Avropa Şurası Nazirlər Komitəsi
1377-ci toplantı, 1-3 Sentyabr 2020 (DH)
H46-3 Ilqar Məmmədov qrupu Azərbaycana qarşı (Ərizə No.15172/13)
Avropa Məhkəməsinin qəralarının icrasına nəzarət
Qətnamə
1. Avropa Məhkəməsinin doqquz ərizəçinin hər biri ilə bağlı Konvensiyanın 5-ci maddə ilə birlikdə götürülməklə 18-ci maddəsinin pozuntusunu tanımaqla, “hökümətin tənqidçilərinin, vətəndaş cəmiyyəti fəallarının və insan haqları müdafiəçilərininə təqiblər və cinayət qanunvericiliyindən qanunun aliliyinə zidd olaraq sui-istifadə edilməsi yolu ilə özbaşına həbs edilməsi və azadlıqdan məhrum olunmasının narahatlıq doğuran modelinin aşkar edildiyini xatırladır.
Fərdi tədbirlərlə bağlı
2. Azərbaycan Ali Məhkəməsi tərəfindən 23 aprel 2020-ci il tarixdə qəbul edilən, ərizəçilərdən İlqar Məmmədov və Rəsul Cəfərovla bağlı hökmlərin ləğv edilməsini, qanunsuz həbs edilmələri və azadlqıdan məhrum olunmalarından qaynaqlanan mənəvi ziyana görə onlara təzminatın ödənilməsini nəzərdə tutan qərarlarını qəbulunu məmuniyyətlə qarşılayır; ümumi tədbirlərin icrasına nəzarətə xələl gətirmədən, iki ərizəçi ilə bağlı olaraq, başqa fərdi tədbirlərin tələb olunmadığı qərarların icrasına nəzarətin qapadılmasına qərar verdi və Yekun Qətnamə qəbul etdi.
3. Bununla yanaşı, digər altı ərizəçinin məhkumluqlarının hələ də davam etməsindən, onlara qarşı irəli sürülmüş cinayət ittihamlarının mənfi nəticələri ilə üzləşməyə davam etmələrindən ciddi əndişəli olduqlarını ifadə etdilər; nəticə olaraq, səlahiyyətliləri Nazirlər Komitəsinin əvvəlki qərarlarında vurğulanan və Ali Məhkəmə tərəfindən ilk iki ərizəçiyə münasibətdə hal-hazırda tətbiq edilmiş bütün tələbləri digər ərizəçilərə münasibətdə də ən qısa zamanda təmin etməyə, Komitənin növbəti araşdırması üçün gərəkli bilgiləri təqdim etməyə çağırdı.
4. Bu qrupdakı doqquzuncu ərizəçi (Natiq Cəfərov) ilə əlaqədar olaraq dövlətin səlahiyyətli şəxsləri iclas zamanı şifahi olaraq bildirdilər ki, ərizəçiyə qarşı açılan cinayət işinə cinayət tərkibinin olmaması səbəbindən xitam verilib və bu səbəbdən də Avropa Məhkəməsi tərəfindən araşdırılan bu işdə ərizəçiyə qarşı açılan cinayət işi onun üçün heç bir mənfi nəticə doğurmur
Ümumi tədbirlərlə bağlı
5. Ali Məhkəmənin İlqar Məmmədov və Rəsul Cəfərov işləri üzrə son qərarlarında, milli qanunvericiliyin Konvensiyaya uyğun olaraq şərh edilməsi və tətbiq olunması ilə bağlı ortaya qoyduğu örnəyi məmuniyyətlə qeyd edir; və bu presedentin ardıcıl olaraq inkişaf etdirilməsinin önəmini vurğuladı;
6. qanunun aliliyi prinsipinin qorunmasının əsas zəruriliyini xatırladaraq, gələcəkdə hökumətin tənqidçilərinə və insan haqları müdafiəçilərinə qarşı cinayət qanunvericiliyinin hər hansı şəkildə sui-istifadəsindən və bənzər təcrübələrin təkrarlanmamasından qorunmaq üçün məhkəmə və prokurorluq orqanlarının müstəqilliyinin təmin edilməsində nəzərəçarpacaq irəliləyişlərin əldə olunması üçün təsirli və tam tədbirlərin həyata keçirilməsinin vacib olduğunu vurğuladı,
7. 1362-ci toplantısında (2019, dekabr) (DH) qəbul etdikləri qərarları xatırlatdı, səlahiyyətliləri bu mövzuda səylərini artırmağa çağırdı və onları, bu qrup işinin araşdırılması ilə bağlı Komitənin sonrakı toplantısına əldə edilmiş irəliləyişlər və planlaşdırılan digər tədbirlər haqqında yenilənmiş məlumatları təqdim etməyə dəvət etdi.
8. Komitənin 1390-cı toplantısında (dekabr 2020) (DH) bu qərarlara yenidən baxılmasına qərar verdi.