Xərc və məsrəflər üçün nəzərdə tutulan məbləğ

(avro ilə)

15440/14

14/10/2013

Mehman AĞAYEV

1977

 

Fuad Agayev

Bakı

10/09/2021 02/11/2021 10,000 1,000